Ucuz təyyarə biletləri

Tennis kortunda yetişən futbolçular - YAZI + FOTOLAR

Tarix:  16.02.17 17:02           Yazar:  Rekord.az           Oxunub: 773 dəfə

Sumqayıtın uşaq futboluna həsr olunan layihəmiz çərçivəsində növbəti yazımızı sizlərə təqdim edirik. Bu dəfəki yazımız UGİM-1-in (Uşaq Gənclər İdman Məktəbi) fəaliyyəti haqqındadır. Bu məktəb Sumqayıtın  böyük idman məktəblərindən hesab olunur. Rəhbəri 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı, sabiq boksçu Fuad Aslanovdur. Məktəbin nəzdində bir sıra idman növləri ilə yanaşı futbol bölməsi də fəaliyyət göstərir. Bu dəfəki həmsöhbətimiz də bu bölmənin məşqçisi Rasim Əhmədovdur.


Rasim Əhmədov özü də sabiq futbolçudur.1977-ci ildə Sumqayıtda anadan olub. Rəhmətlik Tofiq Rzayevin yanında futbolun sirrlərini öyrənib. Sonradan yerli “Xəzər”in formasını geyinib. Bundan başqa, karyerası ərzində Sumqayıtın “Gənclərbirliyi”, Qubanın və Qusarın “Şahdağ” komandalarında da çıxış edib. Hazırda isə qeyd etdiyimiz kimi, UGİM-1-də gənc futbolçuların yetişdirilməsi ilə məşğuldur: “Məşqçiliyə 2005-ci ildən başlamışam. 2007-ci ildə hazırda çalışdığım UGİM-1-ə gəlmişəm. Artıq 10 ildir ki, bu məktəbdə fəaliyyət göstərirəm. Məqşçi kimi C kateqoriyam var. Yaxın zamanlarda B kateqoriyası üçün də AFFA-ya müraciət etməyi düşünürəm. Sadəcə, bildiyiniz kimi, bunun üçün müəyyən maliyyə olmalıdır”.

Əhmədovun sözlərinə görə hazırda daha çox 10-12 yaşlı uşaqlarla işləyirlər. Baxmayaraq ki, keçən il U-14 komandası zona yarışlarında yaxşı nəticə göstərib, lakin sonradan həmin qrupun dağıtmağa məcbur olublar. Səbəbini isə həmsöhbətimiz özü izah etsə yaxşıdır: “Bizim məktəbdə istedadlı uşaqlar çoxdu. Bundan əvvəl də yaxşı futbolçularımız olub. Xüsusilədə 2002-04-cü ill təvəllüdlü uşaqlarımız yaxşı nəticələr göstəriblər. U-13 komandamız keçən il Şimal zonası üzrə yüksək nəticəyə imza atdı. Lakin təəssüf ki, həmin komandanı saxlaya bilmədik. Çünki U-14, U-15 komandalarının tələbləri başqadır. Bu yaş qruplarında AFFA tələb edir ki, ev sahibi olduğun halda stadiona təcili yardım, yanğınsöndürən maşınların gətirilməsini təmin edəsən, oyunlar zamanı təhlükəsizliyi qorumaq üçün polislərin xidmətindən istifadə edəsən. Bunlar da hamısı əlavə xərc deməkdir. Ən əsası, Respublika miqyasında oynayacaqsansa səfər xəclərini qarşılamalısan. İdman məktəblərinin isə buna imkanı çatmır. Ona görə də 14-15 yaşdan  sonra komandaları saxlaya bilmirik. Uşaqlar o yaşa çatdısa buraxmağa məcburuq. Keçən ilki komandamı heç cürə dağıtmaq istəmirdim. Çox yaxşı uşaqlar var idi. Amma dediyim səbəbdən saxlaya bilmədik və uşaqlar dağıldı”.

Əhmədov idman məktəbi ilə klublar arasındakı böyük fərqdən də danışdı: “Perspektiv baxımından klubların imkanları qat-qat yaxşıdır. Çünki il boyu oyunlar keçirirlər və klub uşaq komandalarının bütün xərclərini ödəyir. İdman məktəblərinin isə belə bir imkanı yoxdur. Bəzən il ərzində bir yarışda oynayırsan və oturub gözləyirsın ki, bir də nə vaxt yarış olacaq. AFFA-nın bayrağı altında keçirilən çempionatda da az öncə qeyd etdiyim kimi, maksimum zona yarışlarında oynaya bilirsən. Ordan o tərəfə perspektiv yoxdur. Yüksək yer tutsan da Respulikada oynamaq üçün maliyyə lazımdır. Hər dəfə də valideyndən xahiş etmək olmur axı. İl boyu ancaq yoldaşlıq görüşləri keçirmək də çıxış yolu deyil. Uşaqlar inkişaf etmək üçün daha çox yarışlarda oynamalıdır”.

Sadalanan problemlərə baxmayaraq həmsöhbətimiz işləməyin və uşaq yetişdirməyin tərəfdarıdır. Deyir ki, minimum imkanlarla belə, futbolun inkişafına töhvə vermək lazımdır. Ən azı 13-14 yaşına kimi yaxşı uşaqlar hazırlamaq imkanları var. Bu cür yetirmələrinin adını da çəkdi: “Hazırda 2005-ci il təvəllüdlü uşaqlardan ibarət yeni komanda formalaşdırmışıq. Bu uşaqları 3 ay olar ki, yığmışız. Ona görə də dərhal nəticə tələb etmək doğru olmaz. Amma bu ilki  zona yarışına iddialı qatılacağıq.  Düzdür, uşaq futbolunda nəticə bir o qədər önəmli deyil. Məşqçilik kurslarında da tövsiyyə olunur ki, 13-14 yaşa kimi uşaqlardan nəticə tələb etmək düzgün deyil.  Amma biz yenə də çalışacağıq ki, nəticələrimiz də yaxşı olsun. Ən azı bu günə qədər məktəbimizdən istedadlı uşaqlar çıxıb. Məsələn, Hüseyn adlı gənc futbolçumuz var idi “Qəbələ”yə getmişdi. Hazırda “Sumqayıt”ın əvəzedici komandasında forma geyinən Əli Əlimərdanlı da bizim məktəbin yetirməsidir”.

 

Rasim bəylə söhbət zamanı məlum oldu ki, uşaqları daha çox özləri axtarıb tapırlar: “Təbii, məktəbimizə öz istəkləri ilə müraciət edən uşaqlar da olur. Amma daha çox özümüz axtarıb tapırıq? Hardan? Orta məktəblərdən, məhəllələrdən. Daha çox orta məktəbləri gəzib uşaqları bölməmizə cəlb edirik”.

Əhmədovla məşq şəraitləri, forma, inventar təhcizatları haqda da soruşduq. Məlum oldu ki, qış aylarında müəyyən problemlərlə üzləşirlər: “Məşq şəraitimiz ümumilik dəpis deyil. Fuad Aslanovun gəlişindən sonra daha çox diqqət, qayğı hiss edirik. Onun tələbi də budur ki, məktəbi təmsil edən komandaların nəticələri yaxşı olmalıdır. Yay aylarında hazırlıqla bağlı problemimiz olmur. Çünki məktəbin təbii örtüklü meydançasında çox rahat şəkildə məşqlərimizi keçə bilirik. Ancaq qış aylarında müəyyən problemlər olur. Çünki ot örtüyünü korlamamaq üçün məşqləri idman məktəbinin tennis kortuna salırlq. Özünüz də az öncə gördüyünüz kimi, kortda keçilən məşq  o effekti vermir və daha çox formal xarakter daşıyır. Çünki  uzun ötürmələrdən, qapıya zərbələrdən, müxtəlif taktiki gedişlərdən istifadə edə bilmirsən. Bununla belə, mövcud şəraitə görə maksimum çalışırıq ki, ortaya iş qoyaq. O ki qaldı forma, top və digər məsələlərə, hazırda hamısını məktəbin hesabına həll edirik. 2 il bundan əvvələ kimi AFFA forma, top barədə kömək edirdi. Lakin 2 il olar ki, bu köməkliyi görmürük. Görünür özlərinin də müəyyən maddi sıxıntıları var”.

 


Sonda Əhmədov klub səviyyəsində işləmək arzusunu da dilə gətirdi: “Çox istəyirəm ki, klub səviyyəsində də işləyib özümü göstərib. İdman məktəbində bir yerə qədər gedə bilirsən. Ordan o tərəfə perspektiv yoxdur. Amma klub fərqlidir. Orda daha çox qabağa getmək, özünü göstərmək şansın var. Ümid edirəm ki, mənim də əlimə belə bir şans düşəcək”.

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Millimizin sabiq üzvləri "Şərurspor"da- ÖZƏL!
Rusiya çempionatının autsayderi "Neftçi"nin daşını-daş üstünə qoymadı: 1:8!
"Neftçi" Mərakeş millisinin üzvünü baxışa çağırdı
U-21 millimiz özlərindən kiçiklərə uduzub - FOTO
Cəmil Həsənli: “Xalq Cümhuriyyəti yıxılmasaydı, futbola da imzamızı ata bilərdik“ - MÜSAHİBƏ
Ərəblər "Qarabağ"ın liderinə 500 min avro təklif edir
“Kəpəz” Rumıniya çempionu ilə heç-heçəyə razılaşdı
Avrokuboklardan "Kəpəz" yox, AFFA imtina edib
Millimiz Albaniyaya məğlub oldu
“Qaradağ Lökbatan”dan “Sabah” üzərində qələbə

Xəbər Lenti
23 Yanvar 2018
15:21 Güləş Federasiyasında daha bir yeni təyinat
15:00 “Turan Tovuz” yenə Premyer Liqaya buraxılmayacaq
14:40 Millimizin “Böyük Dəbilqə” üçün heyəti açıqlandı
14:35 Bakı klubu daha bir legioneri heyətinə qatıb
14:21 Fərid Cəlalov: ""Olimpiakos" güclü olsa da, məğlubedilməz deyil"
14:21 Çinli futbolçuya görə "Yuventus"dan 15 milyon avro istəyirlər
14:00 "Qarabağ" Xorvatiya çempionatında oynayan futbolçuya təklif göndərdi
13:45 "İnter" "Barselona"nın futbolçusunu transfer etdi
13:23 Novruz Məmmədovla Tanrıverdi Məhərrəmli "Xəzər"in toplanışından danışdılar
13:00 Latviyalı qapıçının "Qəbələ"yə keçidi baş tutmaya bilər
12:47 "Mançester Siti"də yeni müqavilə
12:22 DÇ-2018-də videotəkrara qərar verildi
12:05 "Neftçi" biabırçı məğlubiyyətlə bağlı xəbərləri silmələrinə aydınlıq gətirdi
12:00 Ərəblər "Qarabağ"ın liderinə 500 min avro təklif edir
11:40 Tərlan Əhmədov: “Belə şey yüz ildə bir dəfə olur”
11:22 "Qalatasaray" səfərdə qələbə qazandı
11:00 Avrokuboklardan "Kəpəz" yox, AFFA imtina edib
10:30 Ziya Əzizov “Alkmaar”la oyunda ehtiyatda
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:45 "Neftçi" 8 topu belə buraxdı - VİDEO
00:52 “Qəbələ”: öncə zalda, sonra meydanda
00:47 “Qarabağ”a yağış da mane ola bilmədi
22 Yanvar 2018
23:00 “Sumqayıt” ilk günü fitness zalında tamamladı - VİDEO
21:30 Millimiz Antalyada ilk məşqə çıxdı - FOTOLAR
21:00 “Qaradağ Lökbatan”dan “Sabah” üzərində qələbə
20:30 Millimizdə baş məşqçi dəyişikliyi
20:00 “Qarabağ” və “Qəbələ” rəsmiləri “Fənərbaxça”nın düşərgəsində
19:41 “Kəpəz”in rumınlarla heç-heçəsi - VİDEO
19:25 Rusiya çempionatının autsayderi "Neftçi"nin daşını-daş üstünə qoymadı: 1:8!
19:21 "Kəpəz" - "Vitorul" 1:1 - FOTOLAR
19:00 Dünya Çempionatının kuboku Bakıya gətiriləcək
18:40 “Səbail” daha bir futbolçu ilə vidalaşdı
18:21 “Zirə” Antalyada ilk məşqə çıxdı
17:40 Azərbaycan - Kosovo matçının vaxtı açıqlandı
17:21 “Sumqayıt”ın Türkiyədə ilk məşqi - VİDEO
17:00 U-21 millimiz özlərindən kiçiklərə uduzub - FOTO
16:46 Bugünkü matçlara necə baxmaq olar? - AFİŞA
16:23 "Keşlə" bu gün Türkiyəyə yola düşür
15:41 “Sumqayıt” Antalyada ilk məşqə çıxdı
15:21 “Kəpəz” Rumıniya çempionu ilə heç-heçəyə razılaşdı
15:15 2018-ci ilin təqvimi
15:14 Millimizin üzvü Fransada quru hesablı qələbə qazanıb
15:00 Millimizin sabiq üzvləri "Şərurspor"da- ÖZƏL!
14:41 “Kəpəz” Divizion klubuna uduzdu
14:21 Neftçinin yeni transferi: “O vaxtdan ləqəbim "Qato”du” - VİDEO
14:04 I Liqa yarışları start götürüb
14:00 Cəmil Həsənli: “Xalq Cümhuriyyəti yıxılmasaydı, futbola da imzamızı ata bilərdik“ - MÜSAHİBƏ
13:40 Səbailin legioneri: “Onlardan həmişə dəstək gözləyirik”
13:21 Azərbaycan - İran: Hakim təyinatları açıqlandı
13:00 "Neftçi" Mərakeş millisinin üzvünü baxışa çağırdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.