Ucuz təyyarə biletləri

Qurban Qurbanov: "Kintanadan tələb etdiklərimizi Əfrandan istəyə bilmərik" MÜSAHİBƏ

Tarix:  17.02.17 16:02           Yazar:  Rekord.az           Oxunub: 456 dəfə

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi.

 

 

- "Qəbələ" ilə oyunöncəsi hazırlıqlar necə gedir? Zədəlilər varmı?
- Bu gündən etibarən məşqlərə başladıq. Futbolçulara istirahət vermişdik. Komandanı oyuna tam hazırlamağa vaxtımız var. Zədəlilərə gəlincə, Rəşad Sadıqov hələ də zədəlidir. Əfran İsmayılovun oynayıb-oynamayacağı hələ ki, dəqiqləşməyib. Bu gün fərdi qaydada məşq edəcək.  Ağabala Ramazanov da bildiyiniz kimi, cəzalı duruma düşdüyü üçün oynamayacaq. Bəzi futbolçularda da xırda zədələnmələr var, amma oyuna qədər həmin zədələr də bərpa olunacaq.

- Çempionatın ən vacib oyunlarından birinə çıxacaqsız. “Qarabağ” yenə eyni sistemində oynayacaq, yoxsa “Qəbələ”yə qarşı sürpriz hazırlamısız?
- Sözün açığı, nailiyyətlər əldə etmək üçün hər zaman çalışmışıq ki, oyun üslubumuzu inkişaf etdirək. Bəzən rəqiblərimiz oyun zamanı buna imkan vermir. Amma hər zaman çalışırıq ki, düşündüyümüz oyunumuzu oynayaq. Bəzi oyunlar olur ki, çalışırıq rəqibimizin oyun üslubuna uyğun taktika quraq. Amma oyuna hələ 3-4 gün var. Hələ “Qəbələ”nin oyununu tam analiz etməmişik. Dəyişiklik olsa da, bu, elə də böyük dəyişiklik olmayacaq.
 
- Dani Kintana mövsüm sonuna qədər oynamayacaq. Onun mövqeyində oynayan Əfran İsmayılov isə sürətli olsa da, Dani qədər texnikalı deyil. Bu yöndə komandada hansısa dəyişiklik olacaqmı?
- Biz Əfrandan tələb etdiklərimizi Danidən və ya Danidən tələb etdiklərimizi Əfrandan tələb edə bilmərik. Hər hansı bir oyunçu dəyişikliyi olanda əvəzləyəcək oyunçunun bacarıqlarına uyğun tapşırıqlar veririk. Bəlkə də belə dəyişiklər zamanı oyun üslubunda nəsə əldə edə bilmərik, amma başqa bir məsələdə nəsə qazana bilərik. Çünki Əfranın da başqa özəllikləri var. Buna baxmayaraq, bizim oyunumuz bir futbolçu üzərində qurulmayıb, bütün kollektivimizin üzərinə qurulub. Futbolçuların hər birinin üzərinə böyük güc düşür. Ola bilər ki, hücumlarımızda Əfranın bacarıqlarına və üstünlüklərinə görə hər hansı bir dəyişikliklər olsun.
 
- Son zamanlar mətbuatda hakimliklə bağlı məlumatlar yayılıb. Hətta “Qəbələ” – “Qarabağ” oyununun Cüneyt Çakıra həvalə edilməsini istəyənlər də var idi. Buna  münasibətiniz necədir?
- Vallah, mən 25 ilə yaxındır ki, futboldayam, amma indiyədək hakimlikdən danışılmayan vaxt olmayıb. Bəzi oyunlarda bu məsələ daha da şişirdilir. Özünüz də bilirsiz ki, mən hakimliklə bağlı o qədər də fikir bildirmirəm. Çünki bu, mənim peşəm deyil. Düşünürəm ki, hakimliklə bağlı fikirlərimi bildirsəm, ola bilər ki, yanlışlığa yol verim. Elə Türkiyənin özündə də hakimlikdən narazılıq edənlər var. Hətta Cüneyt Çakırdan da narazılıq edənlər çoxdu. Avropa ölkələrinə, hətta “TOP-5” ölkələrinə də baxsaq, görərik ki, hakimlikdən narazı olanlar var. Hakimlik həqiqətən çətin peşədir. Onlara işlərində uğurlar arzulayıram. Belə deyək də: - hakimlər həyatda ən çox səhv edən insanlardı. Çünki 22 insanı meydanda idarə etmək, hər dəfə bir qərar qəbul etmək elə də asan iş deyil. Hakimliklə bağlı söz-söhbətlər yarandıqda azarkeşlər arasında da ajiotaj yaranır. Məncə, bu da azarkeşlərin stadionlara gəlməsinə gətirib çıxaracaq.
 
- Reynaldonun gedişindən, Dani Kintananın zədələnməsindən sonra “Qarabağ” axsayırmı? Hətta deyilənə görə, Dani Kintana da komandadan ayrılmaq istəyir...
- Komandada keyfiyyətli futbolçular nə qədər çox olacaqsa, bizim işimiz də o qədər asan olacaq. Amma meydana 11-dən çox futbolçu buraxmaq olmur. Bəzən görürsən ki, meydana çıxmağa layiq olan oyunçu var, amma oynada bilmirsən. Reynaldoya gəlincə, ona Türkiyədə uğurlar arzulayıram. O, özünü Türkiyədə yaxşı tərəfdən göstərə bilsə, bizim çempionata maraq daha da artacaq. Amma onun gedişi bizim işimizə mane olmayacaq. Çünki bizdə dəfələrlə olub ki, komandanın lider oyunçuları getsə də, oyun üslubumuz dəyişməyib. Həmişə çalışmışıq ki, yaxşı nəticələr əldə edək. Amma oyunçu axtarışlarımız davam edir. İstəyirik ki, hücum xəttinə 1 və ya 2 futbolçu transfer edək. Amma hələ ki, bəyəndiyimiz oyunçu olmayıb. Dani Kintananın getmək istəməsinə gəlincə, bayaq qeyd dediyim kimi, əlimdə  nə qədər çox futbolçu olarsa, o qədər yaxşı oyun sərgiləyəcəyik. Belə oyunçuların komandada olmaması məşqçi üçün pronlemlər yaradır. Amma yenə də çalışacağıq ki, maksimum nəticə göstərək. Nə dərəcədə alınacaq, bunu zaman göstərər. İlk dövrədə hər iki futbolçu komandada olanda biz “Qəbələ”dən 6 xal geridə idik. Amma indi ilk pillədəyik. Yaxşı futbolçuların komandaya gəlməsi o demək deyil ki, bu il mütləq çempion olacağıq və ya hər hansı bir uğur əldə edəcəyik.
 
- Sizcə, “Qəbələ” hər dəfə xal itirəndən sonra niyə az da olsa “Qarabağ”ı ittiham edir?
- “Qəbələ” haqqında fikir bildirməyim düzgün çıxmaz. Çünki mənim öz komandam var və öz komandamın uğurları üçün çalışıram. Bütün fikirlərimi də öz futbolçularıma, komandama yönləndirirəm. Ümumiyyətlə, mənim “Qəbələ”yə, rəhbərliyinə qarşı böyük hörmətim var. Belə bir vaxtda komandan bu formada saxlayıblarsa, ardıcıl iki il Avroliqanın qrup mərhələsinə düşüblərsə, heyətinə yaxşı futbolçular cəlb ediblərsə, yaxşı komanda formalaşdırıblarsa, bu komandaya hörmət etmək hər birimizin borcudur. Amma mən inanmıram ki, onlar nə mənə, nə də komandama qarşı mənfi fikir söyləsinlər. Ola bilər ki, hər hansı bir irad bildirsinlər, amma iradları da əsasən hakimliklə bağlı olur. Mən istəmərəm ki, hər hansı bir fikir bildirdiklərində bizim də adımız hallansın. Mən əgər bir insana inanıramsa, başqasının həmin insan haqqında olan düşüncələrinə fikir vermirəm. Mənə əgər desələr ki, “Qəbələ” rəhbərliyi “Qarabağ” haqqında, mənim haqqımda belə bir fikir söyləyib, mən buna inanmaram. Çünki mənim Fariz Nəcəfovla yaxşı münasibətim var. Onun nə dərəcədə yaxşı idmançı olduğunu bilirəm. Əgər o insan haqqında, komandası haqqında mənə hər hansı mənfi bir fikir söylənilsə inanmayacam. Bakı kiçik bir şəhərdir. Hamımız bir-birimizi tanıyırıq. Əgər aramızda hər hansı bir problem olsaydı hamı bilərdi, hamı eşidərdi.

- Muarem Muarem sanki əvvəlki formasında deyil...
- Futbolçu var ki, 15 dəqiqə meydana buraxırıq və ondan istədiyimizi alırıq, futbolçu da var ki, bəzən 90 dəqiqə ərzində ondan istədiyimizi ala bilmirik. Futbolçunun hər oyun 90 dəqiqə ərzində istədiyin şeyi  sənə verməsi mümkün deyil. İş orasındadır ki, bəzən təkcə Muaremdən deyil, digər futbolçulardan da istədiyimi ala bilmirəm. Futbol elə bir oyundur ki, hər matçda oyunçular fərqli keyfiyyətlərini üzə çıxarırlar və ya nümayiş etdirirlər. Amma statistikaya nəzər salsaq görərik ki, il sonunda hər bir futbolçudan razı olmuşam. Əgər biz bu gün bu yerdəyiksə, deməli, əlimdə olan futbolçulardan razıyam.
 
- Son turlar “Qarabağ”ın oyunlarında ciddi hakim səhvləri olur. “Qarabağ”a qarşı “qara piar”ın getdiyini düşünürsünüzmü?
- Yox, inanmıram. İnanmıram ki, belə bir düşüncə olsun. İnanın ki, mən heç kimin açıqlamasına nə müdaxilə edirəm, nə də mənə hər hansı bir təsir edir. Bu, elə bir oyundur ki, bu gün hakimdən narazı olacaqlar, sabah məndən də narazı ola bilərlər, “Qarabağ”dan da, “Qəbələ”dən də, “Neftçi”dən də, hətta jurnalistlərdən də narazılıq edə bilərlər. Bu hadisələr belə dövr edir. Belə hallar futbolun daha da populyarlaşmasına səbəb olur. Əgər mən bilirəmsə ki, komandamız bu gün yalnız uğurlar üçün çalışır, başqa bir fikir haqqında düşünmək istəmirəm.

idmanxeber.com

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
"Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
"Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
Kamran Ağayevə yaxın duran yoxdur
AZAL-ın kapitanı Türkiyəyə gedir
Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
"Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!

Xəbər Lenti
28 May 2017
14:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
13:30 Almaniya Kubokunu "Borussiya" qazandı - VİDEO
13:00 "Sumqayıt"dan qovuldu!
12:30 "Barselona" 29-cu dəfə İspaniya Kubokunu qazandı - VİDEO
12:00 "Arsenal" "Çelsi"yə qalib gəlib, İngiltərə Kubokunu qazandı - VİDEO
11:30 Fransa Kubokunun qalibi PSJ oldu - VİDEO
11:00 Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
04:02 "Barselona" mövsümü kubokla başa vurdu
03:55 "Borussiya" Almaniya kubokunun qalibi oldu!
27 May 2017
23:45 Pavel Paşayev oynadı, komandası qalib gəldi
23:30 Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
23:15 Eddi İsrafilovsuz "Kadis" yenə xal itirdi
23:00 Şeydayev mövsümün son matçında dubl etdi
21:28 Fransa da millimizə şans vermədi
19:00 Çempionlar Liqasında bir ilk
18:30 Əsgərov Latviyada daha bir qol vurdu
18:00 Dünyanın ən varlı futbolçuları məlum oldu
17:30 "Neftçi"nin yeni mətbuat katibi məlum oldu
17:00 Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
16:30 "Qarabağ" Gürcüstan klubuna 4 qol vurdu
16:00 Prosineçki heç hara getmir
15:30 Azərbaycanlı yeniyetmə avarçəkən Avropa çempionatında finaladək irəlilədi
15:00 Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
14:30 "Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
14:00 "Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
13:30 “Zaqatala” - MOİK 0:1 - VİDEO
13:00 "İnter" futbolçuları hələ də maaşlarını ala bilmir
12:30 “Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
12:00 "Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
11:30 İlk turda “Mil-Muğan”la MOİK sevindi
11:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
18:45 "Qarabağ"ın futbolçusu milliyə çağırıldı
18:21 “Məktəbli kuboku” turnirinə yekun vuruldu
18:00 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
17:43 Yığmamız AÇ-yə hazırlaşır
17:22 Navalovski Gürcüstan millisinə dəvət olundu
17:00 22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
16:45 "Arsenal"ın 40 yaşlı qapıçısı karyerasını bitirdi
16:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Qazaxıstanda!
16:00 Premyer Liqamızda dopinq-test tətbiq olunacaq
15:45 CAR millisinin baş məşqçisi: "Ndlov başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır"
15:22 Qatuzzo "Milan"a qayıtdı
15:15 Millimizin üzvü əməliyyat olundu
15:00 Kamran Ağayevə yaxın duran yoxdur
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.