Ucuz təyyarə biletləri

Xəqani Məmmədov: "Səhvimi izah etsinlər, cavablandırım" - MÜSAHİBƏ

Tarix:  17.02.17 11:02           Yazar:  Rekord.az           Oxunub: 248 dəfə

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi

 

 

- Son günlər futboldan çox hakimlik müzakirə olunur. Oyunların səviyyəsi aşağı düşüb, yoxsa hakimlik çox zəifdir?
- Bizdə nə futbol tükənib, nə də hakimlik zəifdir. Sadəcə, bəzi klub rəsmiləri və mütəxəssislər azarkeş səviyyəsində danışırlar. Heç kim 90 dəqiqə ərzində 90 səhvə yol verən hakimi, taktikanı müzakirə etmir. Ancaq hakim bir dəfə səhvə yol verən kimi onu şişirdirlər. Xaricdə 1-2 səhvə görə heç bir hakimi asıb-kəsmirlər. Sadəcə, bəzi klub rəhbərləri mövsümün əvvəlində sponsora vədlər verirlər, çempionat sona yaxınlaşdıqca nəticə verə bilməyəcəkləri anlayan kimi günahkar axtarmağa başlayırlar. O da hakim olur.
 
- AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi mütəxəssisin gətirilmə məsələsi tez-tez qabardılır. Doğurdanmı, Azərbaycan futbolunun problemi Xaqani Məmmədovdur?
- Komitə sədrliyinə xarici mütəxəssisin gətirilmə tendensiyası çoxdan bitib. Son illər postsovet ölkələrində dəb düşmüşdü, xaricdən mütəxəssis gətirirdilər. Artıq buna gərək duymurlar. Çünki bu, çeynənmiş məsələdir. Mənə izah etsinlər ki, Xaqani Məmmədov nəyi səhv edir, cavablandırım.
 
- Hakim səhvlərini nə ilə əlaqələndirirsiniz: Bacardırdıqları budur, qorxurlar, yoxsa kimlərəsə yarınmaq istəyirlər?
- Böyük klubların nüfuzu bəzi hakimlərə təsir edir. Hakimlərimizin çoxu cavandır. Bir səhv varsa, bunu qərəz adlandırmaq olmaz. Həmin səhvi normal qəbul etməyi bacarmırıq.
 
- Nəyə görə hakimlər daha çox çempionluğa oynayan "Qəbələ" və "Qarabağ"ın matçlarında səhvlərə yol verirlər?
- Bu oyunlar daha çox diqqət mərkəzində olduğu üçün səhvlər ön plana çıxır. Hakimlərimiz bu oyunlara daha ciddi hazırlaşırlar. Amma bəzən istəmədən özlərini "yandırırlar". Hakimlərin "Qəbələ" və ya "Qarabağ"a kömək etməsi absurd iddiadır.
 
- Lakin "Qəbələ" rəsmiləri iddia edir ki, hakimlər "Qarabağ"ın əleyhinə səhv qərar vermirlər...
- Hər ikisinin xeyirinə də səhv olub, ziyanına da. "Qəbələ" XVI və XVII turlarda hakim səhvlərindən 6 xal qazanıb. Bunu niyə demirlər? Olur da. Guya "Qarabağ"ın xeyrinə nə olub ki? Bir dəfə "Neftçi" ilə görüşdə səhv vardı.
 
- Amma əleyhinə verilən qərar da olmayıb...
- Əleyhinə? Gərək baxım. Nəticəyə təsir edən səhvi xatırlamıram. 
 
- "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, FİFA laynsmanı Zeynal Zeynalov onlara qarşı qərəzlidir...
- Zeynalov harda qərəzli olub? Bəli, ötən tur "Zirə" - "Qəbələ" matçında səhv edib. Ona görə də ağır cəza alacaq. Ümumiyyətlə, bu ildən cəzanı ağırlaşdırmışıq. Səhvə yol verən hakimlər 5 oyun kənarda qalacaq. Bu il Zeynalovdan əlavə 4-5 nəfər də cəzalanıb.
 
- Bəlkə, ciddi səhvə yol verən hakimləri birdəfəlik futboldan uzaqlaşdırasınız?
- Yox, birdəfəlik düz deyil. Hakim 4-5 ilə yetişir.
 
- Ancaq təcürbə göstərir ki, əhv olunanlar sonra yenə ciddi səhvlər edirlər. Məsələn, Anar Niyazovu bağışladınız, lakin onun adı yenidən şübhəli oyunlarda hallandığı üçün yenidən kənarlaşdırıldı...
- Bəli, göndərdik getdi. Bu dəfə birdəfəlik. İnsana şans verilməlidir də.
 
- Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Qarabağ" matçını kimə həvalə edəcəksiniz?
- Müəyyənləşdirmişik, axşam saatlarında açıqlayacağıq. İndi ad çəkə bilmərəm.
 
- Əliyar Ağayev, yoxsa Fariz Yusifov?
- Məndən söz almaq istəyirsiniz? Deyə bilmərəm. Axşama bir şey qalmayıb. (Report)

Şərhlər
reskator
is orasidir ki, ancaq ozununkilere sans verirler!
Azər
Yeni bir şey oxuyub eşitdiniz?İnsan nə qədər cılız olmalıdır ki,bu qədər biabırçılıqlardan sonra belə sözlər danışsın?Heç olmasa bir səhvi boynuna al,desinlər ki, hə...Siz bir sözə baxın:Bizdə nə futbol tükənib nə hakimlərimiz zəifdir...Amma...bəzi hakimlərimizə böyük klublarımızın nüfuzu təsir edir...Ay kiçik klublarımız eşidirsiniz?Bundan sonra öz "taylarınızla" oynayın,böyük klubları udmaq sizlik deyil...Xəqiş bu sualıma cavab versəydi lap super olardı:Görəsən hakimlər və onların sifarişçiləri üçün böyük klublar hansılardır,və neçə illiyinə bu klubları "böyük" ediblər?Və ən əsası:Bildiyimiz qədəri çempionatımızda sözün həqiqi mənasında (Xəqani mənasında yox)"NEFTÇİ"-dən böyük klubumuz yoxdur...Əgər doğrudanda sən deyən kimidirsə bir, son 5 ilin statistikasın qoy qabağıva gör sənin "böyük"klublardan qorxan "killerlərin" "NEFTÇİ"-nin başına hansı oyunları açıblar...Lap sonda isə hakimlərə verilən son şans barədə:Xəqani, bəs deyirsən hakim 4-5 ilə yetişir onlara şans vermək lazımdır...sənin nə indi nə də bundan əvvəl Anar Salmanov səviyyədə hakimin olmayıb...Yaxşı, Anar kimi hakimi necə oldu ki,yox edəndə yadıva düşmədi bu 4-5 illik müddət???Yoxsa onun qəbahəti "lap böyük" idi?Hətta o dərəcədə böyük olub ki,4 ildir o qəbahəti "yuyursuz" ürəyiviz soyumur???
Əli
Azər kommentində tam razıyam.Xaqaniyə məndə sual verim. Deyir 4-5 ilə hakim yetişir. Yaxşıya bəs bu səkkiz-doqquz ildə cəmi iki hakim yetişib? Əliyarla Fariz? İndiyə qədər 10-15 hakim hazırlamaq olardı bu illər ərzində. Birdə onu etiraf etməliyik ki, o(xaqani)böyük şəxsiyyətdir və heç kim ona toxuna bilmir.
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
"Zaqatala" baş məşqçisini istefaya göndərdi

Xəbər Lenti
24 Aprel 2017
18:00 Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
17:30 Roman Qriqorçuk: "Kubokun qazanılması “Qəbələ” üçün çox böyük nailiyyət olacaq"
17:25 Nizami Hacıyev "Neftçi"də
17:00 Zaur Svanadze: "Hamımız məmnunuq"
16:27 “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi
16:19 Yığmamızın üzvü Türkiyə birinciliyində növbəti qələbəsini qazanıb
16:00 "İnter"də fevral ayının maaşları verildi
15:45 "Qəbələ"də ciddi itki
15:22 Azarkeşlər “Neftçi”nin oyununu boykot edəcəklər
15:00 "Sumqayıt"ın büdcəsi artmayacaq!
14:21 Azərbaycan millisi üçün uğurlu reytinq
14:00 "Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur
13:46 Cüdo yığmasının Elxan Abdullayevi kimdir?
13:45 İdman gimnastlarının Kluj səfəri başa çatdı
13:22 Məmmədyarov Rəcəbova qarşı
13:00 Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
12:45 Məmmədyarov liderliyə yüksəldi
12:22 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
12:00 Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" - MÜSAHİBƏ
11:30 Azad Əliyev Qazaxstanda keçirilən turnirdə bürünc medal qazanıb
11:00 Abdulbari Gözəl: "Kubok burdan ora, ordan bura gəzə bilməz" - MÜSAHİBƏ
10:30 Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında
10:00 "Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.