Ucuz təyyarə biletləri

Axı niyə yox idiniz, cənablar?

Tarix:  20.02.17 13:02           Yazar:  Amal Abuşov           Oxunub: 739 dəfə

Qəbələdən Bakıya doğru uzanan, enişli-yoxuşlu, qarlı-buzlu yollarla qaranlığı yara-yaya bir avtobus irəliləyirdi. Avtobusda 50-yə yaxın idman jurnalisti əyləşmişdi. Qəbələyə getmişdik. İstirahət günü olsa da, biz işləməkdən gəlirdik. "Böyük oyun”un tarixə qovuşmasından sonra başqa bir oyuna böyüklük qazandırmaq missiyasını yerinə yetirirdik.

 

Üzərimizə düşəni etdik. 19 fevralı Azərbaycan futbolunun yeni tarixində əhəmiyətli günlərdən birinə çevirə bildik. Futbol azarkeşləri “Qəbələ” – “Qarabağ” qarşılaşmasının həyacanı yaşadı, əyalətdə baş verənlərdən anında xəbər tutdu, yerli fanatlardan birinin həbs olunmasının, zorakılıqla tribunadan uzaqlaşdırılmasının görüntülərini izləyə, “qırmızı-qara” rənglərə könül verənlərin açdıqları bir-birindən kreativ pankartların fotoşəkillərini görə bildilər. Mən avtobusdan enib, evə doğru istiqamətlənəndə saatlar gecə 02:30-u göstərirdi. Yaşadığım ərazi şəhərin şimal girişinə yaxın olduğu üçün evə tez çatdım. Amma həmkarlarım arasında Bakının uzaq qəsəbələrində yaşayanlar da var. Deməli, evinə səhərə yaxın, saat 4-də çatanlar da olub. Bundan 2-3 saat sonra isə yenidən bilgisayar arxasında əyləşmək, oxuculara yeni məlumatlar, xəbərlər, müsahibələr çatdırmaq lazımdı... Asan işdimi?

 

Sual verərsiz ki, bilirdiz belə olacaq, niyə getdiz? Bəli, bilirdik. Elə bilə-bilə bu əziyətə qatlaşırıq. Düzdü, mən belə səfərlərə o qədər də intensiv getmirəm. Amma həmkarlarım tez-tez bu cür əziyyətə qatlaşırlar. Çətin olacağını bilsələr də, öz peşə borclarını yerinə yetirməkdən ötrü yuxusuz qalırlar, özlərini uzaq yola vururlar. Hələ dünən Allah üzümüzə baxdı ki, Qəbələdə günəş şüaları canımızı isidirdi, reportajlarımızı qarlı dağların ətəyində soyuq küləyin vıyıltısının, yağışın soyuq damlalarının müşayəti ilə yazmırdıq.

 

Biz istəyirdik ki, azarkeşlər “Qəbələ”ylə “Qarabağ”ın qarşılaşmasına daha çox diqqət ayırsınlar. Çünki Azərbaycan futbolunun, ölkə çempionatının bu diqqətə çox ehtiyacı var. 8 komandalı çempionata obyektiv və subyektiv səbəblərdən maraq xeyli azalıb, futbolla maraqlananlar nəzərlərini əsasən xarici klublara yönəldib. Futbolu inkişaf etdirmək təkcə klub sponsorlarının, məşqçilərin və futbolçuların işi deyil axı. Bu işdə onlara azarkeşlər, mətbuat yetərincə dəstək olmalıdılar. Və sözsüz ki, futbol funksionerləri də. Təəssüflər olsun ki, dünənki qarşılaşmanı izləyənlər arasında Azərbaycanın futbol təsərrüfatına rəhbərlik edənlərin heç biri yox idi. Adını da qoymuşdular ki, bu qarşılaşma da digərləri kimi adicə çempionat oyunudu, fərqləndirməyə ehtiyac yoxdu. 

 

Hardaydı beş mərtəbəli “boz bina”nın isti kabinetlərini dolduran qalstuklu cənablar? AFFA rəhbərliyi, millimin 1,2 milyon avro məvacib alan xorvatiyalı məşqçiləri Qəbələyə gəlməyi niyə vacib bilməmişdilər? Onlar özlərinə əziyyət verib Qəbələyə gəlsəydi, bu addım bölgədəki azarkeşlər üçün də, meydana çıxan futbolçular üçün də əlavə stimul olardı. Bu ölkənin çempionatı, futbolun inkişafı təkcə biz idman jurnalistlərini maraqlandırmalı, bunun üçün klublarla birlikdə yalnız biz əziyyət çəkməliyikmi? Aylardan bəri baş-beynimizi “niyə də yox” şüarı ilə yoranlardan soruşuram: siz Qəbələdə niyə yox idiniz, cənablar?

Şərhlər
Kohne fanat
cox agir meseleye toxundunuz.onlarin Qebeleye gelmemeyi yeqinki isti kabimetde haldan hala dusmekle izleyibler.HEMDE ONUDA QEYD EDIMKI YAXI BILIRLERKI STADYONU CEHENNEME CEVIREN QEBELELILER ONLARIDA NISAN ALA BILER.eslinde nisan aldigimiz herkesi alnindan atdiq.bununcun OZOBIC TIPLI QIRICI VE ZENYOV KIMI KAMKADZE GEREK IDI KI,BUNUDA ELA BACARDIQ.ATDIGIMIZ IKI GULLEYLE COXLARINI MEHV ETDIK.ODURKI ONLAR UCUN ADI OYUN YOX,QEBELEYE GELMEKCUN CURET LAZIM IDI. BURASI CEHENNEM BURDAN CIXIS YOX
sevgifaciesiroman
Sponsor nazir gəlmişdi də oyuna,onun stadionda olduğu oyunu Qarabağ udmayacaqdı ki.Da o olan yerə başqa kim gələsi idi?
Kohne fanat
2...0dan sora danismaga uzunde vare.sponsor stadionda olanda uduruqsa,yeqin siz ona gore udmusuz indiye kimi.sen futboldan anlayan olsaydin gozel oyunu dusunerdin.eyni top eyni qapilar eynu sayda futbolcular ve 90deqiqe.buyurub udardiz.
sevgifaciesiroman
Fövqəlnazir sponsorunuzun kəsdiyi başa sorğu-sual yoxdu.Bir elə sənin başın çıxır futboldan.Belədə sizin nazir sponsor affaya xahiş edib ki,Qarabağa əmr və göstəriş versin ki,güclü legionet transfer etməsin,əlindəki legionerləri də dağıtsın və siz də legionerlərlə güclənib çempion olasınız köhnə fanat.Tfu deyirəm bu cür çempionata.
kohne fanat
neqedeeki biz variq basinizin ustunden qara buludlar cekilmeyecek.QEBELEnin boyukluyu kicildecek sizleri.QEBELE 2...0 udandan sora ozunuze gele bilmirsiz. biz ........ sagalmir)))
sevgifaciesiroman
Səviyyən elə biıindi köhnə fanat.Öz meydanınızda o qədər sizə........ ki.Qarlı günlərdə də 0-3 lərin sayına baxın.Yenə də sizlə öz aramızdakı şəxsi görüşlərin sayında qələbə açıq aşkar bizdə çoxdu.Bir az görüb götürmüş,toxgöz danışmaq yaxşıdı ))
kohne fanat
ala dutdulu.gedin komanda yigin kankret qarabagin ilan agdamin olan qarabagini yigin.bu qara qura bag sizin deyil.azersunundu ve bakinindi.yazilariva oqeder gulmusemki.biraz dusuncen olsun.azersun stadyon tikende qalxmali idinizki bes QUZANLI?!bax bu sualin cavabini axtarin.siz qarabagli ola bilersiz.ama kagiz uzerinde.men gorub goturduyumu yazsam sene,sen orurub arxivinizi yaxsi maraqlanarsan.tak cto davayda
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
Nizami Hacıyev "Neftçi"də
Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
"Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur

Xəbər Lenti
24 Aprel 2017
19:00 Rəşad Sadiqov: "Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq" - MÜSAHİBƏ
18:00 Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
17:30 Roman Qriqorçuk: "Kubokun qazanılması “Qəbələ” üçün çox böyük nailiyyət olacaq"
17:25 Nizami Hacıyev "Neftçi"də
17:00 Zaur Svanadze: "Hamımız məmnunuq"
16:27 “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi
16:19 Yığmamızın üzvü Türkiyə birinciliyində növbəti qələbəsini qazanıb
16:00 "İnter"də fevral ayının maaşları verildi
15:45 "Qəbələ"də ciddi itki
15:22 Azarkeşlər “Neftçi”nin oyununu boykot edəcəklər
15:00 "Sumqayıt"ın büdcəsi artmayacaq!
14:21 Azərbaycan millisi üçün uğurlu reytinq
14:00 "Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur
13:46 Cüdo yığmasının Elxan Abdullayevi kimdir?
13:45 İdman gimnastlarının Kluj səfəri başa çatdı
13:22 Məmmədyarov Rəcəbova qarşı
13:00 Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
12:45 Məmmədyarov liderliyə yüksəldi
12:22 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
12:00 Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" - MÜSAHİBƏ
11:30 Azad Əliyev Qazaxstanda keçirilən turnirdə bürünc medal qazanıb
11:00 Abdulbari Gözəl: "Kubok burdan ora, ordan bura gəzə bilməz" - MÜSAHİBƏ
10:30 Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında
10:00 "Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.