Ucuz təyyarə biletləri

"Akula"nın ağzının içində yerləşən futbol məktəbi - YAZI + FOTOLAR

Tarix:  22.02.17 17:02           Yazar:  Rekord.az           Oxunub: 405 dəfə

Sumqayıtın uşaq futbolundan bəhs edən lahiyəmiz çərçivəsində növbəti yazımızı sizə təqdim edirik. Bu dəfəki yazımız İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinə (OEUGİM) həsr olunur. Sözügdən məkəb 1997-ci ildə təsis edilib. Bu məktəbin balansnda atletika, sərbəst güləş və cüdo bölmələri ilə bərabər futbol bölməsi də fəaliyyət göstərir. İdman məktəbinə U-17 millimizin məşqçilərindən olan və hazırda paralel olaraq “Sumqayıt” Futbol Akademiyasının U-16 komandasının baş məşqçisi, eləcə də akademiyanın koordinaoru  Baba Əsgərov rəhbərlik edir.. AGİN-ə aid olduğu üçün nazirliyin balansında olan bütün idman qurğularından istifadə olunur. Məsələn, bu məktəbin futbolçuları şəhərin baş arenası olan Mehdi Hüseynzadə adına stadionun xidmətindən təmənnasız istifadə edirlər. Eləcə də “İnşaatçı” stadionunun. Elə məktəbin futbol məşqçilərindən olan sabiq futbolçu Ramin Hüseynovla söhbətimiz də M. Hüseynzadə adna stadionda baş tutdu. 

Söhbət zamanı məlum oldu ki, OEUGİM-in futbol bölməsində 8 yaşdan 14 yaşa kimi qruplar fəaliyyət göstərir. Yalnız U-8 və U-9 istisna olmaqla bütün yaş qrupları AFFA-nın bayrağı altında təşkil olunan ölkə çempionatında mübarizə aparır. U-8 və U-9 isə həmin yaş qrupu üzrə çempionat keçirilmədiyi üçün yarışlara qatılmır və yalnız məşqlə kifayətlənir.Yazının girişində də qeyd etdiyimiz kimi, AGİN-ə məxsus olduğu üçün bu məktəbin komandaları nazirliyin balansında olan bütün idman qurğularından təmənnasız istifadə edirlər. Hüseynov komanda və nəticələr haqda daha ətraflı məlumat verdi: “Məşqlərimizi M. Hüseynzadə adına stadionda və “İnşaatçı” stadionunda keçirir. Hazırda qış ayı olduğu üçün əsas stadiona həftədə iki dəfə çıxırıq. Əvəzində bu ərazidə yerləşən kiçik ölçülü süni meydançada məşq edirik. M. Hüseynzadə adına stadionda olan məşqləri mənimlə Azər Mehtiyev keçir. “İnşaatçı” stadionunda keçirilən məşqlərə isə Vəfadar Quliyevlə Teymur Qafarov nəzarət edr. Nəticələrimizə gəlincə, çox yüksəkdir. U-10 komandamız keçən il ölkə çempionatında yüksək nəticə göstərdi. Hazırda Şimal zonasında mübarizə aparırıq. Bu zonada “Sumqayıt”la başa-baş mübarizə aparan yeganə komada bizim komandamızdır. Hazırda Şimal zonasında iki yaş qrupu üzrə”Sumqayıt” 1-ci, biz 2-ci yerdəyik, digər iki qrup üzrə isə biz 1-ci, “Sumqayıt” 2-cidir”.

Həmsöhbətimiz maraqlı bir məqama da toxundu. Söhbət, fəaliyyətləri dövründə üzləşdikləri bir maneədən gedir. Hansı ki, bizim də marağımızı çəkdi: “Gördüyünüz kimi, hazırda məşq etdiyimiz məşq meydanşası “Sumqayıt” Futbol Akadeiyasının düz yanında yerləşir. Loru dildə desək, “akula”nın ağzının içində məşq edirik. Baxmayın da akademiya akademiyadı. Uşaqlar baxırlar ki, akademiyanın uşaqlarına geyim dəstləri, formalar verilir və həmin formaya görə akademiyaya getmək istəyirlər. Uşaqdılar hardasa onları da qınamaq olmur. Amma bizə görə burda qalanlar da çoxdur. Məsələn Baba Əsgərovu tanıyırlar, məni tanıyırlar Azər müəllimi, Vəfadar müəllimi tanıyırlar və bilirlər ki, bu məktəbdə çalışanlar futbol adamlarıdır. Ona görə valideynlər də uşaqlarını bizə etibar edirlər”.

 

Ramil müəllim OEUGİM-in yetirməsi olan futbolçular haqda da danışdı: “Məktəbimizdn bir çox istedadlı uşaqlar çıxıb və bu gün də çıxmaqda davam edir. Bu günəqədər yetişən uşaqlardan Premyer Liqada oynayanlar da var. Əslində həmin uşaqları biz özümüzdə saxlamaq istərdik. Lakin maliyyə durumu buna imkan vermir. Çünki Premyer Liqa klubları hansısa uşağı görür, bəyənir və öz heyətinə dəvət edir. Təbii ki, şərait və maddi şərtlər daha yaxşı olduğu üçün uşaq da ora gedir. Bu yaxınlarda U-15 millisinin seleksiya xarakterli məşqlərinə məktəbimizdən 4 nəfər dəvət olundu. Onların sırasından isə komandamızın kapitanı Tural Haqverdiyev seçilərək təlim-məşq toplanışına cəlb olunub. Bundan başqa, hazırda “Sumqayıt”-da forma geyinən Xəyal Cəfəfov da bizim məktəbin yetirməsidir. İlk dəfə rəhmətlik Tofiq Rzayevin yanında məşqlərə başlayıb. Sonra Tofiq müəllim səhhəti ilə bağlı futboldan ayrıldıqdan sonra Vəfadar müəllimin yanına gəlib. Daha sonra “Sumqayıt”a gedib. Hazırda komandamızda Kamil adlı qapıçı var təsəvvür edin, qapıçı ola çempionatın bombardiridir. Ümumiyyətlə,məktəbimizin əksər futbolçularını “Qəbələ”, “Vətən” və digər komandalar istəyir. Lakin biz istedadlı uşaqları “Sumqayıt”a veririk. Çünki öz şəhərimizin komandasıdır və onlara kömək etməliyik”.

Gənc məşqçi məşq şəraitləri və komandanın mövcud durumu haqda da məlumat verdi: “Şəraitimiz normaldı, ciddi problemimiz yoxdur. Həftədə iki dəfə M.Hüseynzadə adına stadionda məşqə çıxırıq. Qalan günləri isə gördüyünüz kiçik ölçülü süni meydançada məşq edirik. Digər komandalarımız isə “İnşaatçı” stadionunda məşq edir. Düzdür, "İnşaatçı" stadionunda şərait oqədər də yaxşı deyil. Topları qoymaq üçün yer də yoxdur və buna görə Vəfadar müəllim məşq olan günü topları öz maşınında aparıb gətirir. Hazırda “Sumqayıt” klubu ilə danışıq gedir və razılıq əldə olunsa may ayından etibarən “Kapital Bank Arena” da bizə də məşq üçün şərait yaradacaqlar. Çünki M. Hüseynzadə adına stadion təmirə bağlanandan sonra orda məşq edə bilməyəcəyik. O ki qaldı ləvazimət baxımından, o barədə heç bir problemimiz yoxdur. Topumuz, formamız, idman ləvazimatımız hər şey var. Əvvəl 5 topla məşq edirdiksə, indi anbarda 200 topumuz var”.

Sonda Hüseynov milli məşqçilərinin ölkədə istedadlı uşaqların olmadığını və buna görə legioner gətirmələri haqda dedikləri fikirlərlə də razılaşmadığını bildirib: “O fikirlə heç cürə razı deyiləm. Azərbaycanda istedadlı uşaqların olmadığını demək qeyri-mümkünsüz bir şeydi. İstedadlı, bacarıqlı uşaqlar çoxdur. Elə öz məktəbimizdən nümunə gətirib bunu deyə bilərəm. Sadəcə, onları tapmaq, üzərlərində işləyib ortaya çıxarmaq lazımdır. Təbii ki, sonrası uşağın özündən asılı olacaq. Bəzən uşaq futbolunda “əjdaha” olan  uşaq böyük futbola gedəndən sonra itib-batır. Amma ən azı böyük futbola kimi onu gətirib çıxarmaq məşqçilərdən asılı olan məsələdir. Biz özümüz də çətinliklə böyümüşük, çətinliklə futbol oyamışıq. Bizim dövrlə müqayisədə indiki uşaqların qabağa getmələri üçün daha geniş imkanlar var. Sadəcə, dediyim kimi, məşqçilər üzərlərinə düşən işi görməli, düzgün seleksiya işi aparıb istedadlı uşaqları tapmalıdır”.

Sonda maraq üçün 1994-cü ildə ilk dəfə Azərbaycandan iki gənc futbolçu seçilərək 1 illik “Trabzonspor”a göndərilmişdi ki, onların da biri məhz Ramin Hüseynov  idi.

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Azərbaycan yeni futbol komandası yaradıldı
"Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
"Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
"Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
Mahmud Qurbanov "İnter"də?
I Divizionda daha bir baş məşqçi istefası!
Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
"Şərurspor"un futbolçusu "Şəmkir"də
AFFA-dan növbəti qəribə addım: Milli komandanın adını dəyişdirdilər
Böyükağa Hacıyev: "Azərbaycanda futbol sönüb" - MÜSAHİBƏ

Xəbər Lenti
25 Mart 2017
04:15 Türkiyə, İtaliya və İspaniyadan qələbə
00:20 Millimiz Estoniya ilə heç-heçə etdi
24 Mart 2017
20:00 Akrobatika gimnastikası üzrə hakimlərimizin növbəti uğuru
19:30 Azərbaycan təmsilçilərinin hakimlik dərəcələri müəyyənləşdi
19:00 "Real"ın futbolçusu: "Azərbaycana səfər yorucu olacaq"
18:30 "Borussiya"nın futbolçusu millimizə qarşı oynamayacaq
18:00 Almaniya millisi Bakıya gəlir
17:30 I Divizion: Turun təyinatları açıqlandı
17:00 "Sumqayıt" itkilərlə başladı
16:44 Özil: “Azərbaycan bizə qarşı 200 faiz güc sərf edəcək”
16:20 Yığmamız Rusiyada qələbə qazandı
16:00 Almaniya ilə oyuna cəmi 3 min bilet qalıb
15:40 Foqts yenidən Bakıya gəldi, baş katiblə görüşdü
15:21 AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza
15:00 Azərbaycan yeni futbol komandası yaradıldı
14:41 "Zirə"nin futbolçusuna bir oyunluq cəza
14:22 Azərbaycan millisinin üzvü Yaponiya çempionatının ən yaxşı hücumçusu seçildi -FOTO
14:00 "Şəmkir" Qəhrəman Əliyevin borcunu vermir
13:44 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:22 "Qaradağ Lökbatan" - "Zaqatala" 3:2 - VİDEO
13:00 Yoahim Löv: "Qələbə seriyamızı Bakıda da qol buraxmadan davam etdirəcəyik" - MÜSAHİBƏ
12:22 Messi maykası altında narkotika ticarəti
12:00 Azərbaycan millisinin braziliyalıları - YAZI
11:30 Millimiz mövqeyini qorudu
11:00 Böyükağa Hacıyev: "Azərbaycanda futbol sönüb" - MÜSAHİBƏ
10:30 Özil, Qomes və Drakslerin son durumu: Bakıya gələcəklər?
10:00 "Şərurspor"un futbolçusu "Şəmkir"də
23 Mart 2017
23:30 Kamran Ağayev məşqlərə başladı
21:00 Rüfət Dadaşov dubl etdi, komandası məğlubiyyətdən xilas oldu
20:00 Millimizin Almaniya ilə oyuna hazırlığı davam edir - FOTOLAR
19:30 "Ağsu" - "Turan Tovuz" 1:1 - VİDEO
19:00 Birinci Divizionda 22-ci turun oyun cədvəli bəlli oldu
18:44 Droqba ikinci liqa klubunda
18:22 Dieqo Simeone: “Real”ı heç vaxt çalışdırmaram”
18:00 Mahmud Qurbanov "İnter"də?
17:40 “Qaradağ Lökbatan” “Zaqatala” üzərində qələbəyə sevindi
17:20 "Energetik" - "Şahdağ" 1:0 VİDEO
17:00 Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
16:43 Almaniya yığmasında zədə epidemiyası davam edir - "Borussiya"nın üzvü sıradan çıxdı
16:20 "Mil-Muğan" - "Bakılı" 4:1 - VİDEO
16:00 Özil millimizlə oyunöncəsi tənqid edildi: "Bunu etməklə böyük futbolçu ola bilmərsən"
15:44 "Əlincə" "Həvəskarlar Kuboku"nun bürünc medallarını qazandı
15:21 MOİK - "Şəmkir" 0:0 - VİDEO
15:00 "Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
14:44 Robert Prosineçki: "Uduzmasaq, bu, Azərbaycanda böyük sevincə səbəb olacaq"
14:22 AFFA-dan növbəti qəribə addım: Milli komandanın adını dəyişdirdilər
14:00 "Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
13:44 Dama üzrə "İdmanda kuboku" keçirildi
13:22 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:00 "Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.