Ucuz təyyarə biletləri

Ayşən Abduləzimova: "Niyə də yox?"

Tarix:  02.03.17 17:03           Yazar:             Oxunub: 538 dəfə

Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqasında çıxışını başa vurub. Komandanın və Azərbaycan millisinin aparıcı üzvlərindən olan Ayşən Abduləzimova ilə əlaqə saxlayıb qitənin ən nüfuzlu klub turniri, ölkə birinciliyi və yığmanın mübarizə aparacağı yarışlar haqqında fikirlərini öyrəndik. Təcrübəli blokerimizin "Rekord.az"a müsahibəsini təqdim edirik.

 

- "Azərreyl" Çempionlar Liqasının qrup mərhələsində uğurla çıxış etsə də, pley-offa vəsiqə qazana bilmədi.

- Fikrimcə "Azərreyl" pis nəticə göstərmədi. Qrupda ikinci olduq.

 

- Komanda "Fənərbaxça" ilə hər iki oyunda məğlub olub. Evdəki görüşə ümid böyük idi. Səncə nə çatmadı xal qazanmağa?

- "Fənərbaxça" bildiyiniz kimi, güclü komandadı, səfərdə bir az çətin oldu. Komanda öz meydanında oynuyurdu, özlərini daha rahat hiss edirdilər. Azarkeşlərə söz ola bilməz, oyun başlayandan bitənə qədər komandanı dəstəkliyirdilər. Bakıda oyun bir qədər rahat olsa da, fikrimcə komandamızın oyunu alınmadı.

 

- Ölkə birinciliyində də komanda ikinci pillədədi və liderlə oyunların hamısını uduzub. Hərçənd heyətlər eyni səviyyədədir demək olar. "Telekom"la növbəti oyun çempionun müəyyənləşməsi istiqamətində həlledici olacaq.

- "Telekom"la keçiriləcək son oyun hər şeyi həll edəcək, Əlbəttə, çətin olacaq, hər iki komanda qələbə üçün meydana çıxacaq. Biz də əlimizdən gələni edəcəyik ki, qalib gələk.

 

- Qarşıda İslam Oyunları gəlir. Bu haqda fikirlərin.

- Mövsüm bitdikdən sonra milli komandayla təlim-məşq toplanışına start verəcəyik. İslam Oyunlarına hazırlıqlar ciddi şəkildə aparılacaq. Biz də yarışda uğurla çıxış etməyə çalışacayıq.

 

- Avropa Oyunlarında son anda əldən verdiyimiz mükafatı nəhayət İslam Oyunlarında qazana bilərikmi?

- Fikrimcə Avropa oyunlarında sonadək mübarizə apardıq, çalışdıq. Sadəcə qələbə üçün nə isə çatmadı. İnşallah İslam Oyunlarında bunu bacararıq.

 

- Bu il Avropa Çempionatına da ev sahibliyi edəcəyik. Qrupumuz haqqında nə deyə bilərsən

- Qrupumuz elə də asan deyil. Bununla belə, komandaların hamısını tanıyırıq. Hər şey özümüzdən asılıdır, əlimizdən gələni edəcəyik, sonadək mübarizə aparacayıq.

 

- Səncə doğma meydan amili və azarkeş dəstəyi kömək ola biləcək?

- Bizim azarkeşlərin dəstəyinə, bizə inamlarına ehtiyacımız var. Onları sevindirməyə çalışacayıq.

 

- Son qitə birinciliklərində qrupdan çıxa bilmirik. Nəhayət bu tilsimi qırmaq mümkün olacaqmı?

- Niyə də yox? Məncə artıq vaxtıdır.

 

- Yığmanın 4 aparıcı oyunçusu xarici çempionatlarda çıxış edir. Bu bizə əlavə üstünlük verə bilərmi?

- Əlbəttə bu amil bizə üstünlük verə biler. Tamam fərqli çempionatlarda çıxış edirlər, fərqli təcrübə qazanırlar. Bu, yığmanın oyununa da kömək ola bilər.

 

- Klublarımızın Rusiya çempionatında iştirakı məsələsinə münasibətin necədi?

- Rusiya birinciliyi ən güclü çempionatlardandır. Kifayət qədər güclü klublar var. Əlbəttə, belə klublarla mübarizə aparmaq oyun təcrübəsi baxımından da yaxşıdır. Lakin Azərbaycan Super Liqası da son illərə qədər ən güclü çempionatlardan hesab olunub. Fəaliyyətini dayandırmış "İqtisadçı" klubu növbəti mövsümdən yenidən ölkə birinciliyində çıxış edəcək. Yerli klubların sayının artırılması istiqamətində də federasiya tərəfindən işlər görülür. Bununla bağlı federasiya qərar verəcək.

 

- Sonda azarkeşlərə nə demək istərdin ?

- Azarkeşlərə sözüm odur ki, tənbəllik etməsinlər, bizə hər zaman dəstək olsunlar. Onların dəstəyinə ehtiyacımız var. İnşallah biz də əlimizdən gələni edəcəyik ki, onları, bütün voleybol həvəskarlarını sevindirək. Qələbələrimizin, uğurlu nəticələrimizin sevincini azarkeşlərlimizlə paylaşmaq istəyirik.

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
"Səbail"dən növbəti transfer!
"Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
"Sumqayıt"dan qovuldu!
"Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
“Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
"Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
Vidadi Rzayevlə tarixi oyuna səyahət: “Biz o vaxt pula yox, ada oynayırdıq” - YAZI

Xəbər Lenti
29 May 2017
01:00 Portuqaliya Kubokunun qalibi bəlli oldu - VİDEO
00:50 “Zirə” Sanqareni də yola saldı
00:40 Reynaldo Silvanın yeni baş məşqçisi azərbaycanlı oldu
00:30 “Araz Naxçıvan” - “Zaqatala” 2:1 - VİDEO
00:20 “Mil-Muğan” - MOİK 1:1 - VİDEO
00:10 Heydər Əliyev Kubokunda daha 2 oyun keçirildi
28 May 2017
23:40 "Qəbələ"dən böyükhesablı qələbə
23:20 "Neftçi" Tiflisdə məğlubiyyət tanımır
21:00 "Qarabağ"dan ikinci qələbə
20:09 Millimiz İslandiyanı məğlub etdi
17:00 Vidadi Rzayevlə tarixi oyuna səyahət: “Biz o vaxt pula yox, ada oynayırdıq” - YAZI
15:30 "Neftçi"dən Gürcüstanda 3 qələbə
15:00 "Səbail"dən növbəti transfer!
14:30 "Qəbələ" Macarıstanda 3-cü yer uğrunda mübarizə aparacaq
13:30 Almaniya Kubokunu "Borussiya" qazandı - VİDEO
13:00 "Sumqayıt"dan qovuldu!
12:30 "Barselona" 29-cu dəfə İspaniya Kubokunu qazandı - VİDEO
12:00 "Arsenal" "Çelsi"yə qalib gəlib, İngiltərə Kubokunu qazandı - VİDEO
11:30 Fransa Kubokunun qalibi PSJ oldu - VİDEO
11:00 Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
04:02 "Barselona" mövsümü kubokla başa vurdu
03:55 "Borussiya" Almaniya kubokunun qalibi oldu!
27 May 2017
23:45 Pavel Paşayev oynadı, komandası qalib gəldi
23:30 Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
23:15 Eddi İsrafilovsuz "Kadis" yenə xal itirdi
23:00 Şeydayev mövsümün son matçında dubl etdi
21:28 Fransa da millimizə şans vermədi
19:00 Çempionlar Liqasında bir ilk
18:30 Əsgərov Latviyada daha bir qol vurdu
18:00 Dünyanın ən varlı futbolçuları məlum oldu
17:30 "Neftçi"nin yeni mətbuat katibi məlum oldu
17:00 Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
16:30 "Qarabağ" Gürcüstan klubuna 4 qol vurdu
16:00 Prosineçki heç hara getmir
15:30 Azərbaycanlı yeniyetmə avarçəkən Avropa çempionatında finaladək irəlilədi
15:00 Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
14:30 "Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
14:00 "Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
13:30 “Zaqatala” - MOİK 0:1 - VİDEO
13:00 "İnter" futbolçuları hələ də maaşlarını ala bilmir
12:30 “Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
12:00 "Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
11:30 İlk turda “Mil-Muğan”la MOİK sevindi
11:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.