Ucuz təyyarə biletləri

Güləşçilərimiz Kiyevdə daha 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandılar

Tarix:  04.03.17 23:03           Yazar:             Oxunub: 105 dəfə

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir başa çatıb. Rekord.az xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edib.



Güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) qazanıb.


İkinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq, qadın güləşi üzrə 53, 58, 63 və 75 kq çəkidə idmançılar mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. 


Sərbəst güləş üzrə kişilərin yarışında 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov ardıcıl olaraq Bolqarıstan, Belarus və İrandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda Ukrayna idmançısı Vasil Şuptarı təmiz qələbə ilə üstələyən güləşçimiz turnirin qızıl medalını qazanıb. 


86 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov mübarizəyə 1/16 final mərhələsindən başlayıb və ardıcıl olaraq Ukrayna, Macarıstan, Belarus və yarımfinalda daha bir Ukrayna güləşçisini məğlub edərək finala yüksəlib. Finalda İran idmançısı Mostafa Giasi Çekanı tam üstünlüklə məğlub edən təmsilçimiz turnirin qızıl medalını qazanıb. 


Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan Elmira Qəmbərova ABŞ, Almaniya və Ukraynadan olan rəqiblərindən üstün olub və adını finala yazdırıb. Final görüşündə güləşçimiz Dünya və Avropa çempionu Yuliya Tkaça minimal hesabla uduzaraq gümüş medalla kifayətlənib.  

Anjela Doroqan (53 kq) və İrina Netreba (58 kq) isə bürünc medal uğrunda həlledici görüşə çıxıb. Müvafiq olaraq Almaniya və Ukraynadan olan idmançıları məğlub edən təmsilçilərimiz turnirin bürünc medalına sahib olub. 


Beləliklə, 2 gün davam edən yarışı yığmamız ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Bu medallardan 2 qızıl və 2 bürüncü sərbəstlərin, 1 qızıl, 2 gümüş və 2 bürünc medal isə qadın güləşçilərinin payına düşüb. 


61 kq 
FİNAL 
Vasil Şuptar (UKR) - Əhmədnəbi Qvarzatilov 0:5 tuşe
1/2 final 
Əhmədnəbi Qvarzatilov - Peiman Biabani (İRİ) 9:3
1/4 final 
Əhmədnəbi Qvarzatilov - Heorgi Kaliyeu (BLR) 8:2
1/8 final 
Vladimir Dubov (BUL) - Əhmədnəbi Qvarzatilov 2:9


70 kq 
1/8 final 
Semen Radulov (UKR) - Hacımurad Ömərov 9:6


86 kq 
FİNAL 
Mostafa Giasi Çeka (İRİ) - Hacımurad Məhəmmədsəidov 0:5 tuşe
1/2 final 
Mraz Dzafarian (UKR) - Hacımurad Məhəmmədsəidov 4:8
1/4 final 
Adlan Tasuev (BLR) - Hacımurad Məhəmmədsəidov 7:10
1/8 final 
Hacımurad Məhəmmədsəidov - Tot Bendeguz (HUN) 1:0
1/16 final
Bogdan Hritsay (UKR) - Hacımurad Məhəmmədsəidov 2:3


125 kq 
1/8 final
Oleksandr Xotsianivski (UKR) - Umar İsrailov 10:0                  


53 kq 
Bürünc medal görüşü 
Olga Şnayder (UKR) - Anjela Doroqan 0:10
1/2 final 
Liliya Horişna (UKR) - Anjela Doroqan 3:1
1/4 final 
Leyla Qurbanova - Anjela Doroqan 0:7


58 kq 
Bürünc medal görüşü 
İrina Netreba - Mertins Laum (GER) 4:0
1/4 final 
Barka Emese (HUN) - İrina Netreba 2:0


63 kq
FİNAL 
Yuliya Tkaç (UKR) - Elmira Qəmbərova 1:0
1/2 final 
Svetlana Rijikova (UKR) - Elmira Qəmbərova 4:8
1/4 final 
Luzie Manzke (GER) - Elmira Qəmbərova 0:9
1/8 final 
Amanda Hendey (USA) - Elmira Qəmbərova 1:2

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Göyçə" millimizin sabiq üzvüləri ilə müqavilə bağladı
Bakıda daha bir klub yaradıldı: I Divizionda oynayacaq
Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
"Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
"İnter"in Raufa nə qədər borcu var?
Şüvəlanda 5 qolluq sınaq matçı
"Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
Rəşad Danimarkada oynaya biləcək?
"Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
"Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?

Xəbər Lenti
19 Avqust 2017
20:15 "Neftçi" "Səbail"in tarixinə düşdü
20:05 "Neftçi" azarkeşləri Elxan Abdullayevi yenidən istefaya səslədi - FOTO
20:00 “Neftçi” “Səbail”ə uduzdu, "Qarabağ" "İnter"ə qarşı - YENİLƏNİR
18:41 Yığmamız DÇ-yə 9 taekvondoçu ilə yollanır
18:21 Erat oynadı, komandası ilk qələbəsini qazandı
17:40 Tiflis "Dinamo"su Qəbələdə
17:21 Rauf Əliyev "Kukesi"də debüt etdi
17:00 “Ağsu”nun büdcəsi və iddiası azaldı
16:41 "Tottenhem" "Ayaks"dan futbolçu transfer etdi
16:22 Güləşçilərimiz hərbçilərin dünya çempionatına bu heyətlə yollanır
15:41 Atletlərimizin çıxış cədvəli məlumdu
15:20 "İnter"dən "Valensiya"ya
15:00 Ağabala Danimarkada da meydançaya çıxa bilməyəcək
14:40 “Qəbələ” - “Sumqayıt”: 21-ci duel
14:21 90 dəqiqə oynadı, qələbəyə sevindi
14:00 “Göyəzən” bank təminatını verə bilmir
13:40 Əzizovun komandası yeni mövsümə məğlubiyyətlə başladı
13:21 Şüvəlanda 5 qolluq sınaq matçı
12:41 Yunan-Roma güləşçilərimiz Parisə yola düşdü
12:20 Federasiyanın kollektivi etiraz yığıncağı keçirdi - VİDEO
12:00 "Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
11:30 "Neftçi"nin "Səbail"lə oyun öncəsi son məşqi - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
18 Avqust 2017
21:00 "Yuve" onun transferini rəsmən açıqladı
20:30 Boks Federasiyasında DÇ-yə yollanacaq yığma ilə görüş keçirildi
19:30 Boatenq Dadaşov ilə bir komandada
19:00 "Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
18:30 "Binə"dən daha 5 transfer
18:00 Premyer Liqada 2-ci turun hakimləri
17:45 2-ci turun hakim təyinatları açıqlandı
17:21 "Kopenhagen"li futbolçu: "Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm"
17:00 Azərbaycan - San Mariono matçının stadionu dəyişdirildi
16:40 "Qarabağ"ın sabiq forvardı Kipr klubunda
16:21 "Qarabağ" "İnter"ə qarşı - VİDEOANONS
15:46 Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə
15:31 Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
15:22 Təmsilçilərimiz Slovakiyadan qalib qayıdır
15:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək
14:29 Bakıda küveytli hakimlərin toplanışı olacaq
14:00 "Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
13:22 Madrid "Real"ının qapıçısı futbolçumuzla komanda yoldaşı oldu
13:00 Rəşad Danimarkada oynaya biləcək?
12:40 "Borussiya" sabiq forvardını geri qaytardı
12:21 Palasionun yeni klubu bəlli oldu
12:00 Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
11:40 "Traktorsazi"dən yeni mövsümdə ilk qələbə
11:23 Dünya reytinqi açıqlandı, Azərbaycan millisi 24-cüdür
11:00 "Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?
10:30 Viktor Valdes karyerasını başa vurdu
09:10 Millimiz bu dəfə Sloveniya ilə bacarmadı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.