Ucuz təyyarə biletləri

AzVİF-in vitse-prezidenti Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü seçildi

Tarix:  06.03.17 12:03           Yazar:             Oxunub: 74 dəfə

Belçikanın paytaxtı Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası öz işini başa vurub. Rekord.az xəbər verir ki, quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər də keçirilib.

 
Seçkilərdən öncə qurumun son 4 ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien şosse velosipedinin elit kateqoriyasında qitə çempionatının təşkilinə başlanılmasını ən vacib addımlardan biri kimi dəyərləndirib. O, Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.
 

David Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti 4 il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqətlər UEC-nin Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. 6 nəfərdən ibarət olan Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədliyi irəli sürülüb ki, onların arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da var idi.
 

Səsvermənin nəticələrinə əsasən Rəhbər Komitəyə 12 namizəd arasından seçilən 6 nəfərdən biri də AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub. Azərbaycanda son illər ərzində dövlət qayğısı hesabına velosiped idman növünün inkişafı istiqamətində atılan addımlar, nüfuzlu "Tour d'Azerbaidjan" veloyürüşünün təşkili, 2018-ci ildə ölkəmizin BMX velosiped növü üzrə dünya çempionatına ev sahibliyi edəcəyi, "Synergy Baku" komandasının 2016-cı ili dünyanın 176 kontinental klubu arasında reytinq sıralanmasında 4-cü yerdə başa vurması bu seçimdə önəmli rol oynayıb.
 

Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi 1-i qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.
 

Baş Assambleya zamanı AzVİF-in baş katibi Fərhad Əliyevə də etimad göstərilib. O, 50 ölkəni təmsil edən 26 namizəd arasından seçilmiş 15 nəfər sırasına düşməklə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bu ilin sentyabrında keçiriləcək konqresinə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi qatılmaqla prezident və Rəhbər Komitənin səsvermə prosesində qurumu təmsil edəcək.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
"Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
Cəmi 5 saniyə keçmişdi...
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
Maksimovla Axundov arasında gərginlik böyüyür

Xəbər Lenti
20 Yanvar 2018
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
12:21 Rauf Əliyev: “Keşlə” ilə razılığa gələ bilmədik”
12:00 Vurğun Hüseynov 5 ildir "Sumqayıt"da oynamağının səbəbini açıqladı - MÜSAHİBƏ
11:42 "Sumqayıt" - "Səbail" 1:2 - VİDEO
11:24 Cəmi 5 saniyə keçmişdi...
11:21 “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”
11:00 Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ
10:30 İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi
10:17 Super Liqada növbəti oyun keçirilib
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
08:25 "Arena" verilişi qayıdır
18 Yanvar 2018
23:43 “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı
23:22 "Sumqayıt" - "Səbail" 1:2 - FOTOLAR
23:00 “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO
22:41 “Sumqayıt” “Səbail”ə uduzdu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.