Ucuz təyyarə biletləri

Almeydanı “al” mayda

Tarix:  07.03.17 14:03           Yazar:  Amal Abuşov           Oxunub: 806 dəfə

“Bağ alırsan qışda al, bağ satırsan yazda sat” (Atalar sözü)


“Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeydanın millinin düşərgəsinə çağırılması kimi, ordan ayrılması da müəmmalı oldu. Onun AFFA-nın baş katibi ilə görüşəndən dərhal sonra Prosineçkinin siyahısına düşməsi çoxlarını təəccübləndirmişdi. Çünki Almeydanın Azərbaycana gəlişinin 5 ili iyunda tamam olacağını bilirdik. Mövcud qaydalara görə FİFA məhz o tarixdən sonra Riçardın Azərbaycan millisində oynamasına razılıq verə bilərdi. “Sambaçı”nın üçrəngli bayrağımız həkk olunmuş formada meydana çıxması ən tez Şimali İrlandiya ilə oyunda reallaşacaqdı. Üstəlik, Qətərlə oyunda Prosineçkinin daha çox gəncləri sınamaq istəyəcəyi də əvvəlcədən açıqlanmışdı. Belə olan halda “Qarabağ”ın braziliyalı futbolçunun tələm-tələsik millinin düşərgəsinə çağırılması hamını təəccübləndirmişdi. 

 

Elə bu gün səhər Almeydanın Qətərlə oyunda meydana  çıxıb-çıxmayacağı ilə bağlı AFFA-nın mövqeyi ilə tanış olmuşduq. Öyrənmişdik ki, ona hələlik Azərbaycan pasportu verilməyib. Bu haqda futbol qurumunun sözçüsü Mikayıl Nərimanoğlu “Futbol+”ə danışmışdı. Mikayıl bəy xüsusiylə vurğulamışdı ki, Qətərlə oyun rəsmi statuslu yoxlama görüşü sayılmır, FİFA-nın “pəncərə”sinə daxil deyil. Belə hallarda isə məşqçilərin məhəllə futbolunda olduğu kimi, meydana istədiyi futbolçunu buraxmasına heç bir maneə olmur. Sizin də yadınızda olar, Prosineçkinin komandasının Antalyada Donetsk “Şaxtyor”u ilə qarşılaşması da bu qəbildən idi. Bizim millinin üzvləri meydana üzrində nömrə və ad olmayan məşq geyimlərində çıxmışdılar. Təxmin etmək olardı ki, bu dəfə də oxşar ssenari yaşanacaq. AFFA da yaranmış fürsətdən yararlanaraq, Almeydanı Qətərə qarşı oynadacaq. Amma bu gün səhər məlum oldu ki, Almeyda heç milliylə birlikdə səfərə çıxmır.

 

“Almeyda yığmanın ab-havasını hiss etmək, uyğunlaşma prosesinin başlanması məqsədilə baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu” – bu cümlə AFFA-nın rəsmi saytındakı açıqlamadandı. Məlumatın davamında bildirilir ki, onun yığmanın heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir. Çox qəribədi, FİFA-nın razılığı gəlməsə, necə olacaq? Razılıq alınmadan Riçarda “yığmanın ab-havasını” hiss etdirməyə nə ehtiyac vardı? Almeydanı həqiqətən uyğunlaşma prosesinin başlaması üçün düşərgəyə çağırmışdılarsa, niyə bu haqda əvvəlcədən məlumat verilməmişdi?

 

Göründüyü kimi, müəmmalar yetərincədi. AFFA-dan bu haqda doğru-düzgün izahat gözləmək də yersizdi. Yenə min bir bəhanə dərəsindən su gətiriləcək, kələfin ucu dolaşdırılacaq.
Ehtimal etmək çətin deyil ki, işlər heç də AFFA-nın əvvəlcədən planlaşdırdığı ssenari ilə davam etməyib. Ya futbolçunun özü, ya da klubu ilə AFFA arasında, hansısa problem yaşanıb, məsələ qəlizləşib. Yaxud da FİFA-dan əsən küləklər prosesləri başqa məcraya yönəldib. Almeydanın “milliləşdirilməsindən” sonra digər klublar da AFFA-nı fakt qarşısında qoymaları da mümkün variantlardan biridi. Onlar “Qarabağ”ın daha bir əcnəbinin köməyindən istifadə edə biləcəyini göz önünə alaraq, AFFA-dan legioner limitini dəyişməyi də tələb edə bilərlər. Dağıstandan gələnlərə baxmayın, Almeydanın azərbaycanlı statusu qazanması ciddi hadisədi. 


Gümanlar min yerə gedir və görünən odu ki, maya qədər Almeydanın adı ətrafında bu cür müəmmalar davam edəcək.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
"Səbail"də birdən-birə 3 təyinat
"Xəzər Lənkəran" qayıtsa...
"Neftçi" "Sumqayıt"ın həkimini əlindən aldı
"Zirə" bu stadionda oynayacaq - FOTOLAR
Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
"İnter" bu stadionda oynayacaq - FOTOLAR
Folprext Elxan Abdullayevi dilxor elədi: gəlmirəm
Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də!
"Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq

Xəbər Lenti
25 İyun 2017
12:40 Portuqaliya - Yeni Zelandiya - 4:0 - VİDEO
12:26 Son oyunumuz yunana tapşırıldı
12:20 Yığmamızın heç bir əhəmiyyət daşımayan son sınağı
12:00 "Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
11:42 Hücumçumuzun 10 xalı yetərli olması
11:21 Rusiya - Meksika - 1:2 - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 "Qarabağ" - ÇSKA 2:5 - VİDEO
00:20 “Zirə” Qabriel Mateylə müqavilə imzaladı
24 İyun 2017
23:00 Kamran AÇ-ni gümüş medalla başa vurdu
22:34 Makedoniya bu dəfə də millimizə şans vermədi
22:00 "Qarabağ" Bolqarıstan klubuna böyük hesabla uduzdu
21:30 "Qəbələ"nin daha üç rəqibi bəlli oldu
21:00 Portuqaliya və Meksika növbəti mərhələdə!
20:00 "Skenderbeu" çempionluq titulundan məhrum edildi
19:00 "Zirə"nin rumıniyalısı gəldi çıxdı
18:30 "Qəbələ"nin yeni transferini yaxından tanıyaq - VİDEO
18:00 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
17:43 Bakıda Formula 1 pilotunun maşını yandı - FOTOLAR
17:23 Rusiyanın Konfederasiyalar Kubokunda son şansı
17:00 Svanadze ilə yeni müqavilə bağlanacaq: Zaur Axundov söz verdi
16:45 Mendi rəsmən "Bordo"da
16:22 DÇ yığmamız üçün uğursuz başladı
16:00 "Portu"dan Premyer Liqa klubuna
15:30 Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
15:00 "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
14:40 "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO
14:21 Super Liqa klubunda yeni baş məşqçi
14:00 "İnter"in çarter üçün pulu yoxdur
13:40 "Qəbələ" Hollandiya klubundan müdafiəçi transfer etdi
13:22 Messi Çinə gedir?
13:00 "Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq
12:45 Azərbaycanda işləmiş məşqçi həvəskar klubda
12:21 Premyer Liqa klubunda yeni baş məşqçi
12:00 "Şəmkir"in prezidenti borcunu qaytara bilmir, obyeketlərini satışa çıxardır
11:40 Messi ötən mövsümün ən yaxşısı seçildi
11:21 Anton Kanibolotski rəsmən "Qarabağ"da!
11:00 "Zirə" bu stadionda oynayacaq - FOTOLAR
10:30 Belhanda "Qalatasaray"da
23 İyun 2017
23:53 Millimiz Albaniyada da məğlubiyyətlə başladı
23:00 Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də!
22:40 Kolleksiyasında ən dəyərli forma Azərbaycan millisinindi
22:21 Kamran Şahsuvarlı finalda!
21:40 Super Liqa klubunda belçikalı qapıçı
21:22 "Sumqayıt" hazırlığa start verdi - VİDEO
21:00 "Xəzər Lənkəran" qayıtsa...
20:42 "Qarabağ" ÇSKA-ya qarşı
20:22 Səfərov ATB İcraiyyə Komitəsinə üzv seçildi
20:00 "Səbail" Türkiyə toplanışı üçün Kartepeni seçdi
19:42 Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.