Ucuz təyyarə biletləri

“Bakı Marafonu - 2016”nın qalibi: "Əsas rəqiblərimiz əcnəbi idmançılar olacaq"

Tarix:  07.03.17 15:03           Yazar:             Oxunub: 114 dəfə

Rekord.az sizi “Bakı Marafonu - 2016”nın qalibi Namiq Əsədovun "Report"a müsahibəsi ilə tanış edir:


- Hazırda "Bakı Marafonu - 2017"də təlimlər keçirsiniz. Əvvəlcə  bu təlim barədə məlumat verərdiniz...
- Marafon aprelin 30-da keçiriləcək və Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Bu, yarımmarafon olacaq. İştirakçılar Heydər Əliyev Mərkəzindən keçərək, stadiona qədər qaçacaqlar. Bununla əlaqədar şənbə günləri "GoSport" mağazasında, bazar günləri isə açıq havada təlimlərimiz olur. Təlimləri fərqli məkanlarda keçirik. Bu, hava şəraitindən asılıdır. Bəzən Heydər Əliyev Mərkəzində, bəzən isə bulvarda təşkil edirik. Kim istəsə, məşqlərə qoşula bilər, pulsuzdur. Həmçinin, "Facebook" səhifəmizdə gündəlik məşq proqramları yazılır. Orada yer alan məsləhətlərə riayət edib, hazırlaşmaq olar.

- Təlimlərin məqsədi nədir və maraq hansı səviyyədədir?
- Əsas məqsəd insanların fiziki işlə məşğul olmasıdır. Həmçinin, idmanın inkişafına dəstək göstərmək və insanları xeyirxah amallarla bir araya gətirməkdir. Ötən illə müqayisədə maraq artıb. Ötən il demək olar ki, heç kim marafonun nə olduğunu bilmirdi. İndi isə inkişaf hiss olunur. Yəqin, hava ilə əlaqədardır. Məsələn, bazar günü hava soyuq olduğu üçün adam az idi. Təlimlərə gələnlərin çoxu həvəskarlardır. Bu da sevindirici haldır.


- Marafona maraqlı şüar seçilib - "Küləyə qalib gəl". Bunun anlamı nədir?
- Bu, Bakının küləklər şəhəri olması ilə bağlıdır. Əksər vaxt hava küləkli olur. Bundan əlavə, "özünə qalib gəl", "sürətə qalib gəl", "rəqibə qalib gəl" kimi şüarlar da var.

- Aprelin 30-da hava şəraiti müxtəlif ola bilər. Bu mənada iştirakçılara hansı tövsiyələri verə bilərsiniz?
- Apreldə yaxşı olması mümkündür, ancaq hava elə də soyuq keçmir. Elə geyim geyinmək lazımdır ki, məsələn, yağışlı havada islandıqda sizə narahatçılıq törətməsin. İsti hava olacağı halda isə bədəni yandırmayacaq geyimlərə üstünlük verilməlidir. Sintetik materiallarda uzaq olmaq lazımdır. Ayaq geyiminə də diqqət yetirməlidirlər. Altı qalın və ya sərt idman ayaqqabısı olanda qaçmaq çətinləşir. İnsan bir müddətdən sonra yorulur və pəncələrin zədə alma ehtimalı üzə çıxır. Bununla bağlı səhifəmizdə tövsiyələrimizi qeyd etmişik. Oradan da baxa bilərsiniz.
 

- “Bakı Marafonu - 2016”da qalibi olmağınız bu sahədə təcrübənizdən irəli gəlir?
- 2005-ci ildən atletika ilə məşğul oluram. 2010-cu ilə qədər Azərbaycan yığma komandasının heyətində yer almışam. Sonradan peşəkar idmandan uzaqlaşdım. Ancaq vaxtaşırı özüm üçün məşq edirdim. Məktəbdə müəllim işləyirəm. Ötən il yarışın keçiriləcəyini başlanmasından 15-20 gün əvvəl bildim. Yəni, sırf yarışa hazılaşmaq üçün məşq etməmişdim. Məqsədim qalib gəlmək yox, yarışda iştirak etmək, həmin həyəcanı hiss etmək və həmin məsafəni qət etmək idi. Çünki ilk dəfə marafona qatılırdım. Şükürlər olsun ki, finişə birinci çatdım.

- Başqa hansı marafonda iştirak etmisiniz?
- Gürcüstanda yarış var idi, amma multi-marafon idi. Ora yorğun yollandım. Çünki “Bakı Marafonu - 2016” ilə arada bir həftə fərq var idi. 20 km də orada qaçdım.

- Dünyada marafon layihələri çox məhşurdur. Azərbaycanda marafonun səviyyəsini qaldırmaq üçün hansı işlər görülməlidir?
- Artıq ölkəmizdə bu işə start verilib. Bu il 2-ci marafon olacaq. Mütəmadi olaraq, ildə 1-2 dəfə keçirilsə, insanların marağı artacaq. Hazırda yarımmarafon keçirdirik. Başqa ölkələrdə böyük məsafələr seçilər. Bizdə insanlar hələ buna hazır deyil. Marafonun sayını artırsaq, məsələn, yazda və payız mövsümünə bölüşdürsək, çox əla olar. Qaçanda adamlar gümrahlaşır, problemlərdən, xəstəlikdən uzaq olurlar. Məsələn, elə şəxslər tanıyıram ki, özlərini infarktdan qoruyublar, sağalmağa doğru gediblər. Bütün idman növlərinin şahı qaçışdır. Qaçırsansa, qan və beyin işləyir. Bütün idman növləri qaçışdan başlayır. Qaçmağın xeyir var, ziyanı yoxdur.
 
- Yarımmarafon deyil, marafon təşkil etmək üçün imkan var?
- Marafon təşkil etmək üçün Azərbaycanda hər cür imkan var. Lakin "insanlar buna hazırdırmı" sualı qarşıya çıxır. Hələlik hazır deyillər. 42 km az deyil, insanların səhhətində problemlər yarana bilər. Ancaq güman ki, gələcəkdə tam marafon da olacaq.

- Səhhətdən söz düşmüşkən, marafon zamanı tibbi baxımdan hansı tədbirlər görülməlidir?
- Yarışda nömrə alan zaman anket doldurulur. Orada ürəyi xəstə olanlara məsləhət görülmür. Hazırkı təlimlərimiz də yarışa hazırlıq xarakteri daşıyır. Yəni, birdən birə qaçmasınlar. Məsləhət görərdim ki, böyük sürətlə başlamasınlar. 21 km-i yeriyərək 4 saata qət etmək olur. Həmçinin yüngül qaçışla yoxlamaq olar. Yarışda iştirak edib, nəticə qazanmaq istəyən məşqlərə qoşulmalıdır. Həftədə 5 dəfə olmaqla, gündə 1 dəfə məşq etmək lazımdır.

- Yarışla bağlı gözləntiləriniz nədir? Kimləri özünüzə rəqib görürsünüz?
- Rəqiblər çoxdur. Bayaq da dedim, ötən il 15-20 gün qalmış xəbər tutmuşduq. İndi isə hazırlaşmaq üçün kifayət qədər vaxt var. Xarici ölkələrdən də gələnlər olacaq. Həmçinin, öz idmançılarımız da hazırlaşırlar. Düşünürəm ki, bu il qalib gəlmək rahat olamayacaq. Önəmlisi, yarışın keçirilməsidir. Məqsəd iştirak etməkdir. Əsas rəqiblərimiz əcnəbi idmançılar olacaq.

- Yarışa qatılmaq istəyən tanıdığınız əcnəbi idmançılar var?
- Gürcüstandan tanıdıqlarım var. Həmçinin, Türkiyədən, İrandan, Rusiyadan da gələ bilərlər. Əsasən qonşu ölkələrdən gələcəklər. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qəbələ" transferə doymur: "Nürnberq"in futbolçusunu da aldı
Kamal Quliyev "Neftçi"nin baş məşqçisi olacaq?
"Masallı" Lənkərana köçdü
Rəşad Sadıqov yeni yaranan komandaya sponsorluq etməyəcək
"Neftçi" Həvəskarlar Liqasında yarışan komanda ilə yoxlama görüşü keçirəcək
"Səbail" Gürcüstanın I Divizionundan futbolçu transfer edir?
"Səbail"ə yeni sponsor tapıldı
“VTB Bank” "İnter"ə sponsorluqdan imtina etdi - ÖZƏL!
Klublarımızın yay transferləri - YENİLƏNİR
Hücumçumuz İtaliya klubunda

Xəbər Lenti
29 İyun 2017
01:30 Portuqaliya Çiliyə belə uduzdu - VİDEO
01:00 İlk finalçı Çili oldu
28 İyun 2017
23:30 “Qarabağ” “Dinamo”ya da məğlub oldu - VİDEO
23:00 Sərbəst güləşçilərimiz AÇ-də komanda hesabında ikinci oldu
22:30 Zaur Svanadze: “Sabah bizə çox çətin olacaq”
22:00 AÇ-nin ikinci günündə 2 qızıl və 1 gümüş medal
21:11 "Differdanj"ın prezidenti Bakıda klubun büdcəsini açıqladı
21:00 "Mladost" - "İnter" oyunu da CBC Sport-da!
20:46 Ayxan Abbasov: "Avrokuboklarda qarşımıza böyük hədəflər qoya bilmərik"
20:30 "Turan"ın sabiq oyunçusu avtoqəzada dünyasını dəyişdi
20:00 "Qəbələ"nin yeni transferi - VİDEO
19:30 "Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq
19:00 Endryu Hallidey rəsmən “Qəbələ”də!
18:41 Radik İsayev də DÇ-də uğur qazana bilmədi
18:23 Ufuq Budağın yeni klubu məlum oldu
18:00 "Şəmkir" dağılmayacaq: işə icra başçısı qarışdı
17:42 "Qarabağ"ın Avstriyada 11-ci məşq günü - VİDEO
17:21 "Səbail" Bakıda 3 yoxlama görüşü keçirəcək
17:00 "Səbail" "Dalğa Arena"ya köçdü
16:57 Rusiya klubu millimizlə oynamaq üçün Bakıya gəlir
16:40 "Qəbələ" Zalsburq toplanışına start verdi
16:21 Azərbaycanın Serbiyadakı səfirliyindən "İnter"ə dəstək
16:00 Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"
15:40 Azərbaycan Qran Prisini 70 minədək tamaşaçı izləyib
15:21 "İnter"dən "Sevilya"ya
15:00 "Sumqayıt"ın Türkiyədəki daha bir rəqibi məlum oldu
14:45 "Differdanj"dan maraqlı addım: forma al, "Zirə" ilə oyuna bilet qazan
14:22 "Çelsi"dən tarixə düşəcək transfer
14:00 Rəşad Sadıqov yeni yaranan komandaya sponsorluq etməyəcək
13:20 AÇ-nin finalçıları bəlli oldu
13:00 "Masallı" Lənkərana köçdü
12:40 "Qalatasaray" Qomis və Belhanda transferini rəsmən açıqladı
12:21 Fransa klubunda baş məşqçi dəyişikliyi
12:00 Kamal Quliyev "Neftçi"nin baş məşqçisi olacaq?
11:40 "Ştutqart"dan "Maynts"a
11:40 "Sampdoriya"nı "Sportinq"ə dəyişdi
11:21 Maradona Neapolun fəxri vətəndaşı seçildi
11:00 “VTB Bank” "İnter"ə sponsorluqdan imtina etdi - ÖZƏL!
10:30 PSJ-nin qapıçısı rəsmən “Torino”da
02:50 Çempionlar Liqasında yeni mövsüm start götürdü
00:05 ÇL-də yeni mövsüm başladı
00:00 Hücumçumuz İtaliya klubunda
00:00 "Qarabağ" tək məşqlə kifayətləndi
27 İyun 2017
23:40 "İnter" Serbiyada məşqə çıxdı - FOTOLAR
23:20 AÇ-nin ilk günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal
23:00 Zenyov rəsmən Polşa klubunda
22:30 Fransa klubu Ranyerini rəsmən təqdim etdi
22:00 "Şüvəlan" hazırlığa start verir
21:30 Taekvondo millimiz DÇ-də daha bir fiasko ilə üzləşdi
21:00 Mirabdulla Abbasov: "Neftçi"yə qayıtdığım üçün sevincliyəm" - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.