Ucuz təyyarə biletləri

Hacı ƏLİYEV: “Naxçıvan ənənələrini heç vaxt unutmamışam” - MÜSAHİBƏ

Tarix:  09.03.17 11:03           Yazar:             Oxunub: 616 dəfə

 

2014-cü il, Özbəkistanın paytaxtı Daşkənd şəhəri, güləş üzrə dünya çempionatın final görüşünün 4:4 hesabı ilə bitən ilk hissəsi. Gərginlik ən yüksək həddədir, finalçılar müdafiə olunmur və bir-birindən gözəl fəndlər işlədirlər. İkinci hissənin ortalarında qüvvəsini toplayaraq son həmləsini edən Naxçıvan güləş məktəbinin yetirməsi 23 yaşlı Hacı Əliyev görüşün başa çatmasına 13 saniyə qalmış bir əlini göyə qaldırır. Və budur, güləşçimiz dünyanın ən güclüsüdür: əzmkar, möhtəşəm qələbə. Bu, onun karyerasında ilk dünya çempionluğudur. Bunun ardınca qazanılan uğurlar Hacının necə istedada, peşəkarlığa malik olduğunu göstərdi.

Hacı Əliyevin qazandığı uğurların heç birində təsadüf axtara bilmərik. Onun həyat tərzi, peşəkarlığı, istedadı, idmana həvəsi əksər idmançılara nümunədir. Elə müsahibəyə də onun bir vaxtlar dediyi sözlərlə başlamaq istərdik: “Bəli, mən dünya və Avropa çempionuyam. Ancaq “dünya və Avropa çempionuyam” deyib gəzsəm, arxayınlaşsam, qarşıdakı yarışlarda heç bir uğur bilmərəm. Bunu çox yaxşı anlayıram”...

 

– Naxçıvan güləş məktəbinin bugünkü tanınmış nümayəndəsi bir müddət Bakı şəhərində yaşayıb, güləşlə məşğul olur. Naxçıvandan ayrılmaq sənə necə təsir etdi?

– Mən hər zaman demişəm, mənim idmanda qazandıqlarım Naxçıvan güləş məktəbinin uğurlarıdır. Çünki güləşin sirlərini burada öyrənmişəm. Əslində, gedib ayrı yerdə qalmaq, məşq etmək mənə çətin gəlirdi. Lakin getməyim həm də karyeramda uğurların başlanmasına səbəb oldu. Buna baxmayaraq, Naxçıvan ənənələrini heç vaxt unutmamışam. 

Qardaşın Ya­şar da sənin kimi Naxçıvan güləş məktəbinin yetirməsidir. Həmişə belə bir fikir formalaşıb: Hacı, yoxsa Yaşar?

– Yaşarla hər za­man öz çə­ki­miz­də ən güclü ol­mağa ça­lış­mı­şıq. Elə yarışlar olub ki, fərqli çəkilərdə mübarizə aparmışıq. Hamı məndən qələbə gözlədiyi təqdirdə Yaşar irəli çıxıb və təbii ki, qardaşım kimi onun uğuruna sevinmişəm. Aramızda elə bir fərqin olduğunu deyə bilmərəm. Oxşar cəhətimiz isə hər ikimiz Naxçıvan güləş məktəbinin yetirməsiyiq, qazandıqlarımız görə bu torpağa borcluyuq.

– Yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazandıqdan sonra növbəti mükafatı çox gözləməli oldun. Daha dəqiq desək, karyeranda eniş dövrü yaşadın…

– 17 ya­şım­da ye­niy­et­mə­lər ara­sın­da Av­ro­pa çem­pi­o­na­tı­nın ikinci­si ol­mu­şam. Ondan sonra mübarizə apardığım yarışlarda medal qazanmaqda çətinlik çəkdim. Lakin ruhdan düşmədim. Belə bir halla hər bir peşəkar idmançı üzləşir. Nəhayət, 2011-ci ilin iyununda gənclər arasında Avropa çempionatında əldə etdiyim gümüş medal bir başlanğıc rolunu oynadı.

İdman tərcümeyi-halınızda 2014-cü il mühüm yer tutur...

– Məncə, hə (gülür). Uzun müddət böyük ya­rış­lar­da sayılan mükafatların sahibi olmaq üçün çalışırdım. 2014-cü il­də məş­qlə­rin bəh­rə­si­ni gör­düm. Bolqarıstan­da ke­çi­ri­lən ənə­nə­vi bey­nəl­xalq Dan Ko­lov-Ni­ko­la Pe­t­rov tur­­ni­rin­də 1-ci ye­ri tut­dum. So­nra Fin­lan­diy­a­nın Van­taa şə­hə­rin­də Av­ro­pa çem­pi­o­nu tituluna lay­iq görül­düm. Alma­niy­a­da təş­kil edi­lən Qran-pri ya­rış­la­rı da mə­nim üçün çox yaddaqalan sonluqla başa çatdı. Hə­min ya­rı­şın fi­na­lın­da er­mə­ni id­man­çı­sı­na qa­lib gəl­dim. Həm də dünya çem­pi­onu ol­dum, Daş­kənd­də ke­çi­ri­lən ya­rış­da qı­zıl me­dal qa­zan­dım. Döv­lət him­ni­miz səs­lə­nən­də, bay­rağı­mız qal­dı­rı­lan­da se­vincim ye­rə-göyə sığmır­dı. Həm də həmin ilin ye­kun­la­rı­na gö­rə, Azər­baycan Respublikası Gənclər və İd­man Na­zir­liy­i­nin, eləcə də Azər­baycan Gü­ləş Fe­de­ra­siy­a­sı­nın no­mi­na­siy­a­sı üzrə “İlin id­man­çı”sı se­çi­ldim. 2014-cü il həyatıma qı­zıl hər­f­lər­lə ya­zıl­dı.

Finlandiyanın Vantaa şəhərində Avropa çempionatının finalında dünya çempionu, çox təcrübəli rus idmançısı Bekxan Göygereyevi döşək üzərinə çıxmağa peşman etdin. O zaman görüşü televiziya üçün şərh edən türkiyəli həmkarlarımız sənin haqqında “biz bu güləşçinin adını hələ çox eşidəcəyik, gənclərə nümunə biridir” deməyi sevindirici hal idi. Həmin il yadda qalan ən çətin görüşün hansı oldu?

– Mən yarışlarda ilk olaraq çətin rəqiblərlə mübarizə aparmağə daha maraqlıyam. Çünki ilk mərhələlərdə onları məğlub etdikdən sonra keçirilən yarışın qalibi olacağımı hiss edirəm. Karyeram ərzində bir çox çətin görşülərim olub. Ən yaddaqalanını isə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatını sayıram. Rəqibim iranlı Məsud Esmailpurjubari idi. Görüşə maraq həddindən çox idi, çünki mən ora Avropa, o isə Asiya çempionu kimi getmişdik. Eyni zamanda hər ikimiz dünya reytinqində həmin vaxt üçün ilk iki pilləni bölüşürdük. Orada hamı deyirdi ki, bu, bir-birinə layiq, hamıdan güclü olduğunu sübut etməyə hazır, bunun üçün alışıb-yanan iki pəhləvanın görüşüdür. Qalib gəlib keryaremda ilk dünya çempionluğumu qazandım.

Növbəti illərdə də böyük uğurlara imza atdın: Bakıda ke­çi­ri­lən Av­ro­pa oy­un­la­rında, Amerika Birləşmiş Ştatlarında keçirilən dünya çempionatında və 2016-cı il­də baş tu­tan Yay Olim­piya Oy­un­la­rın­da fəxri kürsüdə özünə yer tapdın...

– Düzdür, dünya çempionatında yenidən qızıl medal qazandımsa, digər iki yarışda üçüncü oldum.

– Halbuki, bütün Azərbaycan səndən qızıl medal gözləyirdi...

– Etiraf edim ki, çox məyus oldum. Xüsusilə olimpiya oyunlarında. Rio-de Janeyroda finala gedən yolda səhhətimdə problemlər yarandı, həddindən artıq çəki saldığıma görə özümü narahat hiss edirdim. Hətta görüşlərdən öncə həkimlər güləşməməyimi məsləhət gördülər.

– Həmin vaxt məğlub olduğun gürcü idmançısı Vladimir Xinçeqaşvili ilə görüş barədə hələ də danışılır. Məğlubiyyətin səbəbi nə idi: rəqibin güclü olmağı, yoxsa görüşə rahat çıxmamağın?

– Etiraf edim ki, rəqib son illər daha uğurlu təsir bağışlayır və onun karyerasına da baxdıqda güclü güləşçi olduğunu görmək mümkündür. Lakin mən heç vaxt rəqiblərimdən çəkinməmişəm, hər zaman sonadək mübarizə aparmışam. Sadəcə həmin vaxt səhhətimdə olan problemlər rahat güləşməyimə imkan vermədi.

– Vladimir Xinçeqaşvilini indi məşhur rus güləşçisi Mavlet Batırova bənzədirlər...

– Mən belə düşünmürəm. Çünki Mavlet iki dəfə Olimpiya çempionu olub və karyerası daha zəngindir.

– Bəs Hacı və Yaşar Əliyev qardaşlarınını Mavlet və Adam Batırov qardaşlarına bənzətmək olar?

– Hər ikisi dünya güləşində haqlarında daha çox bəhs edilən güləşçilər olublar. Fərqimiz, bizdə olimpiya oyunlarında uğur qazanan kiçik qardaş olub, onlarda isə böyük qardaş Mavlet (gülür).

– Hacı Əliyev nə vaxtsa məşhur güləşçilər kimi öz adına idman zalları açdırmaq fikrindədirmi?

– Bu barədə bir qədər düşünmüşəm. Hələ karyeram davam edir və nə vaxtsa karyeram başa çatarsa, bu barədə yenidən düşünəcəm. Öz adıma belə olmasa, idman zalı açıb orda uşaqların məşq etməsi üçün imkan yaradacam.

– Naxçıvan güləş məktəbinin yetirməsisən və burada tez-tez ustad dərsləri keçirsən. Gördüklərin barədə nə deyərdin?

– Hazırda Naxçıvanda idmana olan diqqət, qayğı mükəmməldir, mən deyərdim ki, bundan da yüksək səviyyədədir. İdmançılar üçün hər bir şərait yaradılıb, gözəl zallar istifadəyə verilib. Biz digər regionlarda və ölkələrdə tez-tez oluruq. Deyərdim ki, Naxçıvanda yaradılan şərait çox yerdə yoxdur. İndi idmançılar bundan maksimum istifadə etməyə səy göstərməli, yarışlarda, turnirlərdə bacarıq və qabiliyyətlərini ortaya qoymalıdırlar. Seminarlarda güləşə maraq göstərən, istedadlı uşaqların olduğunu görürük. Nə vaxtsa idman zalı açsam, bilin ki, ilk olaraq seçəcəyim məkan doğma yurdum Naxçıvan olacaq. Bu növün muxtar respublikada təbliği üçün əlimdən gələni edəcəm. Çünki Naxçıvanda hər zaman mənimlə maraqlanıblar, mənə hər zaman dəstək olublar. Hər zaman bu qayğını hiss etmişəm. Gü­ləş bi­zim mil­li id­man növüdür. Ona gö­rə də gü­ləş­çi ol­duğu­m üçün peş­man dey­i­ləm. Gü­ləş mə­nim həy­at tər­zim­dir və bu növün muxtar respublika təbliğatı üçün əlimdən gələni edəcəm.

 

Elvin MƏMMƏDOV

"Rekord.az", Naxçıvan

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Göyçə" millimizin sabiq üzvüləri ilə müqavilə bağladı
Bakıda daha bir klub yaradıldı: I Divizionda oynayacaq
Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
"Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
"İnter"in Raufa nə qədər borcu var?
Şüvəlanda 5 qolluq sınaq matçı
"Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
Rəşad Danimarkada oynaya biləcək?
"Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
"Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?

Xəbər Lenti
19 Avqust 2017
20:15 "Neftçi" "Səbail"in tarixinə düşdü
20:05 "Neftçi" azarkeşləri Elxan Abdullayevi yenidən istefaya səslədi - FOTO
20:00 “Neftçi” “Səbail”ə uduzdu, "Qarabağ" "İnter"ə qarşı - YENİLƏNİR
18:41 Yığmamız DÇ-yə 9 taekvondoçu ilə yollanır
18:21 Erat oynadı, komandası ilk qələbəsini qazandı
17:40 Tiflis "Dinamo"su Qəbələdə
17:21 Rauf Əliyev "Kukesi"də debüt etdi
17:00 “Ağsu”nun büdcəsi və iddiası azaldı
16:41 "Tottenhem" "Ayaks"dan futbolçu transfer etdi
16:22 Güləşçilərimiz hərbçilərin dünya çempionatına bu heyətlə yollanır
15:41 Atletlərimizin çıxış cədvəli məlumdu
15:20 "İnter"dən "Valensiya"ya
15:00 Ağabala Danimarkada da meydançaya çıxa bilməyəcək
14:40 “Qəbələ” - “Sumqayıt”: 21-ci duel
14:21 90 dəqiqə oynadı, qələbəyə sevindi
14:00 “Göyəzən” bank təminatını verə bilmir
13:40 Əzizovun komandası yeni mövsümə məğlubiyyətlə başladı
13:21 Şüvəlanda 5 qolluq sınaq matçı
12:41 Yunan-Roma güləşçilərimiz Parisə yola düşdü
12:20 Federasiyanın kollektivi etiraz yığıncağı keçirdi - VİDEO
12:00 "Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
11:30 "Neftçi"nin "Səbail"lə oyun öncəsi son məşqi - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
18 Avqust 2017
21:00 "Yuve" onun transferini rəsmən açıqladı
20:30 Boks Federasiyasında DÇ-yə yollanacaq yığma ilə görüş keçirildi
19:30 Boatenq Dadaşov ilə bir komandada
19:00 "Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
18:30 "Binə"dən daha 5 transfer
18:00 Premyer Liqada 2-ci turun hakimləri
17:45 2-ci turun hakim təyinatları açıqlandı
17:21 "Kopenhagen"li futbolçu: "Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm"
17:00 Azərbaycan - San Mariono matçının stadionu dəyişdirildi
16:40 "Qarabağ"ın sabiq forvardı Kipr klubunda
16:21 "Qarabağ" "İnter"ə qarşı - VİDEOANONS
15:46 Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə
15:31 Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
15:22 Təmsilçilərimiz Slovakiyadan qalib qayıdır
15:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək
14:29 Bakıda küveytli hakimlərin toplanışı olacaq
14:00 "Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
13:22 Madrid "Real"ının qapıçısı futbolçumuzla komanda yoldaşı oldu
13:00 Rəşad Danimarkada oynaya biləcək?
12:40 "Borussiya" sabiq forvardını geri qaytardı
12:21 Palasionun yeni klubu bəlli oldu
12:00 Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
11:40 "Traktorsazi"dən yeni mövsümdə ilk qələbə
11:23 Dünya reytinqi açıqlandı, Azərbaycan millisi 24-cüdür
11:00 "Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?
10:30 Viktor Valdes karyerasını başa vurdu
09:10 Millimiz bu dəfə Sloveniya ilə bacarmadı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.