Ucuz təyyarə biletləri

Daniil Kvyat: "Bakı treki digər treklərdən çox seçilir"

Tarix:  09.03.17 13:03           Yazar:             Oxunub: 52 dəfə

Toro Rosso komandasının pilotu Daniil Kvyat yeni mövsümdən gözləntilərini və çempionatın Bakı mərhələsi haqqında təəssüratlarını bölüşüb. Rekord.az sizi həmin müsahibə ilə tanış edir:


- Yeni bolidi sözün həqiqi mənasında hiss edə bildinizmi? 
- Biz xeyli məsafə qət etdik. Ancaq, yenə də bu, istədiyimizdən az idi. Mühəndislərin kifayət qədər məlumat toplamaları üçün biz trekdə daha çox zaman keçirməliyik.


- Gözünüz rəqiblərinizin üzərindədirmi? Onların hansı qərarları sizi artıq təəccübləndirə bilib?
- Əlbəttə, rəqiblərimizi, xüsusən daha az müddətə dövrəni başa vuranları izləyirik. Lakin biz diqqətimizi bu məsələyə cəmləşdirmirik. Çünki, belə desək, biz hələ sözün əsl mənasında sürətli dövrə vurmamışıq. Lakin təkrar edirəm ki, biz hər şeyi izləyirik, gözümüzü dörd açmışıq.


- Dünən yol verdiyiniz səhv yolkənarı çınqıl zolağına uçmaqla nəticələndi. Bu məhz sizin səhviniz idi, yoxsa hansısa mexaniki səhv ucbatından baş verdi? 
- Hər şey sadədir – mən sadəcə təkərləri blokladım və çınqıl layının üzərinə gedib çıxdım. Əsas olan budur ki, biz praktiki olaraq vaxt itirmədik. Hər kəsin diqqəti səhvlərə yönəlib, baxmayaraq ki, bütün pilotlar dəfələrlə səhvlərə yol verirlər. Məsələn, dünən küləyin sürəti 30 km/saata qalxmışdı və buna görə də, səhv buraxmaq çox asan idi.


- Bəs bu gün avtomobilə nə baş verib? Problemlərin səbəblərini aydınlaşdırmaq mümkün olub? 
- Biz telemetriya (telemexaniki üsul və vasitələrlə idarə olunan obyektlərin parametrləri barədə məlumatın əldə olunması) yolu ilə mühərrikdəki bir detalda qəribəlik aşkar etdik. Nəticədə həmin detalı sürət qutusu ilə birlikdə sökəsi olduq. Ola bilsin ki, bu detalı əvəzlədik. Təəssüf ki, bu vaxtımızı çox apardı. 


- Yeni avtomobillərlə ötmə əməliyyatları daha çətin olacaq? 
- Hələlik bu barədə danışmaq çətindir. Çünki çox az məlumat var. Ancaq nəzəri baxımdan həmin əməliyyatlar daha da çətinləşməlidir. Çünki əyləc məsafəsi qısalır. Lakin o da mümkündür ki, ötmənin uğurlu alınması üçün daha çox və yaxşı hazırlaşmaq lazımdır. Buna görə də, ümidvaram ki, azarkeşlər üçün ötmələr maraqlı olacaq. 


- Alın Müqavimətinin Azaldılması Sistemi (AMAS) və bu sistemin Formula 1 yarışlarında istifadəsinin zəruriliyi barədə söz-söhbətlər çoxalıb. Bu barədə siz nə düşünürsünüz? 
- Düşünürəm ki, nə də olsa, yeni maşınlarla əgər ötmə çətinləşsə, bu sistem bizə lazım olacaq.  Əlbəttə ki, hər hansı bir problemin ideal həlli yoxdur və burada da hamı dərhal razı qalmayacaq. AMAS-ın da həm müsbət, həm də mənfi cəhətləri var. 


- Gəlin şəxsi suallara keçək. Hansı dildə düşünürsünüz? 
- Sükan arxasında əyləşəndə İngilis dilində. Çünki məhz bu dildə mühəndislərlə ünsiyyət qurur və məlumat alıram. Əks təqdirdə, çox çətin olardı. Ancaq gündəlik həyatda, daha çox Rus dilində... 


- Fikirlərinizi cəmləşdirmək üçün yarışlardan öncə hansı müsiqilərə qulaq asırsınız? 
- Mən heç də həmişə musiqi dinləmirəm və ümumiyyətlə buna böyük diqqət yetirmirəm. Bununla belə “Metallika”, “Kings of Leon” və hətta “ABBA” kimi müxtəlif musiqi qruplarının ifalarına qulaq asıram.


- İndi isə gəlin Bakı haqqında danışaq. Ötən il ən çox xoşunuza gələn nə oldu? 
- Hər şeydən çox treklə bağlı təəssüratım yaddaqalan oldu. Həqiqətən də, çempionatın digər mərhələlərinin fonunda o, çox böyük dərəcədə nəzərə çarpır. Artıq həftənin cümə axşamı günü biz mühəndislərlə birlikdə həmin trekin üzərində getdiyimiz zaman heyrətə düşmüşdük: çox uzun və düz trek idi, üstəlik bütün treklər arasında ən dar hissələrə malikdir. Bu, həqiqətən də möhtəşəm idi.


- Necə düşünürsünüz, yeni avtomobillərlə Bakı Şəhər Halqasında yarışmaq daha çətin olacaqmı?
- Bəli, şəhər trekləri bizim üçün yeni bir çağırışdır. Biz yeni qabaritlərə öyrəşməli oluruq ki, bu da, heç də həmişə asan olmur.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
Reynaldo "Neftçi"nin hədəfində!
“Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
Elvin Yunuszadə "Neftçi"yə qayıdır?
"Sumqayıt" Avropa Liqası üçün bank təminatı aldı
Denis Silva "Zirə" ilə danışıqlara başladı
ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
"Zaqatala" baş məşqçisini istefaya göndərdi

Xəbər Lenti
24 Aprel 2017
18:00 Jurnalistlər 5 çempionluğa 1 ulduz deyir - SORĞU
17:30 Roman Qriqorçuk: "Kubokun qazanılması “Qəbələ” üçün çox böyük nailiyyət olacaq"
17:25 Nizami Hacıyev "Neftçi"də
17:00 Zaur Svanadze: "Hamımız məmnunuq"
16:27 “Qəbələ” gümüş, “İnter” bürünc medalı təmin etdi
16:19 Yığmamızın üzvü Türkiyə birinciliyində növbəti qələbəsini qazanıb
16:00 "İnter"də fevral ayının maaşları verildi
15:45 "Qəbələ"də ciddi itki
15:22 Azarkeşlər “Neftçi”nin oyununu boykot edəcəklər
15:00 "Sumqayıt"ın büdcəsi artmayacaq!
14:21 Azərbaycan millisi üçün uğurlu reytinq
14:00 "Turan Tovuz"un sponsor söhbəti yalan çıxdı: belə niyyətim yoxdur
13:46 Cüdo yığmasının Elxan Abdullayevi kimdir?
13:45 İdman gimnastlarının Kluj səfəri başa çatdı
13:22 Məmmədyarov Rəcəbova qarşı
13:00 Samir Abasov daha bir futbolçunu göndərməyə hazırlaşır
12:45 Məmmədyarov liderliyə yüksəldi
12:22 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
12:00 Qara Qarayev: "Qəbələ" çempionatın heyfini bizdən çıxmaq istəyəcək" - MÜSAHİBƏ
11:30 Azad Əliyev Qazaxstanda keçirilən turnirdə bürünc medal qazanıb
11:00 Abdulbari Gözəl: "Kubok burdan ora, ordan bura gəzə bilməz" - MÜSAHİBƏ
10:30 Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında
10:00 "Zaqatala"ya sponsor tapıldı, Premyer Liqaya gəlir - ÖZƏL!
09:18 Millimiz İsraildə növbəti qələbəsini qazanıb
01:50 "El-Klassiko"nu "Barselona" qazandı
00:15 "Qəbələ"dən Afinada böyükhesablı qələbə
00:00 AZAL - "Kəpəz" 1:2 - VİDEO
23 Aprel 2017
23:40 Emin Mahmudov oynadı, "Boavişta" uduzdu
23:20 AEL Amit Quluzadəsiz qalib gəldi
23:00 “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olundu - FOTOLAR
22:20 “Real” - “Barselona” - Heyətlər
21:00 Nəsirovsuz "Sportinq"dən inamlı qələbə
20:30 Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
20:25 Samir Abasov: "Alınmasa da, məyus deyilik"
20:20 "Qarabağ"a çempionluq kuboku və medalların təqdim olunma mərasimi - VİDEO
20:15 “Gərginlik aprelin 29-na qədər davam edəcək”
20:10 Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”
20:05 Ayxan Abbasov: "Bu hal istənilən məşqçinin başına gələ bilər"
20:00 "Zirə" - "Neftçi" 2:2 - VİDEO
19:55 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
19:52 “Limitin pozulması texniki qüsurdu” – Elxan Abdullayev
19:35 Elxan Məmmədov açıqladı: "İnter"in taleyi necə olacaq?
19:31 Ramin Musayevdən növbəti dəfə eyni qeyri-peşəkar açıqlama: "Xəzər Lənkəran"ı Premyer-Liqaya buraxacam"
19:20 Şeydayev "fərqləndi", "Jilina" qalib gəldi və çempion oldu
19:13 Abdulbari Gözəl: "Gözləntimiz "Qarabağ"ın Çempionlar Liqasında uğur qazanmasıdır"
19:00 Millimizin üzvünə ehtiyac duyulmadı
18:56 ŞOK! "Neftçi"yə texniki məğlubiyyət veriləcək!
18:55 “Sumqayıt” uduzdu, “Zirə” büdrədi, “Kəpəz” qalib gəldi
18:40 Rüfət Dadaşov üçün 62 dəqiqə
18:20 "Qəbələ" "İnter"ə qarşı - VİDEOANONS
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.