Ucuz təyyarə biletləri

"2005-ci illər Sumqayıt qapıçılıq məktəbində "peçat" olacaq"

Tarix:  15.03.17 17:03           Yazar:  Rekord.az           Oxunub: 296 dəfə

Futbolda üzdə olan tanınmışlar həmişə diqqət mərkəzində olur. Çünki yaxşı futbolçu karyerası olub, karyerası zamanı böyük hörmət qazanıb və bunun nəticəsində də futbolu qurtarandan sonra məşqçi  kimi də özünə iş tapa bilir. Adətən mətbuat da hansısa mövzuda fikir öyrənəndə ilk növbədə bu cür məşqçilərə üz tutur. Bir qrup da var ki, elə də güclü futbolçu olmayıb, amma “daydayı” olduğu üçün pulla kateqoriya alıb özünə iş tapıb işləyir. Elə məşqçilər də var ki, nə “daydayı” var, nə də pulu.  Sadəcə, öz zəhməti, işi ilə bir yerlərə gəlməyi bacarıb.

 

Rekord.az-ın Sumqayıtın uşaq futbolundan bəhs edən layihəsi çərçivəsində sizə təqdim etdiyi növbəti yazıda məhz bu cür məşqçidən bəhs olunacaq.

 

İsmayıl Kərimov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Uşaq vaxtı rəhmətlik Tofiq Rzayevin qrupunda futbolla məşğul olub. Futbolçu kimi güclü karyera qura bilməyib. Sonradan məşqçi kimi fəaliyyətə başlayıb. Hazırda “Sumqayıt” Futbol Akademiyasında çalışır. Bura da tanışlıqla yox, öz bacarığına görə işə götürülüb. “Necə oldu ki, “Sumqayıt”a gəldin” sualına verdiyi cavabdan bunu görmək olar: “Məşqçi kimi fərdi işləyirdim. Özüm qapıçı olmuşam. İstəyirdim ki, qapıçılığa həvəsi olan, qapıçılıq bacarığı olan uşaqları tapıb üzə çıxardım, onların qapıçı kimi yetişməsinə yardım edim. Küçə-küçə, məhəllə-məhəllə gəzib uşaq tapırdım. Tapıb üzərində işlədiyim uşaqlar da özlərini sübut edirdi və Sumqayıtın bir çox uşaq komandalarına dəvət olunurdu. O cümlədən “Sumqayıt”a da mənim yetirmələrimdən cəlb olunanlar olub. Elə məhz həmin uşaqlara görə məni də çağırıb kluba işə götürdülər. Yəni sağ olsunlar, əməyimizi qiymətləndirib akademiyaya cəlb etdilər. Hazırda “Sumqayıt” Futbol Akademiyasında U-9-dan U-12-ə kimi komandaların qapıçılarla işləyən məşqçisiyəm. Ay yarım olar ki, burda çalışıram”.

 

Həmsöhmətimiz çalışdığı yaş qruplarında qapıçılarla bağlı mövcud durumla bağlı da fikirlərini bölüşdü: “U-10 və U-12 komandalarımızda problem yoxdur. Hər iki qrupda gələcəyə böyük perspektiv vəd edən qapıçılarımızn var. Xüsusilə U-12 komandamızda iki qapıçı var hansı ki, ölkə üzrə öz yaşıdları arasında 4-5 ən yaxşı qapıçı hesab edirəm. U-11-də bir az problem var və bunun üzərində işləyirik. U-9 komandası isə yeni-yeni formalaşır”.

 

Bəs görəsən “Sumqayıt” Futbol Akademiyasında qapıçılar hansı kriteriyalara görə seçilir. İsmayıl müəllimin bu məsələdə fikirləri və seçimi maraq doğuraya bilməz: “Heç kim ilk gəldiyində qapıda dayanmaq istəmir (gülür). Hamı istəyir ki, oynasın və qol vursun.  Amma təbii ki, biz qapıçı kriteriyalarına uyğun gələn uşaqlara qapıda durmağı təklif edirik. İlk növbədə boyuna baxırıq. Ümumiyyətlə, boy məsələsi bizdə problemdi. Azərbaycanda ucaboy qapıçı tapmaq çətindir. Ona görə də yaşına görə ucaboy uşaq görəndə qapıçı durağı təklif edirik. Sonra artıq reaksiyasına, tullanışlarına fikir veririk, bunların üzərində işləyirik. Bəzən də baxırsan ki, uşaq futbolunda qapıçının boyu hündür olur, amma böyük futbola keçəndən sonra boy artımı getmir. Yəni belən problemlər də olur. Bundan başqa, qapıçı üçün reaksiya da mühüm faktordur. Epizoda anında siqnal verməlisən. Bundan başqa, qapıçı diribaş olmalıdır, oyun boyu danışmalıdır. Ən əsas da məsuliyyətini anlamalıdır. Çünki digər futbolçular top itirəndə arxayın olur ki, arxada qapıçı var. Qapıçı top itirəndə isə bu, qol deməkdir”.

 

Həmsöhbətimiz son illər Sumqayıt futbolundakı qapıçı problemindən də danışdı. Çünki Fərhad Vəliyevdən sonra Sumqayıtdan güclü qapıçı çıxmayıb. Hlabuki bir vaxtlar Lukoşkin, Etibar Şükürov, Elşən Poladov kimi qapıçılar çıxıb: “Bunun müxtəlif səbəbləri var. Bir ara Sumqayıtda böyük futbolun olmaması burada öz təsirini göstərdi. Hazırda amma komandamız da var, akademiyamız da. İnanıram ki, görülən işlər yaxın gələcəkdə öz bəhrəsini verəcək.  Uşaqların özlərindən də çox şey asılıdır. Biz o vaxtlar asfaltın üstündə məşq edirdik. İndi amma hər cür şərait var. Sadəcə, məşq etmək və inkişaf etmək lazımdır".

 

Kərimov gələcək vəd edən qapıçılardan da danışdı: “Hazirda ən çox ümid bəslədiyim 2005-ci il təvəllüdlü qapıçılarımızdır. U-12 komandamızda forma geyinirlər.  Ümumiyyətlə, şəxsi fikrimdir ki, 2005-lər ən yaxşı qapıçılar olacaq.  Hətta deyərdim ki, Sumqayitda “peçat” olacaq. Xüsusilə Ayxan Qocayevə böyük ümidlərim var.  157 sm boyu var. Bu isə bu yaş üçün böyük üstünlükdür. 3 ildir o uşaqla məşğul oluram və akademiyaya gəldikdən sonra da onu da özümlə bura gətidim. Ondan başqa Cavid adlı qapıçımız var ona da inamım var. Düzdür, boəyal adlı qapıçımızı da yaxşı mənada qeyd edə bilərəm. Öz üzərlərində iışləsələr hər birindən güclü qapıçı ola bilər”

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 33 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Muarrem "Qarabağ"dan niyə getdi?
I Diviziona yeni komanda gəlir!
"Neftçi"yə yox, "Qəbələ"yə keçir?
"Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
"Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
"Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
"Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!

Xəbər Lenti
22 May 2017
22:29 Hücumçumuz Türkiyə çempionatında?
20:21 Vüqar Bayramov: "İranla oyunumuz alınmadı, çünki onlar sürətli oyun sərgiləyir"
20:00 AFFA İslamiadanı qazanan futbolçuları mükafatlandırdı: adama 20 min!
19:00 MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
18:22 Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
18:00 Cavid Hüseynov "Qəbələ" ilə yeni müqavilə bağladı
17:45 Azərbaycan milli komandasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
17:22 IV İslam Həmrəyliyi Oyunları başa çatdı
17:00 "Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!
16:44 Pro kateqoriyalı məşqçi kursunun ikinci modulu - FOTOLAR
16:21 Millimiz "Zəfər günləri"ndə - FOTOLAR
16:00 "Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
15:41 "Yaşar Vahabzadə böyük cəsarət nümayiş etdirib"- SORĞU
15:20 Rəşad Eyyubov “Qəbələ”ni “Sumqayıt”a dəyişdi
15:00 Niyə heç kim "Neftçi"yə getmək istəmir?
14:45 Kiçik yaşlı yeniyetmələrin Avropa çempionatından 1 qızıl və 4 bürünc medal
14:22 Azərbaycan - Oman 2:1 - VİDEO
14:00 "Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
13:41 "İnter"də seleksiya prosesi başa çatdı
13:22 U-13 qızlar Liqasının qalibləri mükafatlandırıldı
13:00 Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
12:42 PFL klublara transferlər üçün vaxt ayırdı
12:22 Əsgərovun komandası yenə xal itirdi
12:00 Petrov da "Neftçi"dən gedir?
11:45 Budaq oynamadı, komadası heç-heçə etdi
11:22 Simeone “Atletiko”da qaldı
11:00 "Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
10:30 Avropa kubokunda daha iki medal
09:32 İslamiadanın çempionu olan millimiz Bolqarıstanda
01:50 Qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal!
01:30 Millimiz mükafatlandırıldı - FOTOLAR
01:20 Azərbaycan - Oman 2:1 - FOTOLAR
21 May 2017
23:58 "Real" çempion!
23:49 U-23 futbol millimiz İslam Oyunlarının qalibi oldu
23:00 İngiltərə Premyer Liqası: "Arsenal" Çempionlar Liqasından kənar qaldı
21:07 Bakı-2017: Azərbaycan finalda İrana uduzdu
20:40 Nazarovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
20:12 "Yuventus" çempion!
17:00 Tarixi oyuna səyahət: “Bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar” - YAZI + VİDEO
15:30 Mövsümün son matçında oynamadı
15:00 I Diviziona yeni komanda gəlir!
14:30 Cəfərovun yoxluğunda komandası uduzdu
14:00 Muarrem "Qarabağ"dan niyə getdi?
13:38 Ayşən Abduləzimova: "Onlar da qızıl medal qazanmaq istəyirdilər, biz də"
13:30 Dəniz Yılmazın klubu "Antalyaspor"a da uduzdu
13:26 Finalın adı Azərbaycan - İran
13:00 "Neftçi"yə yox, "Qəbələ"yə keçir?
12:30 Mahmudov mövsümün son matçında oynamadı
12:00 Eddi İsrafilov oynadı, "Kadis" xal itirdi
11:30 Ukraynada Azərbaycan derbisi - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.