Ucuz təyyarə biletləri

Rövnəq Abdullayev: “Turan Tovuz”la “Mil-Muğan” Premyer Liqaya çıxa bilər - MÜSAHİBƏ

Tarix:  15.03.17 12:03           Yazar:             Oxunub: 573 dəfə

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. 

"Rekord.az" xəbər verir ki, iclasdan sonra mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.

 

- Rövnəq Abdullayev: İcraiyyə Komitəsinin iclasında mühüm məsələlər müzakirə edildi. Xüsusilə, danışılmış oyunlarla bağlı. UEFA-da bu cür oyunları izləyən böyük qurum yaradılıb. Premyer Liqayla bağlı heç bir şübhə olmayıb. Həmin qurumdan birinci divizionla bağlı müraciət edilib. Sabah artıq bu barədə radikal qərarlar qəbul edəcəyik. Bu, Azərbaycan Respublikasının qanunlarına görə cinayətdi. Həmin insanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu gün bir neçə fakta baxdıq. Doğrudan, biabırçılıqdı. Mənə çox pis təsir etdi.

“İnter” klubunun da taleyi müzakirə edildi. Klubun gələcəyi ilə bağlı bankdan təminat aldıq. Mövsümün sonuna kimi klubu AFFA idarə edəcək. Mövsümün sonunda kluba yeni sponsorun cəlb edilməsilə bağlı danışıqlar gedir.

Bundan başqa, keçmiş futbolçulara təqaüd verilməsiylə bağlı da müzakirə olunur. Bu ənənə yalnız iki ölkədə var - İngiltərədə və bizdə. Buna əsasən, bu gün bir neçə futbolçuya AFFA tərəfindən təqaüd verildi.

 

- AFFA tərəfindən bir neçə klubda Müşahidə Şurası yaradılıb. “Kəpəz”də də həmçinin. Ancaq klubdan edilən açıqlamada Gəncə şəhər stadionunun təmir olunması üçün AFFA-dan maliyyə gözlədiklərini deyiblər. Bəs yaradılmış Müşahidə Şurası nə işə yarayır?
- Müşahidə Şurası komandalara maliyyə ayırmaq üçün yaradılmayıb. Bunun yaradılmasına səbəb şəffaflığın təmin edilməsi, klubun bir nəfərin əlində cəmlənməsinin qarşısını almaqdı. Gəncə şəhər stadionuna gəldikdə isə, bura mövsümün sonunda yeni ot örtüyü ilə təmin ediləcək. Bu, çox bahalı işdi. Ancaq bizim planımız var ki, 10-12 stadionun ot örtüyü dəyişdirilsin.

 

- Ötən il Media Komitəsi yaradıldı. Bu qurumun gələcək taleyi necə olacaq?
- Elxan Məmmədov:
Media Komitəsi məhz Rövnəq bəyin göstərişi ilə yaradılmışdı. Bu komitə fəaliyyətini davam etdirəcək. Komitənin yaradılmasına səbəb, ölkəmizdə keçiriləcək AÇ-2020 üçün jurnalistlərin hazırlanmasıdı.

- Rövnəq Abdullayev: Hər il hakimlərin toplanışı olur. Mən tərəfdarıyam ki, jurnalistlərin bu cür  treninqi keçirilsin. Belədə, jurnalistlərin yazısının keyfiyyəti daha da artırılacaq.

 

- Seçim necə olacaq?
- Elxan Məmmədov:
Eyni qaydada olacaq. Seçkini siz keçirəcəksiz və öz nümayəndələlərinizi seçəcəksiz.

 

- Dediz ki, tapşırıq vermişəm, Premyer Liqada komanda sayı artırılsın. Ancaq komandaların çoxuna AFFA baxır. Sayı düzəltmək üçün yeni gələn klublara da AFFA baxacaq?
- Rövnəq Abdullayev:
Keçən il qarşımıza məqsəd qoymuşduq ki, növbəti mövsümdən çempionatda 10 komanda iştirak etsin. Ancaq lisenziyalaşdırma da əsasdı. Bu işlər FİFA və UEFA-nın tələblərinə əsasən görülməlidi. “İnter” məsələsində də belə olacaq. Klubun bazası var. Bu baza bank tərəfindən futbolun inkişafına verilsə, sponsor tapıla bilər. Biz baxırıq, harda baza varsa, ora sponsor cəlb etməyə çalışırıq. Lisenziyası, bazası olsa, “Turan Tovuz” da, “Mil-Muğan” da Premyer Liqaya çıxa bilər. Birinci divizion AFFA-nın köməkliyiylə keçirilir. Bəzi klubların vəziyyəti bizə pis təsir edir. Yüksək liqanın Azərbaycanın bütün regionlarını əhatə etməsini istəyirik. Region komandalarının fəaliyyətini dayandırması təəssüf doğurur. “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı. Hazırda yalnız region klublarından “Kəpəz” fəaliyyətini davam etdirir. Ancaq istəyirik ki, region komandalarının sayı çox olsun.

- Uşaq futbolunda vəziyyət elə də yaxşı deyil. Aşağı yaş qruplarında keçirilən yarışlarda texniki məğlubiyyətlərin sayı çoxdu. Komandalar oyuna gəlmirlər. Bundan başqa, aşağı yaş qruplarından ibarət millilərə xaricdən oyunçular cəlb edilir... 
- Elxan Məmmədov: Düzdü, komandalar oyuna gəlməyəndə texniki məğlubiyyət verilir. İntizam Komitəsi bu məsələlərə baxır. Bu, bütün dünyada belədi. Xaricdə də aşağı yaş qruplarının oyuna gəlmədiyi hallar olur. O ki qaldı kütləviliyə, regionlarda turnirlər keçiririk. Bundan başqa, məktəbli kuboku keçiririk. Milli komandaya gəldikdə isə, burda U-15-dən cəlb olunma başlayır. O ki qaldı başqa ölkədən gələn oyunçulara, onlar özləri müraciət edir. Məşqçilər həmin oyunçuların çıxışından razı qaldıqda, milliyə cəlb edilirlər.

- Rövnəq müəllim, “CBC Sport”un fəaliyyətiylə bağlı bəzi söz-söhbətlər var... 
- Rövnəq Abdullayev: "CBC Sport”un nəticələri yaxşıdı. Bu cür söz-söhbətlər isə yəqin ki, rəqabətdən qaynaqlanır (gülür). Hazırda ölkədə iki idman kanalı var. Bu cür rəqabətin olması yaxşıdı. Bu kanalda hətta aşağı liqanın oyunları da yayımlanır. Məni əsas narahat edən ölkədəki azarkeş amilidi. Bu, mənim yaralı yerimdi. Xaricdə insanlar oyunlara traktorla gəlirlər. Klub rəhbərləri azarkeşləri stadiona cəlb etmək üçün çalışmalıdılar. Boş stadionda futbolçu öz potensialının 20 faizini göstərmir. Azarkeşsiz futbolçu özünü göstərmir. Bu, tamaşaçısız aktyor kimidi. Azarkeşlərin oyuna gəlməməsində ictimai qınaq olmalıdı.

- Almaniya millisiylə daha öncə də qarşılaşmışıq. Əvvəl baş məşqçimiz Berti Foqts idi, indi Robert Prosineçkidi. Hansında yaxşı nətəcəyə daha çox ümidlisiz?
- Rövnəq Abdullayev: Almaniya millisi fenomendi. Bu komandaya uduzmaq da şərəfdi. Almaniya millisi qol belə buraxmayıb. Ancaq əsas olan meydandakı mübarizədi. Millimizdən əsasən, yaxşı mübarizə gözləyirəm. Almaniya millisi maşındı. Bu komandayla oynamaq çox çətindi.

- Seçkiylə bağlı ən çox Balkan ölkələrinə səfər edirsiz. Bunda Prosineçkinin rolu nə dərəcədədi?
- Elxan Məmmədov: Siz Balkan deyəndə, yəqin ki, Xorvatiyanı nəzərdə tutursuz (gülür). Bu ölkənin futbol federasiyası ilə Prosineçkindən öncə də münasibətimiz var idi. Ancaq mən qərb ölkələrinə də səfər etmişəm. Aprelin 5-nə qədər bütün Avropa ölkələrinə səfər edəcəm.

- Futzal Federasiyası futbol klublarında futzal komandasının yaradılmasını təklif etmişdi. Onlar bununla bağlı İcraiyyə Komitəsində məsələ qaldıracaqlarını qeyd etmişdilər...
- Rövnəq Abdullayev: Futbol komandalarını güclə saxlayırıq. Hələ ki, klublarda futzal komandası yaratmaq planımız yoxdu. Klublar özü-özünü maliyyələşdirməlidi. Sponsordan asılı olmamalıdı. Futbol həm də kommersiyadı. Bizdə bu işlə məşğul olacaq menecerlər, mütəxəssilər hazırlanmalıdı

- Qarşıdan İslam Həmyərliyi Oyunları gəlir. Orda çıxış edəcək komandaya həvəsləndirici mükafat vəd olunacaq? Komandadan hansı nəticə tələb olunacaq?

- Rövnəq Abdullayev: Niyə həmişə işin maliyyə tərəfinə baxırıq? Bundan öncə milli qürur məsələsi var. Oyunçular özlərini yaxşı tərəfdən göstərmək üçün mübarizə aparmalıdılar. Komandanın qarşısına heç bir tələb qoyulmayıb. Tələbimiz yalnız yaxşı oyun nümayiş etdirməkdi.

 

Nuh TARVERDİYEV

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Kimsə Riadı dayandırsın!
2017-03-28  // 1 Şərh
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Milliyə çağırılan futbolçulardan faiz alır, verməyənlərin karyerasını məhv edir
Kimsə Riadı dayandırsın!
"Zirə"nin sponsoru "İnter"i götürmək istəyir?
"Qarabağ" "Neftçi"nin iki futbolçusunu "qaralayıb"
Qara Qarayevə Avropa klublarından təklif
"Şərurspor" rəsmən dağıldı!
Bu təşkilatçılıqla Çempionlar Liqasının finalı? - YAZI
Mehdi Hüseynzadə adına stadion hasarlandı - ÖZƏL FOTOLAR
"Neftçi" rəhbərliyi "Qarabağ" üzərindəki qələbəyə görə nə qədər mükafat vəd edib?
“Heydər Əliyev kuboku”nun iştirakçılarının sayı arta bilər: İran və Türkiyə klubları ilə danışıqlar gedir

Xəbər Lenti
29 Mart 2017
20:00 Fəxrimiz budursa, xəcalətimiz nədir? - YAZI
20:00 Millimiz 7 qol vurub, 6-na sevindi
19:30 "Sumqayıt" "Neftçi" ilə oyuna hazırlığı davam etdirir
19:00 Rostislav Pevtsov reytinq cədvəlində irəliləyib
18:30 Tural Axundov: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik”
17:40 İqor Ponomaryov: “Neftçi” mənim gəncliyimdi”
17:27 Azərbaycan çempionu bəlli oldu - "Neftçi" titulunu qoruya bilmədi
17:20 Yarımfinal oyunları üçün hakim təyinatları açıqlandı
16:44 Azərbaycan hakimləri İtaliyada beynəlxalq seminarda iştirak ediblər
16:22 Şevçenko: “Həyatımdakı bütün ilklər Azərbaycanla bağlıdı”
16:00 Millimiz Moldovaya qarşı
15:44 Roman Qriqorçuk Ranyeri ilə görüşmək istəyir
15:22 Eltun Yaqublu: "Səbail" Premyer Liqaya rəng qatacaq"
15:00 Millimizi darmadağın edən yığmanın baş məşqçisi oyundan razı qalmadı
14:44 Yığma komandamız Avropa çempionatında iştirak edəcək
14:22 Qurban Qurbanov: "Qara Qarayevlə bu barədə söhbətim olmayıb"
14:01 Azərbaycan çempionu bu gün bəlli ola bilər
14:00 Qurban Qurbanovun oğlu: "Evdəkilər də əlimdən bezmişdi" - MÜSAHİBƏ
14:00 Külək "Kapital Bank Arena"nın tavanını dağıtdı - FOTO
13:44 Dmitri Nazarov: "Telefonum təbriklərdən az qala partlayırdı"
13:20 Sabiq "Neftçi"lilərdən yubiley təbriki - VİDEO
13:00 Mehdi Hüseynzadə adına stadion hasarlandı - ÖZƏL FOTOLAR
12:40 “Neftçi” – “Qarabağ” matçının biletləri satışda
12:22 Maşallah Əhmədovun məhkəməsi təxirə salındı
12:00 Millimizin sabiq məşqçisi: “Nazarov Bundesliqada oynamaq gücündədir”
11:45 "Qəbələ"nin hücumçusu Xorvatiya yığmasına qol vurdu - VİDEO
11:40 Millimiz bu gün Moldova ilə yoxlama oyunu keçirəcək
11:22 “Kəpəz” məşqləri davam etdirir
11:00 Robert Prosineçki: "Bizdə qəribə adamlar var"
10:30 Navalovski və Kvekveskiri 5 cavabsız qola sevindi
10:00 5-ci yarımfinal: 25-ci qələbə üçün
09:24 Yığmamızın üvzü Türkiyə çempionatında pley-offa məğlubiyyətlə başladı
00:45 AÇ-2017: ilk gün 1 qızıl və 1 bürünc medal qazandıq
00:30 Şehiçlə Aqolli oynamadı, komandaları 3 qol vurdu
00:05 “Neftçi”nin yubileyi mənim üçün xalqımızın Novruz bayramı kimidi”
28 Mart 2017
23:00 Türkiyə - Azərbaycan 4:0 - VİDEO
21:00 AFFA-dan bilet qalmaqalı ilə bağlı bəyanat
20:30 C kateqoriyalı məşqçi kursu başlayıb - FOTOLAR
20:00 Millimiz Türkiyəyə böyük hesabla uduzdu
19:30 Sabiq "Neftçi"lilərdən yubiley təbriki-2 - VİDEO
19:00 "Şahdağ" - "Səbail" 0:4 - VİDEO
18:40 "Zaqatala" - "Göyəzən" 5:0 - VİDEO
18:22 "Şəmkir" - "Qaradağ Lökbatan" 2:0 - VİDEO
17:42 Cüdoçularımız Gürcüstan "Qran-Pri"sində iştirak edəcəklər
17:20 Tiyedə Azərbaycan himni səsləndi
17:18 Yaponiyalı məşqçi hücumçumuzdan danışdı
17:12 Super Liqada mükafatlandırma mərasimi - FOTOSESSİYA
17:00 "Sumqayıt"ın gürcü məşqçisi: "Azərbaycanlı uşaqların kənara çıxa bilməməyində valideyn faktoru da rol oynayır"
16:40 Təxirə salınmış oyun üçün hakim təyinatları
16:21 Kapitan zədələndi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.