Ucuz təyyarə biletləri

Devid Kulthard Bakıda səfərdədir

Tarix:  16.03.17 21:03           Yazar:             Oxunub: 21 dəfə

Dünya şöhrətli Formula 1 pilotu Devid Kulthard 23-25 iyun tarixlərində Bakıda ikinci dəfə keçiriləcək Qran Pri yarışına hazırlıqların görüldüyü ərəfədə ölkəyə səfər edərək Formula 1-in ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub. Rekord.az xəbər verir ki, Devid Kulthard Bakı səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı Şəhər Halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerlərini incələyib.


Formula 1 yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran Prisindən bir həftə öncə baş tutan bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırlatdı və o, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı Şəhər Halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirdi. 


Williams, McLaren və Red Bull komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan Formula 1 yarışını fərqləndirən əsas məqamları daha yaxından incələdi. Belə ki, dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə yaxından tanış oldu. O həmçinin trekin Qız qalasının qarşısından keçən hissəsinə - 18-ci döngəyə və eyni zamanda trekin iki istiqamətli hissəsinə də baxış keçirdi. Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də oldu. Ötən il Williams komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasına ən sürətli şəhər treki ünvanını qazandırmışdı, qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi 378 km/saat təşkil etmişdi.  


Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirdi: “2017 Formula 1 Azərbaycan Qran Prisi öncəsində Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəm idi və bu, ötən il Bakıda birinci dəfə keçirilmiş Formula 1 yarışı ərəfəsində bura etdiyim səfər zamanı yaranmış ilkin təəssüratlarımı bir daha təsdiqlədi. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri və həmçinin özündə daşıdığı şərq və qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Mən tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti Formula 1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizəyə şahid olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.


Bu gün baş tutan trek gəzintisindən başqa Devid Kulthard Bakı səfəri çərçivəsində yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərdə iştirak edəcək və həmçinin o, Azərbaycada Formula 1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ilə də görüş keçirəcək.

* Xəbərə şərh yoxdur

Adınız
E-mail adresiniz
Şərhiniz
"Şəfalı matç" sənədli filmi yayımlandı - TAM VİDEO
2017-03-13  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Almeydanı “al” mayda
2017-03-07  // 0 Şərh
Amal Abuşov
Axı niyə yox idiniz, cənablar?
2017-02-20  // 7 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Azərbaycan yeni futbol komandası yaradıldı
"Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
"Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
"Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
Mahmud Qurbanov "İnter"də?
I Divizionda daha bir baş məşqçi istefası!
Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
"Şərurspor"un futbolçusu "Şəmkir"də
AFFA-dan növbəti qəribə addım: Milli komandanın adını dəyişdirdilər
Böyükağa Hacıyev: "Azərbaycanda futbol sönüb" - MÜSAHİBƏ

Xəbər Lenti
25 Mart 2017
04:15 Türkiyə, İtaliya və İspaniyadan qələbə
00:20 Millimiz Estoniya ilə heç-heçə etdi
24 Mart 2017
20:00 Akrobatika gimnastikası üzrə hakimlərimizin növbəti uğuru
19:30 Azərbaycan təmsilçilərinin hakimlik dərəcələri müəyyənləşdi
19:00 "Real"ın futbolçusu: "Azərbaycana səfər yorucu olacaq"
18:30 "Borussiya"nın futbolçusu millimizə qarşı oynamayacaq
18:00 Almaniya millisi Bakıya gəlir
17:30 I Divizion: Turun təyinatları açıqlandı
17:00 "Sumqayıt" itkilərlə başladı
16:44 Özil: “Azərbaycan bizə qarşı 200 faiz güc sərf edəcək”
16:20 Yığmamız Rusiyada qələbə qazandı
16:00 Almaniya ilə oyuna cəmi 3 min bilet qalıb
15:40 Foqts yenidən Bakıya gəldi, baş katiblə görüşdü
15:21 AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza
15:00 Azərbaycan yeni futbol komandası yaradıldı
14:41 "Zirə"nin futbolçusuna bir oyunluq cəza
14:22 Azərbaycan millisinin üzvü Yaponiya çempionatının ən yaxşı hücumçusu seçildi -FOTO
14:00 "Şəmkir" Qəhrəman Əliyevin borcunu vermir
13:44 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:22 "Qaradağ Lökbatan" - "Zaqatala" 3:2 - VİDEO
13:00 Yoahim Löv: "Qələbə seriyamızı Bakıda da qol buraxmadan davam etdirəcəyik" - MÜSAHİBƏ
12:22 Messi maykası altında narkotika ticarəti
12:00 Azərbaycan millisinin braziliyalıları - YAZI
11:30 Millimiz mövqeyini qorudu
11:00 Böyükağa Hacıyev: "Azərbaycanda futbol sönüb" - MÜSAHİBƏ
10:30 Özil, Qomes və Drakslerin son durumu: Bakıya gələcəklər?
10:00 "Şərurspor"un futbolçusu "Şəmkir"də
23 Mart 2017
23:30 Kamran Ağayev məşqlərə başladı
21:00 Rüfət Dadaşov dubl etdi, komandası məğlubiyyətdən xilas oldu
20:00 Millimizin Almaniya ilə oyuna hazırlığı davam edir - FOTOLAR
19:30 "Ağsu" - "Turan Tovuz" 1:1 - VİDEO
19:00 Birinci Divizionda 22-ci turun oyun cədvəli bəlli oldu
18:44 Droqba ikinci liqa klubunda
18:22 Dieqo Simeone: “Real”ı heç vaxt çalışdırmaram”
18:00 Mahmud Qurbanov "İnter"də?
17:40 “Qaradağ Lökbatan” “Zaqatala” üzərində qələbəyə sevindi
17:20 "Energetik" - "Şahdağ" 1:0 VİDEO
17:00 Qırğızıstan klubu azərbaycanlı qapıçı ilə müqavilə bağladı
16:43 Almaniya yığmasında zədə epidemiyası davam edir - "Borussiya"nın üzvü sıradan çıxdı
16:20 "Mil-Muğan" - "Bakılı" 4:1 - VİDEO
16:00 Özil millimizlə oyunöncəsi tənqid edildi: "Bunu etməklə böyük futbolçu ola bilmərsən"
15:44 "Əlincə" "Həvəskarlar Kuboku"nun bürünc medallarını qazandı
15:21 MOİK - "Şəmkir" 0:0 - VİDEO
15:00 "Şərurspor" və "Rəvan" oyunları necə qumara qoyub? - Tükürpədici faktlar
14:44 Robert Prosineçki: "Uduzmasaq, bu, Azərbaycanda böyük sevincə səbəb olacaq"
14:22 AFFA-dan növbəti qəribə addım: Milli komandanın adını dəyişdirdilər
14:00 "Şəmkir"in sabiq futbolçusu bazarda paltar satır - ÖZƏL!
13:44 Dama üzrə "İdmanda kuboku" keçirildi
13:22 Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA
13:00 "Ağdaş"ın məşqçisindən şok açıqlama: "Dedilər sponsorluq edirik, amma bəzi oyunları kontora oynayacağıq"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.