Ucuz təyyarə biletləri

İntizam yox, Gülüş Komitəsi - YAZI

Tarix:  17.03.17 19:03           Yazar:  Rekord.az           Oxunub: 520 dəfə

AFFA-da bir komitə var. İntizam Komitəsi. İllərdi gülməli qərarları ilə özlərini hər kəsə güldürürlər. Şəxsən mənim üçün qeyri-ciddi qurumdu. Çünki qeyri-ciddi qərarlar qəbul edirlər. Ümumiyyətlə, bu komitənin fəaliyyət prinsipi mənə çatmır. Bəzən orda çalışanların futbol savadını belə, şübhə altına alıram. Dünən bu komitə növbəti gülünc və absurd qərarını qəbul edib. Danışılmış oyunlarla bağlı. Qərarın ilk bəndində yazılıb ki, "Adları "danışılmış oyunlarda” ən çox hallanan "Rəvan” FK və "Şərurspor” FK I Diviziondan kənarlaşdırılsın”.

 


Gülməli olan nədir? Adın nədəsə hallanması cəzalanmaq üçün əsas vermir axı. Bir komandanı çempionatdan çıxarmaq üçün onun adının danışlmış oyunlara hallanması yox, danışılmış oyunlarda iştirakının sübutu lazımdır. İndiki halda İK-nın qərarı, günahı sübuta yetirilməyən birinə məhkəmənin qərarı açıqlanmadan cinayətkar damğasının vurulmasına bənzəyir. Bəlkə birinin “Rəvan”la və yaxud “Şərurspor”la ədavəti var və onların adını hər tur bilərəkdən bu cür oyunlarda hallandırır? Ad hallanmağa görə çempionatdan komanda çıxarırlar? AFFA bu komandaları çempionatdan çıxarmaq üçün şübhəli məqamları araşdırmalı, onların həqiqətən də danışılmış oyunlarda iştirakını sübut etməli və daha sonra faktları ictimaiyyətə açıqlayıb hər iki komandanı çempionatdan çıxarmalıdır. 

 

Qərarın ikinci bəndində isə bu cümlə yer alıb: “Adları "danışılmış oyunlarda” hallanan "Şahdağ” FK, "Energetik” FK, "Bakılı” FK və "Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların "danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın”.

 

Hallanma məsələsini yuxarıda izah etdim. İkinci bənddəki gülməli məqam “Rəvan” və “Şərurspor”dan fərqli olaraq, “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”in çempionatdan çıxarılmaması, əvəzində onlara xəbərdarlıq edilməsidir. Nə var nə var bu komandaların adı “Rəvan” və “Şərurspor”la müqayisədə danışılmış oyunlarda çox yox, az hallanıb. Heç dəxli var? Qanunda belə bir bölgü var? Məsələn, oğurluq oğurluqdu. Dəxli yoxdur, 20 qəpik oğurlamısan, ya 2 min. “Statya” birdir: oğurluq. İndi burda da kimin adının az ya çox hallanmasının nə fərqi var? Oyun satan oyun satandı nə fərqi var ki, bir oyun satıb, ya beş oyun. Bu, bilirsiniz nəyə oxşayır? Biri gedir avtobusa bomba qoyur, biri taksiyə. Hər ikisi partlayır və avtobusda 20 nəfər ölür, taksidə iki nəfər. Amma sabah avtobusa bomba qoyanı tutub həbsə atırlar, amma taksiyə bomba qoyanı buraxırlıar ki, sənin qoyduğun bombaya görə iki nəfər ölüb ona görə sənə xəbərdarlıq edirik bir də harasa bomba qoysan onda tutacağıq.


Ad hallanmaya görə çempionatdan komanda çıxarırsansa, o zaman azına, çoxuna baxmamalısan. “Rəvan” və “Şərurspor”la bərabər “Şahdağ”, “Energetik”, “Bakılı” və “Göyəzən”i də I Diviziondan  kənarlaşdırmalısan.  


Amma bir daha əvvəlki sözümə qayıdıram ki, bir komandanın çempionatdan kənarlaşdırılması üçün ilk növbədə onun adının hansısa oyunda hallanması yox, hansısa oyunda iştirakının sübutu lazımdır.

 

Gördüyünüz kimi, AFFA İK-nın açıqladığı qərarda nə hüquqi əsas var, nə də məntiqi. Ortada olan sadəcə, iki bəndlik gülməli söz yığınıdır. Ümumiyyətlə, təklif edirəm ki, AFFA İntizam Komitəsinin adını dəyişib AFFA Gülüş Komitəsi qoysunlar. Gülməli qərarları ilə çoxdan bu adı haqq ediblər.

 

Anar XANLAROV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib
Millimizin sabiq üzvü futbol məktəbi açdı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.