Ucuz təyyarə biletləri

Mario Balotelli: “Mənə “Liverpul” haqda danışmayın” MÜSAHİBƏ

Tarix:  18.03.17 12:03           Yazar:  Rekord.az           Oxunub: 102 dəfə

“Nitsa” klubunun və İtaliya millisinin hücumçusu Mario Balotelli Fransa mətbuatına müsahibə verib.
 
 Rekord.az həmin müsahibəni təqdim edir:
 
- “Nitsa”da özünüzü necə hiss edirsiniz?
- Hər şey əladı.Özümü çox yaxşı hiss edirəm. Burada bizim xüsusi azarkeşlərimiz var. Onlar bütün oyunlarda bizi dəstəkləyirlər. Hər birinə təşəkkür edirəm. Gənc futbolçulardan ibarət komanda olsaq da, burada çox xoşbəxtəm. Doğrudur, burada çıxış etdiyim müddətdə 2 qırmızı vərəqə səbəbilə bir müddət oyunlardan kənar qaldım. Ancaq nə qədər çox qol vurmaq istəyirsizsə, o qədər çox oynamalısız.
 
- Sizcə, “Nitsa” nə vaxtsa Avropanın ən yaxşı klublarından biri ola biləcək?
- Bəli, ümid edirəm. Burada yaşamaq üçün müqaviləni yeniləyəcəm. Əgər futbolu Avropa səviyyəsində olsa, siz yaşamaq və təhsil almaq üçün buradan daha yaxşı yer tapa bilmərsiniz.
 
- Fransa və İngiltərə liqası arasında hansı fərq və oxşarlıqlar var?
- Fransa asan bir liqa deyil. Lakin İngiltərə Premyer liqası ilə müqayisə edə bilmərəm. Premyer Liqa hər zaman dünyanın yaxşı liqası olacaq. Bura gəldiyimdən bəri, çox istedadlı futbolçular gördüm. Fransa liqasının bütün problemlərini həll etmək üçün bunun səbəblərini və yollarını tapmalıyıq. Çünki Avropada qayda bu cürdür.
 
-  Fransa I Liqasında bomardir Edinson Kavanidir. Onu kimsə keçə bilər?
-  Kavani neçə qol vurub? 27? Dəqiq bilmirəm. Mən ondan çox uzaqdayam. Amma mən bu mövsüm çox da oynamadım. Amma yaxşı formadayam.
 
-  Komandada çox zarafatcılsız?
-  İnanın, “İnter”də necə idimsə, burda da eləyəm. Hamı ilə zarafat edirəm.
 
-  Müdafiə futbolunu sevirsiz?
-  Heç sevmirəm. Müasir futbol bunu xoşlayır: sən bütün həftə ərzində çalışmalı və sürətli oyun nümayiş etdirməlisən.
 
- İtaliya milli komandasına bir müddətdir ki, dəvət almırsız...
- Milli komandanı sevirəm. Bu, həqiqətdir ki, yığmada çox güclü hücumçular var. Əgər onlar məni dəvət etsələr, hazıram.
 
-  “Bastiya” ilə matçda irqçi şüarlara məruz qalmışdınız...
-   Çox təəssüf ki, bunun qarşısı alınmır. Futbolda böyük problemlərdəndir. Oyun zamanı heç nə deyə bilmirdim. Bu, ədalətli deyildi. Etirazımı sosial şəbəkədə etdim. Əslində onların cavabını meydanda verə bilərdim, amma susdum. Bu haqda danışmayaq, keçin növbəti suala.
 
-    Xarakteriniz bir çox insalara maraqlıdır...
-    Uşaq yaşarımda necə idimsə, indi də eləyəm. Zarafatcıl insanam. Mən həmişə cavanam, başımı itirməmişəm. Mənim öz həyat tərzim var, sevirəm yaşayışımı. Çənim çoxlu dostlarım var. Mən çox yaxın olan bir neçə şəxs var. Mənə maraqlı deyil ki, hərəkətlərim haqda necə müzakirə edirlər. İnsanların düşüncələri məni maraqlandırmır. Onlar məni yalnız hər həftə 90 dəqiqə görürlər.
 
- Fransada hakimlərin idarəçiliyini necə dəyərləndirirsiniz?
- Fransa liqası İngiltərə və İtaliyadan xeyli fərqlənir. Burada hakimlərin mühakimə yolları müxtəlifdir. Sərt qaydalar qəbul edən hakimlər də var. Lakin onu deyə bilərəm ki, italyan hakimlər burdakılardan daha yaxşıdır. 
 
- Fransa haqqında təəssüratlarınız necədi?
- Fransa gözəl ölkədir. Xüsusilə cənubunu çox sevirəm. Ötən günlərin birində Monakoda oldum: günəş, dəniz. Şimalı çox sevməsəm də, orada oynamaq məcburiyyətində qalıram. Paris sadəcə, bir az soyuqdur. 
 
- “Monako” və PSJ komandalarının çıxışına münasibətiniz necədi?
- Düzü, “Monako” son vaxtlar daha çox maraq dairəmdədir. PSJ-də yaxşı futbolçular çoxdur, lakin bir komanda halında oynamırlar. Düşünürəm ki, Zlatan İbrahimoviçdən sonra onlar bir komanda halında oynaya bilmirlər. “Monako”da PSJ-dən fərqli olaraq, məşhur futbolçular yoxdur, ancaq onların sərgilədiyi performans çox mükəmməldi.
 
- “Liverpul” barədə nəsə demək istəyirsiniz?
- Xahiş edirəm, mənə “Liverpul”dan danışmayın.
 
-  Gənc karyeranızda “Barselona”ya keçidniz necə oldu ki, baş tutmadı?
-  “Barselona” məni transfer etmək istəyirdi, amma “İnter” çox pul tələb etdi. Onlar da bu məbləği vermədi.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qəbələ" transferə doymur: "Nürnberq"in futbolçusunu da aldı
Kamal Quliyev "Neftçi"nin baş məşqçisi olacaq?
"Masallı" Lənkərana köçdü
Rəşad Sadıqov yeni yaranan komandaya sponsorluq etməyəcək
"Neftçi" Həvəskarlar Liqasında yarışan komanda ilə yoxlama görüşü keçirəcək
"Səbail" Gürcüstanın I Divizionundan futbolçu transfer edir?
"Səbail"ə yeni sponsor tapıldı
“VTB Bank” "İnter"ə sponsorluqdan imtina etdi - ÖZƏL!
Klublarımızın yay transferləri - YENİLƏNİR
Hücumçumuz İtaliya klubunda

Xəbər Lenti
29 İyun 2017
01:30 Portuqaliya Çiliyə belə uduzdu - VİDEO
01:00 İlk finalçı Çili oldu
28 İyun 2017
23:30 “Qarabağ” “Dinamo”ya da məğlub oldu - VİDEO
23:00 Sərbəst güləşçilərimiz AÇ-də komanda hesabında ikinci oldu
22:30 Zaur Svanadze: “Sabah bizə çox çətin olacaq”
22:00 AÇ-nin ikinci günündə 2 qızıl və 1 gümüş medal
21:11 "Differdanj"ın prezidenti Bakıda klubun büdcəsini açıqladı
21:00 "Mladost" - "İnter" oyunu da CBC Sport-da!
20:46 Ayxan Abbasov: "Avrokuboklarda qarşımıza böyük hədəflər qoya bilmərik"
20:30 "Turan"ın sabiq oyunçusu avtoqəzada dünyasını dəyişdi
20:00 "Qəbələ"nin yeni transferi - VİDEO
19:30 "Qarabağ" Danimarka klubu ilə qarşılaşacaq
19:00 Endryu Hallidey rəsmən “Qəbələ”də!
18:41 Radik İsayev də DÇ-də uğur qazana bilmədi
18:23 Ufuq Budağın yeni klubu məlum oldu
18:00 "Şəmkir" dağılmayacaq: işə icra başçısı qarışdı
17:42 "Qarabağ"ın Avstriyada 11-ci məşq günü - VİDEO
17:21 "Səbail" Bakıda 3 yoxlama görüşü keçirəcək
17:00 "Səbail" "Dalğa Arena"ya köçdü
16:57 Rusiya klubu millimizlə oynamaq üçün Bakıya gəlir
16:40 "Qəbələ" Zalsburq toplanışına start verdi
16:21 Azərbaycanın Serbiyadakı səfirliyindən "İnter"ə dəstək
16:00 Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"
15:40 Azərbaycan Qran Prisini 70 minədək tamaşaçı izləyib
15:21 "İnter"dən "Sevilya"ya
15:00 "Sumqayıt"ın Türkiyədəki daha bir rəqibi məlum oldu
14:45 "Differdanj"dan maraqlı addım: forma al, "Zirə" ilə oyuna bilet qazan
14:22 "Çelsi"dən tarixə düşəcək transfer
14:00 Rəşad Sadıqov yeni yaranan komandaya sponsorluq etməyəcək
13:20 AÇ-nin finalçıları bəlli oldu
13:00 "Masallı" Lənkərana köçdü
12:40 "Qalatasaray" Qomis və Belhanda transferini rəsmən açıqladı
12:21 Fransa klubunda baş məşqçi dəyişikliyi
12:00 Kamal Quliyev "Neftçi"nin baş məşqçisi olacaq?
11:40 "Ştutqart"dan "Maynts"a
11:40 "Sampdoriya"nı "Sportinq"ə dəyişdi
11:21 Maradona Neapolun fəxri vətəndaşı seçildi
11:00 “VTB Bank” "İnter"ə sponsorluqdan imtina etdi - ÖZƏL!
10:30 PSJ-nin qapıçısı rəsmən “Torino”da
02:50 Çempionlar Liqasında yeni mövsüm start götürdü
00:05 ÇL-də yeni mövsüm başladı
00:00 Hücumçumuz İtaliya klubunda
00:00 "Qarabağ" tək məşqlə kifayətləndi
27 İyun 2017
23:40 "İnter" Serbiyada məşqə çıxdı - FOTOLAR
23:20 AÇ-nin ilk günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal
23:00 Zenyov rəsmən Polşa klubunda
22:30 Fransa klubu Ranyerini rəsmən təqdim etdi
22:00 "Şüvəlan" hazırlığa start verir
21:30 Taekvondo millimiz DÇ-də daha bir fiasko ilə üzləşdi
21:00 Mirabdulla Abbasov: "Neftçi"yə qayıtdığım üçün sevincliyəm" - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.