Ucuz təyyarə biletləri

Elxan Abdullayev: "Ona məsləhət görərdim ki, az danışsın"

Tarix:  18.03.17 22:03           Yazar:             Oxunub: 216 dəfə

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Rekord.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:


- “Neftçi” azarkeşlərini, veteranları təbrik edirəm. Stadionda əla ab-hava var idi. Azarkelərə minnətdarıq. Oyunçularım canını qoydu. Tam üstünlük bizdə idi, layiqli qələbə qazandıq.


- İkinci oyundu ki, minimal hesabla qələbə qazanırsınız. Sanki fasilədən sonra rəqibə oynamağa imkan verirsiniz. Bu, sizin tapşırığınızdı?
- Oyunda hər şey ola bilər. Rəqibi heç-heçə də qane edirdi. Qol vurduqdan sonra rəqib "açıldı", amma biz ikincini vurduq. Amma qol buraxmasaydıq, hesabı artıra da bilərdik. İndi “Qarabağ”la kubok matçını gözləyirəm. 


- İstədiyiniz “Neftçi”ni görə bilmisinizmi? Qapıçının çıxışı sizi qane edir?
- Komandanı 2 aydı yığmışam. Pillə-pillə nəsə etmək lazımdı. Mənə vaxt lazımdı, optimal formaya düşməmişik. İşimizə sonra qiymət verin. Qapıçımız texniki səhvlər edib, Boykoviçdən razıyam.


- Pavel Dreksanın yoxluğunda Abışovun meydanın mərkəzində oynadılması Jayro Rodriqesin artıq sizə lazım olmaması anlamına gəlmirmi?
- Ruslan dayaq yarımmüdafiəçisi deyil. Ruslan daha təcrübəlidi. Bizə kimin daha çox kömək edə biləcəyi vacibdi. Bugünkü oyun bunu tələb etdi.


- “Qarabağ”la kubok matçından nə gözləyirsiz?
- Əsas işimiz azarkeşləri sevindirməkdi. Onlar sevinirsə, biz də şadıq. “Qarabağ”la matç bizim üçün böyük imtahandı. Rəqib oturuşmuş, Avropa səviyyəsində komandadı. Özümüzü belə matçlarda yoxlamalıyıq. 


- Fasilə yaranacaq. Bunun sizə təsiri necə olacaq? Çünki komanda yaxşı davam edirdi... 
- Mən milliyə gedəndə “Neftçi”nin məğlubiyyətini üstümə yıxırdılar ki, komandanı başsız qoymuşam. Mənim köməkçilərim var, plan üzrə işləyəcəklər. Ona qalsa, ən böyük yük “Qarabağ”ın üzərinə düşür. 


- Prosineçkinin futbol fəlsəfəsi haqqında fikrinizi bilmək istəyərdik? Nizamini öz komandanızda görmək istəyərdiniz?
- Nizamiyə məsləhət bilərdim az danışsın. O, öz işini görməlidi. Bu sözləri Nizami yox, başqaları deməlidi. Bu, mənə aid sual deyil. Prosineçki heç vaxt Nizamini pis futbolçu adlandırmır, deyir, bu komandaya uyğun deyil. O ki, qaldı öz komandamda görmək istəməyimə, bu, çətin sualdı. Nəsə ad çəkməyim düz deyil.


futbolinfo.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
"Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
"Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
AZAL-ın kapitanı Türkiyəyə gedir
Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
Kamran Ağayevə yaxın duran yoxdur
Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
"İnter"də baş məşqçi dəyişikliyi: iki Məmmədov getdi, bir Məmmədov gəldi

Xəbər Lenti
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
18:45 "Qarabağ"ın futbolçusu milliyə çağırıldı
18:21 “Məktəbli kuboku” turnirinə yekun vuruldu
18:00 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
17:43 Yığmamız AÇ-yə hazırlaşır
17:22 Navalovski Gürcüstan millisinə dəvət olundu
17:00 22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
16:45 "Arsenal"ın 40 yaşlı qapıçısı karyerasını bitirdi
16:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Qazaxıstanda!
16:00 Premyer Liqamızda dopinq-test tətbiq olunacaq
15:45 CAR millisinin baş məşqçisi: "Ndlov başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır"
15:22 Qatuzzo "Milan"a qayıtdı
15:15 Millimizin üzvü əməliyyat olundu
15:00 Kamran Ağayevə yaxın duran yoxdur
14:57 "İdman və Media" verilişində "Qəbələ" və "Neftçi" müzakirə olundu - VİDEO
14:42 "Kəpəz" rəsmən açıqladı: Ebahla, Serjio da getdi
14:30 Klubların nümayəndələri ilə görüş keçirildi
14:00 "Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
13:31 “Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
13:00 "Şüvəlan"ın yeni baş məşqçisi "Zirə"dən göndəriləcək
12:48 Millimiz yenə Bolqarıstanla bacarmadı
12:40 "Neftçi"nin 9 komandasından 7-si mükafatçılar sırasında
12:21 “Qəbələ” “Dinamo” ilə qarşılaşacaq
12:00 AZAL-ın kapitanı Türkiyəyə gedir
11:41 "Qəbələ"nin 11 komandası üçün 10 medal
11:22 Kubokun püşkü atıldı
11:00 Elxan Abdullayev dostunun oğlunu "Neftçi"yə gətirdi
10:30 Qurban Qurbanov və Yunis Hüseynovun cavanlığı - VİDEO
09:27 Növbəti məğlubiyyətimiz - FOTOSESSİYA
09:13 Səmədov hamını qabaqladı
25 May 2017
21:08 "Şəmkir"in prezidentinə qarşı ŞOK İDDİA: oyunları qumara qoyurdu?
20:00 Yığmamız Almaniyaya quru hesabla məğlub oldu
19:00 Bir vaxtlar "Qarabağ" və millidə oynayırdı, indi "Mil Muğan"a keçir
18:22 "Atletik"in yeni baş məşqçisi məlum oldu
18:00 "Neftçi" Səmədağa Şıxlarova da qapını göstərdi
17:45 Emin Mahmudov "Boavişta"da qalır
17:22 Berdıyev "Rubin"ə qayıdır?
17:00 Qurban Qurbanova lazım olmayan futbolçu daha bir il "Zirə"də qalacaq!
16:45 II Avropa Oyunlarının keçirilmə müddəti və idman növləri azaldıldı
16:22 Ülfət Mədətov: “Onların gələcəkdə “Qəbələ”nin əsas heyətində oynaması mümkündü” - MÜSAHİBƏ
16:00 Elvin Məmmədov "Zirə"dən pula görə gedib - MÜSAHİBƏ
15:43 «Qəbələ» U-19 Liqasının gümüş mükafatçısıdı
15:22 Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb
15:00 "Sumqayıt"dan göndərilən sabiq milli üzvü Dağıstana qayıtdı: burda heç kimə lazım deyil
14:48 Respublika çempionatı start götürür
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.