Ucuz təyyarə biletləri

Novruz Məmmədov: “Keçəlsiz və kosasız bayramın dadı olmaz”

Tarix:  20.03.17 16:03           Yazar:             Oxunub: 178 dəfə

Bu gün “Kəpəz”in əsas komandasının üzvü Novruz Məmmədovun doğum günüdür. Rekord.az xəbər verir ki, futbolçunun 27 yaşı tamam olur. Klub saytı bu münasibətlə müdafiəçidən müsahibə götürüb.  

 
- Novruz, səni həm doğum günün, həm də adınla bağlı bayram münasibəti ilə təbrik edirik...
- Təbrikə və diqqətinizə görə çox sağ olun, var olun. Mən də fürsətdən istifadə edib hamını Novruz bayramı münasibəti ilə təbrik edirəm, xoş günlər arzulayıram. Xalqımız neçə belə bayramlar yaşasın.


- Bu bayramın sənin üçün iki qat sevinci var....
- Bəli, həm doğum günümü qeyd edirəm, həm də bayramı. Xoş günlər bir-birinə qarışıb. Bu gün mənim kimi ayın 20-də doğulanlar var, demək bizim doğum günümüzü hamı qeyd edir (gülümsəyir).


- Bu iki əlamətdar günü necə qeyd edəcəksən?
- Bu vaxta kimi təntənəli şəkildə ad günü keçirməmişəm, bayram əhval-ruhiyyəsi ilə evdə yaxınlarımla birgə olmuşam. Böyük şənlik olmayıb, sadəcə, bayramı yaşamışıq. Əlavə bir şey bayram ilə yanaşı, doğum günümü qeyd etməyimdir. Deməzdim ki, Novruz bayramı doğum günümü kölgədə qoyur. Təmtəraqlı doğum günü partisi təşkil edənlər bəlkə də belə düşünə bilər, amma mən yox. Əksinə, bayram xüsusi ab-hava yaradır, məni kölgədə qoymur. Həm bayramın, həm də ad gününün öz yeri var. Əsas odur ki, həmişə bayram olsun.


- Bayramın öz adət-ənənələri var. Sonuncu dəfə nə vaxt papaq atmısan, qapı pusmusan?
- Yadımdan çıxıb (fikirləşir), çoxdandır ki, belə şeylər etmirəm. 4-5 il olar ki, papaq atmıram, qapı pusmuram. Vaxtında çox eləmişəm, əsasən də papaq atmışam (gülür). Papağımın içinə şirniyyat, qoz-fındıq, meyvə qoyulub. Düzdür, indi şəkərbura və paxlava tez-tez qoyulmur, bu da yəqin ki, baha və əziyyətli başa gəlir ona görədir.


- Yeni ilin simvolları Şaxta baba və Qar qızdırsa, Novruzda bu, keçəl və kosadır. Hansı yaş dövrünə kimi onların varlığına inanmısan?
- Uşaq vaxtı necə ki, Şaxta baba və Qar qıza, eləcə də kosa və keçəlin  varlığına inanırdıq. Adət-ənənələrimizi öyrəndikcə, əslində bunu bayramın bir hissəsi kimi başa düşməyə başladıq. Keçəlsiz və kosasız bayramın dadı olmaz. 


- Sonuncu dəfə nə vaxt yumurta döyüşdürmüsən?
- Komandamızın Gəncədəki Novruz şənliyində. Düz 2 il idi ki, yumurta döyüşdürmürdüm. Sonuncu dəfə uduzmuşam. Bunun da taktikası var, elə yerdən vurmalısan ki, rəqibin əlindəkini qıra biləsən. Təbii ki, öz yumurtan da möhkəm olmalıdır.   


- Bəs xoruz döyüşdürmüsən?
- Yox, amma döyüşlərinə maraqla baxmışam. Bəzən mərcləşib də döyüşdürürlər. Belə şeylər bayrama rəng qatır.     


- Komanda yoldaşlarından keçəl və kosa rolunu kimə yaraşdırarsan?
- Xarakterə və oxşarlığa görə bunu müəyyənləşdirmək lazımdır. Nicat Qurbanov kosaya oxşayır (gülümsəyir). Keçəli qoy fikirləşim...Yox, onu tapa bilmədim.


- “Kəpəz”də legionerlər də çıxış edir. Necə düşünürsən, milli bayramımızı onlara da tanıtdırmalıyıq?
- Əlbəttə, Gəncədəki şənlikdə bəzi şeyləri görüb tanış oldular, onlar üçün maraqlı idi. Bəziləri artıq iki ildir ki, ölkəmizdə yaşayırlar, müəyyən şeyləri bilirlər. Biz də bu işdə onlara kömək edirik. Düzdür, yumurta döyüşdürmək, ocağın üstündən tullanmaq onlara qəribə gələ və bunun mahiyyətini başa düşməyə bilərlər. Amma insan yaşadığı yerin adət-ənənəsini öyrənsə, yaxşı olar.   


- Novruz, müsəlman aləmində yeni il kimi qəbul olunur. Yeni il isə yeni arzular, istəklər deməkdir. Sənin nə arzuların var?
- İlk növbədə əsas olan can sağlığıdır. İnsanlarımız bəladan, xətadan, xəstəlikdən uzaq olsunlar. Bunlar olmasa, həyat daha yaxşı keçər.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 178 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov "İnter"in daha bir futbolçusunu "Neftçi"yə aparır
Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi
"Zirə"yə lazım deyil, qışda göndərilir
"Kəpəz"dədaha bir məşqçi istefası
Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
AFFA "Rəvan"a necə möhtac olub?
"Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
"CBC Sport"a üz çevirən ikinci məşqçi
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!

Xəbər Lenti
23 Noyabr 2017
02:45 "Qarabağ" - "Çelsi" oyununda möhtəşəm xoreoqrafiya - FOTO
02:10 “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı
00:22 Qurban Qurbanov: “Narazılığım var, amma...”
22 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?"
23:25 Antonio Konte: "Bakı mənim üçün uğurlu şəhərdi"
23:20 "Qarabağ" - "Çelsi" 0:4 - VİDEO
22:59 Vilian penalti epizodu haqda nə dedi?
22:50 “Qarabağ"ı hakim qərəzi yıxdı
19:40 “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol
19:21 "Qarabağ" U-19 - "Çelsi" U-19 - FOTOLAR
19:00 Şenol Güneş Bakıya niyə gəlib?
18:40 Azərbaycan Cüdo Federasiyasında görüş keçirildi
18:21 Növbəti turu kim buraxacaq?
18:08 Azerisport 11!
18:00 "Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
17:40 "Zaqatala" - "Ağsu" 0:1 - VİDEO
17:38 Avrokubokdakı ilk qələbəmiz - FOTOSESSİYA
17:30 “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı
17:21 “Payız turniri” başladı: 3 oyuna 26 qol
17:00 "CBC Sport"a üz çevirən ikinci məşqçi
16:42 "Mil-Muğan" - "Xəzər" 1:0 - VİDEO
16:21 AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi
16:00 13-cü turun oyun cədvəli bəlli oldu
15:40 Premyer Liqada 13-cü turun oyun cədvəli
15:21 9-cu turun hakim təyinatları açıqlandı
15:00 Xaqani Məmmədov "Neftçi" prezidentinin cavabını verdi: "Hər yerindən duran danışır"
14:40 “Zirə”nin futbolçusuna 1, “Kəpəz”liyə 2 oyunluq cəza
14:21 Divizion klublarının cəzası açıqlandı
14:00 "Kəpəz"dədaha bir məşqçi istefası
13:40 İbrahim Şehiçlə Dedimar Fereyraya 3 oyunluq cəza
13:21 Bakıda FIFA-nın sammiti keçirildi - FOTOLAR
13:00 AFFA "Rəvan"a necə möhtac olub?
12:45 "Udineze"də yeni baş məşqçi
12:28 "Anji"nin keçmiş sahibi Fransada həbs olundu
12:00 Azərbaycanda daha bir futbolçu həbs olundu
11:45 Xorvatiya mətbuatı Prosineçkini indi də "Şturm"a apardı
11:22 Çempionlar Liqası: "Yuventus" - "Barselona"ya qarşı
11:20 BOS-dan “Beşiktaş”a dəstək
11:00 Tərlan Əhmədov "İnter"in daha bir futbolçusunu "Neftçi"yə aparır
10:30 Çempionlar Liqasında gecənin bütün qolları - VİDEO
09:18 Komandamızdan Səmədov hamını qabaqladı
02:52 "Real" və "Beşiktaş" 1/8 finalda, "Sevilya"dan möhtəşəm geri dönüş
21 Noyabr 2017
23:56 “Qarabağ” “Çelsi” ilə matça hazırlığı başa vurdu - FOTOLAR
23:45 Bakı Olimpiya Stadionu “Qarabağ” - “Çelsi” matçına tam hazırdı - FOTO
22:30 "Binə" - "Sabah" 1:1 - VİDEO
21:55 "Şüvəlan" - "Turan Tovuz" 1:0 - VİDEO
21:45 "Qaradağ Lökbatan" - MOİK 2:1 - VİDEO
20:40 Əməkdar məşqçinin xatirəsinə turnir keçirilib
20:32 Bakı klubu avrokuboka qələbə ilə başladı
20:22 “Keşlə” - “Neftçi” matçının hakim təyinatları açıqlandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.