Ucuz təyyarə biletləri

"Sumqayıt"ın gürcü məşqçisi: "Azərbaycanlı uşaqların kənara çıxa bilməməyində valideyn faktoru da rol oynayır"

Tarix:  28.03.17 17:03           Yazar:  Rekord.az           Oxunub: 316 dəfə

Sumqayıtın uşaq futbolundan bəhs edən layihəmiz çərçivəsində növbəti yazını sizlərin diqqətinə çatdırırıq. Bu dəfəki həmsöhbətimiz bir qədər fərqlidir. Belə ki, sumqayıtlı, azərbaycanlı deyil. Gürcüdür. Vasili Çeişvili. “Sumqayıt” Futbol Akademiyasında fiziki hazırlıq üzrə məşqçidir. Artıq 3 aydır ki, bu komandada çalışır və bütün aşağı yaş qruplarından ibarət komandaların fiziki hazırlığına cavabdehlik daşıyır. Onunla söhbətə “Sumqayıt”a gəlişindən başladıq: “Artıq 10 ilə yaxındır ki, Azərbaycanda çalışıram. “Sumqayıt”dan öncə “Əlincə”də işləyirdim. Orda çox işlər görmüşdük və gələcəklə bağlı böyük planlarımız var idi. I Diviziona komanda buraxmağı düşünürdük. Sonradan müəyyən səbəblər ucbatından bu, baş tutmadı. Bir qədər sonra mən də ordan ayrıldım. Bir müddət işsiz qaldım. Sonra “Sumqayıt”dan təklif aldım. Baba Əsgərov məni klub rəhbərliyinə məsləhət gördü, gəldim  görüşdük, söhbət elədik və təklifi qəbul etdim. 2016-cı ilin dekabrından bu klubun futbol akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıram”.

 

Görəsən “Vaso” geridə qalan 3 ay ərzində hansı işləri görüb, işə başlayanda olan durumla indiki arasında hansı fərq var. Gürcü məşqçi futbolçulardan götürdüyü normativ testlərin nəticələrini bizə göstərdi və sualımıza bu cür cavab verdi: “Komandaya yeni gələndə ilk işim Baba Əsgərovun koordinator olduğu U-15, U-16 və U-17 komandalarından test normativlər götürmək oldu. Hər yaş qrupunun da öz kriteriyası var. Bir çox göstəricilər üzrə futbolçuların hazırlıq səviyyəsinə baxdım. Ümumi fiziki güc, start sürəti, kross və s. Ondan sonra çatışmamazlıqlar üzərində işləməyə başladıq. Sonradan futbolçulardan yenidən test normativləri götürdük. Uşaqlarda artım var idi. Öz işim haqqında daha geniş danışmaq istəmirəm. Qoy buna məşqçilər, eləcə də kənardakılar qiymət versin. Özüm öz işim haqda nə danışım? Yaxşı işləyirəmsə bunu komandanın timsalında meydançada görəcəyik”.

 

Gürcü məşqçi Sumqayıtdakı uşaq futbolunun potensialından da danışdı: “Mən sizə deyim ki, Sumqayıtda çox böyük potensialı olan futbolçular var. Akademiyamızda da onların sayı az deyil. Təbii ki, akademiyada olan bütün futbolçuların səviyyəsi, bacarığı eyni ola bilməz. Güclüsü də var, nisbətən zəifi də. Amma güclülərin sayı daha çoxdur. Bundan başqa, hiss eliyirəm ki, uşaqlarda istək də var. Verdiyim tapşırığı daha tez qavramağa çalışırlar. Bu isə bir məşqçi kimi mənim üçün çox vacibdir. Çünki futbolçunun qavrama bacarığı və istəyi mühüm olan məqamdır”.

 

Çeişvilidən “Sumqayıt”da hansı fiziki hazırlıq proqramından istifadə etdiyini də soruşduq. Xüsusilə bizə maraqlı gələn həmin proqramın dünyaca ünlü klubların uşaq akademiyalarında tətbiq olunan proqramlarla hər hansı fərqinin olub-olmamasında idi: “İlk növbədə ondan başlayım ki, fiziki hazırlıq bütün dünya üzrə eyni sistem üzərində qurulub. Yəni qaçmaq, tullanmaq, fiziki gücün artırılması və s. Bu təmrinləri İspaniyada da edirlər, Almaniyada da Gürcüstanda da Azərbaycanda da. Sadəcə, fərqlilik bunun hansı formada icrasıdır. Burada mühit və şərait də xüsusi önəm kəsb eliyir. Məsələn, sən  hansısa məsafəyə qaçış verirsən. Eyni şeyi “Barselona”nın futbol akademiyasında da verirlər. Yəni proqramda ciddi fərq yoxdur. O qaçışı ispaniyalı futbolçu necə yerinə yetrir, neçə dəqiqəyə qaçır, azərbaycanlı futbolçu necə yerinə yetirir, neçə dəqiqəyə qaçır, bax, əsas məsələ burdadır. İspan, ingilis uşağa verilən elə fiziki yükləmələr var ki, sən onu azərbaycanlı futbolçuya verə bilmərsən. Versən də onu yerinə yetirə bilməyəcək. Bunu deməklə demək istəmirəm ki, burdakı uşaqlar hansısa ispandan, ingilisən istedadsız və ya gücsüzdür. Xeyr, qətiyyən belə deyil. Əksinə, azərbaycanlı gənc futbolçular heç də onlardan geri qalmaz. Sadəcə, yuxarıda dediyim kimi, mühit, psixologiya, işə yanaşma məsələləri var. Avropada tətbiq olunan hazırlıq proqramını burda tətbiq etmək üçün ən azı ona yaxın səviyyədə şərait qurmalıyıq. Baza, meydançalar, uşaqların məskunlaşması, qidalanması, vitaminlərin təmini və s. Bunlar hamısı şərtdir. Bundan başqa, işə yanaşma da kompleks olmalıdır. Ağıl, güc, ətraf mühit, mentalitet. Futbolçunun inkişafı tək ondan yox, məşqçidən dəasılıdır, rəhbərlikdən də jurnalistdən də. Futbolçu ulduz olsa onun məşqçisi də ulduz olacaq, onun jurnalisti də ulduz futbolçudan yazan jurnalist olacaq. Bir sözlə, Avropada futbolçunun inkişafı kompleks götürülür. Bizdə amma bu komplekslik yoxdur”.

 

Həmsöhbətimiz uşaq futbolunun inkişafıüçün bir vacib məqamı da vurğuladı: “Şəraitlə bağlı məqama toxunduq. Amma tək bu amil də inkişaf üçün bəs eləmir. Futbolçuların oyun keyfiyyətini artırmaq üçün ölkə xaricində toplanış keçmək, beynəlxalq turnirlərdə oynamaq da çox vacibdir. Çünki yalnız bu zaman ortadakı əyər-əksiyi görmək mümkündür. Azərbaycanda hamı bir-birini tanıyır. Məsələn, mən bilirəm ki, “Qəbələ” necə oynayır, “Qarabağ” necə oynayır yaxud da digəri. Onlarla oyunlarda yeni heç nə götürmürəm. Nə mən nə də futbolçular. Amma beynəlxalq turnirlərdə digər ölkələrdən olan güclü komandalarla qarşılaşırsan, onlardan nə isə öyrənirsən, hansı cəhətdən geri qaldığını görürsən və bunun üzərində işləyirsən. Bununla da daha çox inkişaf edib qabağa gedisən”.

 

“Vaso”dan nəyə görə Avropaya səpələnən gürcü futbolçulardan fərqli olaraq, bizimkilərin ölkədən kənara çıxa bilməməsinin səbəbini də soruşduq: “Bilirsiniz, ömrümün 40 ilini futbola həsr etmişəm. Bunun 20 ilini futbol oynamışam, 20 ilini də məşqçi kimi çalışıram. Gürcüstanda, Ukraynada, özbəkistanda da çalışmışam. Yəni müəyyən fikirlər söyləmək üçün təcrübəmin olduğunu düşünürəm. Siz əslində çox yaxşı mövzuya toxundunuz.  Burada bir sıra səbəblər var. Səbəb heç də o deyil ki, Gürcüstanda istedadlı futvolçular çoxdur, amma Azərbaycanda yoxdur. Xeyr, qətiyyən düzfün yanaşma deyil. Sizi əmin edirəm ki, Azərbaycanda da yetərincə potensialı, istedadı olan futbolçular var. Sadəcə, psixologiya və işə yanaşma fərqlidir. Ümid edirəm siz məndən incimərsiniz, amma mən deyərdim ki, gürcülər futbolu daha çox sevir və ona daha ciddi yanaşır. Məsələn, adi bir misal çəkim. Gürcüstan kasıb ölkədir, bunu danmağın yeri yoxdur. Amma orda valideyn boğazından kəsib uşağının futbolçu olmasına sərf edir. Qəpik-qəpik pul yığır vəsonra həmin pulla uşağını hansı Avropa ölkəsinə yollayır ki, orda futbolun sirrlərini daha yaxşı öyrənsin. Yaxud, beynəlxalq turnirə yollanmağa hazırlaşan hansısa qrupda 20 uşaq olur və deyək ki, o uşaqlardan  5 nəfəri çox kasıb olur. Amma yerdə qalan 15 uşağın valideyni həmin 5 uşağın da yerinəpul toplayır ki, onlar turnirdən kənar qalmasın. Bu misalı ona görə çəkdim ki, uşağın yaxşı futbolçu olmasında onun valideyninin də xüsusi rolu var. İkinci bir problem ulduz xəstəliyidir. Düzdür, etiraf edim ki, eyni problem gürcülərdə də var. Orda da bir az tanınan kimi, başı gicəllənənlər var. Amma azərbaycanlı futbolçularda bu problem daha çoxdur. Bir az tanınan kimi, başlayır qanadları çıxmağa. Halbuki bu, olmamalıdır”.

 

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Muarrem "Qarabağ"dan niyə getdi?
I Diviziona yeni komanda gəlir!
"Neftçi"yə yox, "Qəbələ"yə keçir?
"Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
"Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
"Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!
"Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO

Xəbər Lenti
23 May 2017
14:22 "Fənərbağça"nın futbolçusu saxlanıldı
14:00 Rəşad Sadiqov da "Neftçi"yə keçir?
13:46 UCI Maksim Averinlə bağlı qərarını açıqladı
13:22 Media Qriqorçuku yenə də Kiyev “Dinamo”suna "göndərir"
13:00 Rəşad Sadiqov "Qəbələ"dən getdi!
12:16 Dünyanın məşhur müsəlman idmançıları haqqında kitab çap olunub
12:07 Azərbaycanlı tələbə Çində fitnes-model yarışının qalibi olub
12:00 "Qarabağ"da daha bir problem: Migel yeni müqavilə bağlamaqdan imtina edir
11:00 Renat Dadaşov milliyə gəlmək istəmir, AFFA məcbur edir
10:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
22 May 2017
22:29 Hücumçumuz Türkiyə çempionatında?
20:21 Vüqar Bayramov: "İranla oyunumuz alınmadı, çünki onlar sürətli oyun sərgiləyir"
20:00 AFFA İslamiadanı qazanan futbolçuları mükafatlandırdı: adama 20 min!
19:00 MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
18:22 Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
18:00 Cavid Hüseynov "Qəbələ" ilə yeni müqavilə bağladı
17:45 Azərbaycan milli komandasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
17:22 IV İslam Həmrəyliyi Oyunları başa çatdı
17:00 "Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!
16:44 Pro kateqoriyalı məşqçi kursunun ikinci modulu - FOTOLAR
16:21 Millimiz "Zəfər günləri"ndə - FOTOLAR
16:00 "Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
15:41 "Yaşar Vahabzadə böyük cəsarət nümayiş etdirib"- SORĞU
15:20 Rəşad Eyyubov “Qəbələ”ni “Sumqayıt”a dəyişdi
15:00 Niyə heç kim "Neftçi"yə getmək istəmir?
14:45 Kiçik yaşlı yeniyetmələrin Avropa çempionatından 1 qızıl və 4 bürünc medal
14:22 Azərbaycan - Oman 2:1 - VİDEO
14:00 "Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
13:41 "İnter"də seleksiya prosesi başa çatdı
13:22 U-13 qızlar Liqasının qalibləri mükafatlandırıldı
13:00 Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
12:42 PFL klublara transferlər üçün vaxt ayırdı
12:22 Əsgərovun komandası yenə xal itirdi
12:00 Petrov da "Neftçi"dən gedir?
11:45 Budaq oynamadı, komadası heç-heçə etdi
11:22 Simeone “Atletiko”da qaldı
11:00 "Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
10:30 Avropa kubokunda daha iki medal
09:32 İslamiadanın çempionu olan millimiz Bolqarıstanda
01:50 Qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal!
01:30 Millimiz mükafatlandırıldı - FOTOLAR
01:20 Azərbaycan - Oman 2:1 - FOTOLAR
21 May 2017
23:58 "Real" çempion!
23:49 U-23 futbol millimiz İslam Oyunlarının qalibi oldu
23:00 İngiltərə Premyer Liqası: "Arsenal" Çempionlar Liqasından kənar qaldı
21:07 Bakı-2017: Azərbaycan finalda İrana uduzdu
20:40 Nazarovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
20:12 "Yuventus" çempion!
17:00 Tarixi oyuna səyahət: “Bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar” - YAZI + VİDEO
15:30 Mövsümün son matçında oynamadı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.