Ucuz təyyarə biletləri

"Bakı Şəhər Halqası yarış iştirakçıları üçün əsl sınaq yeridir"

Tarix:  31.03.17 14:03           Yazar:             Oxunub: 101 dəfə

Rekord.az sizi bir neçə günlüyə Bakıya təşrif buyurmuş Devid Kulthardın müsahibəsi ilə tanış edir:

- Devid, siz artıq iki dəfə, ötən il baş tutmuş Red Bull şousu və Formula 1 Avropa Qran Prisi keçirilən zaman Bakıda olmusunuz. Beləliklə, bu sizin şəhərimizə üçüncü səfərinizdir. Azərbaycan paytaxtı və bizdəki trek haqqında nə deyə bilərsiniz?

- Mənim bəxtim gətirib ki, ilk dəfə Formula 1 Qran Prisi keçirilməzdən bir neçə il əvvəl də burada olmuşam və layihə üzrə işlər geniş vüsət almadan öncə də şəhəri görə bilmişəm. Mən Paddok kompleksinin yavaş-yavaş ərsəyə gəlməsinin, orada sonradan içərisində mənim də fəaliyyət göstərdiyim şərhçi kabinələrinin quraşdırılmasının şahidi olmuşam. Ancaq etiraf etməliyəm ki, məni hər şeydən çox Bakının heyrətamiz tarixi təsirləndirib.

Bu məkanın möhtəşəm memarlığı və şəhər mühiti Formula 1 üçün ideal dərəcədə uyğundur. Bakı və Qran Pri yarışları bir-birilərinə çox bənzərdir. Gələcəyə yönəlmək, texniki innovasiyalar və davamlı inkişaf – məhz idmanla bu şəhəri birləşdirən əsas anlayışlardır.

Göstərilənlərdən əlavə, Bakı Şəhər Halqası heyrətləndirici bir trekdir və o, yarış iştirakçıları üçün əsl sınaq yeridir. Bu, şəhər treklərində az görülən xüsusiyyətlərdəndir.


- 14 illik avtomobil yarışı təcrübəsinə malik bir sürücü kimi nə deyə bilərsiniz, sizcə trekin hansı hissəsi daha maraqlıdır və yarış iştirakçılarına meydan oxuyur?

Bakıda ən maraqlı hal ondan ibarətdir ki, burada iki trek vahid bir bütündə birləşir. Məsələn, İçəri Şəhər divarları boyunca davam edən trekin 8-ci döngəsində yoxuşu qalxan zaman həddindən artıq dar bir hissə mövcuddur. Daha sonra isə sən çox yüksək sürətlə dənizkənarı bulvar istiqamətində şütüyürsən. Məsələn, Valtteri Bottas sıralanma turunda 378 km/saat həddində sürət yığmışdı. Bu isə Montsada yığılan sürətdən də çoxdur.

Düşünürəm ki, birinci yarış zamanı pilotlar buna görə çox ehtiyatlı davranırdılar. Simulyatorlarla məşq zamanı onlar anlamışdılar ki, kiçik bir yanlışlıq qəzalara səbəb ola bilər və bu səbəbdən də onlar birinci dəfə daha az riskə getmək qərarına gəlmişdilər. Ancaq yenə də bu, sürücülər üçün ən mürəkkəb yarış həftəsonlarından biri oldu. Bax həmin səbəbdən mən ikinci Qran Prini səbirsizliklə gözləyirəm. Ümidliyəm ki, pilotlar özlərini daha böyük risklərə getməyə hazırlayıblar.


- Bu yaxınlarda Barselonada yeni bolidlərin sınaqları başa çatdı. Bu bolidlər daha genişdir və onlar daha çox yerə sıxma gücü yaradaraq daha yüksək sürət yığa bilirlər. Nə düşünürsünüz, bu dəyişikliklər yarışlara necə təsir göstərəcək?

- Bu bolidlər yarışçıların xoşuna gəlir. Ən əsas məsələ də budur. Son iki il ərzində pilotlar bolidləri çox ehtiyatlı şəkildə idarə etməli idilər. Ancaq indi onlar son sürət hədlərində hücum etmək şansı qazanıblar. Formula 1 komanda idman növü olsa da, azarkeşlərin diqqəti ilk növbədə pilotlara yönəlir. Təbii ki, əgər bolid pilotun xoşuna gəlirsə, bu zaman yarışlar daha maraqlı keçəcək.


- Bu yoxlamalarda hansı idmançı sizdə daha yaxşı təəssürat oyadıb?

- Sınaq yürüşləri çox maraqlı keçdi. Texniki reqlamentə bu cür dəyişikliklər onsuz da həmişə bir çağırışdır. Lakin kimlər üçünsə, bu dəyişikliklər daha böyük anlam kəsb edir. Məsələn, biz Mercedes sükanı arxasında Valtteri Bottası ilk dəfə gördük. Ancaq o, indidən komandanın lideri Luis Hamiltonla başa-baş mübarizə apardı və işinin öhdəsindən böyük uğurla gəldi. Deyəsən, Ferrari bu il daha böyük irəliləyişə nail olub. Həmçinin, biz bu il daha rəqabətədavamlı bir Ferrari görəcəyik. 

Söylənənlərlə yanaşı, mənə belə gəlir ki, Daniel Rikkardo ilə Maks Ferstappen arasında çox maraqlı komandadaxili bir “döyüş” mövcuddur. Onların hər ikisi fövqəladə dərəcədə talantlıdırlar. Red Bullu heç zaman hesabdan silmək olmaz. Əgər onların bolidləri sürətlidirsə və onlar qələbə uğrunda daim mübarizə aparmaq iqtidarındadırlarsa, bu zaman onlardan heç biri digərinə güzəştə getməyəcək.

- Bununla belə, Luis və Valtterinin birgə fəaliyyəti cəmi bir neçə aydır ki, baş tutur. Ancaq buna baxmayaraq, deyəsən, hər şey yaxşı gedir.

- Bəli, onlar bir növ özlərinin “bal ayı”nı yaşayırlar. Ancaq əsas olan gələcəkdə baş verəcəklərdir. Bir tərəfdən, bu iki pilotun bir-birilərinə hörmət etmələri və birlikdə işləmələri vacibdir. Ancaq digər tərəfdən də, əgər sən özün yox, rəqibin qalib gəlirsə, o zaman həmişə xoşbəxt ola bilməzsən axı.


- Əlbəttə, hələ ki, indidən mühakimə yürütmək çətindir. Ancaq sizcə bu il çempion kim olacaq? Məsələn, siz kimin qələbəsinə pul qoyardınız?

- Mən mərc oyunlarına qatılmıram. Ancaq nəzəri cəhətdən əgər mən ortaya pul qoysaydım və qoyduğum pulları itirmək istəməsəydim, təbii ki, Mercedes komandasını seçərdim. Onların mühərriki əladır. Digər istehsalçılar əvvəlki kimi bu parametr üzrə Mercedesə çata bilmirlər. Əminəm ki, yarışlar daha da sıxlaşacaq. Yəni, düşünürəm ki, biz tez-tez qələbə uğrunda eyni anda bir neçə komandanın mübarizə aparmasının şahidi olacağıq. Əlbəttə, rəqiblər getdikcə Mercedesə yaxınlaşacaqlar. Bu da çox böyük miqdarda resurs və zaman tələb edir. Bununla belə, Mercedes də qollarını yanına salıb oturmayacaq ki. Onlar da eyni dərəcədə digər komandalarla aralarındakı məsafəni daha da açmaq üçün cəhdlərini davam etdirəcəklər.


- Əgər siz Formula 1-də nəyisə dəyişə bilsəydiniz, bu dəyişəcəyiniz şey nə olardı?

- Mən birinci növbədə istifadə etdiyimiz texnologiyalar barədə düşünərdim. Hazırkı bolidlər çox mürəkkəbdirlər. Bu cür şəraitdə də Mercedes üstünlüyü ələ alıb və başqa heç kim də onlara çata bilmir. Texnologiyalar çox mühüm əhəmiyyət kəsb edir və onlar idmanın ayrılmaz bir hissəsidir. Əlbəttə, səmimi olaraq etiraf edim ki, mən öz avtomobilimin sükanı arxasına əyləşəndə mühərrikin necə çalışdığını heç ağlıma da gətirmirəm.

Müasir Formula 1 texnologiyaları, heç şəksiz, insanda təəssüratlar oyadır və bu amili yadda saxlamaq lazımdır. Ancaq mən, eyni zamanda, hesab edirəm ki, “böyük mükafatlar”ın texnoloji və idman aspektləri arasında effektli bir tarazılıq tapmaq mümkündür. Mən, bütün digər azarkeşlər kimi, nailiyyət əldə etmək imkanına malik daha çox komanda görmək istərdim.


- Necə fikirləşirsiniz, Formula 1 əvvəlki atmosfer mühərriklərinin istifadəsinə qayıda bilərmi?

- Mən əvvəlki atmosfer mühərriklərinin çox dərin təəssübkeşiyəm. Formula 1 səs-küy, enerji, adrenalin deməkdir və əvvəlki mühərriklər bu obrazı çox əla yaradırdılar. Ancaq ilk növbədə, diqqəti maşının hissələri deyil, onun görünüşü cəlb edir. Atmosfer mühərrikləri yaxşı olsalar da, artıq tarixə çevrilirlər. İndi avtomobil sənayesi elektrik mühərrikləri istiqamətində hərəkət edir.


- Son zamanlar Formula 1 yarış həftəsonu formatının dəyişdirilməsi barədə də çox söz-söhbətlər dolaşır. Bununla əlaqədar, çoxsaylı təkliflər də meydana gəlib. Bu təkliflərin sırasında şənbə günləri qısa sürüşlərin keçirilməsi də var və təklif edilir ki, bu tip yarışlar zamanı toplanan xallar ancaq Konstruktorlar Kubokunun hesabına yazılsın. Sözügedən təkliflərdən hansı sizin üçün daha optimal görünür?

- Mən düşünürəm ki, biz bu məsələdə çox diqqətli olmalıyıq və hər şeyi yaxşı-yaxşı düşünməliyik. Bəli, bizim gənc auditoriyaya ehtiyacımız var. Lakin müasir uşaqları və yeniyetmələri əldə saxlamaq çox çətindir. İndi elə video oyunlar var ki, onlar müstəqil şəkildə bolidi bütövlükdə özləri yarada bilərlər. Bizim üçün, təbii ki, bu cür oyunlarla rəqabətə girmək çox çətindir.

Texnologiyalar bizə yeni nəsillərlə əlaqə yaratmaq imkanı verir. Ancaq biz bunun üçün düzgün yanaşmalar işləyib hazırlamalıyıq. İlk növbədə, biz bu istiqamətdə işləməliyik, sosial medianın əlindəki imkanlardan yararlanmaq lazımdır.

Bununla yanaşı, trekdə rəngarəng şoular göstərmək çox mühüm əhəmiyyət kəsb edir. Formula 1 əyləncə, pilotlar isə əsl ulduzlar olmalıdırlar. Hazırda avtomobil yarışlarından zövq almaq üçün müəyyən bir səviyyədə biliklər bazasına malik olmaq lazımdır. Ancaq insanların xoşuna isə məhz trekdəki baxımlı mübarizələr və imkanların sərhədlərini aşan “çarpışmalar” gəlir. Bax budur əsl Formula 1 ruhu...

Daha spesifik olaraq, əgər çoxlarının da şübhə ilə yanaşdığı, həftə sonlarında iki yarışın keçirilməsi ideyası barədə danışsaq, hər şeydən əvvəl bir suala cavab tapmaq lazımdır: Bu, azarkeşlərin xoşuna gələcəkmi? Əgər bu şounu daha da maraqlı edəcəksə, o zaman, niyə də yox? Mən yeni ideyalara qarşı deyiləm. Ancaq bu cür ideyaların hamısı nəyəsə, hansısa məlumatlara əsaslanmalıdır.


- Gəlin sizin karyeranıza qayıdaq. Hansı sürüşünüzü karyeranızın ən yaxşısı hesab edirsiniz?

- Yəqin ki, mənim karyeramın ən yaxşı dönəmləri möhtəşəm bolidlərdə çıxış etmək imkanı qazandığım 90-cı illərin sonlarıdır. İlk növbədə yada əlbəttə ki, 2000-ci ilin Fransa Qran Prisi və Mixael Şumaxerlə olan mübarizə düşür. Bizim komanda çox ağır bir həftəsonu keçirirdi. Hətta bir anlığa mən öz emosiyalarım üzərində nəzarəti belə itirmişdim. Mixaelə qarşı nümayiş etdirdiyim o məlum jesti xatırlamaq mənim üçün heç də asan deyil. Ancaq o, çox gərgin, imkanların belə üzərində, bütün bacarığımızı trekdə nümayiş etdirdiyimiz bir mübarizə idi. Məhz bu cür mübarizələr uzun müddət unudulmur.

Eyni zamanda, Portuqaliyada, Böyük Britaniyada və Belçikadakı qələbələrimi yaxşı xatırlayıram. İkinci dəfə Monako Qran Prisini qazandıqdan sonra inanlmaz dərəcədə emosialara qapılmağım da xatirimdədir. Həmin gün başdan finiş xəttinə kimi yarışa mən liderlik etmişdim. Hər qalibiyyətin öz yeri var. Lakin Monte-Karlodakı yarış, nə isə, ayrı bir aləm idi. Monakodakı qələbə həmişəyaşar bir irsdir.

Bu və ya digər formada, mən hər bir qələbəmi qiymətləndirirəm. Mən o qələbələri Mika Hakkinen və Mixael Şumaxer kimi pilotlarla mübarizədə qazanmışam. Onlar ümumilikdə məndən yaxşı da olsalar, zaman-zaman mən onları qabaqlaya bilmişəm.


- Öz rəqiblərinizdən hansını ən çətin adlandırardınız?

- Ən çətin rəqibiniz həmişə elə öz ortağınızdır. Lakin digərləri ilə müqayisədə Mixael Şumaxerlə yarış daha ağır keçirdi. O, inanılmaz dərəcədə güzəştsiz bir pilot idi. Eyni zamanda, Hakkinenlə mübarizə aparmaq da çox çətin olurdu. Bizim mübarizələrimiz son dərəcədə ədalətli keçirdi. Maşının üzərində də bir yerdə işləyirdik və əla bir tərəfdaşlığımız vardı. Ancaq, eyni zamanda da, bir-birimizlə əla tərzdə də mübarizə aparırdıq.


- Karyeranıza başlamanızdan 20 ildən artıq bir müddət keçir və siz hələ də Paddokdasınız. Deyə bilərsinizmi, bütün bu müddət ərzində o necə dəyişib?

- Paddoka çıxmaq indi xeyli çətinləşib. Əvvəllər Paddok insanla dolu olardı. Hətta Şanxaydakı nəhəng Paddokda da bu belə idi. İndi bu məkanda insanların sayı azalmağa başlayıb. Ancaq Paddok atmosferası əvvəlki kimidir. Cinsindən, irqindən, dinindən və məşğuliyyət növündən asılı olmayaraq, avtomobil yarışları idmanın bayrama dönüşdüyü anlarda bütün insanları birləşdirir.


- Öz karyeranızdakı hansı anı “ən qəribə an” hesab edirsiniz?

- Bu birinci Malayziya Qran Prisində baş vermişdi. Biz Mika ilə boksa qayıdırdıq və hava o qədər isti idi ki, bədənimizdən tər su kimi axırdı. Havanın temperaturu ekstremal dərəcədə yüksək idi. İkinci gün bokslarımızda buzla doldurulmuş vannalar peyda oldu. Çünki bu sərinləməyin yeganə yolu idi.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO

Xəbər Lenti
20 Oktyabr 2017
16:29 Nizami Hacıyev "Səbail"ə qarşı oynayacaq?
16:06 Azərbaycan çempionu yenidən Çin klubunda
16:00 Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
15:47 "İnter" "Keşlə" oldu - FOTOLAR
15:23 "Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
15:00 MOİK rəhbərliyi baş məşqçinin istefasını qəbul etmədi
14:40 Bakıda voleybol məşqçiləri üçün seminar keçiriləcək
14:21 Bakıda FİFA-nın sammiti keçiriləcək
14:00 İspaniyanın məşhur saytı "Qarabağ"ı erməni klubu kimi təqdim etdi - FOTO
13:41 Yığmamızın üzvləri AÇ-də bürünc medal qazandılar
13:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
13:00 AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!
12:43 3-cü turun hakim təyinatları açıqlandı
12:21 Əvəzedicilərin yarışı: 9-cu turun hakim təyinatları
12:00 "İnter"in yeni formalarını Zaur Axundov özü alacaq - ÖZƏL!
11:41 Birinci Divizionda 4-cü turun hakimləri bilindi
11:20 Premyer Liqada 9-cu turun hakim təyinatları
11:00 "İnter"in başı yenidən bəlada: stadiondan çıxardırlar
10:30 Əliyar Ağayev Avroliqa matçında erməni futbolçunu cəzalandırdı
10:00 Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
09:15 "İnter" "Səbail"ə qarşı - YENİLƏNİR
02:57 Avropa Liqası: bugünkü bütün oyunların nəticələri
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
18:00 "NTV Spor": Bakıda tarixi axşam
17:40 Çevik Polis Alayında cüdo zalının açılış mərasimi keçirilib
17:21 “Neftçi” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir - VİDEO
17:00 Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
16:46 “Qarabağ”ı “fərqləndirən” məqamlar
16:20 “Qəbələ” təmsilçiləri "Спортивна середа" verilişində - VİDEO
15:49 "Qarabağ"ın tarixi oyununda olan və olmayanlar üçün... - VİDEO
15:19 “Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi?
15:00 Bakı Gəmiqayırma Zavodu "Səbail" kömək etmir?
14:45 Avropa Liqası: Bu gün 24 oyun oynanılacaq
14:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi: "Qarabağ"a qarşı haqsızlıq edildi"
14:00 Novruz Məmmədov fransız hakimin qərarını şərh etdi: "İdmanda da Azərbaycanı sıxışdırırlar"
13:45 Avropa Liqası: bugünkü oyunlara necə baxaq?
13:21 Ndlovunun uğursuz yubileyi və ya 75-ci heç-heçə
13:00 Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
12:41 “Qarabağ”ın 10-cu zəfəri
12:21 Polina – 22, Odina – 17, Yana - 7
12:00 "Sabah" Binədə müvəqqəti oynayır
11:49 "Atletiko"nun futbolçusu: "Məşqdə etdiyimizi meydançada göstərə bilmirik"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.