Ucuz təyyarə biletləri

Almaniyanın sumqayıtlıları - YAZI + FOTOLAR

Tarix:  31.03.17 21:03           Yazar:  Rekord.az           Oxunub: 899 dəfə

Sumqayıtın uşaq futbolundan bəhs edən layihəmiz çərçivəsində bu gün sonuncu yazımızı sizə təqdim edirik.  Heç kimə sirr deyil ki, Azərbaycan futbolunun ən böyük problemlərindən biri futbolçularımızın ölkə xaricinə yollana bilməməsidir. Bunun da bir sıra səbəbləri var. Futbolçuların xarakteri,mentalitet, səviyyəli menecer problemi və s. Əslində istedadlı uşaqları daha erkən ölkədən kənara çıxarmaq lazımdır ki, onlar sonradan hər hansı bir problem yaşamasınlar.  Bu cür uşaqlarımız nə qədər çox olsa Azərbaycan futbolunun gələcəyi üçün bir o qədər faydalı olacaq. Erkən yaşda Avropaya gedən uşaq həm oranın mühitinə daha yaxşı uyğunlaşır, həm də Avropa futbolunu daha erkən qavrayır.  Bu yaxınlarda iki belə futbolçumuz Almaniyaya yollanıb. Hər ikisi sumqayıtlıdır və hər ikisi Sumqayıt futbol məktəbinin yetirməsidir.  Ümumiyyətlə, Sumqayıt futbol məktəbinin Azərbaycan futbolundakı yeri və nüfuzu haqda geniş danışmağa ehtiyac yoxdur.  Bu şəhərdən hər zaman güclü futbolçular çıxıb indi də çıxır və şübhə doğurmur ki, gələcəkdə də çıxacaq. Çünki loru dildə desək futbol, qanlarında var. Hazırda şəhər futbolunun əsas mərkəzi “Sumqayıt” Futbol Akademiyası olsa da adından söz etdirən digər məktəblər də var. Bunlardan biri də təcrübəli mütəxəssis Sabir Əliyevin 2010-cu ildə təsis etdiyi, “Sumqayıtspor” futbol klubudur. Bu futbol klubu sırf uşaq futbol klubu kimi ixtisaslaşıb. Layihəmiz çərçivəsində bu klubun düşərgəsində olub sizə ətraflı məlumat vermişdik. Həmin yazıda da bildirmişdik ki, bu klubdan bir çox istedadlı futbolçular çıxıb, ölkənin dörd bir yanına yayılıblar. 

 

Artıq “Sumqayıtspor”un yetirmələrinin səs-sorağı ölkə xaricindən  də gələcək. Haqqınnda söhbət açacağımız bu iki futbolçu da məhz “Sumqayıtspor”un yetirmələridir. Söhbət Vüsal və Xəyal Babayev qardaşlarından gedir. Vüsal 2004-cü ildə, Xəyal isə 2006-cı ildə anadan olub. Hər ikisi futbolun sirrlərini 3 il bundan qabaq Sabir Əliyevin rəhbərliyi altında  öyrənməyə başlayıblar. Hər ikisi kifayət qədər istedadlı uşaq olub və gələcəklərinə böyük ümidlə baxıblar. Bu yaxınlarda ailələrinin Almaniyaya köçməsi səbəbindən onlar da “Suqmayıtspor”dan ayrılmalı olublar. Hazırda ailələri ilə birlikdə Nürnberq şəhəri yaxınlığında yaşayırlar.  Ora gedər-getməz atası oğlanlarını yaşadıqları şəhərcikdə fəaliyyət göstərən “Spvgg Roth” (tam adı “Spielvereinigung Roth”) klubunun düşərgəsinə aparıb. Bu klub Almaniya Regional Liqasında mübarizə aparır. Sözügedən klubun uşaq məşqçiləri Babayev qardaşlarını sınaqdan çıxarmağa etiraz eləmir. Bir neçə günlük məşqdən sonra hər ikisinin hazırlıq səviyyəsi almanları razı salır və “Spvgg Roth” rəhbərliyi onlarla müqavilə bağlayır. Vüsal klubun U-13, Xəyal isə U-11 komandasına qəbul edilib. Ümumiyyətlə, “Spvgg Roth”in ümumilikdə 12 komandası var. Əssa komanda, əvəzedici komanda, U-7, U-9, U-11, U-13, U-15, U-17, U-19 komandaları. U-9 və U-13 komandalarında iki qrup fəaliyyət göstərir. Klubun özünün bazası, yataqxanası, bir neçə təbii örtüklü məşq meydançaları və oyun meydançası var. 

 

“Sumqayıtspor”un təsisçisi və baş məşqçisi Sabir Əliyev bizimlə söhbətində hər iki futbolçunun böyük potensialı olduğunu bildirib: “Vüsal və Xəyal çox istedadlı uşaqlardı. Təxminən 3-4 il bundan qabaq bizim kluba gəldilər və mən də hər ikisini yoxlayıb istedadlarını kəşf etdim. Ondan sonra klubumuza qəbul elədim. Almaniyaya getsələr də mən yenə onları “Sumqayıtspor”un təmsilçisi hesab edirəm. İnanıram ki, Almaniyada özlərini ən yaxşı səviyyədə göstərib gələcəkdə Azərbaycan  millisinə böyük fayda verəcəklər”.

 

Sonda onu da qeyd edək ki, əgər bu futbolçular Almaniyada uğurlu karyera qurub peşəkar klublarla peşəkar müqaviləyə imza atsalar o zaman həmin müqavilədən gələn gəlirin müəyyən faizi də “Sumqayıtspor”a çatacaq. Çünki UEFA-nın da belə bir tələbi var ki, hansısa futbolçu peşəkar müqaviləyə imza atanda ordan müəyyən faiz də həmin futbolçunu yetişdirən kluba çatmalıdır. Hər halda biz də öz adımızdan hər iki futbolçumuza Almaniya karyerasında uğurlar arzulayırıq.

 

 

 

Vüsal Babayev

 

 

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
“Göyəzən” üçün gülməli büdcə
Şehiçin “Qarabağ”da son mövsümüdür?
"Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
AFFA “Neftçi”yə yeni sponsor axtarır
Ramil Səfərov Mübariz Mənsimova nə hədiyyə etdi? - FOTO
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
Qusar rəhbərliyinə futbol lazım deyil?

Xəbər Lenti
19 Oktyabr 2017
01:48 “Qarabağ”dan qələbəyə bərabər heç-heçə - FOTOLAR
00:08 Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
18 Oktyabr 2017
23:55 "Qarabağ" - "Atletiko" 0:0 - VİDEO
23:30 Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
23:12 Gənc cüdoçularımızdan DÇ-də 2 gümüş medal
23:12 Tahir Gözəl: "Qırmızı vərəqəyə görə narahat oldum" - MÜSAHİBƏ
23:07 Qurban Qurbanov: “Hakim epiozodu düzgün dəyərləndirmədi”
22:52 Rəşad Sadıqov: "Hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu"
22:39 Dieqo Simeone: “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı”
22:25 “Qarabağ”ın qrupunda üçhakimiyyətlilik
21:54 “Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı!
21:35 "Fənərbaxça"nın qələbə qazandığı oyunda hücumçumuz 22 dəfə fərqləndi
21:23 Kapitanımız Türkiyədə ilk qələbəsini qazanıb
21:09 Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı
19:20 Yığmamız Tiflisdən 5 medalla qayıdır
19:15 "Qarabağ" "Atletiko"ya qalib gəlsə, azarkeşlər evə taksi ilə gedəcək, özü də pulsuz
19:10 “Kəpəz” derbiyə itkilərlə çıxacaq
18:42 "Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
18:40 Yığmamızın Fransa və İspaniya oyunlarının başlama saatı açıqlandı
18:21 Azərbaycanlı hakimə ilk təyinat
18:00 Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
17:40 Elnarə Abbasova AÇ-də 6-cı oldu
17:30 Əzizovanın formasını geyindiyi "Beşiktaş" qələbə qazandı
17:00 Bu da son: Türkiyə çempionatı Azərbaycanda yayımlanmayacaq!
16:40 "Atletiko"yla matçdan sonra azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq
16:21 Super Liqanın yayımı ilə bağlı “CBC Sport”dan rəsmi açıqlama
15:55 “Qarabağ” "Atletiko"ya böyük hesabla uduzdu
15:21 “Trabzonspor” yeni baş məşqçisinin adını rəsmən açıqladı
15:00 Koke "Qarabağ"a qarşı oynamayacaq?
14:40 Dörd komandaya texniki məğlubiyyət, baş məşqçiyə 5 oyunluq cəza
14:21 Divizion klublarının da cəzaları açıqlandı
14:00 Gəncə stadionunda yerləşdirilən reklam löhvlərinin pulu hara gedir?
13:40 AFFA Derlis Meza Kollini cəzalandırdı
13:21 Maşallah Əhmədovdan şikayət edildi
13:00 "Marca" Qarabağ həqiqətlərindən yazdı: "Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib"
12:40 “Qarabağ” BOS-da fan-şop açacaq
12:21 Daha bir milli komanda baş məşqçisiz qaldı
12:00 "Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
11:40 “Qəbələ”dən bir oyunda 30 qol
11:00 "Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
10:31 Premyer Liqa klubu baş məşqçisini qovdu
10:00 Bakı klubu Argentina millisinin hücumçusu ilə razılaşmanı ləğv etdi
09:51 Millimizin üzvü ÇL-də mübarizəyə başladı
09:37 Avrokubok təmsilçimiz heyətinə bir neçə legioner cəlb edib
00:24 "Qarabağ" "Atletiko" ilə matça hazırdı - FOTOLAR
17 Oktyabr 2017
23:56 Millimiz elit-raunda vəsiqə qazandı
23:02 Paşa İbrahimli AÇ-də 5-ci yeri tutdu
20:20 İsa Rüstəmov da AÇ-də 6-cı oldu
20:00 “Kəpəz” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır
19:40 Ramil Əliyevin istefası qəbul olunmadı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.