Ucuz təyyarə biletləri

U-23 Avropa çempionatı və Dünya Kubokunun yekunlarına dair mətbuat konfransı keçirildi

Tarix:  04.04.17 18:04           Yazar:             Oxunub: 109 dəfə

Bu gün Gənclər və İdman Nazirliyində (GİN) İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kubokunda və Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında idmançılarımızın yüksək nəticələr qazanması ilə bağlı mətbuat konfransı keçirilib. Rekord.az xəbər verir ki, konfransda GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov, yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Akif Əliyev, gənclər komandasının böyük məşqçisi Şaban Donat, digər məşqçilər və milli komandalarımızın üzvləri iştirak ediblər.


Fərid Mansurov idmançılarımızın hər iki yarışda yüksək səviyyədə çıxış etdiklərini bildirib: "Güləşçilərimizi təbrik edirəm. İranda keçirilən Dünya Kubokunda gümüş medal qazanmaq yaxşı nəticədir. 23 yaşlı idmançılarımız isə Azərbaycan güləşinin gələcəyidirlər. Onlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əsas komandanın özəyini təşkil edəcəklər. Güləş Azərbaycanda əsas idman növlərindən biridir. "Rio-2016"da əldə olunan 18 medaldan 9-u güləşçilərimizin payına düşmüşdü. Qarşıda IV İslam Həmrəyliyi Oyunları var. Bütün idmançılarımıza uğurlar arzulayıram".


Tədbirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edən AGF vitse-prezidenti Elçin Cəfərov hər iki yarışda uğur qazanan güləşçiləri təbrik edib. O bildirib ki, İranda keçirilən Dünya Kubokunda hakimlər qeyri-obyektiv olublar: "İranda çempion da ola bilərdik. Lakin hakimlərin yanlış qərarları gümüş medal qazanmağımızla nəticələndi".


Firdovsi Umudov da bu cür tədbirlərin ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, güləşçilərin səylə "Bakı-2017"yə hazırlaşdıqlarını deyib: "IV İslam Həmrəyliyi Oyunlarının başlaması üçün günləri sayırıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq".


İlin ən önəmli yarışının Dünya Kuboku olduğunu söyləyən Akif Əliyev İrana yarışın qalibi olmaq üçün yollandıqlarını vurğulayıb: "Bildiyiniz kimi, 2015-ci ildə Dünya Kubokunun qalibi olmuşduq. İstəyirdik ki, həmin nəticəni təkrarlayaq. Lakin müəyyən səbəblərdən gümüş medal qazandıq. Çalışacağıq ki, qarşıdakı yarışlarda, xüsusən İslamiada da daha uğurlu çıxış edək".


Güləşçilərdən Rəsul Çunayev idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, qələbələrin davamını gətirmək üçün daha səylə çalışacaqlarını bildirib.


Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.


Qeyd edək ki, İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokunda yunan-Roma güləşi üzrə milli komandamız gümüş medal qazanıb.


Macarıstanın Sombateli şəhərində təşkil olunmuş 23 yaşadək güləşçilər arasındakı Avropa çempionatının ilk iki yarış günündə sərbəst güləşçilər yarışıb. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələnib. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləşçilər Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü sırada qərarlaşıblar.


Qadın güləşçilər çempionatı 1 gümüş və 1 bürünc medalla başa vuraraq, komanda hesabında 7-ci yeri tutublar. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) bürünc medala sahib olub.


Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçiləri çempionatı 3 qızıl və 1 bürünc medalla tamamlayıblar. Qızıl medallara Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) layiq görülüblər. Bürünc medala 80 kq-da mübarizə aparan Eltun Vəzirzadə sahib olub. Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb. 47 xal toplayan Gürcüstan komandası birinci, 45 xal qazanan Rusiya idmançıları isə ikinci yeri tutub.


Medal əyarına görə isə yunan-Roma güləşçiləri 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıblar.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
2017-05-26  // 0 Şərh
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!
"Səbail"dən növbəti transfer: bu dəfə qapıçı
"Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
Kamran Ağayevə yaxın duran yoxdur
Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
AZAL-ın kapitanı Türkiyəyə gedir
22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
"Səbail"dən növbəti transfer!
"Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!

Xəbər Lenti
28 May 2017
20:09 Millimiz İslandiyanı məğlub etdi
17:00 Vidadi Rzayevlə tarixi oyuna səyahət: “Biz o vaxt pula yox, ada oynayırdıq” - YAZI
15:30 "Neftçi"dən Gürcüstanda 3 qələbə
15:00 "Səbail"dən növbəti transfer!
14:30 "Qəbələ" Macarıstanda 3-cü yer uğrunda mübarizə aparacaq
14:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
13:30 Almaniya Kubokunu "Borussiya" qazandı - VİDEO
13:00 "Sumqayıt"dan qovuldu!
12:30 "Barselona" 29-cu dəfə İspaniya Kubokunu qazandı - VİDEO
12:00 "Arsenal" "Çelsi"yə qalib gəlib, İngiltərə Kubokunu qazandı - VİDEO
11:30 Fransa Kubokunun qalibi PSJ oldu - VİDEO
11:00 Emin Nurinin komandası 2-ci qələbəsini qazandı
04:02 "Barselona" mövsümü kubokla başa vurdu
03:55 "Borussiya" Almaniya kubokunun qalibi oldu!
27 May 2017
23:45 Pavel Paşayev oynadı, komandası qalib gəldi
23:30 Nağıyevin komandası elita ilə rəsmən vidalaşdı
23:15 Eddi İsrafilovsuz "Kadis" yenə xal itirdi
23:00 Şeydayev mövsümün son matçında dubl etdi
21:28 Fransa da millimizə şans vermədi
19:00 Çempionlar Liqasında bir ilk
18:30 Əsgərov Latviyada daha bir qol vurdu
18:00 Dünyanın ən varlı futbolçuları məlum oldu
17:30 "Neftçi"nin yeni mətbuat katibi məlum oldu
17:00 Qəhrəman Əliyev: "Elvin Səfərli 25 yaş kiçik ola-ola mənə "atış" gəlir"
16:30 "Qarabağ" Gürcüstan klubuna 4 qol vurdu
16:00 Prosineçki heç hara getmir
15:30 Azərbaycanlı yeniyetmə avarçəkən Avropa çempionatında finaladək irəlilədi
15:00 Əsgər Abdullayev yenidən "Turan Tovuz"a qayıtdı
14:30 "Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
14:00 "Dinamo" Zaqreb "Sumqayıt"dan futbolçu alacaq!
13:30 “Zaqatala” - MOİK 0:1 - VİDEO
13:00 "İnter" futbolçuları hələ də maaşlarını ala bilmir
12:30 “Araz Naxçıvan” - “Mil-Muğan” 2:4 - VİDEO
12:00 "Zirə"nin maddi sıxıntı çəkməsinin səbəbi bilindi: sponsor imtina edir!
11:30 İlk turda “Mil-Muğan”la MOİK sevindi
11:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
26 May 2017
23:45 Boks Avropa Oyunlarının proqramında saxlanıldı
23:30 28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib
23:15 U-21-in Avstriya toplanışı üçün heyəti açıqlandı
23:00 Azərbaycan idmançısı qitənin ən yaxşı triatlonçuları sırasında
22:19 Yığmamız ardıcıl üçüncü oyunda məğlub oldu
19:32 "Qarabağ"ın Avstriyadakı rəqibləri məlum oldu!
18:45 "Qarabağ"ın futbolçusu milliyə çağırıldı
18:21 “Məktəbli kuboku” turnirinə yekun vuruldu
18:00 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
17:43 Yığmamız AÇ-yə hazırlaşır
17:22 Navalovski Gürcüstan millisinə dəvət olundu
17:00 22 il əvvələ səyahət: APOEL - "Neftçi" matçının eksklüziv VİDEOSU
16:45 "Arsenal"ın 40 yaşlı qapıçısı karyerasını bitirdi
16:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Qazaxıstanda!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.