Ucuz təyyarə biletləri

“Neftçi”nin ən böyük itkisi

Tarix:  06.04.17 09:04           Yazar:  Amal Abuşov           Oxunub: 739 dəfə

AFFA-nın müdaxiləsi ilə idarəetmə sistemi dəyişən “Neftçi” çox şeyini itirmişdi. Əvvəlcə klubun tarixi uğurların banisi sayılan rəhbərliyi getdi. Onlardan sonra Azərbaycan Premyer Liqasında boy göstərən, səviyyələri ilə legioner adını doğruldan əcnəbilər klubdan uzaqlaşdırıldı. Flavinyo, Ramos, Stamenkoviç kimi legionerlərin gedişi ilə “ağ-qaralar” məğlubedilməz komanda imicini, mükafatlara iddiasını itirdi. 

 

Əvvəllər, “Neftçi”nin uduzması turun sensasiyası sayılar, “flaqman”ı büdrədən rəqib az qala 2-3 gün eyforiyadan çıxa bilməzdi. Müşahidə Şurasının gəlişi ilə “Neftçi” adi bir rəqibə, turnir cədvəlinin autsayderinə çevrildi. Başı üzərində min cür oyunlar oynanılan, nüfuz savaşının açıq meydanına çevrilən “Neftçi”nin tarixinə 0:8 hesablı ləkə də məhz yeni idarəçilərin və onların himayədarlarının sayəsində yazıldı. Bu arada “Neftçi”nin idman mətbuatıyla da münasibətlərini korladılar. Klubun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə heç bir tutarlı səbəb göstərmədən mətbuatı aşağıladı, reketçilikdə və rüşvətxorluqda günahlandırdı. Sonradan Bağırzadə şuradan və “Neftçi”dən ayrılsa da, ox artıq yaydan çıxmış, mətbuatla “Neftçi” arasında dərin uçurum yaranmışdı. 

 

80-ci yubiley ilində “Neftçi” yubiliyarlara xas olan imicini də əldən verdi. Ölkənin ən qocaman klubu üçün onun adına layiq tədbir düzənləyəcək qabiliyyət sahibi tapılmadı. Bir qrup veteran Bakıdakı əyləncə mərkəzlərinin birinə toplandı, 80 yaşın təntənəsi bayağı toyların səviyyəsinə endirildi. Badələrin dolub-boşaldığı məkana ölkə futbolunun tarixini gələcək nəsillər üçün sətirlərə köçürən jurnalistlər bir yana, heç o tarixin yazılmasında müstəsna xidməti olan insanlar da dəvət edilmədi. “Xalq komandası”na urvatsız yubiley etməklə kifayətlənmədilər. Onun məhz bu il mükafatsız qalması üçün bütün pislikləri, qeyri-peşəkarlıqları etdilər. Yayda komandanın heyətinə yararsız legionerləri doldurdular. Qışda isə tələm-tələsik onların hamısını yola saldılar, əvəzində səviyyəcə heç də gedənlərdən fərqlənməyənləri gətirdilər. Nəticə isə göz qabağındadı. 

 

“Neftçi” ölkə kubokunun yarımfinalında “Qarabağ”ın “əvəzediciləri” sayılacaq futbolçulara acizanə şəkildə boyun əydi, 180 dəqiqə ərzində Şahrudin Məhəmmədəliyevin əli-ayağı titrəyə-titrəyə qorumağa çalışdığı “çərçivə”yə düz-əməlli bir zərbə vuran tapılmadı. Premyer Liqada da vəziyyət acınacaqlıdı. Səkkiz iştirakçısından altısı yarımcan olan çempionatda “Neftçi”nin 4-cü pilləni tutması belə xeyli şübhəli görünür. 

 

“Qarabağ”la ilk oyundan sonra Elxan Abdullayev mətbuat konfransında “Neftçi”ni sevməyənlər çoxdu” demişdi. Cavab qarşılaşmasından sonra “doza”nı bir az da artırdı, klubun ən sadiq azarkeşlərinin cəmləşdiyi fanat qruplaşmasına “xuliqan” damğasını vurdu. Sual olunur: “Neftçi” nə üçün birdən-birə bu qədər adamla münasibətini pozdu, jurnalistlər “Neftçi”ni sevməyənlər”ə, azarkeşlər isə “xuliqan”a çevrildi? “Xalq komandası” xalqın sevgisini niyə itirdi?

 

Bəli, “Neftçi”nin ən böyük itkisi məhz xalqın sevgisidir. Sonuncu mətbuat konfransından sonra buna bir daha əmin oldum. O itkinin yerini doldurmaq heç cür mümkün olmayacaq. Klubun yanlış yolda olduğunu etiraf edib, ciddi dəyişikliklərə əl atmayana qədər!

Şərhlər
fanat
temiz sohbetdi tamamiyle duzdu yaz qardaw yaz bu olanlardan hele hormet xatirine ustu ortulu yazmisan bilirik.Bawqa klublardanda yaz futbolculardanda yaz
fanat
temiz sohbetdi tamamiyle duzdu yaz qardaw yaz bu olanlardan hele hormet xatirine ustu ortulu yazmisan bilirik.Bawqa klublardanda yaz futbolculardanda yaz
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
"Neftçi" yeni məşqçisinə nə qədər maaş verəcək?
AFFA-nın yeni kadrı da "Kəpəz"ə öz adamlarını yığır
“Qarabağ” çempionatda ilin son matçını qalib başa vurdu
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi
Qurban Qurbanov: "Problemli futbolçular millidə olmayacaq" - MÜSAHİBƏ
Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
Azərbaycan çempionu "Qalatasaray"da?
AFFA hakimlərin qonorarını verə bilmir
Araz Abdullayev Kipr çempionatında növbəti qolunu vurdu - VİDEO

Xəbər Lenti
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
19:54 "Zirə" - "Neftçi" 1:0 - VİDEO
19:21 Ayxan Abbasov: “Bizim konkret büdcəmiz var”
19:13 “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur”
19:00 Dortmund “Borussiya”sında yeni baş məşqçi
18:29 "Keşlə" - "Kəpəz" 2:0 - VİDEO
18:08 Ramiz Məmmədov: "Nostradamus deyilik"
18:05 Yunis Hüseynov: "Cavab oyununda daha yaxşı oynayacağıq"
17:54 “Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi
15:42 "Qarabağ" tarix yazdı, Aqil Abbas qılınc çıxartdı, "İmarət" mükafatlandırdı
14:48 “Borussiya” Peter Boşu qovmağa qərar verdi
14:00 Rauf Əliyev 90 dəqiqə oynadı, komandası uduzdu
13:00 AFFA hakimlərin qonorarını verə bilmir
12:42 Alim Nəbiyevdən çempion üzərində qələbə
12:00 Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
11:51 Əfsanəvi futbolçumuzun ölümündən 20 il ötür
00:18 Gimnastika Federasiyasında yeni baş katib
09 Dekabr 2017
23:55 Araz Abdullayev Kipr çempionatında növbəti qolunu vurdu - VİDEO
21:42 Hücumçumuz bu dəfə də çətinlik çəkmədi
20:38 Yığmamızın üzvü paytaxt təmsilçisi ilə bacarmayıb
18:38 İlin ən yaxşı futbolçusu bəlli oldu
17:23 Balakəndə futzal turniri start götürdü
17:08 Qurban Qurbanov mükafatına qovuşdu
17:00 Qurban Qurbanov: "Problemli futbolçular millidə olmayacaq" - MÜSAHİBƏ
16:19 Bakı klubu avrokubok üçün heyətini açıqlayıb - SİYAHI
15:39 Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu
15:35 Azərbaycan çempionu "Qalatasaray"da?
15:00 Elvin Yunuszadə: "...hətta "Qəbələ"dən geridəyik" - MÜSAHİBƏ
14:35 2017-ci ilin ən yaxşı baş məşqçisi bəlli oldu
14:00 AFFA-nın yeni kadrı da "Kəpəz"ə öz adamlarını yığır
13:00 Məşhur poltoloq: "Beşiktaş"ın qrupumuza istərdim" - MÜSAHİBƏ
12:24 Dəniz Yılmaz “Fənər”lə oyunda ehtiyatda qaldı
12:00 "Neftçi" yeni məşqçisinə nə qədər maaş verəcək?
11:33 Millimizə yeni baş məşqçi təyin olundu
11:30 "Çelsi"də yeni müqavilə
11:00 Ramil Şeydyev: "Hələ ki, alınmır" - MÜSAHİBƏ
10:30 Alim Nəbiyev çempionla döyüşəcək - Bu gün
00:28 "Ağsu" - "Turan Tovuz" 3:2 - VİDEO
00:05 Nazarov fərqləndi, komandası qalib gəldi
08 Dekabr 2017
23:30 MOİK - "Xəzər" 0:1 - VİDEO
23:00 "Qaradağ Lökbatan" - "Mil-Muğan" 4:1 - VİDEO
22:30 "Səbail" - "Qarabağ" 0:2 - FOTOLAR
22:00 "Səbail" - "Qarabağ" 0:2 - VİDEO
21:35 Samir Əliyev: “3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik”
21:19 Qurban Qurbanov: “Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm”
20:54 “Qarabağ” çempionatda ilin son matçını qalib başa vurdu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.