Ucuz təyyarə biletləri

“Bakı Marafonu 2017”də iştirak üçün 6 385 nəfər qeydiyyatdan keçib

Tarix:  08.04.17 00:04           Yazar:             Oxunub: 108 dəfə

“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib. Rekord.az “Report”a istinadla xəbər verir ki, mətbuat konfransında aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.


“Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov bildirib ki, marafonda iştirak üçün bu günədək 6 385 nəfər qeydiyyatdan keçib: “Keçən il üçün ümumi iştirakçıların sayı 7 304 olub. Aprelin 30-na qədər vaxt olduğundan və bu il qeydiyyat daha tez başladığından düşünürük ki, iştirakçıların sayı 10 minə çatacaq. Aprelin 30-da keçiriləcək marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur”.

 

“Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov isə qeyd edib ki, heç vaxt 21 km məsafəni qaçmamışdı: “Heydər Əliyev Mərkəzinin yoxuşu ən çətin məsafə idi. Çünki bir çox idmançılar həmin yeri çıxa bilmirdilər. Məqşlərlə bağlı mənə müraciət edən çox olur. Marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edilir. Hər həftənin şənbə günü qapalı (“Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında), bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimləri keçirilir. Marafon iştirakçıları məşqlərdə mənimlə birgə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə qaçışa necə hazırlaşmalı olduqlarını öyrənirlər. Marafonda iştirak üçün qeydiyyatdan keçən şəxslər hər həftənin şənbə-bazar günləri keçirilən məşqlərdə iştirak edə bilərlər”.


Qeydiyyat prosesi aprelin 20-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilər. “28 Mall”, “Port Baku Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində fəaliyyət göstərən qeydiyyat məntəqələri hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olur. Onlayn qeydiyyatdan keçmək istəyənlər isə “Bakı Marafonu 2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər”.


Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı heç bir ödəniş etmirlər. Marafona fəxri iştirakçılar da dəvət olunub və onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da olacaq.

 

“Bakı Marafonu 2017” yarışında qaliblərin mükafatlandırması iki kateqoriyada – kişi və qadınlar üzrə aparılacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.


Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.


Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilir. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir. “Bakı Marafonu 2017”nin tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdır.

 

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə keçən il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi ilk marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan 500-dək əcnəbi, İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri qoşulmuşdu. Yarışda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər dövlətlərdən iştirak edənlər olub.


Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir.


Qeyd edək ki, “Bakı Marafonu 2017”dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yaranmasının əsl səbəbi məlum oldu - ÖZƏL!
Cəhənnəmin mübarək, Sumqayıt!
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
UEFA avrokuboklara vəsiqənin birini Azərbaycanın əlindən alır?
Orxan Məmmədov səhvləri və aldığı aşağı qiymət haqda QEYD
Monroz Ruslan Qurbanovu niyə vurub?
Samir Abasovun Cənnəti
"Zirə" büdrədi, "Səbail" qalib gəldi
Stadion ətrafında bina tikilir: icranın xəbəri yoxdur
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat

Xəbər Lenti
25 Sentyabr 2017
15:21 Sülhsevər cüt - ardıcıl 5-ci 1:1!
15:00 "Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
14:41 Mövsümün 50-ci qolu
14:22 Yığmamızın heyətində dəyişiklik edildi
14:00 Olimpiya stadionuna süni qazon əkilir
13:57 I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
13:41 Hümbətovsuz “Pobeda” məğlub oldu
13:22 “Qarabağ” - “Roma” matçının hakimləri açıqlandı
13:00 "Roma"nın baş məşqçisi: "Qarabağ"ın futbolçularını tanıyıram"
12:40 Super Liqada daha bir baş məşqçi istefası
12:20 Birinci Divizionun püşkü atılır
12:00 Millimiz 1/4 finala birbaşa vəsiqə üçün meydana çıxır
11:40 İsrafilov oynamadı, komandası...
11:20 AFFA “Bakılı” və “Şahdağ”la bağlı qərarını açıqladı
11:14 Avro-2017: Bu gün qrup mərhələsi yekunlaşacaq – Günün təqvimi
11:00 “AZE Nakhchivan SK” futbol klubunu almanlara təqdim edildi - FOTOLAR
10:00 "Zirə" - "İnter" matçındakı insidentin görüntüsü - VİDEO
24 Sentyabr 2017
23:25 Rəşad Sadiqov: "Bu yerdə olmaq "Neftçi" üçün biabırçılıqdır" - MÜSAHİBƏ
23:06 Avro-2017: İki qrupda mübarizə yekunlaşdı, pley-offçular bəlli oldu
22:56 Monroz Ruslan Qurbanovu niyə vurub?
22:53 Millimizin lideri bürünc medalla kifayətləndi
22:52 Avro-2017: Üçüncü günə yekun vuruldu – Nəticələr
22:50 Fariz Nəcəfov: "Mən şəxsən bunu qəbul edə bilmirəm" - MÜSAHİBƏ
22:42 Ramin Musayev: "Kişi kişini vurar da" - MÜSAHİBƏ
22:35 Elməddin Hüseynov qitə birinciliyində 6-cı oldu
22:30 Futbolçularımızın klubu “Qalatasaray”la bacarmadı
22:24 Əsgərov dubla imza atdı, komandası qalib gəldi
22:14 Paşayev üçün 90 dəqiqə və 1 xal
22:03 90 dəqiqə oynadı, yenə məğlubiyyətə üzüldü
21:55 Rauf Əliyev “Kukesi”yə qələbə qazandırdı
21:42 “Sumqayıt” “Qarabağ”a 5 qolla qalib gəldi
21:31 Cüdo millimiz Avropa açıq çempionatını 5 medalla başa vurdu
21:12 "Qəbələ" - "Neftçi" 2:1 VİDEO
21:00 "Qəbələ" - "Neftçi" 2:1 FOTOLAR
20:44 Millimizdən növbəti quru hesablı qələbə - FOTOSESSİYA
20:41 Roman Qriqorçuk: “Onlar həddi aşdılar”
20:32 Qəbələdə insident: komanda yoldaşları dalaşdı, Monroz qırmızı vərəqə aldı
20:30 Avro-2017: Millimiz Polşaya şans vermədi - Statistika
20:24 Tərlan Əhmədov: “Psixoloji cəhətdən çox iş görməliyik”
20:22 Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
20:09 Avro-2017:Millimiz Polşanı məğlub etdi
19:52 “Qəbələ” “Neftçi”yə qalib gəldi
19:46 Emin Nurinin komandası “Ostersun”a qalib gəldi
18:45 Rüstəm Qasımov rekordla Avropa çempionu oldu!
18:35 Renatsız “Ayntraxt” Mahirlə sevindi
17:45 Avro-2017: Günün ilk oyununda tay-brek qeydə alındı  
17:00 Qubadlının futbol tarixi: “Həkəri”dən “Həkəri”yə - I YAZI
16:31 Samir oynamadı, “Fakel” 1 xal qazandı
15:30 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
15:00 "Zirə"nin legioneri "Qarabağ"a meydan oxudu - MÜSAHİBƏ
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.