Ucuz təyyarə biletləri

Olimpiya Oyunlarına ilk lisenziya ağır atletika yığmasından gəldi!

Tarix:  11.04.17 15:04           Yazar:             Oxunub: 154 dəfə

Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatıb. Rekord.az xəbər verir ki, böyük nüfuza malik, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən Olimpiya lisenziyası qazanmaq şansı yaranıb. Azərbaycan bu şansdan yetərincə yararlana bilib.

Hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi. Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal...və nəhayət, 25-ci yer 1 xal. Yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilirdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı.

Dünya birinciliyində iştirak edən Azərbaycan yığması da Tailanda məhz lisenziya dalınca yollanmışdı. Sevindiricidir ki, komandamız bu işin öhdəsindən gələ bildi. Yeniyetmə atletlərimizin tutduğu yer və qazandırdıqları xal siyahısı belə idi:

N Adı Çəki Yer Xal
1. İsmayıl Məmmədov 56 kq 16 10
2. Elməddin Hüseynov 56 kq 8 18
3. Elvin Abdullayev 62 kq 25 1
4. Füqan Əliyev 62 kq 7 19
5. Mayıl Şükürlü 77 kq 15 11
6. Tarmenxan Babayev 77 kq 10 16
7. Ümidvar Bayramlı 94 kq 10 16
8. Həsənbəy Həsənzadə +94 kq 17 9

 

Azərbaycan yığmasına ən çox qazandıran 6 atletin ümumi xalı 90 oldu. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu və Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanmış oldu.

Yeniyetmələrdən ibarət yığma komandamızın əldə etdiyi bu nəticə çox sevindiricidir. İlk növbədə qeyd olunmalıdır ki, lisenziya 2001-02 təvəllüdlü yeniyetmələrimiz tərəfindən qazanılıb. Baxmayaraq ki, gələn il Oyunlarda 2000-ci il təvəllüdlü atletlər də mübarizə apara biləcək. Bu, özündən bir yaş böyüklərlə yarışda uğur qazanan yeni nəslin böyük perspektivə malik olmasından xəbər verir.

Bununla yanaşı, yeniyetmələrimizin ağır atletikanın milli idman növü səviyyəsində olan Ermənistanı qabaqlaması xüsusi vurğulanmalıdır. Eyni zamanda Ukrayna, Gürcüstan, Şimali Koreya, Rumıniya və başqa bu kimi güclü ölkələri arxada qoymağımız da qeyd olunmalıdır.

Tailanddakı yarışda medal qazanıb, lisenziya əldə edə bilməyən ölkələrin olması yığma komanda olaraq seçilən taktikanın düzgün olduğundan dəlalət edir. Azərbaycan ağır atletika yığması tarixində ilk dəfə dünya birinciliyində topladığı xal hesabına Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazandı. Buna qədər yalnız Avropa birinciliyindən bu şansa malik olmuşduq.

Və ən əsası, qazanılan bu lisenziya Azərbaycanda bütün növlər üzrə Yeniyetmələrin Buenos-Ayresdə keçiriləcək Olimpiya Oyunlarına qazanılan ilk lisenziyadır! Bu şərəfə məhz ağır atletlərin nail olması bizi çox sevindirir.

Əlavə edək ki, Azərbaycan yığması gələn il qitə birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziyaya sahib çıxa bilər.

Son olaraq, yeniyetmə ağır atletlərdən ibarət milli komandamızın hər bir üzvü, məşqçilər, texniki heyət, rəhbərliyimizi bu uğur münasibətilə təbrik edir, qələbələrimizin davamlı olmasını arzulayırıq!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yaranmasının əsl səbəbi məlum oldu - ÖZƏL!
Cəhənnəmin mübarək, Sumqayıt!
UEFA avrokuboklara vəsiqənin birini Azərbaycanın əlindən alır?
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
Orxan Məmmədov səhvləri və aldığı aşağı qiymət haqda QEYD
Samir Abasovun Cənnəti
"Zirə" büdrədi, "Səbail" qalib gəldi
Stadion ətrafında bina tikilir: icranın xəbəri yoxdur
Monoroz Ruslan Qurbanovu niyə vurub?
"Səbail"in Müşahidə Şurasının üzvü "Vətən"ə rəhbər təyin olundu!

Xəbər Lenti
25 Sentyabr 2017
10:00 "Zirə" - "İnter" matçındakı insidentin görüntüsü - VİDEO
24 Sentyabr 2017
23:25 Rəşad Sadiqov: "Bu yerdə olmaq "Neftçi" üçün biabırçılıqdır" - MÜSAHİBƏ
23:06 Avro-2017: İki qrupda mübarizə yekunlaşdı, pley-offçular bəlli oldu
22:56 Monoroz Ruslan Qurbanovu niyə vurub?
22:53 Millimizin lideri bürünc medalla kifayətləndi
22:52 Avro-2017: Üçüncü günə yekun vuruldu – Nəticələr
22:50 Fariz Nəcəfov: "Mən şəxsən bunu qəbul edə bilmirəm" - MÜSAHİBƏ
22:42 Ramin Musayev: "Kişi kişini vurar da" - MÜSAHİBƏ
22:35 Elməddin Hüseynov qitə birinciliyində 6-cı oldu
22:30 Futbolçularımızın klubu “Qalatasaray”la bacarmadı
22:24 Əsgərov dubla imza atdı, komandası qalib gəldi
22:14 Paşayev üçün 90 dəqiqə və 1 xal
22:03 90 dəqiqə oynadı, yenə məğlubiyyətə üzüldü
21:55 Rauf Əliyev “Kukesi”yə qələbə qazandırdı
21:42 “Sumqayıt” “Qarabağ”a 5 qolla qalib gəldi
21:31 Cüdo millimiz Avropa açıq çempionatını 5 medalla başa vurdu
21:12 "Qəbələ" - "Neftçi" 2:1 VİDEO
21:00 "Qəbələ" - "Neftçi" 2:1 FOTOLAR
20:44 Millimizdən növbəti quru hesablı qələbə - FOTOSESSİYA
20:41 Roman Qriqorçuk: “Onlar həddi aşdılar”
20:32 Qəbələdə insident: komanda yoldaşları dalaşdı, Monroz qırmızı vərəqə aldı
20:30 Avro-2017: Millimiz Polşaya şans vermədi - Statistika
20:24 Tərlan Əhmədov: “Psixoloji cəhətdən çox iş görməliyik”
20:22 Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
20:09 Avro-2017:Millimiz Polşanı məğlub etdi
19:52 “Qəbələ” “Neftçi”yə qalib gəldi
19:46 Emin Nurinin komandası “Ostersun”a qalib gəldi
18:45 Rüstəm Qasımov rekordla Avropa çempionu oldu!
18:35 Renatsız “Ayntraxt” Mahirlə sevindi
17:45 Avro-2017: Günün ilk oyununda tay-brek qeydə alındı  
17:00 Qubadlının futbol tarixi: “Həkəri”dən “Həkəri”yə - I YAZI
16:31 Samir oynamadı, “Fakel” 1 xal qazandı
15:30 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
15:00 "Zirə"nin legioneri "Qarabağ"a meydan oxudu - MÜSAHİBƏ
14:15 Azərbaycan çempionu "Fənərbaxça"da
14:00 Nizami Hacıyev: "İnter" meydana Zaur Axundova görə çıxır" - MÜSAHİBƏ
13:00 Zaur Axundov: "Sərt şəkildə iradımızı bildirəcəyik, lazım gəlsə cəzalandıracağıq" - MÜSAHİBƏ
12:30 Debütləri uğursuz oldu
11:30 Kamran Ağayevin klubu “Viktroriya”ya məğlub oldu
10:30 Güləş yığmamızdan DÇ-də daha 2 medal!
10:24 Avro-2017: Millimiz Polşaya qarşı - Günün təqvimi
00:17 İrakli Çaçua: “Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı”
23 Sentyabr 2017
23:53 Samir Əliyev: “Pis oynayıb qələbə qazanmaq da bizə sərf edir”
23:52 Şahin Diniyev: “Hakimlərin bu qərarı məni qane etmədi”
23:27 Avro-2017: İkinci tura yekun vuruldu
23:07 "Zirə" - "İnter" 1:1 VİDEO
22:56 "Zirə" - "İnter" 1:1 FOTOLAR
22:43 Ayxan Abbasov: “Heç bir futbolçuya ixtiyar verməmişik ki...”
22:33 Şahin Diniyev: "Bizdə elə bir futbolçu yoxdur ki, oyunu üzərinə götürə bilsin"
22:25 Samir Əliyev: "Bəzən pis oynayıb, qəlməj bizə sərf edir"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.