Ucuz təyyarə biletləri

Azərbaycanlı dünya çempionu Portuqaliyada mərhəmətini də göstərdi - MÜSAHİBƏ

Tarix:  12.04.17 11:04           Yazar:  Rekord.az           Oxunub: 162 dəfə

Portuqaliyanın paytaxtı Lissabonda kunqfu-sanda üzrə dünya çempionatı keçirilib.

 

Rekord.az xəbər verir ki, yarışda Azərbaycanı +90 kq çəkidə təmsil edən “Dinamo” cəmiyyətinin üzvü Şəhriyar Hüseynzadə bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olub.

 

Polis leytenantı olan Hüseynzadə ötən il İtaliyada keçirilən analoji yarışda gümüş medal qazanmışdı. Şəhriyar bu dəfə heç bir rəqibinə aman verməyərək, karyerasında ilk dəfə dünya çempionluğunu qazanıb. Artıq Portuqaliyanın paytaxtından vətənə dönən dünya çempionundan yarış barədə təəssüratlarını öyrəndik:

- Şəhriyar, səni qələbə münasibətilə təbrik edirik. Yarış necə keçdi?

- Təşəkkür edirəm. Yarışa tam hazır idim. İçimdə bu yarışı çempion kimi başa vuracağıma dair inam var idi. Yarış həmişəki kimi ağır keçdi. Hər bir görüş digərindən ağır, çətin keçirdi. Lakin ən çətin görüşüm yarımfinalda, İspaniya təmsilçisinə qarşı oldu. İkinci raundun sonuna 12 saniyə qalmışdı. Uduzurdu. Məğlubiyyətlə barışa, əsəblərini cilovlaya bilmədi. Ciddi mübahisə yarandı. Hətta baş məşqçisi tatamiyə çıxaraq mənim üzərimə şığıdı. Uduzmağı həzm edə bilmirdilər. Sonda həmin idmançı heç mükafatçılar sırasına da düşmədi.

- Bəs final necə keçdi?

- Finalda livanlı idmançı ilə üzləşdim. Çəkisi məndən artıq idi. Həm də çox təcrübəli idmançı idi. Hər iki raundda tam üstünlüklə qalib gəldim. Şükür Allaha, Azərbaycana üzüağ qayıtdım.

- Ötən il də analoji turnirə qatılsan da, ikinci olmuşdun. Bu dəfə fərq nədə idi? Sən daha yaxşı hazırlaşmışdın, yoxsa rəqiblərin bir qədər zəif idi?

- Dünya çempionatında zəif idmançı olmur. Burda bir az bəxt amili də rol oynayır. Həm də bu dəfə tam hazır idim. Sağ olsun, cənab nazirimiz Ramil Usubov mənə məşqlər üçün yaxşı şərait yaratmışdı. Onun göstərdiyi diqqətin, qayğının nəticəsidir. Şükür Allaha, qızıl medal qazandım. 
- Lissabonda təkcə azərbaycanlı idmançı yox, həm də, Azərbaycan polisi çempion oldu...

- Finalda qarşılaşdığım rəqib də polis idi. Bəli, bu, ikiqat sevincdir. Azərbaycan polisi öz əzmkarlığını, fiziki hazırlığının nə qədər yüksək olduğunu, həm də, mərhəmətini dünya arenasında bir daha göstərdi.

- Mərhəmətini?

- Bəli. Bilirsiniz, bizim idman növü zədəyə çox meyllidir. Portuqaliyalı idmançı ilə görüşdə onu başımın üzərinə qaldırsam da, yuxarıdan aşağı, kürəyi üstə yerə vurmadım, yavaşca tatamidən kənara çıxardım. Lakin belə məqamda onu yerə tullamaq döşəkdən kənara çıxarmaqdan daha asan idi. Ancaq mən onun zədələnməməyi üçün ikinci varianta üstünlük verdim. Yarış Portuqaliyada keçirilirdi. Yerli idmançıya qarşı bu cür hərəkətim zalda alqışlarla qarşılandı. Baş məşqçisi də gəlib mənə təşəkkür etdi. Orda hamıda Azərbaycana qarşı müsbət fikir formalaşdı.

- Ötən il də bayrağımızı yüksəltmişdin. Lakin bu dəfə himnimizi səsləndirmək şərəfinə də nail oldun. Hansı hissləri keçirdin?

- Böyük şərəfdir, böyük hisslərdi. Bunları sözlə ifadə etmək mümkün deyil.

- Çempion olduqdan sonra ilk dəfə kiminlə danışdın. Qələbə sevincini kiminlə bölüşdün?

- Atamla. Təbrik etdi, mənimlə qürur duyduğunu bildirdi. Atamın mənimlə fəxr etməyi mənim üçün böyük qürurdur.

- Bəs iş yoldaşların, rəhbərlik necə?

- Qələbəmi eşidən hamı təbrik etdi. Mənimlə fəxr etdiklərini bildirdilər.

- Artıq dünya çempionusan. Gələcək planların necədir?

- Qarşıdan Avropa çempionatı gəlir. İki-üç gün dincəlib, yenidən məşqlərə başlayacağam. Bundan başqa da bir çox yarışlar olacaq. İnşallah, Azərbaycanın bayrağını həmişə yüksəkdə tutacam. Ölkəmizin himnini dünya arenalarında səsləndirməyə davam etmək istəyirəm.

- Gələcək yarışlarda uğurlarını davam etdirməyini diləyirik...

- Təşəkkürlər. Fürsətdən istifadə edib, mətbuata da təşəkkür edirəm. İdmançıları diqqətdən kənarda qoymursunuz.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
"Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
"Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?
Sumqayıt stadionundan yeni xəbər var
Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
“Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal
Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
"Şüvəlan" - "Binə" 1:0 - VİDEO

Xəbər Lenti
18 Fevral 2018
23:50 “Neftçi”yə keçməkdən imtina edən Fazil Əsədov: “Qarabağ”ın haqqına girmişdik” - MÜSAHİBƏ
23:00 Cüdo millimiz Avstriyada bütün ölkələri qabaqladı
21:34 Yeniyetmə cüdoçularımızdan Avropa kubokunda daha 3 medal
21:30 "Səbail" - "Qarabağ" 0:1 - FOTOLAR
20:15 "Səbail" - "Qarabağ" 0:1 - VİDEO
20:02 Samir Əliyev: “Qarabağ”ın imkan verdiyi qədər oynadıq”
19:54 Qurban Qurbanov: “Çox nadir hallarda belə oyun izləyirik”
19:30 “Qarabağ”la “Keşlə”dən tək qolla 3 xal
19:11 "Kəpəz" - "Keşlə" 0:1 - VİDEO
19:01 Yuri Maksimov: “Bəxtimiz gətirdi”
18:53 Yunis Hüseynov: “Kaş, pis oynayardıq, ancaq 3 xalı qazanardıq”
18:32 “Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO
18:22 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
17:56 Mariya Stadnik Klippan turnirində gümüş medal qazandı
17:15 Emin oynadı, komandası ilk oyunda heç-heçəyə razılaşdı
17:00 Ömər Paşayev: "Müsəlman olduğumuz üçün azana görə oyunu saxlamalıyıq" - MÜSAHİBƏ
16:21 Renat Dadaşovun qolu “Ayntraxt”a qələbə qazandırdı
16:00 Cavid İmamverdiyev: "Özümü "Neftçi"yə göstərmək istəyim var idi"
15:33 "Qəbələ" - "Zirə" 2:1 - FOTOLAR
14:37 Divizion klubundan daha bir transfer
14:00 Fariz Nəcəfov: "Ruslan Qurbanov da söyüş söyübsə, mütləq cəzasını alacaq”
13:30 Pavel Paşayev üçün 90 dəqiqə
13:00 Qəbələdə oyundan sonra - VİDEO
12:25 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 Zaur Hacıməhərrəmov "Sumqayıt"ın yeni prezidenti olacağına dair yayılan xəbərlərə münasibət bildirdi
11:36 İsrafilovun komandası ev oyununda xal itirdi
11:00 Rəşad Sadiqov: "Kimsə ailəsini küçədən tapmayıb" - MÜSAHİBƏ
10:35 Dmitri Nazarov üçün 89 dəqiqə və 1 xal
17 Fevral 2018
23:49 Amil Yunanov: "Bombardir olanda özünə daha çox inam olur" - MÜSAHİBƏ
23:05 Kapitan yenə məyus etdi
22:53 Əzizovalı "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
22:35 Tərlan Əhmədov: "Məğlub olmuşuq və bunun səbəbkarı mənəm" - MÜSAHİBƏ
22:27 Samir Abasov: "Oyundan qabaq özümüzü alçalmış kimi hiss edirdik"
22:05 "Sumqayıt" - "Neftçi" 2:0 - FOTOLAR
21:50 Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
21:40 "Sumqayıt" - "Neftçi" 2:0 - VİDEO
21:11 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:57 Avstriyada Azərbaycan cüdoçularından əla nəticə
20:23 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
19:29 "Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
19:21 "Qəbələ" - "Zirə" matçında qalmaqal - FOTOLAR
18:22 Roman Qriqorçuk: “Bunlar nəticədə təsdiqini tapdı”
18:03 "Qəbələ" - "Zirə" 2:1 - VİDEO
17:00 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
16:46 Bundesliqada əsasnamə dəyişə bilər
16:23 FİFA qış transfer pəncərəsini ləğv edə bilər
16:00 "Zaqatala" - "Qaradağ Lökbatan" 1:2 - VİDEO
15:38 "Mil-Muğan" - "Ağsu" 4:0 - VİDEO
15:00 Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
14:21 Kubokun finalı 28 mayda keçiriləcək
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.