Ucuz təyyarə biletləri

Oksana Kurt: "Türkiyə millisinin Bakıya əsas heyətlə gələcəyini düşünmürəm"

Tarix:  12.04.17 15:04           Yazar:             Oxunub: 155 dəfə

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında əsas heyətlə çıxış edəcək. "Rekord.az" Report informasiya agentliyinə istinadən xəbər verir ki, bunu millinin meneceri Oksana Kurt açıqlayıb.

 

Yığmanın sabiq üzvü bildirib ki, həm əsas, həm də gənclərdən ibarət yığma üzvləri aprelin 7-dən Bakıda təlim-məşq toplanışına başlayıb. Voleybolçular tibbi baxışdan keçdikdən sonra proqrama uyğun olaraq, hazırlıq prosesinə start verilib. Onun sözlərinə görə, yalnız legioner həyatı yaşayanlar düşərgədə yoxdur:  "Ksenya Poznyak “Beşiktaş”da, Yana Kulan “Çanakkale”də çıxış edir. Türkiyə çempionatı isə mayın ilk günlərində başa çatacaq. Bitən kimi, gələcəklər. İtaliyanın "IL Bisonte" klubunda çıxış edən Odina Bayramova aprelin sonunda, Yaponiyanın "Toyota" komandasında oynayan Polina Rəhimova isə İslamiada başlayacaq ərəfədə bizə qoşulacaqlar". 

 

Aprelin 15-də əsas komanda təlim-məşq toplanışının ikinci mərhələsini keçmək üçün Sloveniyanın Maribor şəhərinə, gənclərdən ibarət yığma isə Qubaya yola düşəcək. Kurt hazırda heyətdə ciddi zədədən əziyyət çəkən oyunçunun olmadığını bildirib: "Mayın 2-dək Mariborda olacağıq. Mayın 4-də Belarus yığması Bakıya gələcək. Onlarla 2 yoxlama oyunu planlaşdırırıq. Əsas komanda ümumilikdə 3, gənclər isə 2 matç keçirəcək. İslamiada üçün təxmini yekun heyət çoxdan hazırdır. Lakin idmanda tez-tez dəyişikliklər olur. Ona görə də hazırlığa geniş heyətlə başlamışıq. İştirak ərizəsinə düşəcək 14 voleybolçunun adı mayda bəlli olacaq. Gənclərdən ibarət komandadan da əsas heyətə cəlb oluna bilər. Oradakı voleybolçuların potensialı var, irəli getməyə can atırlar. Hazırda heyətdə ciddi zədədən əziyyət çəkən voleybolçu yoxdur. Təəssüf ki, klubunda zədələnən Şəfaqət Həbibova İslamidada iştirak edə bilməyəcək".

 

Azərbaycan yığmasının menecerinin fikrincə, Türkiyə milli komandası IV İslam Həmrəyliyi Oyunlarında əsas heyətlə çıxış etməyəcək: "Onların Bakıya əsas heyətlə gələcəklərini düşünmürəm. Çünki İslamiadadan sonra keçiriləcək dünya çempionatına hazırlaşacaqlar. Ola bilər 2-ci və ya 3-cü komanda olsun. Bizdə isə əsas heyət olacaq. Lakin Faiq Qarayevi dünya çempionatın seçmə mərhələsinin oyunları da düşündürür".

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
"Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
"Göyəzən" dağılır?
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
“Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
"Neftçi" "Zirə"ni məğlub etdi
Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu

Xəbər Lenti
24 İyul 2017
00:30 "Qəbələ" artıq Afinadadı
23 İyul 2017
23:30 "Tottenhem" - PSJ 4:2 - VİDEO
23:00 Boksçularımızdan 3 medal
22:30 "Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
22:15 “Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
22:00 Nazarov "Antalyaspor"a qarşı oynadı
21:35 Tahir Gözəl: "Yeni transferin olacağına inanmıram" - MÜSAHİBƏ
21:30 Lam Almaniyada ilin ən yaxşı futbolçusu seçildi
21:00 "Qəbələ"nin yunanlarla ilk oyunu ispana tapşırıldı
20:38 "Qarabağ"ın fan-şopu açıldı - FOTO
20:30 "Çelsi"də yeni kapitan
20:00 Super Liqa klubunda isveçrəli yarımmüdafiəçi
19:30 "Real"ı "Mançester Siti"yə dəyişdi
19:00 Sabiq "Latsio"lu rəsmən "Roma"da
18:30 Eddi İsrafilov “Kadis”ə qələbə qazandırdı - VİDEO
18:00 Ramil Həsənov: "Sumqayıta daha yaxşı vəziyyətdə qayıdacağıq" - VİDEO
17:30 “Sumqayıt” “Sivasspor”a qarşı
16:30 Belçika Superkubokunun qalibi müəyyənləşdi
15:30 Arnautoviç rəsmən Premyer Liqa klubunda
14:30 "Qarabağ"ın rəqibi xal itirdi
13:30 Millimizin üzvü ehtiyatda qaldı
12:30 Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu
10:30 Ramil Şeydayevli "Jilina" yeni mövsümə məğlubiyyətlə başladı
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.