Ucuz təyyarə biletləri

Kubokun finalının Naxçıvana salınmasının əsas səbəbi: “yuxarı”dan gələn tapşırıq!

Tarix:  13.04.17 14:04           Yazar:             Oxunub: 576 dəfə

 

Futbol üzrə Azərbaycan Kubokunun finalının naxçıvanda keçirilməsi haqda qərar yetərincə narazılıqlara səbəb oldu. “Rekord.az” xəbər verir ki, xüsusilə hər iki klubun azarkeş qrupları yolun uzaqlığı və bahalılığını önə çəkərək etiraz etdilər, müraciətlər ünvanladılar. Ancaq bir faydası olmadı. Oyunun əsas təşkilatçısı olan Peşəkar Futbol Liqası (PFL) öncədən qəbul etdiyi qərarın üstündə durdu.

 

Bəs, bu qurumun finalı bu qədər uzağa aparmağa məcbur edən nədir? Niyə PFL Lənkəran, Masazır, ya da digər münasibə variantları yaxına buraxmır? Əslində, cavab çox sadə imiş. “Rekord.az” bu barədə məlumat əldə edib.

 

Etibarlı mənbədən verilən məlumata görə, təşkil etdiyi çempionat və kuboka maraq cəlb etmək üçün bütün addımları atmağa hazır olan PFL, göz önündə olan səbəblər – yol uzaqlığı, xərclərin çoxluğu – üzündən Naxçıvana getmək istəməyib. Ancaq ciddi yerdən tapşırıq gələndən sonra qurumun prezidenti Ramin Musayev geri çəkilib. Həmin tapşırıq isə... Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovdan gəlib. Sədr bu finalın “öz meydançaları”nda oynanılmasını istəyib, israr edib. Səbəb isə çox sadədir: final ümummillli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsinə təsadüf edir. Mayın ilk iki həftəsində isə Naxçıvan əməll-başlı idman bayramı məkanına çevriləcək.

 

Belə ki, mayın 2-11-də, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan OPEN 2017" Beynəlxalq Şahmat Festivalının keçiriləcək, yarışda 20 ölkədən 300-dən çox şahmatçı iştirak edəcək. Mayın 3-7-si arasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Pauerliftinq üzrə Beynəlxalq turnir təşkil olunacaq, təxminən 30 ölkədən 500-ə yaxın atlet medallar uğrunda mübarizə aparacaq. Mayın 4-7-də Budo üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Üstəlik, qeyd olunan iki həftə ərzində Kikboksinq üzrə peşəkarlar arasında reytinq və kəmər yarışları, müxtəlif yaş qrupları üzrə güləş və cüdo turnirləri təşkil olunacaq. Yəni, yuxarıda da qeyd edildiyi kimi, Vasif Talıbov mərhum prezidentin ad günü ildönümünü böyük bayram kimi keçirmək istəyir və bunun üçün əlaqələrini işə salıb. Hətta bəzi növlərdə son anda dəyişiklər ortaya çıxsa da, sədr israrını davam etdirib.

 

Kubokun finalı mayın 5-də MR-in mərkəzi arenasında keçiriləcək. Üstəlik, ayın sonunda futbol üzrə beynəlxalq Heydər Əliyev Kuboku turnirinin keçiriləcəyi də dəqiqləşib.

Şərhlər
Teklif
Teklifleri men verirem AFFAYA gelen movsum ARAZ yuksek destede oynuyacaq!
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
"Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
"Göyəzən" dağılır?
"İnter" Svanadze ilə yeni müqavilə bağlamadı, vaxt verdi
Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
“Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
"Neftçi" "Zirə"ni məğlub etdi
Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu

Xəbər Lenti
24 İyul 2017
00:30 "Qəbələ" artıq Afinadadı
23 İyul 2017
23:30 "Tottenhem" - PSJ 4:2 - VİDEO
23:00 Boksçularımızdan 3 medal
22:30 "Qarabağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
22:15 “Sumqayıt” “Sivasspor”a böyük hesabla uduzdu
22:00 Nazarov "Antalyaspor"a qarşı oynadı
21:35 Tahir Gözəl: "Yeni transferin olacağına inanmıram" - MÜSAHİBƏ
21:30 Lam Almaniyada ilin ən yaxşı futbolçusu seçildi
21:00 "Qəbələ"nin yunanlarla ilk oyunu ispana tapşırıldı
20:38 "Qarabağ"ın fan-şopu açıldı - FOTO
20:30 "Çelsi"də yeni kapitan
20:00 Super Liqa klubunda isveçrəli yarımmüdafiəçi
19:30 "Real"ı "Mançester Siti"yə dəyişdi
19:00 Sabiq "Latsio"lu rəsmən "Roma"da
18:30 Eddi İsrafilov “Kadis”ə qələbə qazandırdı - VİDEO
18:00 Ramil Həsənov: "Sumqayıta daha yaxşı vəziyyətdə qayıdacağıq" - VİDEO
17:30 “Sumqayıt” “Sivasspor”a qarşı
16:30 Belçika Superkubokunun qalibi müəyyənləşdi
15:30 Arnautoviç rəsmən Premyer Liqa klubunda
14:30 "Qarabağ"ın rəqibi xal itirdi
13:30 Millimizin üzvü ehtiyatda qaldı
12:30 Rüfət Dadaşov dubl etdi, fırtına matçı yarıda qoydu
10:30 Ramil Şeydayevli "Jilina" yeni mövsümə məğlubiyyətlə başladı
00:00 "Qarabağ"ın oyununa 10 min bilet satılıb
22 İyul 2017
23:50 “Sumqayıt” Boludakı 8-ci gününü tək məşqlə başa vurdu
23:30 Gənc cüdoçularımız Avropa kubokunda rəqib tanımadılar
22:16 Hidayət Heydərov Minskdə ermənini diz çökdürdü
21:57 Məsimov komandasının məğlubiyyətini izlədi
21:32 Fan şopdan ilk məhsulu "Qarabağ"ın yeni transferi aldı
21:07 “Kəpəz” Ankara klubuna uduzdu
20:34 "Bavariya" darmadağın oldu - VİDEO
20:00 "Real"da yeni "10 nömrə"
19:30 Komandamız erməniləri məğlub edərək beynəlxalq yarışda bürünc medal qazanıb
19:00 "Şerif"in Bakıya səfər proqramı açıqlandı
18:00 "Panatinaikos" "Qəbələ" ilə oyunlar üçün iştirak ərizəsini açıqladı
17:42 "Kəpəz" Gəncəyə qayıtdı
17:21 "Qəbələ"dən təşəkkür
17:00 "Neftçi" "Bakcell Arena"ya görə hər ay "Qəbələ"dən nə qədər pul alır?
16:41 “Kəpəz” Türkiyə klubuna qarşı
16:21 "Neftçi"nin əvəzediciləri "Qaradağ Lökbatan"a uduzdu
16:00 "Qəbələ"nin rəqibini yaxından tanıyaq
15:41 "Neftçi" - "Zirə" 1:0 - VİDEO
15:21 "Qarabağ"dan fan şop müjdəsi
15:00 Millimizin sabiq üzvü futzal çempionatına üz tutdu - MÜSAHİBƏ
14:40 "Qəbələ" "Panatinaikos"la matçın hazırlığına start verdi
14:21 La Liqanın debütantı yeni hücumçu aldı
14:00 "Turan Tovuz"dan ayrılan futbolçu "Qaradağ Lökbatan"a keçdi
13:41 "Çelsi" futbolçusunu "Stok Siti"yə icarəyə verdi
13:22 "Atletiko"nu "Nyukasl"a dəyişdi
13:00 "Göyəzən" dağılır?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.