Ucuz təyyarə biletləri

Cavid Qurbanov milli komandalarımızla görüşdü

Tarix:  14.04.17 15:04           Yazar:             Oxunub: 129 dəfə

Azərbaycan Voleybol Federasiyasının Prezidenti Cavid Qurbanov qadın və kişilərdən ibarət milli komandalarımızın üzvləri ilə görüşüb. Federasiyadan "Rekord.az"a verilən məlumata görə, C.Qurbanov qarşıdakı yarışlardan danışıb və voleybolçularımıza uğurlar arzulayıb:

 

"Bura bizim ailəmizdir, burada böyüyümüz və balacamız var. Siz idmançılar yüksək nəaliyyətlər qazanmaq üçün əlinizdən gələni etməlisiniz. Çalışmalısınız ki, Dünya və Avropa birninciliklərində, Olimpiya oyunlarında, ən əsası iştirak etdiyiniz yarışlarda qalib olub, uğurlu nəticələr qazanasınız. Bizim üçün mühüm olan qazanacağınız uğurlardır. Biz sizin bütün problemlərinizi həll etməyə hazırıq. Bu il böyük uğurlar qazanmağımız üçün şanslarımız çoxdur. Düşünürəm ki, idman sizin həyatınızdır. Bizlər həmişə sizinləyik, sizin yanınızdayıq".

 

Görüşdə iştirak edən federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev də fikirlərini bölüşüb: "Mən ilk olaraq qeyd etmək istəyirəm ki, Cavid Qurbanov AVF-nin prezidenti təyin olunandan çox qısa müddət ərzində böyük işlər görülüb. Kişilər arasında ölkə çempionatının final oyunları Naxçıvanda keçirilib. Qadınlar arasında ölkə çempionatı təntənəli surətdə başa çatdı. İlk olaraq bu görülən bütün işlərə görə hər birimizin adından C.Qurbanova təşəkkür etmək istəyirəm. Qarşıda bizi böyük yarışlar gözləyir. Bu işlərin həyata keçməsi üçün də C.Qurbanov əlindən gələn köməkliyi edir. Bizim üzərimizə düşən iş isə yarışlara yaxşı hazırlaşmaq və qələbələr qazanmaqdır".

 

Görüşdə iştrak edən digər qonaqlar da fikirlərini bölüşüblər.

 

Qadınlardan ibarət millimizin meneceri Oksan Kurt: "Mən də bütün komandamız adından bu günkü görüşə görə təşəkkür edirəm. İlk dəfədir ki, bu qədər gənc idmançı komandamızın düşərgəsinə dəvət olunub. Birinci milli komanda aprelin 15-də Sloveniyaya təlim-məşq toplanışına, ikinci komanda isə Qubaya yola düşəcək".

 

Kişilərdən ibarət yığmanın baş məşqçisi Fərid Cəlalov: "Altı ay ərzində AVF-nin kişi komandaları ilə bağlı gördüyü işlərdən dnışmaq istərdim. Qeyd edim ki, C.Qurbanov AVF-nin prezidenti təyin olduqdan sonra altı komandadan ibarət ölkə çempionatı start götürdü. Naxçıvanda çox maraqlı oyunlar keçirildi və sizin iştirakınız bizi daha da həvəsləndirdi. İki gündən sonra İsrailə təlim-məşq toplanışına yola düşəcəyik və mayın 6-da Bakıya qayıdacayıq. Səfərdə bizi 9 yoldaşlıq görüşü gözləyir. Bu gün əsas məqsədimiz İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir".

 

Sonra görüşdə Göy-Göl Olimpiya Kompleksində, Gimnastika İdman Zalında görülən işlər və nəzərdə tutulan tədbirlərdən danışılıb. Həmçinin, İslamiadaya hazırlıq işləri, çimərlik voleybolu üzrə görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, yeddi hakimimiz İslamiadada iştirak edəcəklər. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yaranmasının əsl səbəbi məlum oldu - ÖZƏL!
Cəhənnəmin mübarək, Sumqayıt!
UEFA avrokuboklara vəsiqənin birini Azərbaycanın əlindən alır?
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
Orxan Məmmədov səhvləri və aldığı aşağı qiymət haqda QEYD
Samir Abasovun Cənnəti
"Zirə" büdrədi, "Səbail" qalib gəldi
Stadion ətrafında bina tikilir: icranın xəbəri yoxdur
Monoroz Ruslan Qurbanovu niyə vurub?
"Səbail"in Müşahidə Şurasının üzvü "Vətən"ə rəhbər təyin olundu!

Xəbər Lenti
25 Sentyabr 2017
10:00 "Zirə" - "İnter" matçındakı insidentin görüntüsü - VİDEO
24 Sentyabr 2017
23:25 Rəşad Sadiqov: "Bu yerdə olmaq "Neftçi" üçün biabırçılıqdır" - MÜSAHİBƏ
23:06 Avro-2017: İki qrupda mübarizə yekunlaşdı, pley-offçular bəlli oldu
22:56 Monoroz Ruslan Qurbanovu niyə vurub?
22:53 Millimizin lideri bürünc medalla kifayətləndi
22:52 Avro-2017: Üçüncü günə yekun vuruldu – Nəticələr
22:50 Fariz Nəcəfov: "Mən şəxsən bunu qəbul edə bilmirəm" - MÜSAHİBƏ
22:42 Ramin Musayev: "Kişi kişini vurar da" - MÜSAHİBƏ
22:35 Elməddin Hüseynov qitə birinciliyində 6-cı oldu
22:30 Futbolçularımızın klubu “Qalatasaray”la bacarmadı
22:24 Əsgərov dubla imza atdı, komandası qalib gəldi
22:14 Paşayev üçün 90 dəqiqə və 1 xal
22:03 90 dəqiqə oynadı, yenə məğlubiyyətə üzüldü
21:55 Rauf Əliyev “Kukesi”yə qələbə qazandırdı
21:42 “Sumqayıt” “Qarabağ”a 5 qolla qalib gəldi
21:31 Cüdo millimiz Avropa açıq çempionatını 5 medalla başa vurdu
21:12 "Qəbələ" - "Neftçi" 2:1 VİDEO
21:00 "Qəbələ" - "Neftçi" 2:1 FOTOLAR
20:44 Millimizdən növbəti quru hesablı qələbə - FOTOSESSİYA
20:41 Roman Qriqorçuk: “Onlar həddi aşdılar”
20:32 Qəbələdə insident: komanda yoldaşları dalaşdı, Monroz qırmızı vərəqə aldı
20:30 Avro-2017: Millimiz Polşaya şans vermədi - Statistika
20:24 Tərlan Əhmədov: “Psixoloji cəhətdən çox iş görməliyik”
20:22 Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
20:09 Avro-2017:Millimiz Polşanı məğlub etdi
19:52 “Qəbələ” “Neftçi”yə qalib gəldi
19:46 Emin Nurinin komandası “Ostersun”a qalib gəldi
18:45 Rüstəm Qasımov rekordla Avropa çempionu oldu!
18:35 Renatsız “Ayntraxt” Mahirlə sevindi
17:45 Avro-2017: Günün ilk oyununda tay-brek qeydə alındı  
17:00 Qubadlının futbol tarixi: “Həkəri”dən “Həkəri”yə - I YAZI
16:31 Samir oynamadı, “Fakel” 1 xal qazandı
15:30 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
15:00 "Zirə"nin legioneri "Qarabağ"a meydan oxudu - MÜSAHİBƏ
14:15 Azərbaycan çempionu "Fənərbaxça"da
14:00 Nizami Hacıyev: "İnter" meydana Zaur Axundova görə çıxır" - MÜSAHİBƏ
13:00 Zaur Axundov: "Sərt şəkildə iradımızı bildirəcəyik, lazım gəlsə cəzalandıracağıq" - MÜSAHİBƏ
12:30 Debütləri uğursuz oldu
11:30 Kamran Ağayevin klubu “Viktroriya”ya məğlub oldu
10:30 Güləş yığmamızdan DÇ-də daha 2 medal!
10:24 Avro-2017: Millimiz Polşaya qarşı - Günün təqvimi
00:17 İrakli Çaçua: “Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı”
23 Sentyabr 2017
23:53 Samir Əliyev: “Pis oynayıb qələbə qazanmaq da bizə sərf edir”
23:52 Şahin Diniyev: “Hakimlərin bu qərarı məni qane etmədi”
23:27 Avro-2017: İkinci tura yekun vuruldu
23:07 "Zirə" - "İnter" 1:1 VİDEO
22:56 "Zirə" - "İnter" 1:1 FOTOLAR
22:43 Ayxan Abbasov: “Heç bir futbolçuya ixtiyar verməmişik ki...”
22:33 Şahin Diniyev: "Bizdə elə bir futbolçu yoxdur ki, oyunu üzərinə götürə bilsin"
22:25 Samir Əliyev: "Bəzən pis oynayıb, qəlməj bizə sərf edir"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.