Ucuz təyyarə biletləri

Meysonun təlimi jurnalistərin gözündə

Tarix:  19.04.17 18:04           Yazar:  Rekord.az           Oxunub: 116 dəfə

Xəbər verdiyimiz kimi, aprelin 17-18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı, AFFA yanında Media Komitəsinin dəstəyi ilə tanınmış journalist Den Meysonun rəhbərliyi ilə “Sürətin Nəbzini Tut” adlı Futbol Jurnalistikası Təlimi keçirilib. İkigünlük təlimlərdə ADBTİA-nın İxtisasartırma Proqramlarının meneceri Tükəzban Cəfərova, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Firuz Abdulla, ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, rektorun xarici əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayeva da iştirak ediblər. Rekord.az xəbər verir ki, AFFA yanında Media Komitəsi Təlimə qatılan həmkarlarımızdan bəzilərinə aşağıdakı suallarla müraciət edib: 1. İki gün davam edən tədbiri necə dəyərləndirirsiz ? 2. Bu təlimlər ümumilikdə jurnalistlərə və konkret sizə nə verdi? 3. Gələcəkdə oxşar tədbirlərə qatılmaq haqda nə düşünürsüz? 
Şəfi Şəfiyev (Futbol+) 1. Təlim çox möhtəşəm keçdi. Hər şey əla idi. Təşkilatçılar və təlimçi təcrübəli şəxslər idi. Narazılıq yoxdur. Proqramda nəzərdə tutulan bütün məsələlər öyrədildi. 2. Təlim daha çox idman jurnalistikasının sosial şəbəkələr, ümumiyyətlə, internet üzərindən inkişafı üçün nəzərdə tutulmuşdu. Yəni informasiyanın multimedia formasında çatdırılması və auditoriyanın toplanması. Hansı ki, bizdə bu çox zəif inkişaf edib. 3. Məmnuniyyətlə qatılaram. Təki heç bir xərc olmadan bizə nəsə öyrətsinlər. 
Faiq Tahirov (Futbolpress.az) 1. Təlim gözlədiyimdən yaxşı oldu. Təşkilati cəhətdən də, prosesin gedişi baxımından da. Problem təlimçinin ölkə idman jurnalistikasına bələd olmaması ilə bağlı idi. Həm də müəyyən məqamlarda sanki ixtisasartırma təlimi yox, ixtisasa yeni yiyələnmək iddiasında olanlar üçün təməl qoyulurmuş kimi təsir bağışladı. 2. Multimedia vasitələrindən istifadəni bacardığımdan təlimdə yeni nəsə öyrənmək ümidlərim az idi. Düzü, əsasən əvvəllər istifadə etdiyim proqramlardan, internet xidmətlərindən və s. danışıldı. Ancaq faydalı olacağını fikirləşdiyim müəyyən qeydlər də var və bunlardan gələcəkdə istifadə edəcəyəm. 3. İştirak etməyi düşünərəm. Faydasız deyil. 
İlkin Məmmədov (Korner.az) 1. Ümumi fikrim çox yüksəkdir. Belə təlimlərin çox olmasını diləyirəm. Əslində ilk gündən bütün jurnalistlərin bilməli olduğu məsələlər deyilirdi. Ancaq əminəm ki, Azərbaycan idman mediasında səs yazıb göndərməkdən başqa heç nə bilməyən insanlar var. Onları belə tədbirlərə də cəlb etmək lazımdır. 
2. Təlimçi Den Meyson əla hazırlıqlı idi və çox faydalı məsələlər öyrətdi. İki gün ərzində sıxılmadım. 3. Gələcəkdə beləı təlimlər olsa, heç birini qaçırmayam. 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Törə Əhmədovanın da yuxarıdakı suallar ətrafında fikrini öyrəndik: 1. Bu təlim ümumilikdə müsbət xarakter daşıyırdı. Futbol Jurnalistikası Təlimi jurnalistlərin futbol haqda verdikləri məlumatların keyfiyyətinin və məzmununun yaxşılaşdırılmasını təmin etmək üçün bir layihədir. İki gün davam edən təlimdə iştirak edən jurnalistlər çox fəal idi. 2. Bu təlim ümumilikdə jurnalistlərin yüksək keyfiyyətli video- və foto çəkilişlərinin təşkili üçün mobil jurnalistika bacarıqlarını inkişaf etdirməyə, əldə olunan məlumatların tez bir zamanda sosial şəbəkələrdə paylaşılmasını təmin etməyə hesablanmışdı. Məsələn, onlayn və sosial media izləyicilərində necə maraq yaratmalı, əsasən də yazıların, xəbərlərin sərlövhəsini necə cəlbedici etmək, əsas xəbər başlıqlarını uzun müddət neçə qoruyub saxlamalı... Smartfondan istifadə edərək, səs müsahibələrini necə almalı və s. 3. Den Meyson hər detalı incəliklərinə qədər yüksək səviyyədə başa salırdı. Bundan başqa, həm təşkilatçılardan, həm tərcüməçi Hafiz müəllimdən, həm də ümumilikdə seminardan çox razı qaldım. Amma seminar hələ bitməyib. Bizə ev tapşırığı verilib və iştirakçılar 10 gün müddətində tapşırığı yerinə yetirib təhvil verməlidi. Təlim mayın 2-də başa çatacaq. Həmin gün iştirakçı jurnalistlərə sertifikatlar təqdim olunacaq. Əlbəttə, gələcəkdə də belə təlimlərdə məmnuniyyətlə iştirak etmək istərdim.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
Gəncə stadionda yeni meydançaları kim tikəcək?
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

Xəbər Lenti
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
19:54 "Zirə" - "Neftçi" 1:0 - VİDEO
19:21 Ayxan Abbasov: “Bizim konkret büdcəmiz var”
19:13 “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur”
19:00 Dortmund “Borussiya”sında yeni baş məşqçi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.