Ucuz təyyarə biletləri

Rəmiş Malıyev: "Borc məsələsi dövlət tərəfindən həll olunacaq"MÜSAHİBƏ

Tarix:  19.04.17 19:04           Yazar:  Rekord.az           Oxunub: 1209 dəfə

İnter” klubunun prezidenti Rəmiş Malıyev idmanxeber.com saytına müsahibə verib.

 

Rekord.az həmin müsahibəni təqdim edir:

 

- Cari mövsümü  “İnter” üçün necə dəyərləndirərdiniz?

- Bütün çətinliklərə baxmayaraq, komandamız yüksək nəticə əldə etdi. Belə bir vəziyyətdə bürünc medal qazanmaq, inamlı oyun sərgiləmək, fikrimcə, qəhrəmanlıqdır. Hesab edirəm ki, komanda qarşısına qoyduğu məqsədə maksimum çatıb. Bu şəraitdə, bütün çətinliklərə baxmayaraq bu nəticəni əldə etmişiksə, daha yüksək uğurlar qazana bilərik. Ümumiyyətlə, mövsümü yüksək dəyərləndirərdim.

 

- Bütün çətinliklərə rəğmən “İnter” mövsümü bürünc medallarla başa vurdu. Komandanın bundan sonrakı aqibəti necə olacaq?

- Yaxşı olacaq. Ən azından komanda fəaliyyətini davam etdirəcək. Biz çalışırıq əlimizdən gələni edək ki, komanda eyni səviyyədə qalsın. Burda bizdən aslı olmayan məsələlər də var. Belə bir komandanı nə dağıtmaq asandı, nə də eyni səviyyədə saxlamaq. Əlimizdən nə gəlirsə, onu da edirik.

 

- Yeni mövsümdə əvvəlki kimi iddialı “İnter” görə biləcəyikmi?

- Çalışacağıq elə olsun. “İnter” elə bir komandadır ki, yarandığı gündən bəri bütün çətinliklərə baxmayaraq eyni səviyyədə çıxış edib. Məncə, Azərbaycanda ikinci belə bir klub yoxdur ki, ağır duruma düşsə də, eyni səviyyəni saxlasın. Komanda 2004-cü ildə yaradılıb və o gündən indiyədək eyni səviyyədə çıxış edib, uğurlarını qazanır. Heç bir kluba belə ağır duruma düşməyi arzulamıram. Çalışacağıq ki, komandanın hədəfləri qalsın. Amma yenə deyirəm: bizdən aslı olmayan məsələlər də var.

 

- Komandaya yeni sponsor tapılıb, yoxsa axtarışlar davam edir?

- Bilirsiz, komandanın hazırda əsas problemi kredit məsələsidir. Sponsor tapmaq elə də çətin iş deyil. Artıq müəyyən namizədlər də var. Amma bu kredit məsələsi klubun fəaliyyətinə mane ola bilər. Buna baxmayaraq, biz komandanın eyni səviyyədə qalmasını və fəaliyyət göstərməsini təmin edəcəyik.

 

- Komanda Avroliqaya vəsiqəni təmin edib. Avroliqada ev oyunlarının keçiriləcəyi stadion müəyyənləşdirilibmi?

- “Dalğa Arena”da. Ev oyunlarını həmin stadionda keçirəcəyik. Bu təklifi artıq irəli sürmüşük.

 

- Yeni mövsüm üçün “İnter Arena”nın ot örtüyü dəyişdiriləcəkmi?

- Əslində, bu, hazırda gündəlikdə olan məsələlərdən biri deyil. Komanda yeni mövsümə başlasın, ondan sonra bu məsələyə baxarıq.

 

- Məlumata görə, “İnter” “Səbail”lə birləşəcək. Bu, nə dərəcədə doğrudur?

- Bu, saytlarda yazılanlardı. Məndə bu barədə məlumat yoxdur.

 

- Baş məşqçi postunda dəyişiklik ediləcəyi gözlənilirmi?

- Belə bir dəyişikliyin ediləcəyi gözlənilmir. Biz baş məşqçiyə inanırıq. Komandanın hazırda nəticə əldə etməsində baş məşqçimizin əməyi çox böyükdür. Çalışacağıq ki, Zaur Svanadze ilə yolumuza davam edək.

 

- “İnter”in Azərbaycan Beynəlxalq Bankına (ABB) 35 milyon manatlıq borcu var. Buna görə də bank istənilən vaxt “İnter Arena”nı müsadirə edə bilər. Bu borcu ödəmək üçün hansı tədbirlər görmək fikrindəsiniz?

- Bilirsiz, bu, sosial layihədir. Hazırda bunun kommersiya qarşılığı yoxdur. Əslində, olmalıydı. İndi dövlətimiz də belə sosial, sağlam həyat tərzi, pis vərdişlərdən uzaqlaşdırmaqla bağlı layihələrə diqqət ayırır, dəstəkləyir. Bu, dövlətimizin əsas prioritetlərindən biridir. Hesab edirəm ki, bu borc məsələsi idmanın inkişafına dəstək vermək üçün dövlətimiz tərəfindən həll olunacaq.

 

- Dediyinizdən belə çıxır ki, borcun dövlət tərəfindən ödənilməsini istəyirsiz...

- Bəli. Hesab edirəm ki, bizə güzəşt olunacaq. Bu, mənim fikrimdi. Əslində, bu, hüquqi və səlahiyyətli şəxslərin səlahiyyətində olan məsələdir.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
"Neftçi" yeni məşqçisinə nə qədər maaş verəcək?
AFFA-nın yeni kadrı da "Kəpəz"ə öz adamlarını yığır
“Qarabağ” çempionatda ilin son matçını qalib başa vurdu
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi
Qurban Qurbanov: "Problemli futbolçular millidə olmayacaq" - MÜSAHİBƏ
Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
Azərbaycan çempionu "Qalatasaray"da?
AFFA hakimlərin qonorarını verə bilmir
Araz Abdullayev Kipr çempionatında növbəti qolunu vurdu - VİDEO

Xəbər Lenti
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
19:54 "Zirə" - "Neftçi" 1:0 - VİDEO
19:21 Ayxan Abbasov: “Bizim konkret büdcəmiz var”
19:13 “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur”
19:00 Dortmund “Borussiya”sında yeni baş məşqçi
18:29 "Keşlə" - "Kəpəz" 2:0 - VİDEO
18:08 Ramiz Məmmədov: "Nostradamus deyilik"
18:05 Yunis Hüseynov: "Cavab oyununda daha yaxşı oynayacağıq"
17:54 “Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi
15:42 "Qarabağ" tarix yazdı, Aqil Abbas qılınc çıxartdı, "İmarət" mükafatlandırdı
14:48 “Borussiya” Peter Boşu qovmağa qərar verdi
14:00 Rauf Əliyev 90 dəqiqə oynadı, komandası uduzdu
13:00 AFFA hakimlərin qonorarını verə bilmir
12:42 Alim Nəbiyevdən çempion üzərində qələbə
12:00 Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
11:51 Əfsanəvi futbolçumuzun ölümündən 20 il ötür
00:18 Gimnastika Federasiyasında yeni baş katib
09 Dekabr 2017
23:55 Araz Abdullayev Kipr çempionatında növbəti qolunu vurdu - VİDEO
21:42 Hücumçumuz bu dəfə də çətinlik çəkmədi
20:38 Yığmamızın üzvü paytaxt təmsilçisi ilə bacarmayıb
18:38 İlin ən yaxşı futbolçusu bəlli oldu
17:23 Balakəndə futzal turniri start götürdü
17:08 Qurban Qurbanov mükafatına qovuşdu
17:00 Qurban Qurbanov: "Problemli futbolçular millidə olmayacaq" - MÜSAHİBƏ
16:19 Bakı klubu avrokubok üçün heyətini açıqlayıb - SİYAHI
15:39 Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu
15:35 Azərbaycan çempionu "Qalatasaray"da?
15:00 Elvin Yunuszadə: "...hətta "Qəbələ"dən geridəyik" - MÜSAHİBƏ
14:35 2017-ci ilin ən yaxşı baş məşqçisi bəlli oldu
14:00 AFFA-nın yeni kadrı da "Kəpəz"ə öz adamlarını yığır
13:00 Məşhur poltoloq: "Beşiktaş"ın qrupumuza istərdim" - MÜSAHİBƏ
12:24 Dəniz Yılmaz “Fənər”lə oyunda ehtiyatda qaldı
12:00 "Neftçi" yeni məşqçisinə nə qədər maaş verəcək?
11:33 Millimizə yeni baş məşqçi təyin olundu
11:30 "Çelsi"də yeni müqavilə
11:00 Ramil Şeydyev: "Hələ ki, alınmır" - MÜSAHİBƏ
10:30 Alim Nəbiyev çempionla döyüşəcək - Bu gün
00:28 "Ağsu" - "Turan Tovuz" 3:2 - VİDEO
00:05 Nazarov fərqləndi, komandası qalib gəldi
08 Dekabr 2017
23:30 MOİK - "Xəzər" 0:1 - VİDEO
23:00 "Qaradağ Lökbatan" - "Mil-Muğan" 4:1 - VİDEO
22:30 "Səbail" - "Qarabağ" 0:2 - FOTOLAR
22:00 "Səbail" - "Qarabağ" 0:2 - VİDEO
21:35 Samir Əliyev: “3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik”
21:19 Qurban Qurbanov: “Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm”
20:54 “Qarabağ” çempionatda ilin son matçını qalib başa vurdu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.