Ucuz təyyarə biletləri

Julien Ebah: "Bu, bizim üçün bəhanə olmamalıdır" MÜSAHİBƏ

Tarix:  19.04.17 20:04           Yazar:  Rekord.az           Oxunub: 137 dəfə

"Kəpəz"in futbolçusu Julien Ebah müsahibə verib.

 

Rekord.az həmin müsahibəni təqdim edir:

 

- Son turda doğma meydanda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdiniz.

- Biz meydana 3 xal üçün çıxmışqdıq. Həmin gün komanda olaraq oyunumuz çox yaxşı alındı. Artıq “Qəbələ” ilə oyunu unutmuşuq və bu tur qarşılaşacağımız AZAL-la oyun haqda fikirləşirik. Sona qədər mübarizə aparacğıq.

 

- Deyə bilərikmi, “Kəpəz” bu mövsüm “Qəbələ” ilə matçda ən yaxşı oyununu göstərdi?

- Bu oyunda hər şey istədiyimiz kimi alındı. “Qəbələ” də çempionatın güclü komandalarından biridir. Ancaq bu o demək deyil ki, “Qəbələ” bizi məğlub etməliydi. Komanda olaraq meydanda vuruşduq, baxımlı oyunla qələbə qazandıq.

 

- Artıq mövsümün bitməsinə iki tur qaldı. Avrokuboklara vəsiqə qazanmaq üçün hələ də şansınız qalıb...

- Riyazi cəhətdən şanslarımız elə də yüksək deyil. Amma bu futboldur, hər şey mümkün ola bilər. Bu dəqiqə bizim üçün vacib olan AZAL-la oyunda qələbə qazanmaqdır. Baxmayaraq ki, AZAL sonuncu pillədədir, amma güclü futbolçuları var. Onlar öz meydanlarında daha yaxşı oynayırlar.

 

- Bu mövsüm “Kəpəz” səfər oyunlarında çox az xal toplaya bilib və AZAL-la oyununuz səfərdədir.

- Düzdür. Bu mövsüm ev oyunlarında çox xal toplamışıq. Ancaq bu o demək deyil ki, səfər oyunlarında heç nə etmirik. Son 5 oyunumuza baxsaq, görərik ki, komanda olaraq çox yaxşı oyun sərgiləyirik. Hazırda vacib olan qarşıdakı AZAl və “İnter”lə oyunlarda qələbə qazanmaqdır.

 

- Amma AZAL-ın stadionunun ot örtüyü ideal vəziyyətdə deyil...

- Bu haqda çox danışmaq lazım deyil. Çünki hər iki komanda eyni şərtlər altında oynayacaq. Düzdür, rəqibin stadionu süni örtükdür. Amma bu süni örtük “Sumqayıt” və “İnter”dəki kimi yaxşı vəziyyətdə deyil. Bir daha təkrar edirəm, bu bizim üçün bəhanə olmamalıdır.

 

- AZAL-ı məğlub etsəniz, sonuncu turda “İnter”i evdə qəbul edəcəksiniz. Bu oyunun doğma azarkeşlərinizin önündə olması sizin üçün əlavə bir üstünlük sayıla bilər?

- Əlbəttə, bizim üçün azarkeşlərimizin önündə oynamaq üstünlükdür. Ancaq rəqibimiz “İnter”dir, hansı ki çempionatın ən güclü komandalarındandır. “İnter” və “Qarabağ”a qarşı bizim üçün çətin olub.Həm AZAL, həm də “İnter”i məğlub edərək mövsümü major notlarla bitirmək istəyirik.(Futbol11.az)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Amal Abuşov
“Neftçi”nin ən böyük itkisi
2017-04-06  // 2 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Topaz Premyer Liqasında mövsüm bitdi, son vəsiqəni "Zirə" qazandı
Zaqatalanın kənd stadionundan AFFA-ya nümunə - FOTOLAR
“Kəpəz” azarkeşləri ilə sağollaşdı - FOTOLAR
Əvəzedicilərin yarışında qaliblər mükafatlarını aldı - VİDEO
Məhəmməd Mirzəbəyov "Neftçi"yə keçir?
Əvəzedicilərin yarışında mövsümə yekun vuruldu
"Şəmkir" Badrini saxlayır?
AFFA Zaur Axundovun qabağına hansı şərti qoyub?
"Neftçi" - "Qarabağ" 1:2 - VİDEO
"Kəpəz" - "İnter" 1:0 - VİDEO

Xəbər Lenti
01 May 2017
00:10 “Shamkir Chess 2017”nin qalibi “Şah” oldu
00:00 Cəfərov yenə ehtiyatda qaldı
30 Aprel 2017
23:30 Ufuk oynamadı, komandası uduzdu
23:00 Amit Quluzadə mövsümün son matçında da oynamadı
22:30 Budaq Nəsirov oynadı, "Sportinq" uduzdu
19:23 Türkiyədə çıxış edən yığma üzvlərimizdən biri qalib, digəri məğlub oldu
19:09 Növbəti qələbə Sloveniyada qazanıldı
19:00 Nağıyev oynadı, "Dnepr" qalib gəldi
18:00 Dmitri Nazarov qol vurdu, komandası qalib gəldi
17:00 Eddi İsrafilov oynadı, "Kadis" qalib gəldi
16:30 Əvəzedicilərin yarışında mövsümə yekun vuruldu
16:00 "Kəpəz" - "İnter" 1:0 - VİDEO
15:30 "Sumqayıt" - "Qəbələ" 2:1 - VİDEO
15:00 Millimizin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlandı
14:30 "Neftçi" - "Qarabağ" 1:2 - VİDEO
14:00 Yığmamız son oyunda da məğlub oldu
13:30 Renat Dadaşov qol vurdu, "Ayntraxt" qalib gəldi
12:30 "Kəpəz" - "İnter" 1:0 - FOTOLAR
11:30 "Zirə" Avropa Liqasına vəsiqəni belə bayram etdi - FOTOLAR
11:00 Bunu yalnız Ançelotti bacarıb
00:30 Əvəzedicilərin yarışında qaliblər mükafatlarını aldı - VİDEO
00:20 “Kəpəz” azarkeşləri ilə sağollaşdı - FOTOLAR
00:10 Şahin Diniyev: “Kəpəz” artıq püxtələşib”
00:00 BDU-nun komandası çempion oldu - FOTOLAR
29 Aprel 2017
23:45 "Traktorsazi" uduzub, 3-cü pilləyə düşdü
23:30 Əsgərovun komandası ilk məğlubiyyətinə üzüldü
23:15 Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal
23:00 Emin Mahmudov oynadı, "Boavişta" qalib gəldi
22:50 Çempion və mükafatçılar medallarına qovuşdu - FOTOLAR
22:40 Messi və Suaresin arvadları birgə biznes qurdular
22:30 Paşayev 90 dəqiqə oynadı, komandası uduzdu - VİDEO
22:20 "Sumqayıt" - "Qəbələ" 2:1 - VİDEO
22:10 "Neftçi" - "Qarabağ" 1:2 - FOTOLAR
22:00 Azərbaycan birinciliyində son qaliblər məlum oldu
21:50 "Neftçi" - "Qarabağ" 1:2 - VİDEO
21:45 "Kəpəz" - "İnter" 1:0 - VİDEO
21:40 "Sumqayıt" - "Qəbələ" 2:1 - FOTOLAR
21:30 "Kəpəz" legioneri ilə yolları ayırdı
21:20 Qriqorçuk: "11 qol gülünc rəqəm olduğundan Ozobiçin meydanda olmasını istəmədim"
21:10 Samir Abasov: "Bu gün başqa yerdə ola bilərdik"
21:00 Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı
20:50 “Mən “Neftçi”nin baş məşqçisiyəm, sevməsəniz də, dözməlisiniz”
20:40 Ayxan Abbasov: "Onu "Zirə"də saxlamağa çalışacağıq"
20:30 Tərlan Əhmədov: "2-3 klubdan təklif almışam, yaxın günlərdə biləcəksiz"
20:20 "Qarabağ" azarkeşləri “Neftçi”ni təhqir etdi - VİDEO
20:10 Rail Məlikov daha 1 il "Sumqayıt"da!
20:00 Ceyhun Tağızadə qızıl medalçıdır!
19:40 AZAL - "Zirə" 0:3 - VİDEO
19:21 Avrokuboklardakı bütün təmsilçilərimiz müəyyənləşdi
19:00 Erat oynadı, "Duysburq" uduzdu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.