Ucuz təyyarə biletləri

Sumqayıtın futbol qürurları - YAZI

Tarix:  20.04.17 18:04           Yazar:  Rekord.az           Oxunub: 370 dəfə

Bu gün sizə Sumqayıtın bir şəhər, Sumqayıt futbol məktəbinin bir camiə kimi Azərbaycan futboluna yetirdiyi  və belə desək sumqayıtlı futbolçuları bilməyənlərə tanıtmaq, tanıyanlara isə xatırlatmaq istərdim. Hansı ki, bir anlıq Azərbaycan futbolunu onlarsız təsəvvür etsək futbolumuzda  böyük bir boşluğun yarandığını özümüz də duyarıq. Hər-halda mən sizə özünümün sumqayıtlı olduğunu, bir vaxtlar bu şəhərdə yaşayıb-böyüdüyünü,  bu şəhərin məhəllələrində dərsdən sonra saatlarla evə başı uşaqlarla futbol oynamağa qarışdığından gec gəldiyini bildiyim, bu şəhərin havasını udub, suyunu içən, Sumqayıtı özlərinə ən əziz yaxınları qədər doğma bilən şəxslərdən söhbət açmaq istəyirəm.


Əgər söhbəti bu mövzuda açmışıqsa Sumqayıt futbol məktəbinin yetirmələrinin sırasında ən başlıca çəkəcəyimiz adlardan birinin karyerası ərzində  ampulaca  yarımmüdafiəçi kimi çıxış etmiş Kamal Quliyev olduğunu düşünürəm. Peşəkar karyersına 16 yaşında - o zamanlar Sumqayıtı təmsil edən “Xəzər Sumqayıt” klubunda başlamış gənc Kamal burada keçirdiyi beş il ərzində yüz iki oyuna çıxaraq, rəqib komandaların qapısını on bir dəfə havalandırmağı bacarmışdı. Burada peşəkar karyersında ilk təcrübələrini qazandıqdan sonra Azərbaycanın həmişə ən güclüsü olmuş və əfsuslar olsun ki, bu gün adına, keçmişinə yaraşacaq günləri yaşamayan  “ Neftçi” ə transeferi reallaşan Kamal Quliyev burada öz istedadı, futbol duyumu nəticəsində komandanın əvəz edilməzləri siyahısına daxil olmuş,  meydana çıxdığı yüz doqquz oyuna  on səkkiz qolla fərqlənməyi bacarmışdı. Məhz  “Neftçi” dəki çıxışından sonra müstəqillik dönəmimizdə ölkə sərhədlərindən kənarda top qovan ilk futbolçulaımızdan olmuşdu. Belə ki, artıq 2002-2004- cü illər ərzində Ukrayna “Volın”-ının heyətində Kamal Quliyevi görə bilərdik. Burada iki il ərzində otuz doqquz oyuna çıxmaq şansı qazanmış Kamal Quliyev cəmi bir dəfə qol ilə fərqlənə bilmişdi.  Sonradan yenidən Vətənə qayıdaraq “ Karvan”, “Xəzər-Lənkəran”, “Standart” kimi komandaların şərəfini qorumuşdur. 1999-2005 – ci illərdə yığmanın futbolçusu kimi oyunlara dəvət almış və çıxış etdiyi zamanlarda da millinin əvəz edilməzləri siyahısında olmuşdur. Peşəkar futbolçu karyersını bitirdikdən sonra “Neftçi”nin məşqçilər korpusunda yer alan və gənc məşqçi kimi  ilk təcrübələrini ağ-qaralarda qaazandıqdan sonra “artıq aramızda olmayan və hörmət və sayqı ilə andığımız” “Neftçala” komandasına baş məşqçi kimi dəvət edilmiş və ard-arda komandanı 2014-cü və 2015-ci illərin sonunda  Divizion çempionu edərək özünün baş məşqçi kimi adından söz etdirmişdir.

 


Şəhərin digər yetirməsi sırasında Azərbaycan futbolunda öz çəkisi olan, öz mövqeyində etibarlılığı ilə seçilən,təcrübəli qolkiperimiz Elşən Poladovun adını çəkə bilərik. Peşəkar karyerasına 1996- cı ildə “Xəzər Sumqayıt” da start verən Elşən qısa zamanda şəhərin futbol və ümumiyyətlə idman ictimaiyyətinin dərin hörmət və sevgisini qazanmışdır. Sonralar Azərbaycanın “Şəfa”, “Dinamo Bakılı”, “Turan”, “İnter”, AZAL kimi komandalarının şərəfini qorumuş Elşən Poladov çıxış etdiyi bütün komandalarda  qapı xəttinin onun meydanda olduğu zaman  etibarlı əllərdə olduğunu sübut etmişdir.

 


Əgər Poladov qardaşlarından söhbət açılıbsa, Sumqayıtın Azərbaycan  futbol ictimaiyyətinə bəxş etdiyi Ruslan Poladovdan bəhs etməmək ən azı təqsir olardı. Peşəkar karyerasına 2003-cü ildə  “Xəzər Sumqayıt” da on üç oyuna üç qolla başlayan etibarlı müdafiəçi sonralar sumqayıtlı azarkeşlərin hələ də  bir gün yenidən  doğuşunu həsrətlə gözlədikləri “Gənclərbirliyi”komandasında otuz oyuna bir qolla fərqlənə bilmişdi. “Gənclərbirliyi” indən ayrıldıqdan sonra “Rəvan”, “Standart”, “Xəzər-Lənkəran”, “İnter”, “Simurq” kimi komandaların heyətində qazandığı təcrübəni 2014-2015-ci il mövsümündə doğma Sumqayıtın eyni adlı komandasına qayıdaraq gənclərlə, onların inkişafı naminə bölüşmüşdür. 
Adını çəkdiyimiz digər futbolçular peşəkar  karyeralarına Sumqayıtı təmsil edən komandalarda başlamışlarsa, onlardan fərqli olaraq Fərhad Vəliyev 2000-ci ildə Qusar “Şahdağ” ının qapısını qoruyaraq böyük futbola gəlmişdir. 2004-cü il Sumqayıtın “Gənclərbirliyi”ə gələnədək öz təcrübəsini Masallını təmsil edən eyni adlı komandada və “Neftçi”də zəginləşdirmişdir. Sonralar Bakı “İnter” inin şərəfini qorusa da karyerasının böyük və ən önəmli hissəsi köhlən atlarla- “Qarabağ” la bağlı olmuşdur. Uzun illər millimizin də şərəfini qoruyan Fərhad Vəliyevi şübhəsiz bir çox futbolsevər  azərbaycanlı golkiperlər arasında öz qapıçılıq bacarığına görə öncül pillələrə qoymaqla yanılmadığını Vəliyev dəfələrlə istər yığma, istərsə də klub komandaları heyətində dəf etdiyi kritik anda verilən penaltilərlə sübuta yetirmişdir. Bu gün Vəliyev karyerasını “Sumqayıt” ın heyətində davam etdirir və öz qapıçılıq təcrübəsini gənc qapıçılarla bölüşərək

 

 “Sumqayıt”komandasının qapısının hələ uzun illər etibarlı əllərlə qorunmasına zəmin yaratmış olur. 

 


Və Azərbaycan futboluna bu günədək gəlib-getmiş simalar arasında istər öz müdafiəçi keyfiyyətinə, istərsə də özünəməxsusluğuna görə azarkeşlərin və futbol ictimaiyyətinin yaddaşlarında silinməyəcək izlər buraxan Mahir Şükürov. O da bir çox sumqayıtlı futbolçu kimi böyük futbolla ilk “Gənclərbirliyi” nin şərəfini qorumaqla tanış olmuşdur. Məhz doğma şəhərin komandasında müdafiəçi kimi püxtələşdikdən sonra  “Şəfa”, “Karvan”, “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran”, “Olimpik”  kimi komandaların heyətində top qovmuşdur. Hələ 2004-cü ildə   “Antalyaspor” un heyətinə transfer olunmaqla  nə inki o zamanki, hətta bu gün də bəzi futbolçularımız üçün əlçatmaz sayıla biləcək keçidi reallaşdırmışdı. 2010-2011- ci il mövsümündə o zamanlar daha iddialı olan Maxaçqala “Anji”  i ilə razılıq əldə edən Mahir Şükürov bu dəfə  nə inki Azərbaycanlı və çempionatımızda çıxış edən bir çox futboçu üçün hətta bir çox dünya ulduzları üçün şirin yuxu sayıla biləcək əfsanəvi braziliyalı Roberto Karlosla komanda yoldaşı olaraq istər onun, istərsə də Rusiya futbol ictimaiyyətinin önündə futbolumuuzu təmsil etmişdir. “Anji” təcrübəsindən sonra yenidən Azərbaycana qayıdan Şükürov “Qəbələ”də bir müddət çıxış etdikdən sonra ona digər doğma bir komanda olan “Neftçi” ə dönmüş, Azərbaycan futbolu tarixində 2012-ci ildə “Neftçi” in Avropada sayılıb seçilən “Apoel Limassol” u avroliqanın pley-off mərhələsində mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə qalmasında böyük pay sahibi olmuşdur. Məhz Avro Liqanın qrup mərhələsində “Neftçi” in ilk qol ötürməsini də Mahir Şükürov sehirli sağ ayağı ilə vermişdir. Kaş Şükürovun həmən sehirli sağ ayağından bir çox futbolçularımıza da qismət olardı. Çünki yığma və çıxış etdiyi klub komandalarında sağ cinahdan uzaq məsafədən sağ ayaqla qapı qarşısına edilən asmalarla məhsuldar ötürmələr verən Şükürovun bu texnikasına hələ çox ehtiyacımız olacaq.

 


Adını çəkdiyim Sumqayıt futbol məktəbini təmsil edən simalar həmən təmsilçilərin yalnızca bir qismi idi. Bu gün də Sumqayıt futbol məktəbi yeni Kamal Quliyevlər, Poladovlar, Fərhad Vəliyevlər və Mahir Şükürovlar yetirməkdədir. Onlara misal kimi Tərlan Əhmədli, Bəxtiyar Həsənalızadə, Xəyal Nəcəfov və Ayaz Mehdiyev kimi futbolçuların adını çəkərək Azərbaycan futbol ictimaiyyətinin diqqətini onların üzərinə çəkmək istəyirəm.

Səbuhi Allahverdizadə

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Arif Əsədovun yeni iş yeri məlum oldu: I Divizionda çalışacaq
Araz Abdullayevin maaşını kim ödəyəcək?
Ramin Musayev Sumqayıtda buna görə xəcalət çəkmişdi - FOTOLAR
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Qarabağ" - "Kopenhagen" 1:0 - VİDEO
I Divizionda yarışacaq "Vətən"nin sponsoru kim olacaq?
"Kopenhagen"nin baş məşqçisi: "Ümid edirəm ki, sabah 1:0 qələbə qazanacağıq"
“Goal line”nin dəyəri nə qədərdi?
Gəncədə "Kəpəz"in adına yığılan pul kimlərin cibinə gedir?
"Qarabağ" "Kopenhagen"i məğlub yola saldı

Xəbər Lenti
16 Avqust 2017
17:00 "Neftçi" "Asan xidmət"lə vidalaşdı
16:52 I Divizion klubunda gözlənilməz istefa!
16:41 Məmmədov ÇL matçına təyinat aldı
16:20 AGF millimizin baş məşqçisi ilə yolları ayırdı
15:57 Üç saniyəlik xoşbəxtlik
15:41 PSJ-dən Premyer Liqa klubuna
15:20 "Qarabağ"ın ÇL-dəki uğuru Türkiyə kanalında müzakirə olundu - VİDEO
15:00 "Qəbələ"dən Qriqorçuka görə gedib
14:41 UEFA-dan Elçin Səmədliyə yeni təyinat
14:21 Azərbaycan DÇ-də 7 qadın güləşçi ilə təmsil olunacaq
14:00 I Divizionda yarışacaq "Vətən"nin sponsoru kim olacaq?
13:40 Avropanın ən yaxşısı bu 3 qadın futbolçudan biri olacaq
13:22 A Seriyasından La Liqa klubuna
13:00 "Turan Tovuz"un bombardiri MOİK-lə müqavilə bağladı!
12:40 Premyer Liqada klubunu dəyişdi
12:21 Super Liqa klubu daha bir hücumçu transfer etdi
12:00  Almeyda: "İşimizi bitirməmişik" - MÜSAHİBƏ
12:00 Azərbaycan millisini və klublarını çalışdırmış məşqçi Türkiyə klubunda
11:41 Avropanın ən yaxşısı adına 3 namizəd
11:21 "Qarabağ" - "Kopenhagen" 1:0 - FOTOLAR
11:00 "Neftçi" azarkeşlərini necə aldatdı?
10:30 "Qarabağ" qalib gəldi, Azərbaycan UEFA reytinqində yerində saydı
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
15 Avqust 2017
23:55 Maksim Medvedev: "Bu gün tək biz yox, bütün Respublika oynayırdı" - MÜSAHİBƏ
23:33 Mahir Mədətov: "Qol vuracağımı gözləmirdim" - MÜSAHİBƏ
23:05 "Binə" Gürcüstan klubuna məğlub oldu
23:00 Qurban Qurbanov: "Şanslar bərabərdir"
22:50 "Kopenhagen"nin baş məşqçisi "Qarabağ"ı favorit sayır
22:10 "Qarabağ" - "Kopenhagen" 1:0 - VİDEO
21:54 "Qarabağ" "Kopenhagen"i məğlub yola saldı
21:40 Ağır atletlərimiz Universiadada iştirak edəcəklər
21:20 Şaban Donat: "Onların hər birinə ümidimiz böyükdü"
21:00 “Monako”nun hücumçusu “Fiorentina”da
20:40 "Qəbələ"ni Polşa klubuna dəyişdi
20:20 Millimizin futbolçusu Rusiya klubunda
20:00 "Qəbələ"də yeni məşqçilər
19:40 Arda Turan "Qalatasaray"da
19:20 Rikardinyo: “Azərbaycanda bu cür dəstək görmürdüm”
19:00 "İnter" Rauf Əliyevlə bağlı bəyanat yaydı
18:40 Namiq Abdullayev: "Komanda üzvlərinin əhval-ruhiyyəsi yaxşıdı"
18:22 Firdovsi Umudov: "Hədəfimiz bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdi"
17:41 Premyer Liqa tarixinin ən gözəl qolu - VİDEO
17:21 "Qarabağ" azarkeşlər üçün bunu da etdi - FOTOLAR
17:00 Ramin Musayev Sumqayıtda buna görə xəcalət çəkmişdi - FOTOLAR
16:40 "Bakıda sərfəli nəticə qazanmaq mütləqdi"
16:21 Elçin Cəfərov: "Hər bir komandadan 2-3 medal gözləyirik"
15:40 Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi
15:20 “Sumqayıt”la “Səbail”ə 800 manatlıq cərimə
15:00 Araz Abdullayevin maaşını kim ödəyəcək?
14:43 DÇ-də iştirak edəcək güləş üzrə yığmamızın heyəti açıqlandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.