Ucuz təyyarə biletləri

Tarkan Azərbaycan Qran Prisi üçün Bakıya gəlir

Tarix:  21.04.17 23:04           Yazar:             Oxunub: 183 dəfə

Türkiyəli məşhur müğənni Formula 1 yarış həftəsonunun iyunun 23-nə təsadüf edən ilk günündə avtoidman azarkeşləri qarşısında konsert proqramı ilə çıxış edəcək. Rekord.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə böyük məmnuniyyətlə elan edir ki, bu il 23-25 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 yarışının ilk günü Türkiyənin dünyaca məşhur müğənnilərindən biri olan Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Türkiyəli görkəmli müğənni iyunun 23-ü - cümə günü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə Formula 1 həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək. 


Almaniyada doğulub, Türkiyədə böyüyüb başa çatan müğənninin albom və mahnıları indiyədək 29 milyondan çox satış edib. 20 ildən çox müğənnilik karyerasına sahib Tarkan İngilis dilində ifa etdiyi mahnılarından sonra dünyada daha da məşhurlaşıb. 


Türk musiqisinin tarixi köklərinə dayanan Tarkanın mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının vazkeçilməz ünsürü güclü ritmdir. Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya və Latın Amerikaya qədər müxətlif millətləri və mədəniyyətləri təmsil edən milyonlarca azarkeş onun ifalarını sevərək dinləyir. Türk kökünə sadiq qalaraq dünyanın dörd bir yanından olan bütün azarkeşlərin ruhunu oxşadan və onların müxtəlif musiqi zövqlərinə cavab verən ifalar yazmaq və bəstələmək Tarkanı bütün dünyada sevdirən başlıca amillərdəndir.


Tarkanı sevən bütün Formula 1 həvəskarları Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonuna onun enerjili  və coşğulu ifaları ilə start verməyi səbrsizliklə gözləyirlər. Tarkanın mahnıları və onun diqqəti cəlb edən şəxsiyyəti Formula 1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq. 


BŞH-nin icraçı direktoru Arif Rəhimov 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Tarkanın avtoidman azarkeşləri qarşısında səhnəyə çıxmaq üçün Bakıya gəlişinə belə münasibət bildirib: “Pop musiqisi və əyləncə dünyasında çox sayda uğurlu ifaçılar və sənətçilər var. Lakin onlardan çox azı dilindən, mədəniyyətindən və yaşadığı yerdən asılı olmayaraq bütün insanların qəlbinə toxuna və onların duyğularına təsir edə bilir. Belə xüsusiyyətlərə sahib türkiyəli müğənni deyəndə ağıla ilk məhz dünyaca tanınmış ifaçı Tarkan gəlir və biz böyük məmnuniyyətlə onu 2017 Formula 1 Azərbaycan Qran Prisinin ilk günü - cümə günü axşam saatlarında açıq havada canlı konsert proqramında iştirak etmək üçün Bakıya dəvət etmişik. Gözəl şəhərimizə Formula 1 yarışının ikinci dəfə gəlişini böyük əyləncə və coşğu ilə qeyd etmək üçün səbrsizlənirik və belə möhtəşəm yarış həftəsonunun açılışını Tarkandan başqasının etməsi təsəvvür oluna bilməz. Tələsin indidən biletlərinizi alın və Bakıda bizimlə birgə olun!”


Konsert proqramlarında yalnız yarışa bileti alanlar iştirak edə biləcəklər. Dördgünlük bileti olan hər kəs cümə axşamı günü - iyunun 22-də Pit Yolunda gəzintiyə çıxmaqla yanaşı Formula 1 şəhərciyində keçiriləcək pilotların avtoqraf sessiyalarına qatılmaq və Bakının möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar ərazisində salınan əyləncə mərkəzindəki bütün proqramlarda iştirak etmək imkanına sahib olacaq. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Kamran Ağayev Gəncəyə getmək istəmir
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Region Liqası”nda neçə komanda iştirak edəcək?
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi

Xəbər Lenti
12 Dekabr 2017
22:44 Bakı klubunun ukraynalı hücumçusu hamıdan çox fərqləndi
22:05 “Qəbələ” təmsilçisi ukraynalı boksçu ilə döyüşəcək
22:01 Nazarov Almaniyada ən yaxşı oyunçu seçildi - VİDEO
21:04 Komandamız avrokuboka məğlubiyyətlə başladı
20:22 Orxan Sadıqlı "Kəpəz" variantına aydınlıq gətirdi: "2-3 günə hər şey bilinəcək" - MÜSAHİBƏ
18:31 Rəşad Sadıqov “Roma”nın düşərgəsində
18:00 “Qəbələ” Daboya yeni müqavilə təklif edəcək
17:21 Pro kursunun 5-ci mərhələsi başladı
17:00 “Sabah” yenə Mikayıl Cabbarovun nəzarətində olacaq
16:41 Elçin Rəhmanov Delio Rossi ilə görüşəcək
16:21 Orxan Hüseynzadə UEFA-nın tədbirində
16:20 İAM sabah "İlin qalibləri-2017"-ni elan edəcək
16:00 Elşad Əhmədov: “Vardar”ın Akademiyasına yaxşı tərəfdən təəccübləndim”
15:41 Klublar Komitəsinin iclası keçiriləcək
15:23 "Qəbələ" legionerini göndərir
15:00 “Region Liqası”nda neçə komanda iştirak edəcək?
14:45 56 qarşılaşma, 183 futbolçu: Kim oynadı, kim vurdu?
14:22 Biz Lorentsonun ətəyindən yapışarkən...
14:00 “Neftçi” Fəhmini “Səbail”ə verməkdən imtina etdi
13:21 Ölkə çempionatında ilk dövrə başa çatdı
13:00 Ayxan Abbasov “Neftçi”yə qol vuran futbolçunu “Zirə”dən göndərir?
12:40 “Kəpəz” kubokun cavab matçına da Bakıda hazırlaşır
12:23 1/4 finalın cavab oyunlarının başlama saatı açıqlandı
12:00 Kamran Ağayev Gəncəyə getmək istəmir
11:45 Sabiq “Qarabağ”lı özünə yeni klub tapdı
11:27 "Qəbələ" - "Səbail" 1:0 - FOTOLAR
11:00 Elmar Vəliyev “Kəpəz”i Antalyaya göndərir?
10:25 Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.