Ucuz təyyarə biletləri

Cüdo yığmasının Elxan Abdullayevi kimdir?

Tarix:  24.04.17 13:04           Yazar:  Sənan Abdullayev           Oxunub: 362 dəfə

"Neftçi"nin Elxan Abdullayevinin kimliyini bildik, bəs cüdo yığmamızdakı Elxan Abdullayev kimdi? 


Deməli, Polşada keçirilən Avropa çempionatının komanda yarışlarında Ukrayna ilə "bürünc" uğrunda görüşdə 3-0 öndə olduğumuz zaman məşqçilər korpusu zədəli olduğu üçün 90 kq-da çıxış edən Məmmədəli Mehdiyevin növbəti görüşdə mübarizə aparmasını məqbul saymayıb. Bir də ayılıblar ki, komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. Sən demə yeni qaydalara görə bu qəbuledilməz imiş. 


Sadıq Sadıqovun belə texniki nüansı bilməməsi normaldı. Bəs o birilər? Polşaya yollanan digərləri, başda da məşqçilər korpusu və texniki heyət nə işə baxırdı? 


Komandanın 2 qızıl və 3 bürünc medal qazanması necə tarixi bir rekorddusa, bu texniki məğlubiyyət də tarixi biabırçılıqdı. 


Dəfələrlə "Futbol saatı"nda şəxsən şahidi olduğum bir hadisəni dilə gətirmişəm. Ona yaltaqlanmağa ehtiyacımın olmadığını özü də yaxşı bilir, yanındakı "köməkçilər"i də. 
Bu gün də düşünürəm ki, "Neftçi" Avroliqanın qrup mərhələsində ilk oyundaca ilk xalını xüsusilə Sadıqovun sayəsində qazanıb. Deməli, "Partizan"la səfər oyunundan bir gün öncə açıq məşq 5 dəqiqə olardı ki başlamışdı. Qəfil güclü yağış yağdı. Stadionun kənarında olan özüm də daxil olmaqla, hamı meydançaya çıxan dəhlizə girdik. Sadıqov isə əksinə orda "Partizan" rəsmiləri söhbətini qısa edib birbaşa meydançanın kənarına getdi və çətirsiz-filansız məşqi əvvəldən axıradək izlədi. Yağış başlayan kimi yolavermə "moduna" keçən əcnəbi ulduzlar və yerlilər "ulduz" gənclər isə suyun içində onları izləyən rəhbərlərini görüb necə lazımdısa, hələ bir az da artıq can yandırdılar. Səhərisi isə bir Azərbaycan klubu tarixində ilk Avroliqanın qrupunda xal qazandı. 


Sadıq Sadıqov bu gün də ənənəsinə sadiqdi. Hazırda əsas şəxsi olduğu cüdoda demək olar bütün önəmli yarışlarda şəxsən iştirak edir. Çünki idmançının psixologiyasını yaxşı bilir. Bilir ki, onu görən cüdoçu zəif güləşə bilməz. Ən azı özünü göstərməyə çalışar, bir az üzlüsü olsa, gülərək mükafat da tələb edə bilər. Olsun, amma yekunda milli qazanır. 


Əminliklə deyə bilərəm ki, son Avropa çempionatında 2 qızıl və 3 bürüncdə təlim-məşq toplanışları, maddi rahatlıqla yanaşı, bu nüans böyük rol oynayıb. Sabiq prezident Füzuli Ələkbərovun üzünü illərdi görməyənlər indi nəzarət və məsuliyyət altındadılar. 


Bəs digərləri? Rövnəq Abdullayev və Sadıq Sadıqovun gəlişindən sonra görmədikləri məbləğdə əmək haqqı, mükafat alanlar necədi? Azərbaycanın halal medal haqqını yeyənlər kimlərdi? 
"Mançester Yunayted"in əfsanə baş məşqçisi Aleks Ferqussonun bir fikri artıq tarixə keçəcək qədər dəyər qazanıb: "Çempionluq böyük komandalar üzərində qələbələrlə yox, kiçiklərlə oyunlarda xal itirmədiyiniz zaman qazanılır". 


Odur ki, böyük qələbələrin arxasındakı kiçik nüanslar dayanır.  Sadıqov özü gələndən sonra çörək yiyəsi etdiyi yenilərlə, illərdi böyük pullar qazandırdıqlarından haqq-hesab sormalıdı. 
Artıq neçə vaxtdı hakimlərimizin, məşqçilərimizin dünyanın yüz yerinə seminarlara göndərildiyi yazılır, şəkillərlə bəzək vurulur. O zaman onlar nə işlə məşğul olublar? Sıravi qaydalar bəs harda öyrədilir? 


Texniki məğlubiyyətin nə fərqi var ki? "Neftçi"dəki Elxan Abdullayev elədi, ya başqası. Məğlubiyyət məğlubiyyətdi. Hər ikisi məsuliyyətsizlikdi. Bu gün daxildə, elə bu gün də xaricdə.

 

Sənan Abdullayev, Rekord.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Lisenziya nəmənə şeydi?
2017-05-12  // 1 Şərh
Amal Abuşov
Biz UEFA-nı aldatmışıq
2017-04-27  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Muarrem "Qarabağ"dan niyə getdi?
I Diviziona yeni komanda gəlir!
"Neftçi"yə yox, "Qəbələ"yə keçir?
"Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
"Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
"Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!
"Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO

Xəbər Lenti
23 May 2017
14:22 "Fənərbağça"nın futbolçusu saxlanıldı
14:00 Rəşad Sadiqov da "Neftçi"yə keçir?
13:46 UCI Maksim Averinlə bağlı qərarını açıqladı
13:22 Media Qriqorçuku yenə də Kiyev “Dinamo”suna "göndərir"
13:00 Rəşad Sadiqov "Qəbələ"dən getdi!
12:16 Dünyanın məşhur müsəlman idmançıları haqqında kitab çap olunub
12:07 Azərbaycanlı tələbə Çində fitnes-model yarışının qalibi olub
12:00 "Qarabağ"da daha bir problem: Migel yeni müqavilə bağlamaqdan imtina edir
11:00 Renat Dadaşov milliyə gəlmək istəmir, AFFA məcbur edir
10:00 Klublarımızın yay transfer bazarlığı - YENİLƏNİR
22 May 2017
22:29 Hücumçumuz Türkiyə çempionatında?
20:21 Vüqar Bayramov: "İranla oyunumuz alınmadı, çünki onlar sürətli oyun sərgiləyir"
20:00 AFFA İslamiadanı qazanan futbolçuları mükafatlandırdı: adama 20 min!
19:00 MOİK, "Zaqatala" və "Mil-Muğan" Naxçıvana gedir
18:22 Əvəzedicilərin bombardiri olmuş "Qarabağ"lı Şahin Əliyev - VİDEO
18:00 Cavid Hüseynov "Qəbələ" ilə yeni müqavilə bağladı
17:45 Azərbaycan milli komandasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
17:22 IV İslam Həmrəyliyi Oyunları başa çatdı
17:00 "Zaqatala"dan ayrıldı, "Səbail"lə müqavilə bağladı!
16:44 Pro kateqoriyalı məşqçi kursunun ikinci modulu - FOTOLAR
16:21 Millimiz "Zəfər günləri"ndə - FOTOLAR
16:00 "Qarabağ"la üzülüşdü, "Sumqayıt"la müqavilə bağladı!
15:41 "Yaşar Vahabzadə böyük cəsarət nümayiş etdirib"- SORĞU
15:20 Rəşad Eyyubov “Qəbələ”ni “Sumqayıt”a dəyişdi
15:00 Niyə heç kim "Neftçi"yə getmək istəmir?
14:45 Kiçik yaşlı yeniyetmələrin Avropa çempionatından 1 qızıl və 4 bürünc medal
14:22 Azərbaycan - Oman 2:1 - VİDEO
14:00 "Qarabağ"dan ayrılan futbolçuya ilk təklif "Neftçi"dən gəldi!
13:41 "İnter"də seleksiya prosesi başa çatdı
13:22 U-13 qızlar Liqasının qalibləri mükafatlandırıldı
13:00 Millimizin sabiq qapıçısı futbolu qurtardı, məşqçiliyə başlayır - ÖZƏL!
12:42 PFL klublara transferlər üçün vaxt ayırdı
12:22 Əsgərovun komandası yenə xal itirdi
12:00 Petrov da "Neftçi"dən gedir?
11:45 Budaq oynamadı, komadası heç-heçə etdi
11:22 Simeone “Atletiko”da qaldı
11:00 "Zirə" "Qarabağ"ın sabiq legioneri ilə danışıq aparır
10:30 Avropa kubokunda daha iki medal
09:32 İslamiadanın çempionu olan millimiz Bolqarıstanda
01:50 Qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal!
01:30 Millimiz mükafatlandırıldı - FOTOLAR
01:20 Azərbaycan - Oman 2:1 - FOTOLAR
21 May 2017
23:58 "Real" çempion!
23:49 U-23 futbol millimiz İslam Oyunlarının qalibi oldu
23:00 İngiltərə Premyer Liqası: "Arsenal" Çempionlar Liqasından kənar qaldı
21:07 Bakı-2017: Azərbaycan finalda İrana uduzdu
20:40 Nazarovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
20:12 "Yuventus" çempion!
17:00 Tarixi oyuna səyahət: “Bir “sumka” verirdilər onu da Bakıya qayıdan kimi alırdılar” - YAZI + VİDEO
15:30 Mövsümün son matçında oynamadı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.