Ucuz təyyarə biletləri

Biz UEFA-nı aldatmışıq

Tarix:  27.04.17 13:04           Yazar:  Amal Abuşov           Oxunub: 614 dəfə

“İnter”in dağılmaq təhlükəsi Azərbaycan futbolunu biabırçı mənzərə ilə üzbəüz qoyub. Sözün əsl mənasında analoqu olmayan ölkəyik. Təsəvvürünüzə gətirin, ardıcıl ikinci mövsüm “Kəpəz”lə “Neftçi”nin ikisindən biri yoğurmadan, yapmadan kökə tapacaq. Yəni avrokuboklara vəsiqə qazanacaqlar. Hadisələrin gedişatı onu göstərir. Bəli, dostlar, fövqaladə nəsə baş verməsə, elə belə də olacaq.


AFFA prosesləri diqqətlə izləyir, amma müdaxilə etmək, faciənin astanasında dönmək üçün heç nə etmir. Ölkə futbolunu rəzalətdən xilas edəcək proqram düşünmək, tədbirlər planı hazırlamaq, düzgün siyasət yürütmək əvəzinə yırtıqları yamamaqda, zibildən konfet düzəltməkdə, çat verən divarlara yalandan suva və boya yaxmaqdadılar. Özlərinə yaxşı məşğuliyyət tapıblar. Bu məşğuliyyətin adı hər nədirsə, futbol idarə etmək, onun inkişafına çalışmaq deyil. Onlar “İnter”in dağılacağını, avrokuboklarda Azərbaycanı təmsil etmək üçün dörd normal komanda tapılmayacağını bildiklərinə görə də tez-tələsik UEFA-ya məktub yazdılar, 3 yaşını “tamamlamamış” “Zirə”nin Avropa Liqasına qatılması üçün Aleksander Çeferindən güzəşt xahiş etdilər.


Yaxşı ki, UEFA izin verdi. “Zirə” halal zəhməti və alın təri, meydanda qazandığı nəticələrlə haqq etdiyi avrokuboklara vəsiqədən yararlana biləcək. Bəs Azərbaycanı Avropada təmsil edəcək 4-cü komanda kim olacaq? “Sumqayıt” və ya “Neftçi”, yoxsa “Kəpəz”? Hansı haqla, hansı üzlə? Ötən mövsüm bu rəzalətə göz yumduq. Həm də Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə apardığından faciənin miqyası indiki qədər böyük deyildi. Hazırda üz-üzə qaldığımız mənzərənin isə rəzalətdən başqa adı yoxdu. 


8 komandanın qatıldığı çempionatda 5 və ya 6, hətta 7-ci pillədə qərarlaşan komandanın avrokuboklara qatılması elə UEFA-nın özünün ələ salınmasıdı. İnanmıram ki, qitənin ali futbol qurumu da belə yüngülsaqqallığa uzun müddət dözə, keçirdiyi mötəbər yarışları hörmətdən sala. Onsuz da Azərbaycan futbolunun qitədəki reytinqi, hörməti elə də yüksək deyil. Püşkün bizimkilərlə qarşılaşdıracağı komandanın rəsmiləri və azarkeşləri rəqib haqda informasiya axtaranda qarşılaşdıqları mənzərədən şoka düşəcəklər. Görəcəklər ki, onları səkkiz komandanın yarışdığı çempionatın autsayderləri ilə qarşılaşmağa göndərirlər, özü də Azərbaycan kimi futbolu güclü olmayan ölkəyə. Həmin vaxt UEFA-nı məzəmmət edib, qınayacaqlar. Avrokubokları vəsiqəni urvatsız etdiyinə görə cənab Çeferinin qınaq eşidəcəyi də şübhəsizdi. 


XXI əsrdə, internetin və elektron informasiya vasitələrinin bu qədər inkişaf etdiyi dövrdə UEFA Azərbaycan futboluna baş verənlərdən xəbər tutmurmu? Hərdən adama elə gəlir ki, bizim futbolun başbilənləri UEFA-da oturanları, Avropanın futbolunu idarə edənləri də aldadıblar. Onlar Nyonda oturublar və Elxan Məmmədovun danışdığı şirin nağıllara inanırlar. Çeferin və dostları elə bilirlər ki, Azərbaycanda həqiqətən də 110 min nəfər futbolçu və hər klubun özünün stadionu var.

 
Ah sizi, necə də sadəlöhvdülər...

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
"Səbail"də birdən-birə 3 təyinat
"Xəzər Lənkəran" qayıtsa...
"Neftçi" "Sumqayıt"ın həkimini əlindən aldı
"Zirə" bu stadionda oynayacaq - FOTOLAR
Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
"İnter" bu stadionda oynayacaq - FOTOLAR
Folprext Elxan Abdullayevi dilxor elədi: gəlmirəm
Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də!
"Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq

Xəbər Lenti
25 İyun 2017
12:40 Portuqaliya - Yeni Zelandiya - 4:0 - VİDEO
12:26 Son oyunumuz yunana tapşırıldı
12:20 Yığmamızın heç bir əhəmiyyət daşımayan son sınağı
12:00 "Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
11:42 Hücumçumuzun 10 xalı yetərli olması
11:21 Rusiya - Meksika - 1:2 - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 "Qarabağ" - ÇSKA 2:5 - VİDEO
00:20 “Zirə” Qabriel Mateylə müqavilə imzaladı
24 İyun 2017
23:00 Kamran AÇ-ni gümüş medalla başa vurdu
22:34 Makedoniya bu dəfə də millimizə şans vermədi
22:00 "Qarabağ" Bolqarıstan klubuna böyük hesabla uduzdu
21:30 "Qəbələ"nin daha üç rəqibi bəlli oldu
21:00 Portuqaliya və Meksika növbəti mərhələdə!
20:00 "Skenderbeu" çempionluq titulundan məhrum edildi
19:00 "Zirə"nin rumıniyalısı gəldi çıxdı
18:30 "Qəbələ"nin yeni transferini yaxından tanıyaq - VİDEO
18:00 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
17:43 Bakıda Formula 1 pilotunun maşını yandı - FOTOLAR
17:23 Rusiyanın Konfederasiyalar Kubokunda son şansı
17:00 Svanadze ilə yeni müqavilə bağlanacaq: Zaur Axundov söz verdi
16:45 Mendi rəsmən "Bordo"da
16:22 DÇ yığmamız üçün uğursuz başladı
16:00 "Portu"dan Premyer Liqa klubuna
15:30 Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
15:00 "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
14:40 "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO
14:21 Super Liqa klubunda yeni baş məşqçi
14:00 "İnter"in çarter üçün pulu yoxdur
13:40 "Qəbələ" Hollandiya klubundan müdafiəçi transfer etdi
13:22 Messi Çinə gedir?
13:00 "Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq
12:45 Azərbaycanda işləmiş məşqçi həvəskar klubda
12:21 Premyer Liqa klubunda yeni baş məşqçi
12:00 "Şəmkir"in prezidenti borcunu qaytara bilmir, obyeketlərini satışa çıxardır
11:40 Messi ötən mövsümün ən yaxşısı seçildi
11:21 Anton Kanibolotski rəsmən "Qarabağ"da!
11:00 "Zirə" bu stadionda oynayacaq - FOTOLAR
10:30 Belhanda "Qalatasaray"da
23 İyun 2017
23:53 Millimiz Albaniyada da məğlubiyyətlə başladı
23:00 Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də!
22:40 Kolleksiyasında ən dəyərli forma Azərbaycan millisinindi
22:21 Kamran Şahsuvarlı finalda!
21:40 Super Liqa klubunda belçikalı qapıçı
21:22 "Sumqayıt" hazırlığa start verdi - VİDEO
21:00 "Xəzər Lənkəran" qayıtsa...
20:42 "Qarabağ" ÇSKA-ya qarşı
20:22 Səfərov ATB İcraiyyə Komitəsinə üzv seçildi
20:00 "Səbail" Türkiyə toplanışı üçün Kartepeni seçdi
19:42 Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.