Ucuz təyyarə biletləri

"Şəhriyar Məmmədyarov artıq şəmkirli hesab olunur"

Tarix:  27.04.17 17:04           Yazar:             Oxunub: 167 dəfə

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017-nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov yarışın rəsmi saytına müsahibə verib. Rekord.az sizi həmin müsahibə ilə tanış edir:


- Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə V tur başa çatdı. İlk turlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Shamkir Chess 2017 turnirinə maraq gözlədiyimizdən daha çox oldu. Ölkəmizlə yanaşı Rusiya və Ukrayna mediasında turnirlə bağlı silsilə yazıları oxumaq bizləri yaxşı mənada təəccübləndirdi. İlk turlarda gözlənilməz nəticələr çox olmadı. Uesli So yarışa o qədər yaxşı başlamadı. Amma Vladimir Kramniklə partiyanı yüksək səviyyədə keçirdi. Ümumiyyətlə ABŞ təmsilçisi çox güclü şahmatçıdır. Hər oyuna peşəkar yanaşması layiqli olaraq FİDE reytinqində ikinci pillədə qərarlaşdığını təsdiqləyir. Veselin Topalov, Sergey Karyakin kimi şahmatçıların yarışdığı turnirdə sonluq haqqında proqnoz vermək çətindir. Bizim şahmatçılara gəlincə Şəhriyar Məmmədyarovun lider olması bizləri sevindirir. Ona bəslənən ümidlərimiz sonsuzdur. Teymur Rəcəbov isə ilk iki turda qara fiqurlarla oynadı. Startda məğlub olsa da qısa zamanda toparlanmağa çalışır. İnanıram ki, istirahət günündən sonra Rəcəbov daha yaxşı oyun nümayiş etdirəcək.


- Məmmədyarov iki dəfə qara fiqurlarla qələbə qazandı. Deyəsən Şəmkir onun üçün uğurlu məkandır...

- Ötən il keçirilən yarışı heç kim unutmayıb. Şəhriyar yarışa pis başlasa da, sonda ağlasığmaz əzmkarlıqla bütün rəqiblərdən güclü olduğunu göstərdi. Fabiano Karuanayla tay-breki görüşünü hələ də unutmamışıq. Şəhriyarın 2016-cı ildəki qələbəsi onun şəmkirdəki pərəstişkarlarının sayını artırdı. Əvvəllər Məmmədyarov Azərbaycandakı yarışlarda oynaya bilmədiyini deyirdi. Amma Şəmkir müsbət mənada dəyişikliyə səbəb oldu. Fikrimcə Şəmkirdə Məmmədyarov özünü evdə olduğu kimi hiss edir. Burada ona böyük hörmət bəslənilir. Əksəriyyət artıq onu şəmkirli hesab edir. 


- Bu ildə Şəhriyara böyük ümidlər var....

- V turdan sonra lider olmasına baxmayaraq yekun haqqında danışmaq tezdir. Bir qədər səbrli olaraq. Son 4 tur daha gözlənilməz nəticələrlə başa çata bilər. VI turda Kramniklə çətin duel olacaq. Qalib idmançıya titulu qorumaq ikiqat çətindir. Bu mənada Şəhriyarın asan deyil.


- Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rusiyalı dünya çempionu Vladimir Kramnikə şəhərin fəxri vətəndaşı olmağı təklif etdi. Kramnikin bu məsələyə cavabını öyrənmək istərdik...

- Yarışın ilk günündə Vladimir Kramnik bu təklifə müsbət cavab verdiyini bildirdi. Rusiyalı dünya çempionu artıq Şəmkirdəki turnirdə ikinci dəfə iştirak edir. Özü də burada yüksək qonaqpərvərliklə rastlaşdığını deyib. İnanırıq ki Şəmkirin fəxri vətəndaşı olandan sonra Kramnik şəhərə tez-tez gələcək. 


- Yarış zamanı təşkilati işlərlə bağlı hər hansı problem yaranır?

- Problem yaransa belə qısa zamanda həll olunur. Turnirin yüksək səviyyədə keçirilməsi üçün lazımi işlər görülür. Synergy Group həmişə ölkə idmanına dəstək olmağa çalışıb. Burada həm də istedadlı Vüqar Həşimovun adı var. Biz onun əziz xatirəsinə layiqli yarış təşkil etmişik. Bundan sonra da belə davam etməsinə çalışırıq.


- Turnirdə FİDE reytinqində ən yüksək pillələrdə qərarlaşan şahmatçılar iştirak edir. Maraqlıdır onların hansı kaprizləri olur?

- İnanın heç bir kapriz olmur. Əksər məsələlər əvvəlcədən təsdiqlənir. İştirakçılar yüksək reytinqli şahmatçı olmaqla yanaşı həm də gözəl insandır. Turnir zamanı heç bir kaprizlə rastlaşmamışıq. Əksinə onların Şəmkirə marağı bizi çox sevindirir. Məsələn Uesli So yarışa anasıyla gəlib. Anası Şəmkirin mərkəzi yerlərini görmək istəyirdi, biz bu işdə ona kömək etdik. So özü isə yarış məkanına çox vaxt piyada yollanır. Havada gəzməyi xoşlayır. 


- Şəmkiri artıq Azərbaycanın Linaresi adlandırırlar. Təşkilatçı kimi bu sözlər sizi sevindirməyə bilməz...

- FİDE prezidenti Kirsan İlümjinovdan belə sözləri eşitmək çox sevindiricidir. Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Şəmkir yarışını hazırda keçirilən ən gözəl turnirlərdən biri adlandırıb. Təşkilatçılıq baxımından şahmatçılar eləcə də qonaqlar üçün hər cür şərait yaradılıb. Linares turnirinin böyük tarixi var. Vüqarın xatirə turniri isə ardıcıl dördüncü dəfə baş tutacaq. Linareslə müqayisə olunmaq yaxşı haldır. Amma hədəfimiz şahmat təqvimində ən yüksək yerləri tutmaqdır. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
“Göyəzən” üçün gülməli büdcə
Şehiçin “Qarabağ”da son mövsümüdür?
"Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
AFFA “Neftçi”yə yeni sponsor axtarır
Ramil Səfərov Mübariz Mənsimova nə hədiyyə etdi? - FOTO
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
Qusar rəhbərliyinə futbol lazım deyil?

Xəbər Lenti
19 Oktyabr 2017
01:48 “Qarabağ”dan qələbəyə bərabər heç-heçə - FOTOLAR
00:08 Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
18 Oktyabr 2017
23:55 "Qarabağ" - "Atletiko" 0:0 - VİDEO
23:30 Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
23:12 Gənc cüdoçularımızdan DÇ-də 2 gümüş medal
23:12 Tahir Gözəl: "Qırmızı vərəqəyə görə narahat oldum" - MÜSAHİBƏ
23:07 Qurban Qurbanov: “Hakim epiozodu düzgün dəyərləndirmədi”
22:52 Rəşad Sadıqov: "Hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu"
22:39 Dieqo Simeone: “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı”
22:25 “Qarabağ”ın qrupunda üçhakimiyyətlilik
21:54 “Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı!
21:35 "Fənərbaxça"nın qələbə qazandığı oyunda hücumçumuz 22 dəfə fərqləndi
21:23 Kapitanımız Türkiyədə ilk qələbəsini qazanıb
21:09 Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı
19:20 Yığmamız Tiflisdən 5 medalla qayıdır
19:15 "Qarabağ" "Atletiko"ya qalib gəlsə, azarkeşlər evə taksi ilə gedəcək, özü də pulsuz
19:10 “Kəpəz” derbiyə itkilərlə çıxacaq
18:42 "Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
18:40 Yığmamızın Fransa və İspaniya oyunlarının başlama saatı açıqlandı
18:21 Azərbaycanlı hakimə ilk təyinat
18:00 Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
17:40 Elnarə Abbasova AÇ-də 6-cı oldu
17:30 Əzizovanın formasını geyindiyi "Beşiktaş" qələbə qazandı
17:00 Bu da son: Türkiyə çempionatı Azərbaycanda yayımlanmayacaq!
16:40 "Atletiko"yla matçdan sonra azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq
16:21 Super Liqanın yayımı ilə bağlı “CBC Sport”dan rəsmi açıqlama
15:55 “Qarabağ” "Atletiko"ya böyük hesabla uduzdu
15:21 “Trabzonspor” yeni baş məşqçisinin adını rəsmən açıqladı
15:00 Koke "Qarabağ"a qarşı oynamayacaq?
14:40 Dörd komandaya texniki məğlubiyyət, baş məşqçiyə 5 oyunluq cəza
14:21 Divizion klublarının da cəzaları açıqlandı
14:00 Gəncə stadionunda yerləşdirilən reklam löhvlərinin pulu hara gedir?
13:40 AFFA Derlis Meza Kollini cəzalandırdı
13:21 Maşallah Əhmədovdan şikayət edildi
13:00 "Marca" Qarabağ həqiqətlərindən yazdı: "Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib"
12:40 “Qarabağ” BOS-da fan-şop açacaq
12:21 Daha bir milli komanda baş məşqçisiz qaldı
12:00 "Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
11:40 “Qəbələ”dən bir oyunda 30 qol
11:00 "Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
10:31 Premyer Liqa klubu baş məşqçisini qovdu
10:00 Bakı klubu Argentina millisinin hücumçusu ilə razılaşmanı ləğv etdi
09:51 Millimizin üzvü ÇL-də mübarizəyə başladı
09:37 Avrokubok təmsilçimiz heyətinə bir neçə legioner cəlb edib
00:24 "Qarabağ" "Atletiko" ilə matça hazırdı - FOTOLAR
17 Oktyabr 2017
23:56 Millimiz elit-raunda vəsiqə qazandı
23:02 Paşa İbrahimli AÇ-də 5-ci yeri tutdu
20:20 İsa Rüstəmov da AÇ-də 6-cı oldu
20:00 “Kəpəz” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır
19:40 Ramil Əliyevin istefası qəbul olunmadı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.