Ucuz təyyarə biletləri

Finlandiyada yazılan tarix: "Alim Qasımov məni qucaqlayıb dedi ki, sən mənimlə yox, mən səninlə şəkil çəkdirməliyəm"

Tarix:  29.04.17 18:04           Yazar:  Rekord.az           Oxunub: 492 dəfə

Bu gündən etibarən "Rekord.az" olaraq AFFA Yanında Media Komitəsinin dəstəyi ilə yeni layihəyə start veririk. Layihənin adı "Tarix və onun memarları"dır. Qarşıdakı üç ay ərzində Azərbaycan futbolunun tarixinə mütəmadi "səfərlər" edəcək, orada "özünə yer etmiş" oyunlardan və həmin oyunların qəhrəmanlarından söz açacağıq. İlk yazımızda isə sizi 21 il əvvələ - düz 1996-cı ilə aparacağıq. Həmin il Azərbaycan futbolunun tarixinə düşəcək bir oyun olmuşdu. “Qarabağ”ın iştirakı ilə. Ancaq bu haqda bir qədər sonra. Tələsməyin. Öncə bir qədər əvvəldən boylanaq.

 

“Neftçi” öncə ağlatdı, sonra güldürdü


1995-96-cı il futbol mövsümü “Qarabağ” üçün uğurlu olmadı. Halbuki Ağdam klub mövsümə iddialı başlamışdı və kifayət qədər güclü heyət formalaşdırmışdı. Ancaq rəqiblər də güclü idi: “Neftçi”, “Kəpəz”, “Turan”, “Xəzri”. Həmin mövüm AFFA birdən-birə iki yeniliyə imza atmışdı. İlk növbədə 1995-96-cı il mövsümündən etibarən bütün dünyada olduğu kimi, Azərbaycan çempionatında da qalibə 2 yox, 3 xal verilməyə başladı. Bundan başqa, federasiya ilk dəfə “altılıq” sistemini tətbiq etdi. 12 komanda öncə dairəvi sistem üzrə mübarizə aparırdı. İlk mərhələdən sonra ilk 6 yeri tutan komanda qızıl xallar saxlanılmaq şərti ilə 1-6-cı yerlər uğrunda mübarizəni davam etdirdi. İlk mərhələdə 4-cü pilləni tutan Ağdam klubu “altılıq”da zəif təsir bağışladı və mövsümü 5-ci pillədə bitirdi. Üstəlik, komanda ilk dəfə mövsümü top fərqində mənfi rəqəmlə başa vurdu (25-26).


Kubokda isə nəticə nisbətən yaxşı oldu. Mübarizəyə 1/16 finalda AZAL-la başlayan Ağdam klubu mərhələni problemsiz keçdi (2:0, 2:0).  Ağasəlim Mircavadovun komandası 1/8 finalda “Fərid”i mübarizədən kənarlaşdırdı (2:0, 1:0).  1/4 finalda üz-üzə gəldikləri “Sumqayıt” da ağdamlılara ciddi müqavimət göstərə bilmədi (3:1, 0:0). İlk üç mərhələdə I Divizion komandaları ilə üz-üzə gələn “Qarabağ”, yarımfinalda güclü “Xəzri” səddini keçməli idi. Buzovnadakı ilk oyundan “Xəzri” 1:0 qalib ayrıldı. Sumqayıtdakı cavab oyunu isə çox gərgin və dramatik keçdi. İlk hissə 0:0 başa çatsa da, fasilədən sonra 3 cavabsız qol vuran “Qarabağ” finala vəsiqə qazandı. Yeri gəlmişkən, cavab oyununun hakimi Xaqani Məmmədov idi. Onun 77-ci dəqiqədə Tərlah Əhmədova qarşı kobudluqdan sonra “Xəzri”nin qapısına təyin etdiyi penalti böyük qalmaqal yaratmışdı. Məhz bu penaltiyə görə oyundan sonra Buzovna təmsilçisinin futbolçuları və rəsmiləri Məmmədova fiziki təzyiq göstərmiş, bəziləri polis bölməsinə aparılmışdı. 


Beləliklə, finala vəsiqə qazanan “Qarabağ” mayın 15-də həlledici oyunda “Neftçi” ilə üz-üzə gəldi və rəqibinə heç bir müqavimət göstərə bilməyərək 0:3 hesabı ilə məğlub oldu. Bununla da kubokdan avrokuboklara getmək şansı boşa çıxdı. 

 

Avropaya yollanmaq üçün isə şans qalırdı. Çünki “altılıq” mərhələsi iyunun 12-ə kimi davam edəcəkdi və qarşıda 4 tur var idi. Yəni bu 4 turdan maksimum nəticə qazanıb nəyəsə ümid etmək olardı. Amma Ağdam klubu bu oyunların heç birində qələbə qazana bilmədi (“Kür Nur” 1:1, “Turan” 0:1, “Neftçi” 2:2, “Kəpəz” 1:1) və mövsümü 5-ci pillədə bitirdi. Lakin kubokun finalında ağdamlıları məğlub edərək ağladan “Neftçi”, ölkə çempionatında qızıl medallara sahib çıxmaqla bu dəfə onları güldürdü. Çünki “qızıl dubl”a imza atan bakılılar çempion kimi UEFA kubokuna (o vaxt futbolumuzun reytinqi aşağı olduğu üçün çempionumuz Çempionlar Liqasında yox, UEFA kubokunda mübarizə aparırdı) yollandı. “Qarabağ” isə kubokun finalçısı kimi Kuboklar Kubokunda iştirak şansı qazandı. Bu, həm də “Qarabağ”ın avrokuboklardakı debütü idi.

 

 

Mircavadov getdi, Abbasov gəldi


Komanda avrokuboklara vəsiqə qazansa da, ümumi nəticədən narazı qalan rəhbərlik mövsüm başa çatan kimi baş məşqi Ağasəlim Mircavadovla yolları ayırdı. Onu Elbrus Abbasov əvəzlədi. O, komandaya yad sima deyildi, əslən ağdamlı idi və klubun yaradıcılarından sayılırdı. Yeni baş məşqçinin ilk transferi də “Neftçi”dən Mais Əzimov oldu. Kuboklar Kubokundakı püşk isə Finlandiyanın “Mü-Pa 47” klubunu “Qarabağ”a rəqib etdi.

 


Təbriz Həsənovun söndürdüyü...


İlk oyun 1996-cı il avqustun 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. İndi hansısa fin klubu “Qarabağ”a rəqib olsa hamımız bunu sevinclə qarşılayıb Ağdam təmsilçisinin mərhələni gözüyumulu keçəcəyini söyləyərik. O vaxt isə hər şey fərqli idi. Avropada yeni-yeni ilk addımlarımızı atır və səviyyə baxımından avropalılardan çox geri qalırdıq. Həmin dövr klublarımıza Antalya belə xəyal kimi görünür və avrokuboklara hazırlıqlar ən yaxşı halda Qaxda 1 həftəlik toplanışla yadda qalırdı. Bu mənada istənilən rəqib bizim üçün ciddi sayılırdı.

 

Komandamız ilk oyuna bu heyətlə çıxmışdı:
Cəmaləddin Əliyev, Mais Əzimov (Elmir Xankişiyev, 65), Elşad Əhmədov, Aslan Kərimov (Yaşar Hüseynov, 83), Təbriz Həsənov, Bəxtiyar Musayev (Emin Salmanov, 46), Səttar Əliyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov, Nazim Əliyev.


AZTV-nin də canlı yayımladığı və 10 min azarkeşin izlədiyi matç gözlənildiyi kimi çətin keçdi. Komandamız çox cəhd göstərsə də, rəqib müdafiəsini yara bilmədi. Ələ düşən azsaylı imkanlar da boşa verildi. Düzdür, rəqib də böyük üstünlüyə malik deyildi. Ancaq əsas olan o idi ki, qapılarını toxunulmaz saxlamağı bacardılar. Sona yaxın ağdamlılar daha böyük qüvvə ilə irəli atılıb hesabı açmağa çalışsa da, əksinə, öz qapılarında qol gördülər. 85-ci dəqiqədə Təbriz Həsənov lüzumsuz yerə əllə oynadı və  görüşün yunanıstanlı baş hakimi Georgius Fasolis qapımıza penalti təyin etdi. Topa yaxınlaşan Sami Mahlio isə Cəmaləddin Əliyevə heç bir şans vermədi və beləliklə, finlər Bakıdan 1:0-lıq qələbə ilə ayrıldılar. 

 


... Bəxtiyar Musayevin yandırdığı ümid    


İlk matçdakı 0:1-lik məğlubiyyətdən sonra çoxları “Qarabağ”ı hesabdan sildi. Reallıqla yanaşsaq, həqiqətən də o dövr üçün hansısa klubumuzun səfərdən qələbə ilə dönəcəyi nağıl kimi bir şey idi. Maraq üçün qeyd edək ki, “Qarabağ”dan əvvəl UEFA kubokunda mübarizəyə qoşulan “Neftçi” ilk oyunda Bakıda Bolqarıstan “Lokomotiv”inə 2:1 qalib gəldiyi halda, səfərdə 0:6 uduzmuşdu. “Xəzri” isə elə ilk oyunda səfərdə Polşa”Qutnik”i önündə biabır olmuşdu – 0:9. Bu mənada “Qarabağ”ın da Finlandiyada nəsə edəcəyi ağlabatan deyildi. Lakin Ağdam təmsilçisi bütün bu mülahizələri alt-üst etdi. Komandamız səfərdə əsl qəhrəmanlıq nümayiş etdirdi və əsas vaxtda rəqibinə 1:0 qalib gələrək ümumi hesabı bərabərləşdirdi. Yeganə qolu isə 27-ci dəqiqədə Bəxtiyar Musayev vurmuşdu. Komandamız bu hesabı 120-ci dəqiqəyə kimi saxlamağı bacardı. Yalnız 20 saniyə dözüb oyunu penaltilərə daşımaq lazım idi ki... Alınmadı. Təəssüf ki, 120-ci dəqiqədə finlər bərabərlik qolunu vura bildi. Oyuna sonradan daxil olan Mauri Keskitalo cinahdan gələn asmanı başla qapıdan keçirdi və “Qarabağ”ın mərhələ keçmək ümidlərinin üstündən xətt çəkdi. Bununla belə, həmin oyundakı 1:1-lik nəticə klublarımızın avrokuboklarda səfərdə qazandığı ilk xal kimi tarixə düşdü. 

 

 

“İlk oyunda nəticə gözlənilməz oldu”

Tarixi oyunun qəhrəmanı isə heç şübhəsiz ki, səfərdə vurulan qolun müəllifi Bəxtiyar Musayevdir. Odur ki, 21 il sonra məhz onunla da söhbətləşib təəssüratlarını öyrənməyimiz yerinə düşərdi. Həmsöhbətimiz öncə püşkdən və ilk oyundan danışdı: “Həmin vaxt mən özüm də “Qarabağ”a yeni gəlmişdim. Baş məşqçimiz Elbrus Abbasov idi. Komanda ilk dəfə idi avrokuboklarda oynayacaqdı. Mənim isə belə təcrübəm var idi. 1 il öncə “Neftçi”nin heyətində Kuboklar Kubokunda APOEL-ə qarşı oynamışdım. Püşkü dəyərləndirmək düzgün olmazdı. Çünki o vaxt futbolumuzun durumu fərqli idi, yeni-yeni Avropaya çıxırdıq. Bu mənada istənilən rəqib bizim üçün güclü sayılırdı. “Mü Pa 47” ilə ilk oyunumuz Bakıda idi. O vaxt təbii ki, indiki kimi şərait yox idi, ölkə xaricində toplanış keçmək ağlımızdan belə keçmirdi. Bütün hazırlıqları elə ölkə daxilində keçirdik. Bununla belə, sağ olsun o vaxtkı “Qarabağ” rəhbərliyi bacardığı qədər bütün şəraiti yaratmışdı ki, oyuna yaxşı hazırlaşaq. İlk oyunda Bakıda minimal hesabla məğlub olduq. Təbriz Həsənov gərəksiz yerə topa əllə toxunub penalti eləmişdi.  Oyundan sonra da çox dilxor idi. Amma onu bilirəm ki, məğlubiyyət bizim üçün gözlənilməz oldu. Çünki o qədər də pis oynamamışdıq və qələbə qazanmaq üçün imkanlarımız da olmuşdu. Amma istifadə edə bilməmişdik”.

 

 

“İlk dəfə projektor altında oynayırdıq”

 

Musayev Bakıdakı 0:1-lik məğlubiyyətdən sonra komandanıln cavab oyununa hazırlığını və səfərdəki 1:1-lik tarixi oyunu isə bu cür xatırladı: “İlk oyundakı məğlubiyyətdən sonra rəhbərlik bizə çox dəstək oldu. O vaxt komandanın sponsoru “NNN Bank” idi. Prezidentimiz də Nazim Abdullayev. Rəhbərlik də başa düşürdü ki, ilk dəfə idi komanda avrokuboklara çıxırdı, beynəlxalq oyun təcrübəsi yox idi. Buna görə ilk oyundakı məğlubiyyətə görə bizi başa düşdülər və dəstəklədilər. Biz də komanda olaraq başa düşürdük ki, bu dəstəyin qarşılığını vermək lazımdır. Mərhələ keçməyə ümid var idimi? Ümid həmişə var. Biz Finlandiya yaxşı nəticə dalınca getmişdik. Düzü, yadımda qalmayıb çarterlə getmişdik, ya yox, amma onu bilirəm ki, səfərin yaxşı keçməsi üçün rəhbərlik əlindən gələni eləmişdi. Komanda yaxşı otellərin birində yerləşdirilmişdi. Oyun günü ab-hava da fərqli idi. İlk dəfəidi projektor işığında oyuna çıxırdıq. Çünki o vaxtlar milli çempionat oyunları ancaq gündüz oynanılırdı. Yalnız millinin bəzi oyunları projektor işığı altında keçirilirdi. “Myu Pa 47”-nin stadionu o qədər böyük olmayan, yığcam biri idi. Amma gözəl stadion idi, ot örtüyü də əla idi. Oyun günü tribunalar dolmuşdu. Düzdür, deməzdim ki, dolu tribunalar bizim üçün yeniliik idi. Çünki o vaxt milli çempionatın  mərkəzi oyunlarına da 7-8 min azarkeş gəlirdi. Amma ümumi ab-hava fərqli idi”.

 

 

“Gözləmirdim ki, qapıçı o cür kobud səhv edər”

 

Həmsöhbətimiz 27-ci dəqiqədə vurduğu qol və ümumi olaraq oyunla bağlı fikirlərini də soruşduq. Çünki o vaxt klublarımızın səfər oyunları canlı yayımlanmıdı. Heç oyunların videogörüntülərini də göstərmirdilər: “Qol epizodunda Mais Əzimov cinahdan cərimə meydançasına hava ötürməsi verdi. Konkret olaraq mənə ünvanlanan ötürmə deyildi. Amma mövqeyimə uyğun olaraq cərimə meydançasına daxil olmuşdum. Çünki hücumçuların arxasında oynayan futbolçu bu cür epizodlara hazır olmalıdır. Ötürmə zamanı topa qapıçı çıxdı və onu dəf edərkən səhvə yol verdi. Gözləmirdim ki, qapıçı o cür kobud səhv edər. Buna baxmayaraq özümü itirmədim və önümə düşən topu gövdəmlə saxlayıb qapıdan keçirdim. 90 dəqiqəni 1:0 üstün başa vurduq və oyun əlavə vaxtda getdi. Əlavə vaxtın son saniyəsinə kimi bu üstünlüyü saxladıq. 120-ci dəqiqədə qapımızdan top buraxdıq. Amma deyim ki, hakim əlavə vaxtda bir qədər də əlavə etmişdi. Bunu da normal qarşılayıram çünki hakimlər meydança sahiblərinə həmişə simpatiya bəsləyir. Qolu isə cinahdan gələn hava ötürməsindən sonra buraxdıq. Oyundankənar vəziyyətlə bağlı məqama gəlincə, sizinlə danışa-danışa o epizod gözümün önünə gəlir. Sonradan da bu haqda söhbətlər oldu. 100 faiz demək olmaz ki, ofsayd var idi, ya yox. Amma çox üzücü qol oldu. Onu da sizə deyim ki, matçdan sonra finlandiyalı futbolçular gəlib bizi qucaqlayıb təskinlik verdilər”.

 

 

“Alim Qasımov dedi ki, sən mənimlə yox, mən səninlə şəkil çəkdirməliyəm”

 

Musayevlə söhbət  zamanı maraqlı bir faktın da üstünü açmış olduq. Sən demə, həmin oyunu izləmək üçün məşhur muğam ustadımız Alim Qasımov da Bakıdan Finlandiyaya getmiş imiş. Həmsöhbətimiz Qasımovla bağlı maraqlı bir məqamı da bizim diqqətimizə çatdırdı: “Alim Qasımov həm böyük sənətkar, həm də çox gözəl insandır. Bunu Finlandiyada öz gözümlə görüb əmin oldum. Oyundan öncə Alim müəllim də bizə böyük dəstək oldu. Hətta bir zümzümə də elədi. Oyundan sonra otelə qayıdanda gördüm ki, həyətdə dayanıb. Yaxınlaşdım ki, olar sizinlə şəkil çəkdirim? Özü gəlib məni qucaqladı və dedi ki, sən mənimlə yox, mən səninlə şəkil çəkdirməliyəm. Çünki sən Azərbaycanın bayrağını qaldırırsan. İnsandakı sadəliyə baxın da. Belə baxanda, mənim o vaxt 22-23 yaşım var idi. Amma Alim Qasımov o boyda sənətkardı”.

 

 

“Tarixə düşdüyümü xatırlamıram”

 

Musayevə vurduğu qolun tarixə düşdüyünü də xatırlatdıq. Çünki məhz həmin qolun sayəsində avrokuboklarda ilk səfər xalımızı qazanmışıq: “Düzü, tarixə düşdüyümü xatırlamıram. Futbol oynadığımız vaxt belə şeylərə o qədər də əhəmiyyət vermirdik. Həmişə düşünürdük ki,meydançaya çıxıb azarkeşlərimizə sevinc bəxş edək. Təbii ki, bu cür oyunda qol vurduğum üçün də qürur duyuram. Təəssüf ki, həmin oyunda mərhələni keçə bilmədik”.

 

 

“Liverpul”u əldən buraxdıq”

 

Sən demə “Mü Pa 47”-ni keçəcəyimiz halda İngiltərə nəhəngi “Liverpul”u Bakıya gətirəcəkdik: “Səfərdə 1:1 oynasaq da, buna görə mükafat almadıq. Heç bunu tələb etməyə haqqımız da yox idi, çünki mərhələni keçə bilməmişdik. Amma keçsəydik, yaxşı mükafat alacaqdıq. Çünki növbəti mərhələdə “Liverpul”la üz-üzə gələ bilərdik. Təəssüf ki, bu şansı əlimizdən buraxdıq”.

 

Sonda Finlandiyadakı oyunun protokolunu da sizin diqqətinizə çatdırırıq:


“Mü Pa 47” (Ancalankoski, Finlandiya): Petri Yakonen, Yukka Koskinen, Toni Huttunen, Mika Vilyanen, Devid Mur, Yarkko Koskinen, Yuuso Kanqaskorpi (Mauri Keskitalo, 73), Sami Mahilo, Antti Pohja (Yasse Yalonen, 90), Mika Hernesniemi (Con Allen, 22), Tom Emberq.


“Qarabağ” (Ağdam, Azərbaycan): Cəmaləddin Əliyev, Mais Əzimov (Emin Salmanov, 118), Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Bəxtiyar Musayev, Elmir Xankişiyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov, Səttar Əliyev.


Qollar: B.Musayev, 27 (0:1), M.Keskitalo, 120 (1:1)
Vərəqələr: B.Musayev, M.Hüseynov, M.Əzimov, M.İsayev, E.Salmanov – sarı.
Hakim: T.Heyq (Norveç)
Ancalankoski şəhər stadionu. 23 avqust. 3000 tamaşaçı


Maraq üçün onu da qeyd edək ki, “Mü Pa 47” növbəti mərhələdə “Liverpul”a hər iki oyunda uduzaraq mübarizəni dayandırmışdı (0:1, 1:3).

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
Gəncə stadionda yeni meydançaları kim tikəcək?
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

Xəbər Lenti
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
19:54 "Zirə" - "Neftçi" 1:0 - VİDEO
19:21 Ayxan Abbasov: “Bizim konkret büdcəmiz var”
19:13 “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur”
19:00 Dortmund “Borussiya”sında yeni baş məşqçi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.