Ucuz təyyarə biletləri

ShamkirChess2017-nin bağlanış mərasimi keçirildi

Tarix:  01.05.17 20:05           Yazar:             Oxunub: 152 dəfə

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən təşkil olunan ShamkirChess 2017 turnirinin bağlanış mərasimi keçirilib. Rekord.az xəbər verir ki, Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ilk olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edib.

A. Məmmədov 10 gün ərzində Şəmkirdə idman bayram əhvalı yaşandığını bildirib: "Paytaxtdan 400 kilometr məsafədə yerləşən Şəmkir beynəlxalq şahmat yarışına dördüncü dəfə ev sahibliyi edir. Bu, ulu öndər Heydər Əliyevin idmana və idmançılara doğma münasibətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. Bu günlərdə Şəmkirdə əsl idman bayramı yaşandı. Buna görə hər bir şahmatçıya təşəkkür etmək istərdim". 


Yarışın əhəmiyyətindən söz açan Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov artıq dördüncü dəfə keçirilən ənənəvi turnirin uğurla başa çatdığını söyləyib. Respublikada şahmatın inkişafı ilə bağlı görülən işlərdən danışan vitse-prezident bildirib ki, gələn il V “Shamkir Chess 2017” şahmat turnirində də dünyanın tanınmış şahmatçıları mübarizə aparacaq: “2018-ci il turnirin yubiliey ilidir. Bu il biz ikiqat sevinc yaşadıq. Çünki millimizin üzvü Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə turnirin qalibi oldu”.


Gürcüstan Şahmat Federasiyasının Prezidenti Giorgi Giorqadze çıxış edərək Gürcüstan ilə Azərbaycan Şahmat Federasiyaları arasındakı əlaqələrdən danışıb, Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb. Qonaq yüksək təşkilatçılığa görə Synergy Group-a təşəkkür edib.


“Shamkir Chess 2017”nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov çıxışında turnirin yüksək səviyyədə işıqlandırdıqlarına görə bütün media nümayəndələrinə təşəkkürünü bildirib. Turnirin direktoru maraqlı statistik məlumatları açıqlayıb. 10 gün ərzində rəsmi sayt vasitəsilə partiyaları milyona yaxın insanın izlədiyini deyən Fərid Hüseynov yarışla bağlı reportajların Azərbaycanla yanaşı Rusiya və Ukrayna televiziya kanallarında da nümayiş etdirildiyini vurğulayıb. Şəmkirlilərə qonaqpərvərliyə görə minnətdarlığını çatdıran Təşkilat Komitəsinin sədri yarışın qalibi Şəhriyar Məmmədyarovu təbrik edib.


Diqqətə çatdırılıb ki, 2010-cu ildə yaradılan “Synergy Group” özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda təhsilin, idmanın inkişafına və eyni zamanda, ölkəmizin dünyada tanınmasına töhfəsini bundan sonra da davam etdirəcək.


Vüqar Həşimovun qardaşı Sərxan Həşimov çıxış edərək ardıcıl dördüncü dəfə baş tutan yarışın təşkilatçılarına təşəkkürünü bildirib. Vüqar Həşimovun oyun üslubuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə Təşkilat Komitəsinin sədri Fərid Hüseynova çox sağ ol deyib.Sonra Vüqar Həşimovun ailəsi tərəfindən təsis olunan mükafat əzmkar mübarizəylə yadda qalan hindistanlı şahmatçı Pentala Harikrişnaya və yüksək təşkilatçılığa görə Təşkilat Komitəsinin sədri Fərid Hüseynova təqdim edilib.


Sonda yarışın baş hakimi Faiq Həsənov yekun nəticələri elan edib. ShamkirChess 2017 turnirinin direktoru Fərid Hüseynov ardıcıl ikinci dəfə Vüqar Həşimov Memorialında birinci yeri tutan Şəhriyar Məmmədyarova qalib üçün hazırlanan kuboku təqdim edib.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib
Millimizin sabiq üzvü futbol məktəbi açdı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.