Ucuz təyyarə biletləri

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Formula 1 ərəfəsində Bakıda konsert verəcək

Tarix:  02.05.17 22:05           Yazar:             Oxunub: 79 dəfə

Dünyaca məşhur ulduzlar iyunun 24-də, şənbə günü axşam saatlarında səhnəyə çıxaraq Formula 1 azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər. 


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə elan edir ki, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu 2017 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcək. İyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə “The Black Eyed Peas” qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn Formula 1 azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unuzulmaz gecə yaşadacaqlar. 

Sıralanma turundan sonra Bakıda səhnəyə çıxacaq Nikol Şerzinger dünyada ən çox sevilən müğənnilərdəndir. O, “Pussycat Dolls” qrupunun solisti olan zaman bu qrupun “Grammy” musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo ifaçısı kimi olmaqla ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekord göstəriciyə yiyələnmişdi.

“Pussycat Dolls” qrupu isə ümumilikdə 57 milyon albom sataraq bu göstərici ilə dünyanın ən qabaqcıl musiqi qruplarından birinə çevrilmişdi.

Müğənni Şerzinger ötən ilin yayında çəkilişi baş tutan “Dirty Dancing” musiqili filminin yeni versiyasında “Penny” rolunda çıxış edib və bu filmin yaxın zamanlarda ABC telekanalında yayımlanacağı gözlənilir. Həmçinin, Şerzinger Neil Patrik Harrislə bir araya gələrək NBC telekanalında tamaşaçılara təqdim olunacaq “Neil Patrik Harrislə ən gözəl anlar” adlı verilişdə də aparıcılıq etmişdir. 

Bundan başqa, Şerzinger “X Factor” verilişinin həm ABŞ, həm də Böyük Britaniyada yayımlanan versiyalarının jüri heyətində yer alıb. Son zamanlar Şerzingerin ən böyük uğurlardan biri onun “Lorens Olivier” mükafatına yiyələnməsidir. O, buna  Endryu Loyd Veberin “Cats” (“Pişiklər”) musiqili əsərində ilk dəfə canlandırdığı “Grizabella” obrazındakı çıxışına görə layiq görülüb. Həmçinin Şerzinger Veberin bəstələdiyi məşhur “Memory” mahnısını özünəməxsus tərzdə ifa edib və bu ifanı Veber “öz musiqi əsərlərinin ən yaxışısı” kimi qiymətləndirib. 

Musiqi Şerzingerin həyatında ən çox sevdiyi iş olaraq qalmaqda davam edir. Tanınmış müğənni son vaxtlar yeni mahnılar üzərində çalışır və həmçinin BMT Fondunun təşəbbüsü çərçivəsində xeyriyyə məqsədi ilə yazılan “Love Song to the Earth” (Dünya üçün sevgi mahnısı) mahnısı ilə əlaqədar olaraq Paul Makkartni, Con Bon Covi, Şeril Krou və Förqi ilə yanaşı, İtaliya klassik musiqisinin təmsilçilərindən olan Andreya Boçelli ilə də əməkdaşlıq edir. Bu mahnı iqlim dəyişikliyinə diqqəti cəlb etmək məqsədi ilə ərsəyə gətirilib və buradan əldə olunan vəsaitin hamısı “Friends Of The Earth” (Dünyanın dostları) təşkilatlar qrupuna və BMT Fonduna təqdim olunacaq. 

Bundan başqa, Nikol Şerzinger əyləncə sektorundan kənarda UNICEF-in səfiri və Xüsusi Olimpiyadaların beynəlxalq səfiri kimi də fəaliyyət göstərməkdədir.  

Bakıda şənbə gecəsi Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, dünyaca ən məşhur və ən yenilikçi qruplardan biri olan “The Black Eyed Peas” qrupu çıxacaq və canlı konsert proqramı ilə musiqili gecəyə yekun vuracaq. Çox dinlənən bir və ya iki mahnıya sahib olmaq davamlı dəyişən musiqi sektorunda uğurlu karyeraya üçün əsas sayıla bilər. Lakin bu baxımdan “The Black Eyed Peas” qrupu istisna təşkil edir. Bu qrupda yer alan ulduzlar özlərini ABŞ-ın “West Coast” tərəfində ən çox sevilən rep nümayəndələrindən dünyanın dörd bir yanından mahnıları eşidilən beynəlxalq miqyaslı müğənnilərə çevirə biliblər. 

Onların uğur yolu belə olub: hər dəfəsində əvvəlkindən daha innovativ albom ərsəyə gətiriblər və nəticədə sonradan çıxarılan albomlar öncəkilərdən daha çox yayılıb. Bu yolla “The Black Eyed Peas” qrupunun ulduzları will.i.am, Fergie, Taboo və apl.de.ap özlərinin sayca altıncı olan “The Beginning” adlı albomunu satışa buraxıblar. 

“The Beginning” (Başlanğıc) albomu bu qrupun 2009-cu ildə ərsəyə gətirdiyi “The E.N.D” (Son) adlı albomu tərzindədir və bu köhnə albom onların ən məşhur və ən kreativ albomu hesab olunur.  Onları dünya ulduzlarına çevirən “The E.N.D” albomu bütün dünyada 11 milyondan çox satılıb və “Billboard Top 200” cədvəlində 1-ci yerə çıxıb. “The E.N.D” albomuna daxil olan 5 sinqlı Top 10-luğa daxil olub (son 20 il ərzində bu uğura sahib ilk albomdur) və ilboyu həmin cədvəldə yüksək yerləri qoruyub saxlayıb. Bu uğur həmin qrupa 3 yeni Grammy mükafatı qazandırıb və qrup ümumilikdə indiyədək 6 dəfə Grammy mükafatına yiyələniblər. Bu günə qədər onların mahnılarının satışı 29 milyonu keçib və üstəlik həmin mahnılar rəqəmsal formada 30 milyondan çox satılıb.  29 ölkədə ümumilikdə 300 gündən çox müddəti əhatə edən və 29 ölkədə baş tutmuş konsertlərdə 3 milyondan çox tamaşaçı iştirak edib.  

BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək həddə sevindirir və qürurlandırır. “The Black Eyed  Peas” qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdır və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardır. Musiqi ilə Formula 1 hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır.

Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən 2017 Formula 1 Azərbaycan Qran Prisini qaçırmaq olmaz və biz iyun ayında Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşğusunu birlikdə yaşamaq üçün hamınızı indidən səbrsizliklə gözləyirik”. 

Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü -  iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar Formula 1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı Formula 1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər. 
2017 Azərbaycan Qran Prisinə bilet satışları davam edir!

Yarış həyəcanını yerində canlı yaşamaq istəyənlərə 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif növ biletlər təklif olunur. 2-16 yaş qrupunda olan azarkeşlər üçün endirimli qiymətə “Azyaşlı” biletləri satışdadır. 


Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə iki aydan az müddətin qaldığı ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 ictimaiyyətinə müraciət edərək onları biletləri indidən almağa və 2017-ci ildə Bakıda birlikdə yarışı izləməyə dəvət edir. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO

Xəbər Lenti
20 Oktyabr 2017
16:29 Nizami Hacıyev "Səbail"ə qarşı oynayacaq?
16:06 Azərbaycan çempionu yenidən Çin klubunda
16:00 Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
15:47 "İnter" "Keşlə" oldu - FOTOLAR
15:23 "Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
15:00 MOİK rəhbərliyi baş məşqçinin istefasını qəbul etmədi
14:40 Bakıda voleybol məşqçiləri üçün seminar keçiriləcək
14:21 Bakıda FİFA-nın sammiti keçiriləcək
14:00 İspaniyanın məşhur saytı "Qarabağ"ı erməni klubu kimi təqdim etdi - FOTO
13:41 Yığmamızın üzvləri AÇ-də bürünc medal qazandılar
13:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
13:00 AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!
12:43 3-cü turun hakim təyinatları açıqlandı
12:21 Əvəzedicilərin yarışı: 9-cu turun hakim təyinatları
12:00 "İnter"in yeni formalarını Zaur Axundov özü alacaq - ÖZƏL!
11:41 Birinci Divizionda 4-cü turun hakimləri bilindi
11:20 Premyer Liqada 9-cu turun hakim təyinatları
11:00 "İnter"in başı yenidən bəlada: stadiondan çıxardırlar
10:30 Əliyar Ağayev Avroliqa matçında erməni futbolçunu cəzalandırdı
10:00 Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
09:15 "İnter" "Səbail"ə qarşı - YENİLƏNİR
02:57 Avropa Liqası: bugünkü bütün oyunların nəticələri
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
18:00 "NTV Spor": Bakıda tarixi axşam
17:40 Çevik Polis Alayında cüdo zalının açılış mərasimi keçirilib
17:21 “Neftçi” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir - VİDEO
17:00 Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
16:46 “Qarabağ”ı “fərqləndirən” məqamlar
16:20 “Qəbələ” təmsilçiləri "Спортивна середа" verilişində - VİDEO
15:49 "Qarabağ"ın tarixi oyununda olan və olmayanlar üçün... - VİDEO
15:19 “Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi?
15:00 Bakı Gəmiqayırma Zavodu "Səbail" kömək etmir?
14:45 Avropa Liqası: Bu gün 24 oyun oynanılacaq
14:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi: "Qarabağ"a qarşı haqsızlıq edildi"
14:00 Novruz Məmmədov fransız hakimin qərarını şərh etdi: "İdmanda da Azərbaycanı sıxışdırırlar"
13:45 Avropa Liqası: bugünkü oyunlara necə baxaq?
13:21 Ndlovunun uğursuz yubileyi və ya 75-ci heç-heçə
13:00 Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
12:41 “Qarabağ”ın 10-cu zəfəri
12:21 Polina – 22, Odina – 17, Yana - 7
12:00 "Sabah" Binədə müvəqqəti oynayır
11:49 "Atletiko"nun futbolçusu: "Məşqdə etdiyimizi meydançada göstərə bilmirik"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.