Ucuz təyyarə biletləri

Vaqif Sadıqov: “APOEL”in baş məşqçisi demişdi ki, “Neftçi”ni 5:0 udacağıq” - YAZI + TARİXİ FOTOLAR

Tarix:  07.05.17 15:05           Yazar:  Rekord.az           Oxunub: 1048 dəfə

Azərbaycan futbolunun tarixinə düşmüş oyunlar və həmin oyunların qəhrəmanlarından bəhs edən layihəmizin ikinci yazısını sizə təqdim edirik. Bu dəfə sizinlə 22 il öncəyə, 1995-ci ilə səyahət edəcəyik. Həmin il klublarımızın avrokuboklarda ilk xalını qazanması ilə yadda qalmış, müəllifi isə “Neftçi” olmuşdu. Paytaxt klubu Kuboklar Kubokunun ilkin təsnifat mərhələsininin cavab oyununda Cənubi Kiprin APOEL klubu ilə 0:0 oynayaraq tarix yazmışdı. Həmin xalın memarı isə hazırda AFFA-da fəaliyyət göstərən Məşqçilər Şurasının sədri Vaqif Sadıqov olub. Elə mövzu ilə bağlı danışarkən də həmsöhbət qismində onu seçdik. Sadıqovun 22 il öncəki oyunla bağlı xatirələrini bir qədər sonra sizinlə bölüşəcəyik. Öncə “Neftçi”nin avrokuboklara gedən yoluna qısa nəzər salaq. 

 

 

Qalmaqallı kubok və avrokuboklarda debüt


1994-95-ci il mövsümü “Neftçi” üçün fərqli mövsüm idi. Komandaya o vaxt “RİAD” firmasının sahibi mərhum Rasim Rəfiyev sponsorluq edirdi. Klub oyunlara da qabağında sponsorun adı yazılmış formalarda çıxırdı. Bu isə o dövr Azərbaycan futbolunda bir ilk idi. Komandanın qarşısına da çempionluq hədəfi qoyulmuşdu. Çünki ilk müstəqil çempionatımızın qalibi olandan sonra “Neftçi” bu titulu təkrarlaya bilməmişdi. Çempionluğu 1993-də “Qarabağ”, 1994-də isə “Turan” qazanmışdı. Nəhayət 1995-ci ildə “ağ qaralar” yenidən çempionluq sevinci yaşamaq istəyirdi. Komandaya futbolçu karyerasını yenicə başa vurmuş, yeni peşəsi üçün yetərincə gənc olan Vaqif Sadıqov baş məşqçi təyin olundu. Bundan başqa, heyətə yeni futbolçular cəlb olunmuşdu. Bir sözlə, hədəf çempionluq idi. Lakin mövsümün gedişində vəziyyət dəyişdi. “Neftçi” bir ara liderlik mövqeyinə yüksəlsə də, sonradan orda duruş gətirə bilmədi və yerini “Kəpəz”ə verdi. Sonradan ikinci yerdə də duruş gətirə bilmədi və o yeri də “Turan”a verdi. Beləliklə, mövsümü 3-cü pillədə tamamlayan bakılılar çempionluq istəyini reallaşdıra bilmədi. Amma komandanın avrokuboklara yollanması üçün şansı qalırdı. Çünki UEFA 1995-96-cı il mövsümündən etbarən Azərbaycana avrokuboklarda iki yer ayırdı. Çempionla bərabər, ölkə kubokunu qazanan komanda da Avropaya yollana biləcəkdi. “Neftçi”nin də belə şansı var idi. Komanda çempionatdan fərqli olaraq, kubokda uğurlu çıxış edərək finala qədər gəlib çıxa bilmişdi. Buradakı rəqib də münasib idi – “Kür Nur”. Amma Mingəçevir təmsilçisi də həmin mövsüm pis təsir bağışlamırdı və onlar da kuboku götürməyə iddialı idilər. Di gəl ki, finala bir neçə gün qalmış əsl həngamə baş verdi. O vaxt “Kür Nur”un heyətində oynayan Samir Ələkbərovla AFFA-nın o vaxtkı rəhbərliyi arasında problem yarandı. İddialara görə, Samir Mingəçevirə “Neftçi”dən getmişdi. Bakılılar isə final ərəfəsində Samirin “Kür Nur”la qanunsuz müqavilə bağladığını əsas gətirərək onun finalda oynamamasını tələb etmişdi. AFFA da “Neftçi” deyəni deyib oyun günü belə bir qərar açıqladı ki, Samir finalda oynaya bilməz. Təbii ki, bu qərar “Kür Nur” üçün böyük şok oldu. Çünki komandada bütün oyunu Samirin üzərində qururdu və ona ümidlər böyük idi. Oyun günü belə bir qərarın verilməsi Mingəçevir klubunun futbolçularına psixoloji cəhətdən böyük zərbə oldu. Bundan başqa, o vaxt “Kür Nur” tərəfi matçın Bakıda oynanılmasına da etiraz edirdi. Çünki “Neftçi” faktiki ev sahibi olurdu və bu da onlara əlavə üstünlük verirdi. Lakin mingəçevirlilərin bu etirazına da baxan olmadı. Beləliklə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan final görüşü “Neftçi”nin 1:0-lıq qələbəsi ilə başa çatdı. Oyunda yeganə qolu matçın son dəqiqələrində Yunis Hüseynov vurmuşdu. Bu qolla da kuboku qazanan bakılılar Kuboklar Kuokunda oynamaq hüququ qazandılar. Bu, eyni zamanda “Neftçi”nin avrokuboklarda debütü idi.

 

 

Türk düşməni rəqib


Tarixində ilk dədə avrokuboklara qatılan “Neftçi”nin püşkdə bəxtinin gətirdiyini demək olmazdı. Düzdür, o dövr futbolumuzun səviyyəsi aşağı idi, avrokuboklarda yeni-yeni oynadığımızdan beynəlxalq təcrübəmiz də yox idi və istənilən rəqib bizim üçün ciddi sayılırdı. Lakin məhz APOEL-in düşməsinin prinsipiallığı başqa idi. Çünki bu klub Cənubi Kipri təmsil edirdi. Bu ölkənin türklərlə münasibəti yaxşı deyildi. Azərbaycan da Türkiyəyə yaxın ölkə olduğundan hər hansı bir formada təzyiqin olacağı gözlənilən idi. Üstəlik, Cənubi Kiprdə kifayət qədər erməni yaşayır. Təəssüf ki, gözlənilən təhlükəni yaşadıq və “Neftçi” üçün Cənubi Kipr səfəri əsl cəhənnəm oldu.

 

 

“Oyun yenicə başlamışdı ki, azarkeşlər Türkiyə bayrağına od vurdu”

 

Yazının bu yerində Vaqif Sadıqovu da qiyabi olaraq mövzuya qoşmaq istəyirik. Həm komandanln baş məşqçisi olub, həm də orda olanları öz gözləri ilə görüb. Sadıqov təəssüratlarına bu cür başladı: “Həmin il “Neftçi” ilk dəfə idi avrokuboklarda iştirak edirdi. Bizdən əvvəl “Turan” oynamışdı və səviyyə fərqini görmüşdük. Bu mənada bilirdik ki, bizə çox çətin olacaq. Oyuna ciddi hazırlaşmışdıq. Sağ olsun, klub rəhbərliyi də bacardığı qədər yüksək səviyyədə şərait yaratmağa çalışmışdı. Hətta o vaxt Cənubi Kiprə də çarterlə getmişdik. Orada da ən yaxşı otellərdən birində qalmışdıq. O ki, qaldı yaşanan xoşagəlməz olaylara, bunlar tamam başqa mənzərə idi. Hava limanına çatar-çatmaz üzərimizdəki təzyiqi hiss eləməyə başladıq. Stadiona daxil olanda bu daha aşkar göründü. Azarkeşlərin böyük təzyiqi var idi, komandamıza söz atır, söyürdülər. Amma mən uşaqlara ürək-dirək verərək paltardəyişmə otağına apardım. Bununla belə, hər nə qədər olmasa da, o təzyiq futbolçulara da təsirsiz ötüşmədi. Üstəlik, oyun yenicə başlamışdı ki, azarkeşlər tribunada Türkiyə bayrağına od vurdular.  Təbii ki, bu cür mənzərəni görən futbolçunun oyuna köklənməsi də çətin məsələ idi. Baxmayaraq ki, mən fasilədə futbolçulara "bu yaşananlar əksinə, sizə əlavə güc, motivasiya verməlidir” demişdim..

 

 

“Kaş oyunun kasetini verərdim baxardınız”

 

Sadıqovun sözlərinı görə, komanda səfərdə heç də pis oynamamışdı. Bəs elə isə böyük hesablı məğlubiyyətin səbəbi nə idi? Həm söhbətimiz həm ilk matçı təhlil etdi, həm də nəticəni: “Təəssüf ki, ilk matçda 0:3 hesabı ilə uduzduq. Ancaq deyərdim ki, hesab oyuna görə deyildi. Biz o cür hesaba layiq deyildik. Komandamız səfərdə çox yaxşı futbol oynamışdı. Məni çoxları praqmatik məşqçi kimi tanıyır. Amma mən belə, həmin oyunda hücum taktikası seçmişdim. Qol vurmaq üçün xeyli imkanlarımız da oldu. Nazim Əliyevin, Vyaçeslav Lıçkinin, Yunis Hüseynov... Təəssüf ki, həmin imkanlardan istifadə edə bilmədik. Komandamızda gənc futbolçularla bərabər təcrübəliləri də olmasına baxmayaraq, mən bunu təcrübəsizliklə bağlayardım. Çünki yaş təcrübəsi ilə beynəlxalq təcrübə fərqli-fərqli şeylərdi. Bizim ən zəif nöqtəmiz məhz beynəlxalq təcrübənin azlığı idi. Ona görə də real qol epizodları əldə etsək də, boşa verdik. Kaş oyunun kasetini verərdim baxardınız. O zaman özünüz də gözünüzlə görərdiniz ki, “Neftçi” necə futbol oynamışdı. Halbuki rəqibin heyətində güclü futbolçular çıxış edirdi, bəziləri öz ölkələrinin milli komandalarında oynayırdılar. İki nəfər Bolqarıstan millisinin üzvləri idi. Mən sizə oradakı oyundan əvvəl keçirilən mətbuat konfransında yaşanan bir məqamı deyim. APOEL-in baş məşqçisi bolqar Xristo Bonev idi. Həmin məşqçi oyundan qabaq keçirilən mətbuat konfransında demişdi ki, “Neftçi”ni 5:0 udacağıq. Amma oyundan sonra özü də gördü ki, “Neftçi” onun düşündüyü qədər də asan rəqib deyil”.

 

 

“Tarixə düşmək böyük qürurdu”


Həmsöhbətimiz Sumqayıtdakı cavab oyunu haqda da təəssüratlarını bölüşdü: “O vaxtlar indiki kimi ölkə xaricində toplanış keçmək imkanımız yox idi. Bütün hazırlıqlar ölkə daxilində olurdu. Amma dediyim kimi, klub rəhbərliyi bütün imkanları yaratmışdı ki, oyuna yaxşı hazırlaşaq. Təsəvvür edin, buradan Kiprə azarkeş də aparmışdıq. Yəni klub rəhbərliyi bu imkanı da yaratmışdı. O ki qaldı cavab oyununa, meydançaya qələbə üçün çıxmışdıq. Ən azı qələbə qazanmaqla azarkeşlərimizi sevindirmək istəyirdik. Cavab oyununda da yaxşı futbol oynamışdıq. Üstünlük tamamilə bizim tərəfimizdə idi. Lakin təəssüf ki, qələbə qazana bilmədik. Bununla belə, 0:0-lıq heç-heçə klub tariximizdə qazandığımız ilk xal oldu. Bu xal mən deyərdim ki, elə bizim sonradan gələn uğurlarımızın da təməlini qoydu. Sizə də sağ ol deyirəm ki, bu cür tarixi oyunları illər sonra yada salıb xatırlayırsınız. Belə götürəndə böyük tarix də deyil. Amma istənilən halda tarixdi. Bu tarixdə mənim də izim olduğu üçün çox sevinirəm”.

 

 

Sadıqovdan 0:0-lıq heç-heçəyə görə mükafat olub-olmadığını da soruşduq. Həmsöhbətimiz bildirdi ki, heç bir mükafat olmamışdı: “Mərhələni keçə bilməmişdik. Oyun da 0:0 bitmişdi. Buna görə dəqiq bilirəm ki, mükafat da olmamışdı. Həm də o vaxt bizim gözümüzdə mükafat, pul yox idi. İlk növbədə xalqımız üçün oynayırdıq ki, qələbə qazanıb onları sevindirək”.

 

Sonda qeyd edək ki, Sumqayıtdakı cavab oyununa azarkeşlərimiz də ciddi hazırlaşmışdı. Cənubi Kiprdə baş verənlərdən də hər kəsin xəbəri var idi. Mehdi Hüseynzadə adına stadionda oyun günü boş yer yox idi. İlk hissəsinin əvvələrində azarkeşlərimiz Kiprdə yaşananlara cavab olaraq, Ermənistan bayrağına od vurdular. APOEL-in qapıçısı Petridis bayraqdan qalxan tüstünü həyəcanla izləmişdi. Çünki bayrağın yandırıldığı tribuna ona daha yaxın idi. Lakin polislər dərhal hadisəyə müdaxilə eləyib bayrağın sona qədər yanmasına imkan vermədi və onu söndürdü. Bu zaman isə başqa bir azarkeş qrupu böyük Türkiyə bayrağını stadiona gətirib onu tribunaya çıxardılar. Bayraq dəniz istiqamətində yerləşən qapı arxası sektorda matçın sonuna qədər dalğalandı. 


Sonda həm Cənubi Kiprdə, həm də Sumqayıtda keçirilən oyunların protokollarını sizə təqdimedirik: 

APOEL – “Neftçi” 3:0
APOEL:
 Petridis, Aristokleous, Karalambous, Kristodolou, Saruris, Kozma, Antoniou, Kovaç, Sotiriou, İoannou, Hadjiloukas
“Neftçi”: Elxan Həsənov, Vüqar İsmayılov, Mehman Yunusov, Vyaçeslav Lıçkin, Mirbağır İsayev, Yunis Hüseynov, Yaşar Vahabzadə, Bəxtiyar Musayev, Nazim Əliyev, Samir Ələkbərov
Hakim: Keri Riçards (Uels)
Qollar: Antoniou, 18; İoannou, 44, 66
10 avqust, 1995-ci il.  Nikosiya

 

“Neftçi” – APOEL 0:0
“Neftçi”:
 Elxan Həsənov, Vüqar İsmayılov, Mehman Yunusov, Arif Əsədov, Vyaçeslav Lıçkin, Mais Əzimov, Yunis Hüseynov, Yaşar Vahabzadə, Bəxtiyar Musayev, Nazim Əliyev, Samir Ələkbərov
APOEL: Petridis, Aristokleous, Karalambous, Kristodolou, Saruris, Kozma, Antoniou, Kovaç, Sotiriou, İoannou, Hadjiloukas
Hakim: Dan Dragos Krakiun (Rumıniya)
24 avqust. 1995. Sumqayıt, Mehdi Hüseynzadə adına stadion

 

 

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ"ın ÇL-dəki uğuru Türkiyə kanalında müzakirə olundu - VİDEO
I Divizion klubunda gözlənilməz istefa!
I Divizionda yarışacaq "Vətən"nin sponsoru kim olacaq?
Araz Abdullayevin maaşını kim ödəyəcək?
"Qəbələ"dən Qriqorçuka görə gedib
Ramin Musayev Sumqayıtda buna görə xəcalət çəkmişdi - FOTOLAR
"Turan Tovuz"un bombardiri MOİK-lə müqavilə bağladı!
"Qarabağ" - "Kopenhagen" 1:0 - VİDEO
"Neftçi" azarkeşlərini necə aldatdı?
Elxan Abdullayev söydüyü azarkeşi hədələdi: "Lazım gəlsə, biabır edərəm"

Xəbər Lenti
17 Avqust 2017
13:21 Dieqo Simeonenin oğlu rəsmən "Fiorentina"da
13:00 "Səbail"in hakimi döyən rəsmisi danışıdı - MÜSAHİBƏ
12:40 Premyer Liqa klubundan rekord məbləğə transfer
12:22 2-ci turun oyun cədvəli açıqlandı, "Kəpəz"in "Zirə"ni qəbul edəcəyi stadion məlum oldu
12:21 "Real" "Barselona"ya doğma meydanda da qalib gəldi - VİDEO
12:00 Bakıda daha bir klub yaradıldı: I Divizionda oynayacaq
11:42 Sadio Super Liqa klubu ilə müqavilə imzaladı
11:21 "Qarabağ"ın qapıçısı milli komandaya çağırıldı
11:00 "Qarabağ"ın qələbəsi türk telekanallarında - VİDEOLAR
10:40 Millimiz Sarayevodakı 2-ci sınağından məğlub ayrıldı
10:20 "Başakşəhər" "Sevilya"ya ev oyununda uduzdu
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
00:00 "Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi
16 Avqust 2017
23:30 Avropa Liqası: “Zenit” “Utrext”ə məğlub oldu
20:00 "Yuventus"dan daha bir transfer
19:00 Futbolçularımızın klubuna azarkeş qadağası
18:40 Novruz Məmmədovun zədəsi ciddi deyil
18:21 Boatenq ilə yollar ayrıldı
18:00 Elxan Abdullayev söydüyü azarkeşi hədələdi: "Lazım gəlsə, biabır edərəm"
17:40 Bakka rəsmən La Liqa klubunda
17:26 "Qarabağ" Çempionlar Liqasının qrupuna düşsə nə qədər qazanacaq?
17:00 "Neftçi" "Asan xidmət"lə vidalaşdı
16:52 I Divizion klubunda gözlənilməz istefa!
16:41 Məmmədov ÇL matçına təyinat aldı
16:20 AGF millimizin baş məşqçisi ilə yolları ayırdı
15:57 Üç saniyəlik xoşbəxtlik
15:41 PSJ-dən Premyer Liqa klubuna
15:20 "Qarabağ"ın ÇL-dəki uğuru Türkiyə kanalında müzakirə olundu - VİDEO
15:00 "Qəbələ"dən Qriqorçuka görə gedib
14:41 UEFA-dan Elçin Səmədliyə yeni təyinat
14:21 Azərbaycan DÇ-də 7 qadın güləşçi ilə təmsil olunacaq
14:00 I Divizionda yarışacaq "Vətən"nin sponsoru kim olacaq?
13:40 Avropanın ən yaxşısı bu 3 qadın futbolçudan biri olacaq
13:22 A Seriyasından La Liqa klubuna
13:00 "Turan Tovuz"un bombardiri MOİK-lə müqavilə bağladı!
12:40 Premyer Liqada klubunu dəyişdi
12:21 Super Liqa klubu daha bir hücumçu transfer etdi
12:00 Azərbaycan millisini və klublarını çalışdırmış məşqçi Türkiyə klubunda
12:00  Almeyda: "İşimizi bitirməmişik" - MÜSAHİBƏ
11:41 Avropanın ən yaxşısı adına 3 namizəd
11:21 "Qarabağ" - "Kopenhagen" 1:0 - FOTOLAR
11:00 "Neftçi" azarkeşlərini necə aldatdı?
10:30 "Qarabağ" qalib gəldi, Azərbaycan UEFA reytinqində yerində saydı
15 Avqust 2017
23:55 Maksim Medvedev: "Bu gün tək biz yox, bütün Respublika oynayırdı" - MÜSAHİBƏ
23:33 Mahir Mədətov: "Qol vuracağımı gözləmirdim" - MÜSAHİBƏ
23:05 "Binə" Gürcüstan klubuna məğlub oldu
23:00 Qurban Qurbanov: "Şanslar bərabərdir"
22:50 "Kopenhagen"nin baş məşqçisi "Qarabağ"ı favorit sayır
22:10 "Qarabağ" - "Kopenhagen" 1:0 - VİDEO
21:54 "Qarabağ" "Kopenhagen"i məğlub yola saldı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.