Ucuz təyyarə biletləri

Meray Keri Formula 1-in son günü Bakıda canlı konsert verəcək

Tarix:  08.05.17 14:05           Yazar:             Oxunub: 90 dəfə

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkə ictimaiyyətinə böyük məmnuniyyətlə elan edir ki, mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib Meray Keri Bakıya toplaşmış avtoidman həvəskarlarına 2017 Formula 1 Azərbaycan Qran Prisinin podium mərasimindən sonra dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək. Rekord.az xəbər verir ki, karyerasının zirvəsində olduğu bir dövrdə Las Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya təşrif buyuracaq dünya ulduzu Meray Keri yarış başa çatdıqdan sonra Bakıda ən məşhur mahnılarını ifa edərək Formula 1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq. 


Müğənnilik karyerasında ifa etdiyi möhtəşəm mahnıları ilə ABŞ-da 18 dəfə ən yüksək pillədə yer alan Meray Keri Bakıda ona dünya şöhrəti qazandırmış bu mahnılarından “Hero”, “Fantasy”, “Always Be My Baby”, “We Belong Together” və başqalarını səsləndirəcək. 


Dünya pop-ulduzu Meray Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Meray Keriyə ABŞ-da “Nömrə-1” ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. “Fantasy”, “Always Be My Baby”, “Hero”, “Touch My Body”, “One Sweet Day” və “We Belong Together” kimi mahnıların sözlərini yazan Meray Keri öz mahnıları ilə dünya şöhrəti qazanmış ən məşhur solo ifaçı hesab olunur.  


Sahib olduğu beş oktav səs gücü və peşəkar yanaşması ilə Meray Keri müasir pop müsiqisinə yeni çalarlar gətirib. İfaçı, mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə “Grammy” mükafatına, 21 dəfə Amerika Musiqi Mükafatına, “Billboard”-ın “Son Onilliyin Ən Yaxşı Müğənnisi” makafatına, “Minilliyin Ən Çox Mahnı Satan Qadın Müğənnisi” ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə “BMI”-in “İkona” Mükafatına layiq görülüb. 


Meray Kerinin mahnıları dünyada hər zaman ən çox dinlənənlər arasında yer alıb və onun verdiyi konsertlərdə hər dəfə tamaşaçılar arena və stadionları ağzınacan doldurublar. Sahib olduğu hərtərəfli istedadı ona dünya miqyasında milyonlarla azarkeş qazandırıb və o bu özəllikləri ilə musiqi dünyasına mükəmməlliyə dair yeni standartlar gətirən sənətçi kimi tarixdə adını yazdırıb.  

Meray Kerinin şöhrəti sadəcə musiqi ilə məhdudlaşmır, o həm də kino sahəsində şəxsi bacarıq və qabiliyyətlərini sınayıb. İndiyədək bir sıra filmlərdə, o cümlədən “Precious” (2009) və “The Butler” (2013) kinolarında rol alıb və “A Christmas Melody” (2015) televiziya filmində isə rejissorluq edib.  


Konqres mükafatçısı Meray Keri öz vaxtı və enerjisini xeyriyyə məqsədilə keçirilən bir sıra işlərə də həsr edib. O, “Save the Music”, “Make-A-Wish Foundation”, “World Hunger Relief” və “Elton John AIDS Foundation” kimi müxtəlif fondlar üçün xeyriyyə məqsədilə konsertlər verib. Meraya Keri “Fresh Air” Fondu ilə birlikdə ağır şərait içərisində yaşayan uşaqların gələcək karyeralarının düzgün istiqamətdə qurulmasına dəstək göstərən “Camp Mariah” proqramını təsis edib.  


Bu il keçirilən Azərbaycan Qran Prisinin sonuncu günündə Bakıda səhnəyə çıxacaq dünya ulduzunun adının açıqlanmasına BŞH-nin icraçı direktoru Arif Rəhimovun münasibəti belə olub: “Biz musiqi tarixində ən böyuk uğur qazanmış xanım müğənnini Bakıda baş tutan ikinci Formula 1 yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meray Keri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir. Onun ən çox sevilən mahnılarını ifa edəcəyi konsert proqramında iştirak etmək həqiqətən də böyük bir ayrıcalıqdır və bu tədbir mövsümün ən möhtəşəm və ən baxımlı Formula 1 həftəsonunu ən gözəl şəkildə yekunlaşdıran mükəmməl bir final olacaq. Biz bu tədbiri bütün dünya ilə birlikdə yüksək səviyyədə qeyd etməyə hazırıq və hamını bu yay Bakıda bizimlə birgə olmağa dəvət edirik!”


Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcək. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü -  iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar Formula 1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı Formula 1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər. 
2017 Azərbaycan Qran Prisinə bilet satışları davam edir!


Yarış həyəcanını yerində canlı yaşamaq istəyənlərə 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif növ biletlər təklif olunur. 2-16 yaş qrupunda olan azarkeşlər üçün endirimli qiymətə “Azyaşlı” biletləri satışdadır. 


Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə iki aydan az müddətin qaldığı ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 ictimaiyyətinə müraciət edərək avtoidman həvəskarlarını biletləri indidən almağa və bu yay Bakıda baş tutacaq növbəti Formula 1 yarışını birlikdə izləməyə dəvət edir.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
Sumqayıtın uğurlu “Uğur”u!
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
"Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
"Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!

Xəbər Lenti
24 Avqust 2017
01:20 "Qarabağ"ın tarixi qələbəsi - VİDEO
01:12 Çempionlar Liqasında pley-offa yekun vuruldu
01:07 "Qarabağ"ın qələbə selfiesi - FOTO
00:56 "Qarabağ"ın Çempionlar Liqasının qrupundakı rəqiblər nə vaxt bilinəcək?
00:35 "Qarabağ" ÇL-in qrup mərhələsində!
23 Avqust 2017
23:51 "Qarabağ"da planlaşdırılmamış əvəzləmə
23:30 Samir Məsimov oynamadı, "Fakel" mərhələ adladı
22:30 Nəsirov oynadı, "Sportinq" qələbə qazandı
22:01 "Kopenhagen" - "Qarabağ": Heyətlər açıqlandı
21:49 "Kopenhagen" - "Qarabağ" - CANLI YAYIN
20:00 "Atletiko"nun hakimi söyən futbolçusu cəzalandı
19:30 "Qəbələ" Koreyaya yollanır
19:00 Qadın güləşçilərimizin DÇ-yə startı uğursuz oldu
18:40 Runi milli karyerasını başa vurdu
18:21 "Kəpəz"in legionerlərinin son durumuna aydınlıq gəldi
17:30 Almaniya klubundan İngiltərə təmsilçisinə
17:00 Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
16:21 Taekvondoçumuz Taypeydə qızıl medal qazandı
15:40 Portuqaliya millisinin üzvü Moskva "Lokomotiv"ində
15:29 Yığmamızın vəsiqə qazandığı mundialın təsnifatında pley-off mərhələsinə start verilib
15:21 Əvəzedicilərin çempionatı: 3-cü turun oyun cədvəli bəlli oldu
15:00 Millimizin Norveç və San Marino ilə oyunlarına 25 futbolçu çağırıldı
14:42 “Qarabağ” “Kopenhagen”lə duelə hazırdı - VİDEO
14:21 Premyer Liqada 3-cü turun oyun cədvəli
14:00 Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
13:41 UEFA klub reytinqində bir pillə gerilədik
13:21 Millimiz Belarusa məğlub oldu
13:00 "Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
12:40 "Latsio"dan Premyer Liqa klubuna
12:21 "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia
12:00 Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
11:40 "Traktorsazi"dən növbəti qələbə
11:21 "Valensiya"nın oyunçusu rəsmən "İnter"də
11:00 Orxan Hüseynzadə SOCAR-ın "qara siyahısı"nda? - ÖZƏL!
10:30 Arazın "Anortosis"in heyətində ilk oyunu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:00 "Başakşəhər" Çempionlar Liqası ilə vidalaşdı
22 Avqust 2017
23:00 Elvin Mürsəliyev DÇ-də bürünc medal qazandı
22:40 "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı
22:30 Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"
22:20 Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"
22:00 Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"
21:30 "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
20:30 Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"
20:12 Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq
19:21 Super Liqa klubunun prezidenti istefa verdi
19:00 “Kəpəz” tarixi derbinin hazırlığına başladı
18:40 Kapitan hələ də fərdi məşq edir
18:25 Sumqayıtın uğurlu “Uğur”u!
18:21 Bundesliqa klubundan daha bir transfer
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.