Ucuz təyyarə biletləri

Tarixi qolun müəllifi "Topaz" işlədir: “Ərəbistandan birbaşa Trabzona gəldik və Slovakiyanı udduq” - YAZI

Tarix:  14.05.17 18:05           Yazar:  Rekord.az           Oxunub: 910 dəfə

Azərbaycan futbolunun tarixinə düşən  oyunlar və həmin oyunların iştirakçıları ilə bağlı yazılarımızı davam etdiririk. Əvvəlki iki yazıdan fərqli olaraq, bu dəfə milli səviyyəsində olan oyuna həsr olunub. Sizinlə 1995-ci ilə səyahət edəcəyik. Bu, həmin dövrdür ki, milli komandalarımız ilk dəfə beynəlxalq oyunlarda iştirak etməyə başlamışdılar. Azərbaycan FİFA-ya və UEFA-ya üzv olandan sonra ilk dəfə qatıldığı turnir Avro-96-nın seçmə qrup mərhələsi idi. Həmin vaxt seçmə mərhələdə reqlament fərqli idi. Əsas milli komandalarla bərabər U-21 milliləri də seçmə mərhələdə iştirak edirdilər. Oyunlar da eyni qrafik üzrə gedirdi. Sadəcə, ilk olaraq meydançaya U-21-lər çıxırdı. Əsas yığmalar isə bir gün sonra oynayırdı. Azərbaycan millisi də ilk dəfə 1994-cü ilin sentyabrında səfərdə Rumıniyaya qarşı oyunda beynəlxalq arenada debüt elədi. Həm ölkənin, həm də futbolumuzun ağır dönəmləri idi. Beynəlxalq təcrübənin yoxluğu açıq-aşkar özünü göstərirdi. Odur ki, qatıldığımız ilk seçmə mərhələdə millimiz heç bir nəticə qazana bilmədi. Yalnız 1995-ci ildə Trabzonda Polşa ilə 0:0 oynamışdıq ki, bu da milli səviyyəsində qazandığımız ilk xal olmuşdu. Lakin əsas millidən fərqli olaraq, U-21 millimiz elə ilk seçmə mərhələdəcə bizə qələbə sevinci yaşada bilmişdi. 1995-ci ilin 15 avqustunda Trabzonda Slovakiya millisi ilə üz-üzə gələn olimpiyaçılarımız Samir Məmmədovun yeganə qolu sayəsində rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Bu qələbə milli komandalar səviyyəsində seçmə mərhələlərdə qazandığımız ilk qələbə kimi tarixə düşüb. Elə bu dəfəki həmsöhbətimiz də həmin tarixi qolun müəllifi olan Samir Məmmədovdur. İndiki nəsil onu tanımaz. Amma futbol ictimaiyyəti tanımamış olmaz. Futbol oynadığı dönəmdə “Dodiq” ləqəbi ilə tanınırdı. 1973-cü il təvəllüdlü Samir karyerası ərzində elə də güclü klublarda və əsas millidə oynamayıb. Buna baxmayaraq, U-21 millisinə düşməyi bacarmışdı. Hazırda futbol sahəsində çalışmır. Onu tapmaqda bizə Xaqani və Füzuli Məmmədov qardaşları, eləcə də Zaur İsmayılov kömək elədi. Slovakiya ilə həmin tarixi oyundan əvvəl isə istədik. Samirin özünü sizlərə daha yaxından tanıdaq və görək hazırda nə işlə məşğuldur:

 

 

"Topaz" işlədirəm"


“Futboldan 2002, ya da 2003-cü  ildə getdim. O vaxt “Karat”da oynayırdım. Sonuncu klubum da elə həmin komanda oldu. Deməzdim sırf yaşla bağlı idi. Çünki 29-30 yaşım var idi. Sadəcə zədə mane oldu. “Şəmkir”də oynayanda zədə almışdım və həmin zədə sonralar daha çox oynamağıma mane oldu. Futbolu qurtarandan sonra məşqçi də işləyə bilərdim, amma nə bilim, nədənsə, getmədim o işə. Heç təklif eliyən də olmadı. Ona görə də başqa işlə məşğul olmağa başladım. Neçə il olar ki, "Topaz" məntəqəsi işlədirəm. Belə deyək, dolayısı ilə futbolun içindəyik (gülür). Bildiyim qədəriylə məndən başqa da bir neçə futbol adamı var ki, "Topaz" işlədir”

 

 

“Milliyə dəvət gözləyirdim”


Daha sonra həmsöhbətimizdən U-21-ə dəvət alması haqda soruşduq. Çünki o vaxt Samirin yaş qrupunda çox güclü futbolçular var idi və o yaş qrupundan milliyə düşmək çətin idi: “1994-95-ci illərdə Olimpiya yığmasında 1973-74-cü il təvəllüdlü futbolçular oynayırdı. O yaş dövrü də çox güclü idi. Millidə Mahmud Qurbanov, Aslan Kərimov, Mirbağır İsayev və s. Futbolçular oynayırdı. Amma dəvət gözləyirdim. Çünki futbolçu öz klubunda daimi oynayırsa və qol vurursa istənilən  halda dəvət gözləyir. Mən də o vaxt “Bakı Fəhləsi”ndə çıxış edirdim və əsas heyət üzvü idim. Hər halda, əsas heyət üzvü olmasam milliyə də çağırmazdılar. O vaxt U-21-in baş məşqçisi Vaqif Sadıqov idi. Mənim oyunumu da o bəyənib yığmaya çağırmışdı”.

 

 


“İndii kimi 1 hətəlik, 10 günlük toplanışlarımız olmurdu”

 

Daha sonra “Dodiq”lə o dövrün U-21-nin durumu və şəraiti haqda da danışdıq. Əslində şəraitin yaxşı olmadığını bilirdik. Sadəcə, həmin ab-havanı yaşamış birinin dilindən bunları eşitmək daha məntiqli olardı: “O dövrün millisində şərait o qədər də yüksək deyildi. Hətta mən deyərdim heç orta da deyildi, ortadan aşağı idi. İndiki kimi, 1 həftəlik, 10 günlük xarici toplanışılar olmurdu. Bildiyiniz kimi, o dövr ev oyunlarımızı Türkiyənin Trabzon şəhərində keçirirdik. Toplanışlarımız 3-4 gündən çox olmurdu. 3 gün qalmış Bakıda yığışırdıq 2 gün məşq eliyib Trabzona yollanırdıq. Orda da “Trabzonspor”un bazasında qalırdıq, 1 gün də orda məşq eliyib oyuna çıxırdıq. Oyundan dərhal sonra da Bakıya qayıdırdıq. İndi U-21-in üzvləri yaxşı “sutoçnı” alır. Amma bizdə o vaxtı belə şeylər yox idi “sutoçnı”nı ancaq əsas milliyə verirdilər. Yalnız bir dəfə əsas milli ilə birlikdə Ərəbistana getmişdik səhv etmirəmsə orda hansısa kralın şərəfinə turnir olmalıydı həm o turnirdə oynadıq, həm də toplanış keçdik. Həmin toplanışa görə “sutoçnı” almışdım”.

 

 

“Ərəbistandan birbaşa Trabzona gəldik və Slovakiyanı udduq”

 

Həmin vaxt U-21-in Slovakiyanı məğlub etməsi həqiqətən də gözlənilməz olmuşdu. Çünki Slovakiya keçmiş Çexoslavakiyanın bir parçası olaraq futbolu güclü olan Avropa ölkələrindən sayılırdı. Biz isə yazının əvvəlində qeyd etdiyimiz kimi, ağır iqtisadi böhran vəziyyətində idik, müharibə şəraitində yaşayırdıq və futbolumuzun da səviyyəsi çox aşağı idi. Təbii ki, əzmkarlıq var idi. Amma tək əzmkarlıqla Avropa komandalarını məğlub etmək çətin məsələ idi. Oyuna hazırlıqdan da çox şey asılı idi. Samirlə söhbət zamanı bir məsələnin  də üstü açılmış oldu. Sən demə Slovakiya üzərindəki qələbədə indi haqqında danışacağımız məqamın da xüsusi rolu olub: “Slovakiya ilə oyuna qələbə üçün çıxmışdıq. O dövr millimizdə güclü futbolçular yer almışdı. Az öncə adlarını çəkdiyim Mahmud, Mirbağır, Aslan, eləcədə Bəxtiyar Musayev əsas milliyə də dəvət alırdılar. Düzdür, bu səbəbdən bəzi oyunlara stabil heyətlə çıxa bilmirdik. Slovakiya ilə oyun öncəsi də U-21 olaraq tam heyətlə hazırlıq keçə bilməmişdik. Həmin ərəfədə “Neftçi” Kuboklar Kubokunda Cənubi Kiprdə APOEL-lə qarşılaşırdı. Ona görə də baş məşqçimiz Vaqif Sadıqov “Neftçi” ilə birlikdə Kiprə yollanmışdı. Olimpiya yığmasının “Neftçi”də oynayan üzvləri də həmçinin. Mən də daxil olmaqla bir sıra futbolçu da əsas milli ilə birlikdə Ərəbistana turnirə yollanmışdıq. Az öncə qeyd etdiyim kimi, həm də orda toplanış keçdik. Həmin vaxt əsas millinin də baş məşqçisi Ağasəlim Mircavadov idi. Elə oldu ki, Ərəbistandan birbaşa Trabzona gəldik. Bizə hazırlığı Mircavadov keçsə də komandanı Slovakiya ilə oyuna Vaqif müəllim özü çıxardı. Oyuna qələbə üçün çıxmışdıq. Futbolumuzun səviyyəsi elə idi ki, yüksəlk nəticələrdən danışmaq olmazdı. Nəticə tələb olunmadığı üçün meydançaya rahat çıxırdıq. Amma məsuliyyət hər zaman var idi. Slovakiyanın olimpiya yığması da güclü komanda idi. Ona görə oyun çox çətin keçdi. Amma çətin də olsa,qələbə qazana bildik. Etiraf edim ki, bu qələbənin qazanılmasında Ərəbistandakı hazırlığın da böyük rolu oldu. Çünki orda əla şəraitdə hazırlıq keçmişdik”.

 

 

“Ötürməni Xaqani vermişdi”


Məmmədov oyunda vurduğu yeganə qol haqda da təəssüratlarını bizimlə bölüşdü: “Tam olaraq dəqiqliyi ilə yadımda qalmayıb. Amma onu bilirəm ki, qolu oyun epizodundan vurduq. Səhv etmirəmsə sağ cinahdan hücum qurduq və Xaqani Məmmdov cərimə meydançasına ötürmə verdi. Mən də müdafiəçiləri qabaqlayıb topu ayaqla qapıdan keçirdim”.

 

 

“200 dollar mükafat verdilər”


Təbii ki, hansısa tarixi qələbəmizi xatırlayanda ağla gələn ilk suallardan biri də mükafatla bağlı olur. Çünki bu gün milli komandalarımızda belə bir problem yoxdur. Hansısa oyunu udanda milli üzvlərinə AFFA tərəfondən çox yüksək məbləğdə mükafatlar verilir. Görəsən Slovakiya üzərindəki o tarixi qələbəyə o vaxtkı AFFA rəhbərliyi nə qədər mükafat vermişdi: “Oyundan sonra çox sevincli idik. Çünki bizim üçün doğurdan da böyük qələbə idi. Həmin vaxtlar nadir hallarda qələbə qazandığımızdan dadı da şirin olurdu. Yadımdadır, oyundan sonra o vaxtkı AFFA prezidenti Fuad Musayev soyunub-geyinmə otağına gəlib bizi təbrik elədi. Çünki milli komandalar səviyyəsində ilk qələbəmiz idi. Mükafata gəlincə, adama 200 dollar mükafat vermişdilər. Deməzdim ki, o dövr üçün böyük pul idi, amma bəzi ehtiyaclarımızı ödədik. Yəni o qədər böyük məbləğ olmasa da əlimizdən tutdu”.

 

 

“Oyunlarımıza azarkeş gəlmirdi”

 

Söhbət düşmüşkən, “Dodiq”dən Trabzonda oynamağın hansı çətinliklər yaratdığından da danışdıq. Ümumiyyətlə, Türkiyədə oynamaq nə dərəcədə çətin idi, oyunlara azarkeş gəlirdimi: “Qalmağına “Trabzonspor”un bazasında qalırdıq. Əsas komanda ilə birlikdə. Lakin əsas komandadan fərqli olaraq biz, oyunlarımızı “Trabzonspor”un əsas stadionunda keçirmirdik. Orda ehtiyat stadion var idi orda oynayırdıq. Onu deyim ki, oyunlarımıza o qədər də çox azarkeş gəlmirdi. Gələnlər də Türkiyədə olan azərbaycanlılar idi. Təbii ki, ev oyunlarımızı Azərbaycanda keçirsəydik oyunlarımıza daha çox azarkeş gələrdi”.

 

 

“Bir oyun yaxşı oynayıb, beş oyun pis oynamaq inkişaf deyil”


Sonda Samir Məmmədovdan o dövrkü U-21-lə bugünkü U-21 milliləri arasındakı fərqi də soruşduq: “Bizim dövrümüzdə istedadlı futbolçular daha çox idi. Demirəm, indi də istedadlı uşaqlar var. Amma bizim dövrümüzdəki kimi çox deyil. Amma şərait baxımından yerlə göy qədər fərq var. İndiki şəraitin heç 1/10-u o vaxt bizdə yox idi. Biz millinin oyunları qabağı maksimum 2 gün qalmış Buzovnada yığışıb məşq edirdik və oyuna çıxırdıq. İndi amma Avropada 1 həftəlik, 10 günlük toplanışlar olur. Təbii ki, bu şəraitin qabağında göstərilən nəticə bu cür olmamalıdır. İnkişaf daimi olmalıdır. Bir oyun yaxşı oynayıb beş oyun pis oynamaq inkişaf deyil. O ki qaldı millidə legionerlərin olmasına, bəlkə də 1-2 nəfər səviyyəli legioner oynatmaq olar. Ammadaha yaxşı olar ki, millidə öz uşaqlarımız oynasın”.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
“Göyəzən” üçün gülməli büdcə
Şehiçin “Qarabağ”da son mövsümüdür?
"Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
AFFA “Neftçi”yə yeni sponsor axtarır
Ramil Səfərov Mübariz Mənsimova nə hədiyyə etdi? - FOTO
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
Qusar rəhbərliyinə futbol lazım deyil?

Xəbər Lenti
19 Oktyabr 2017
01:48 “Qarabağ”dan qələbəyə bərabər heç-heçə - FOTOLAR
00:08 Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
18 Oktyabr 2017
23:55 "Qarabağ" - "Atletiko" 0:0 - VİDEO
23:30 Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
23:12 Gənc cüdoçularımızdan DÇ-də 2 gümüş medal
23:12 Tahir Gözəl: "Qırmızı vərəqəyə görə narahat oldum" - MÜSAHİBƏ
23:07 Qurban Qurbanov: “Hakim epiozodu düzgün dəyərləndirmədi”
22:52 Rəşad Sadıqov: "Hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu"
22:39 Dieqo Simeone: “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı”
22:25 “Qarabağ”ın qrupunda üçhakimiyyətlilik
21:54 “Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı!
21:35 "Fənərbaxça"nın qələbə qazandığı oyunda hücumçumuz 22 dəfə fərqləndi
21:23 Kapitanımız Türkiyədə ilk qələbəsini qazanıb
21:09 Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı
19:20 Yığmamız Tiflisdən 5 medalla qayıdır
19:15 "Qarabağ" "Atletiko"ya qalib gəlsə, azarkeşlər evə taksi ilə gedəcək, özü də pulsuz
19:10 “Kəpəz” derbiyə itkilərlə çıxacaq
18:42 "Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
18:40 Yığmamızın Fransa və İspaniya oyunlarının başlama saatı açıqlandı
18:21 Azərbaycanlı hakimə ilk təyinat
18:00 Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
17:40 Elnarə Abbasova AÇ-də 6-cı oldu
17:30 Əzizovanın formasını geyindiyi "Beşiktaş" qələbə qazandı
17:00 Bu da son: Türkiyə çempionatı Azərbaycanda yayımlanmayacaq!
16:40 "Atletiko"yla matçdan sonra azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq
16:21 Super Liqanın yayımı ilə bağlı “CBC Sport”dan rəsmi açıqlama
15:55 “Qarabağ” "Atletiko"ya böyük hesabla uduzdu
15:21 “Trabzonspor” yeni baş məşqçisinin adını rəsmən açıqladı
15:00 Koke "Qarabağ"a qarşı oynamayacaq?
14:40 Dörd komandaya texniki məğlubiyyət, baş məşqçiyə 5 oyunluq cəza
14:21 Divizion klublarının da cəzaları açıqlandı
14:00 Gəncə stadionunda yerləşdirilən reklam löhvlərinin pulu hara gedir?
13:40 AFFA Derlis Meza Kollini cəzalandırdı
13:21 Maşallah Əhmədovdan şikayət edildi
13:00 "Marca" Qarabağ həqiqətlərindən yazdı: "Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib"
12:40 “Qarabağ” BOS-da fan-şop açacaq
12:21 Daha bir milli komanda baş məşqçisiz qaldı
12:00 "Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
11:40 “Qəbələ”dən bir oyunda 30 qol
11:00 "Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
10:31 Premyer Liqa klubu baş məşqçisini qovdu
10:00 Bakı klubu Argentina millisinin hücumçusu ilə razılaşmanı ləğv etdi
09:51 Millimizin üzvü ÇL-də mübarizəyə başladı
09:37 Avrokubok təmsilçimiz heyətinə bir neçə legioner cəlb edib
00:24 "Qarabağ" "Atletiko" ilə matça hazırdı - FOTOLAR
17 Oktyabr 2017
23:56 Millimiz elit-raunda vəsiqə qazandı
23:02 Paşa İbrahimli AÇ-də 5-ci yeri tutdu
20:20 İsa Rüstəmov da AÇ-də 6-cı oldu
20:00 “Kəpəz” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır
19:40 Ramil Əliyevin istefası qəbul olunmadı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.