Ucuz təyyarə biletləri

Gecənin xeyrindənsə gündüzün şəri yaxşı deyilmi? - YAZI

Tarix:  18.05.17 14:05           Yazar:  Rekord.az           Oxunub: 141 dəfə

Yazsam onsuz da inanmayacaqsız. Yox, vallah inanmayacaqsız. Yaxşı, belə çox israr edirsizsə yazım da. And olsun FİFA referesi Ramil Diniyevin “Rəvan”- “Xəzər Lənkəran” oyununda elədiyi сящвин əndrabadiliyinə, ötən gün gecə saat ya 4, ya da 5 olardı, təsadüfən AFFA-nın ofisinin qabağından keçirdim. Nə görsəm yaxşıdır?


Gördüm ki, həm AFFA-nın, həm də qonşusu PFL-in bütün otaqlarında işıqlar yanır, mərtəbələrdə də əli sənədli-kağızlı xeyli adam var. Əvvəl-əvvəl bərk həyəcanlandım, bir az sonra təlaş sevinc hissi ilə əvəzləndi. Dedim yəqin möcüzə-filan olub, bizim Пremyer Лiqamızda iştirak etmək üçün gecə bu vaxtı doqquzuncu komanda tapılıb. Yuxarı mərtəbəyə qalxıb futbol nazirliyimizdə çalışanları ürəkdən təbrik etmək istədim. Sonra fikrimdən daşındım, öz-özümə dedim ki, ay zalım, gecə bu vaxtı əliboş ancaq düşmən qapısını döymək olar. Bəs, hanı sənin “Abşeron” tortun, “Bakı” dönərin, “Xəzər Lənkəran” ləvəngin, “Neftçala” balığın, “Turan-Tovuz” pendirin?
Nə isə gördüm ki, yuxarı mərtəbələrə çıxmağın yeri yoxdu, elə ona görə də həyətdə bir az gözlədim. Həyətdə jurnalist marağı mənə güc gəldi, gecənin bu vədəsində işə çağırılan mürgülü sürücülərdən öyrəndim ki, bir neçə gündü AFFA və PFL bu rejimdə çalışır. Йəni buradakılar nə gecə bilirlər, nə gündüz. Bir mahnıda deyildiyi kimi


Mən həsəd aparıram
Yatanlara gecələr....


Futbol nazirliyimizin həyətindəki bir gənc mənim bütün suallarımı ətraflı cavablandırdı. Yeri gəlmişkən, bəri başdan deyim ki, həmin cavan nə AFFA-dan, nə də PFL-dən maaş alır. Özü dedi ki, Azərbaycan futbolu ilə dərindən, yəni gecə-gündüz maraqlanır, sonuncu dəfə stadiondan “MKT Araz”la “Karvan”ın oyununu canlı izləyib. Həmsöhbətim dedi ki, qardaş, gecənin bu vədəsində qələbəlik səbəbsiz deyil, AFFA və PFL yeni mövsümə ciddi hazırlaşır. Bəzi maraqlı təkliflər də müzakirə olunur, planlar yazılıb-pozulur.


Babalı gecənin o vədəsində AFFA-nın həyətində söhbət elədiyim həmin gəncin boynuna, guya futbol nazirliyimiz yeni mövsümdə Пremyer Лiqadakı komandaların sayını 10-a çatdırmaq üçün danışıqlar aparır. Bilirsiniz kiminlə? Yazsam onsuz da inanmayacaqsız, vallah inanmayacaqsız. Yox, əgər belə israr edirsizsə yazım da, danışıqlar Fil Dişi Sahili Respublikası ilə aparılır. AFFA və bir az da PFL oradakıları razı sala bilsə, Fil Dişi Sahili Respublikasından iki həvəskar komanda bizim Пremyer Лiqaya qoşulacaq. Və beləliklə yarış iştirakçılarının sayı düz 10 olacaq.
Sonrakı mərhələdə azarkeşlərin yerli çempionata marağının artırılması nəzərdə tutulur. Дeyilənə görə, bunun üçün iki variant üzərində daha çox düşünülür. Birinci variantda stadionlarımıza gələn hər bir azarkeşə pulsuz toyuq dönəri verilməsi, ikinci variantda isə həmin dönərə hətta mayonez vurulması söhbəti var. Guya növbəti həftənin bazar ertəsi gecə saat 4:15-də bu variantlardan biri təsdiqlənməlidir.


Bilirəm, daha hansı təkliflərin müzakirəyə çıxarılması sizi yaman maraqlandırır. Futbolumuzun inkişafı ilə bağlı növbəti ideya bilirsiniz nədi? Yazsam onsuz da inanmayacaqsız. Yox, əgər belə israr edirsizsə yazım da. AFFA və bir az da PFL təklif edir ki, yeni mövsümdən Vaqif Cavadov hansı komandanın heyətində meydana çıxsa onun formasının arxasında Cavadov yox, Messi soyadı yazılsın.


Digər bir təklif isə “İnter”lə bağlı gözlənilir. Hə, hə, bizim “İnter”lə. Sponsorsuz qalıb AFFA-ya sığınmağa məcbur olan “İnter”lə. Bu komanda “Şəfa”ya köçəndən sonra şəfa tapmaq əvəzinə daha ağır dərdə düşdü. İndi AFFA-da ürəyi yanan çıxıb, istəyir ki, bu komandanın dərdinə çarə eləsin. Ona görə də taleyini söyə-söyə “İnter”də oynamağa razılıq verən hər bir futbolçuya təzə mövsümdən təmiz italyan soyadı veriləcək.


Gecənin o vədəsində AFFA-nın həyətində görüşdüyüm həmin o gənc baş sındırılan başqa yeniliklər barədə də danışmaq istəyirdi. Lakin möhkəm yuxum gəldiyindən onunla xudahafizləşib getdim yatmağa.


Amma bir məsələ məni yaman narahat edir, milli futbolumuzun başbilənləri bir-birindən belə gözəl, unikal təklifləri niyə ancaq gecələr düşünür? Gecənin xeyrindənsə gündüzün şəri yaxşı deyilmi?


Etibar Cəbrayıloğlu

"Het-Trik News"

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir klubun I Divizionda oynayacağı dəqiqləşdi
Sabiq "Sumqayıt"lılar " "Göyçə"yə keçir!
"Zaqatala" "Qarabağ"ın əvəzedici komandasının hesabına güclənəcək - ÖZƏL!
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Karvan" I Divizionda oynamaya bilər: icra hakimiyyəti ilə AFFA arasında "qarşıdurma" - ÖZƏL!
İmişli stadionu məhv olub gedir: məşqçilər isə pul üzünə həsrətdir - ÖZƏL FOTO!
"Zaqatala"dan ayrılan qapıçı "Göyçə" ilə müqavilə bağladı
“İnter” də Avropadan qovuldu
"Simurq"un braziliyalısı bir vaxtlar Azərbaycan dilində oxuyurdu - ÖZƏL VİDEO
"Binə"dən 5 transfer

Xəbər Lenti
21 İyul 2017
02:00 "Yagelloniya" - "Qəbələ" 0:2 - VİDEO
01:50 Svanadze: "Bakıdakından daha yaxşı oynadıq"
01:40 Qriqorçuk: "Bu qələbə çox vacib idi"
01:30 Avroliqada 2-ci təsnifat mərhələsinə yekun vuruldu
01:20 Rəşad Sadıqov: "Cütün taleyi Moldovada həll olunacaq"
01:10 "Fola" - "İnter" 4:1 - VİDEO
01:00 "Zirə" - "Astra" 0:0 - VİDEO
00:50 Rəşad Sadiqov: "Zirə" daha yaxşı oynadı"
00:40 Riçard Qadze: "Kimisə günahlandıra, ittiham edə bilmərəm"
00:25 “Qəbələ” Avroliqanın 3-cü təsnifat mərhələsində
00:10 "Kəpəz" "Zirə"yə uduzdu
20 İyul 2017
23:50 Ayxan Abbasov: "Hakimlərimizə şükür etdim"
23:40 Yordanesku: "Ədalətli oyun oldu"
23:23 “İnter” də Avropadan qovuldu
22:54 “Zirə” Avropa Liqasında mübarizəni dayandırdı
22:30 "Sumqayıt" Türkiyədə ilk qələbəsini qazandı
22:00 “Kəpəz” millimizin sabiq üzvünün komandasına uduzdu
21:30 "Deportivo"nu "Xetafe"yə dəyişdi
21:00 Paytaxt klubu hücumçu transfer etdi
20:30 Gəncə şəhər stadionunda son durum - FOTOLAR
20:00 "Neftçi"dən Navalovski açıqlaması
19:30 İsrafilov qol vurdu, "Kadis" 13:1 qalib gəldi
19:00 "Qarabağ"dan daha bir ilk
18:40 "Yuventus"dan növbəti transfer
18:21 Millimizin Qazaxıstanla oyunlar üçün heyəti açıqlandı
17:41 Millimiz Bolqarıstana yola düşdü
17:20 Azər Məmmədov: “Mən də bu yolun davamçısı olmaq istəyirəm”
16:42 "Kəpəz"in Türkiyədəki ilk rəqibi müəyyənləşdi
16:21 "Neftçi" - "Şüvəlan" 2:0 - VİDEO
16:00 "Qarabağ" - "Şerif" matçının biletləri sabah satışa çıxır
15:41 "Sumqayıt" "Al-Fateh"lə üz-üzə
15:21 Erat oynadı, komandası uduzdu
15:00 "Karvan" I Divizionda oynamaya bilər: icra hakimiyyəti ilə AFFA arasında "qarşıdurma" - ÖZƏL!
14:41 La Liqadan A Seriyasına
14:20 Premyer Liqa klubunda şok itki
13:42 "Real" Moratanı "Çelsi"yə satdı
13:21 Zaur Svanadze: "Layiqli nəticə uğrunda çalışacağıq"
12:40 Azərbaycanlı referi ÇL matçını idarə etdi
12:21 "İnter" Lüksemburqda son məşqə çıxdı - FOTOLAR
11:41 "Qarabağ" "Şerif"lə oyunun hazırlığına istirahətsiz başladı
11:22 "Qəbələ" "Yagelloniya" ilə matça hazırdı - FOTOLAR
10:30 Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlükləri
10:06 Valeriya Məmmədova: "Qarşıda bizi daha güclü və intensiv təlim-məşq toplanışları gözləyir"
01:30 ÇL-də 2-ci təsnifat mərhələsinə yekun vuruldu
00:30 "Neftçi" "Şüvəlan"a qalib gəldi
00:15 Şeydayevin komandası ÇL-i qələbə ilə tərk etdi
00:00 Yunanovla Həsənalızadə Bolu toplanışını dəyərləndirdi - VİDEO
19 İyul 2017
23:45 "Qarabağ"ın növbəti rəqibi bəlli oldu
23:30 Millimizin Qax toplanışına start verildi
23:00 Qriqorçuk: "Hücum futbolu oynamaq istəyirik"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.