Ucuz təyyarə biletləri

Gəncə stadionunun toxumu Hollandiyadan gətiriləcək: son durum haqda oxuyun!

Tarix:  19.05.17 17:05           Yazar:  Rekord.az           Oxunub: 539 dəfə

Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi ilə bağlı işlərə start verildiyini ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, yeni təbii örtüyün salınması AFFA tərəfindən İrlandiyanın SİS şirkətinə tapşırılıb. Xatırladaq ki, adı çəkilən şirkət Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena", Qəbələ və Lənkəran stadionlarında da eyni işləri həyata keçirib.

 

Rekord.az xəbər verir ki, “Kəpəz”in ev oyunlarını keçirdiyi arenada görülən işlər haqda son məlumatları əldə etmək üçün SİS-in iş icraçısı Sinan Öztürklə əlaqə saxladıq: “Artıq bir həftədən çoxdu işə başlamışıq. İlkin mərhələdə qazıntı işləri aparır, köhnə meydançanı çıxarırıq. Gələn həftənin birinci günü Hollandiyadan xüsusi texnikalarımız gələcək. Onlar bura gələndən sonra təmir işlərinin ikinci mərhələsi başlayacaq. Hava şəraiti işləməyimizə mane olmur. İstilər düşənə qədər yeni toxumun səpilməsini başa çatdırmağa çalışırıq. Gəncə stadionuna səpiləcək toxum da Hollandiyadan sifariş olunub. Bizim əsas işimiz müasir standartlara cavab verən örtük salmaqdı. Bu yöndə yetərincə təcrübəmiz var. Drenaj sistemi yenidən qurulacaq, müasir suvarma qurğuları da istifadəyə veriləcək. Bundan başqa stadionda fors-major hadisələr üçün nəzərdə tutulan 50 tonluq çən də quraşdırılacaq. Drenaj borularının şəhərin kanalizasiya sisteminə ötürülməsi də bizim öhdəmizə düşür”.


Yuxarıda qeyd etdiyimiz kimi, SİS şirkəti Azərbaycanda bir çox arenalarda iş təcrübəsinə malikdi. Ancaq o da nəzərə alınmalıdı ki, iqliminə görə Abşeron, Cənub bölgəsi, Böyük Qafqazın ətəyi, Qərb bölgəsi fərqli iqlimə malikdi. Bu üzdən heç şübhəsiz, toxum seçmək, ona aqrotexniki qulluq bölgələr üzrə dəyişir. Görəsən, “Kəpəz” üçün yeni meydan salan şirkət bu nüansları nəzərə alıbmı Yeri gəlmişkən, ölkədə kənd təsərrüfatı üzrə mütəxəssis yetişdirən yeganə ali təhsil ocağı olan Aqrar Universiteti məhz Gəncədə yerləşir. Yeni təbii örtüyün salınması, regionun özəlliyi ilə bağlı oranın mütəxəssislərinin də fikirini öyrənmək olar. Ancaq Sinan bəy buna ehtiyac olmadığını bildirdi: “Bizim şirkət Avropanın bir çox arenalarının ot örtüyünü dəyişib. Sizin nə demək istədiyinizi çox gözəl başa düşürəm. Lakin onu da bildirim ki, şirkətimiz tikinti işlərinə başlamamış toxum və torpaqla məşğul olan nümayəndələrimiz yerli mühiti öyrənir, laboratoriya şəraitində sınaqlar aparır. Məhz belə sınaqlardan sonra hansı toxumdan istifadə ediləcəyi ilə bağlı qərar verilir. Bəyəm Türkiyə, Rusiya, İngiltərə və İspaniyanın iqlimi eynidi? Trabzonda istifadəyə verilən yeni stadionun ot örtüyü də bizim əl işimizdi. Onunla yanaşı, İstanbuldakı “Vodafon Arena”nın da təbii örtüyünü biz salmışıq. Qara dəniz sahilində yerləşən Trabzonla İstanbulun iqlimi də fərqlidi. Ancaq gördüyünüz kimi, qazonlarda heç bir problem yoxdu. Rusiyada da iş təcrübəsinə malikik. Buna nümunə kimi “Krasnodar”ın meydanını göstərmək olar. İngiltərə və İspaniyada isə SİS-lə əməkdaşlıq edənlər daha çoxdu. Biz bir dünya brendiyik və daim yüksək səviyyədə iş görməyə çalışırıq. Hardasa səhvə yol versək, bazarda yerimizi itirə, nüfuzdan düşə bilərik”.


Öztürk bizimlə söhbətdə arenanın avqustun sonuna kimi istifadəyə tam yararlı olacağını da bildirdi: “Biz işimizi başa çatdırandan sonra səpinlə məşğul olan heyət işə başlayacaq. Onların ardınca isə estafet meydanın ot örtüyünə xidmət edən komandaya veriləcək. Üçüncü mərhələ artıq sonuncu sayılır. Avqustun sonuna kimi Gəncə stadionunun qazonu ideal səviyyəyə çatacaq. İnşallah, “Kəpəz” növbəti çempionatın ilk oyununu doğma azarkeşləri qarşısında keçirəcək”.

mənbə: "Futbol plus" qəzeti

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"Viləş" qayıdır!
Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
Olimpiya stadionuna süni qazon əkilir
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur

Xəbər Lenti
26 Sentyabr 2017
22:29 Autizmli uşaqlar “Neftçi”nin məşqində
22:23 Avro-2017: Niderland çətinlik çəkmədən növbəti mərhələyə yüksəkdi
20:33 Avro-2017: Belarus da 1/4 finala yüksəldi
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.