Ucuz təyyarə biletləri

İslam Oyunlarının ən yaxşı ağır atletləri seçildi

Tarix:  19.05.17 17:05           Yazar:             Oxunub: 149 dəfə

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mərkəzi təlim-məşq bazası olan AAAF Park Yaşayış Kompleksində IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları  və qonaqları üçün xüsusi tədbir keçirilib. Rekord.az xəbər verir ki, Asiya Ağır Atletika Federasiyasının vitse-prezidenti Mohammad Caludun başçılığı ilə çox sayda idmançı, hakim və digər məsul şəxslər və texniki-inzibati qurumların nümayəndələri, müxtəlif federasiyaların rəhbər şəxsləri Xırdalandakı bu məkana baş çəkiblər.


Əvvəlcə, qonaqlar fəvvarə ətrafında düzülən masalarda şam yeməyinə dəvət ediliblər. Zövq oxşayan musiqi, ləziz təamlarla maraqlı müzakirələr, söhbətlər aparılıb. Yekdilliklə bildirilib ki, Bakıda təşkil olunan IV İslam Oyunları bu yarışların tarixində ən yüksək səviyyəlisidir. Müsəlman dünyası üçün ağır atletikaya belə böyük dəyər verən Azərbaycanın ünvanına xoş sözlər işlədilib.


Bədii hissədən sonra kiçik rəsmi hissə başlayıb. Əvvəlcə, AAAF-ın vitse-prezidenti Tofiq Heydərov çıxış edərək qonaqları salamlayıb, yarışların gedişatı, buna qədər görlüən işlər, əldə edilən nəticələr, yerli federasiyamızın ağır atletikanın inkişafı üçün gördüyü işlərdən danışıb, AAAF Parkın çoxfunkiyalılığı, buradakı idman infrastruktur obyektləri haqda məlumat verib. Daha sonra Calud Məhəmməd, həmçinin Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınar çıxış edərək burada qarşılaşdıqları qonaqpərvərlik, xoş münasibət, eyni zamanda yüksək təşkilatçılıqdan danışıb, məmnunluqlarını dilə gətiriblər.


Sonra AAAF-ın rəsmi yayın orqanı olan “Ağı Atletika Zamanı” jurnalının idmançılara xüsusi mükafatı təqdim edilib. Nəşr tərəfindən IV İslam Oyunlarının ən yaxşı qadın və ən yaxşı kişi atleti seçilib. Jurnal ən yaxşı qadın ağır atlet adına azərbaycanlı Anastasiya İbrahimli, ən yaxşı kişi ağır atlet adına isə özbəkistanlı Rüstəm Canqabayevi layiq görüb. Onlara xüsusi hazırlanmış kuboklar təqdim edilib.


Sonda bütün qonaqlar AAAF Parkdakı iaşə, təhsil və digər obyektlərlə tanış edilib. Xüsusilə də ağır atletika üçün yaradılan şərait qonaqları müsbət mənada şoka salıb. Buradakı təlim-məşq bazası, qidalanma, istirahət, bərpa imkanları, yarış zalı böyük təccübə səbəb olub. Qonaqlar Azərbaycanın “dünyanın yeni ağır atletika mərkəzi”nə çevrildiyini bildirib, yerli yeniyetmə və gənclərin şanslı olduqlarını, onları böyük xoşbəxt gələcək gözlədiyini qeyd ediblər.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“Göyəzən” üçün gülməli büdcə
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
"Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO

Xəbər Lenti
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
18:00 "NTV Spor": Bakıda tarixi axşam
17:40 Çevik Polis Alayında cüdo zalının açılış mərasimi keçirilib
17:21 “Neftçi” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir - VİDEO
17:00 Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
16:46 “Qarabağ”ı “fərqləndirən” məqamlar
16:20 “Qəbələ” təmsilçiləri "Спортивна середа" verilişində - VİDEO
15:49 "Qarabağ"ın tarixi oyununda olan və olmayanlar üçün... - VİDEO
15:19 “Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi?
15:00 Bakı Gəmiqayırma Zavodu "Səbail" kömək etmir?
14:45 Avropa Liqası: Bu gün 24 oyun oynanılacaq
14:22 "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi: "Qarabağ"a qarşı haqsızlıq edildi"
14:00 Novruz Məmmədov fransız hakimin qərarını şərh etdi: "İdmanda da Azərbaycanı sıxışdırırlar"
13:45 Avropa Liqası: bugünkü oyunlara necə baxaq?
13:21 Ndlovunun uğursuz yubileyi və ya 75-ci heç-heçə
13:00 Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
12:41 “Qarabağ”ın 10-cu zəfəri
12:21 Polina – 22, Odina – 17, Yana - 7
12:00 "Sabah" Binədə müvəqqəti oynayır
11:49 "Atletiko"nun futbolçusu: "Məşqdə etdiyimizi meydançada göstərə bilmirik"
11:22 "Qarabağ" Azərbaycanın xalını artırdı
11:00 Musa Qurbanov Şaban Şirdanova iki oyun vaxt verdi
10:25 Yığmamızın üzvü Türkiyədə ilk məğlubiyyətlə üzləşib
10:00 "Neftçi" Kərim Diniyevi istəyir?
01:48 “Qarabağ”dan qələbəyə bərabər heç-heçə - FOTOLAR
00:08 Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
18 Oktyabr 2017
23:55 "Qarabağ" - "Atletiko" 0:0 - VİDEO
23:30 Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
23:12 Tahir Gözəl: "Qırmızı vərəqəyə görə narahat oldum" - MÜSAHİBƏ
23:12 Gənc cüdoçularımızdan DÇ-də 2 gümüş medal
23:07 Qurban Qurbanov: “Hakim epiozodu düzgün dəyərləndirmədi”
22:52 Rəşad Sadıqov: "Hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu"
22:39 Dieqo Simeone: “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı”
22:25 “Qarabağ”ın qrupunda üçhakimiyyətlilik
21:54 “Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı!
21:35 "Fənərbaxça"nın qələbə qazandığı oyunda hücumçumuz 22 dəfə fərqləndi
21:23 Kapitanımız Türkiyədə ilk qələbəsini qazanıb - FOTO
21:09 Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı
19:20 Yığmamız Tiflisdən 5 medalla qayıdır
19:15 "Qarabağ" "Atletiko"ya qalib gəlsə, azarkeşlər evə taksi ilə gedəcək, özü də pulsuz
19:10 “Kəpəz” derbiyə itkilərlə çıxacaq
18:42 "Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.