Ucuz təyyarə biletləri

Qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal!

Tarix:  22.05.17 01:05           Yazar:             Oxunub: 98 dəfə

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları başa çatıb. Rekord.az xəbər verir ki, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparıb.


Güləş yarışlarının son günündə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qadın güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.  


Mariya Stadnik (48 kq) ilk görüşündə vaxtından əvvəl 34 saniyə ərzində tam üstünlüklə Əlcəzairdən olan rəqibi Keyira Çairma Yahiaoi üzərində qələbə qazanıb. Növbəti görüşünü axşam saatlarında aparacaq. Final xarakterli qarşılaşmada Azərbaycan güləşçisinin rəqibi türkiyəli Evin Demirhanı da məölub edib və qızıl medal qazanıb. 


53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova ardıcıl olaraq Türkiyə təmsilçisi Burcu Kevic və Qazaxstan təmsilçisi Aygül Nuralim üzərində tam üstünlüklə qələbə qazanıb. Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. 


55 kq çəkidə Natalya Sinişin ilk görüşündə Qazaxstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, ardınca Nigeriya idmançısına uduzub. Güləşçimiz son görüşündə Türkiyə təmsilçisi Bediha Günə qalib gələrək gümüş medala yiyələnib. 


Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) də ilk görüşünü qələbə ilə başa vurdu. Final xarakterli son görüşdə güləşçimiz Qırğızıstan təmsilçisinə uduzaraq gümüş medalla kifayətlənib.  


Tatyana Omelçenko (60 kq) ilk görüşündə Kamerunlu Tiako Essombeni, final xarakterli görüşdə isə Türkiyə idmançısı Gamze Nur Adakanı məğlub edərək qızıl medala sahib olub. 


Elmira Qəmbərova (63 kq) mübarizəyə yarımfinal mərhələsindən qoşulub. Yarımfinalda məğlub olan Elmira bürünc medal uğrunda görüşə çıxıb. Kamerun idmançısına qalib gələn Elmira Qəmbərova bürünc medala yiyələnib. 


69 kq çəkidə mübarizə aparan Elis Manolova Kamerun və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Qazaxstan təmsilçisinə qalib gələn güləşçimiz qızıl medala sahib olub. 


Səbirə Əliyeva (75 kq) keçirdiyi görüşlərdən ikisində tam üstünlüklə qalib gəlib, iki görüşdə uduzub. Bu nəticə ilə güləşçimiz gümüş medala yiyələnib.  


48 kq 
1-ci dövrə / Kheira Chaima Yahiaoui (ALG) - Mariya Stadnik 0:10
2-ci dövrə / Mariya Stadnik - Evin Demirhan (TUR) 10:0


53 kq 
1-ci dövrə / Leyla Qurbanova - Burcu Kebic (TUR) 4:0 (tuşe)
2-ci dövrə / Aygul Nuralim (KAZ) - Leyla Qurbanova 0:8


55 kq 
1-ci dövrə / Emma Tissina (KAZ) - Nataliya Sinişin 0:5 (tuşe) 
2-ci dövrə / Odunayo Folasade Adekuoroye (NGR) - Nataliya Sinişin 6:2
3-cü dövrə / Bediha Gün (TUR) - Nataliya Sinişin 3:7


58 kq 
1-ci dövrə / Derya Bayhan (TUR) - Alyona Kolesnik 6:14
2-ci dövrə / Alyona Kolesnik - Aysulu Tinibekova (KGZ) 2:5


60 kq 
1-ci dövrə / J. Essombe Tiako (CMR) - Tatyana Omelçenko 0:6 (tuşe)
2-ci dövrə / Tatyana Omelçenko - Gamze Nur Adakan (TUR) 4:0 (tuşe)


63 kq 
Bürünc medal görüşü - B.Etane Ngolle (CMR) - Elmira Qəmbərova 0:8
1/2 final - Elmira Qəmbərova - B.Oborududu (NGR) 0:4


69 kq 
FİNAL - Z.Bakbergenova (KAZ) - Elis Manolova 0:8 (tuşe)
1/2 final - Elis Manolova - Buse Tosun (TUR) 5:0 (tuşe)
1/4 final - Elis Manolova - B. Metala Epanga (CMR) 6:0 (tuşe)


75 kq 
1-ci dövrə / İrina Kazyulina (KAZ) - Səbirə Əliyeva 6:8 (tuşe)
2-ci dövrə / Səbirə Əliyeva - Samar Hamza (EGY) 0:5
3-cü dövrə / Ayperi Medet Kizi (KGZ) - Səbirə Əliyeva 4:8 (tuşe)
4-cü dövrə / Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:2

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Qurban Qurbanov daha bir nəfəri "ofsayd"a saldı - ÖZƏL!
AFFA bu komandanı Premyer Liqaya gətirmək istəyir
Gürcüstanda iş tapa bilməyən Svanadze Azərbaycanda çalışmaq istəyir: 3 kluba göz dikib
Kamran Ağayev Gəncəyə getmək istəmir
Region Liqasının püşkü atıldı
"Neftçi"dən ayrılacaq futbolçu "Kəpəz"ə keçə bilər
"Keşlə" argentinalı futbolçu transfer edir
“Region Liqası”nda neçə komanda iştirak edəcək?
Həvəskarlar Liqası ləğv olunur - ÖZƏL!
“Neftçi”dən ikinci qol - YENİLƏNİR

Xəbər Lenti
14 Dekabr 2017
20:40 “Neftçi”dən ikinci qol - YENİLƏNİR
19:00 "Səbail"dən getdi!
18:29 “Qarabağ”la oyuna görə azarkeşlərdən dəstək xahişi
17:21 Oğuzda seminar-məşğələ keçirildi - FOTOLAR
17:00 Ağasəlim Mircavadov Kamran Ağayevin problemini açıqladı: Evlənməlidir - MÜSAHİBƏ
16:42 Yunis Hüseynov: “Kəpəz”i kimlərin tərk edəcəyini müəyyənləşdirmişəm”
16:21 Ramiz Məmmədov: “Keşlə”dəki taleyim rəhbərliyin verəcəyi qərardan asılıdı”
15:45 "Kəpəz" - "Keşlə" 2:3 - VİDEO
15:21 Pro kursunun iştirakçıları üçün iki mühazirə - FOTOLAR
14:41 Region Liqasının püşkatma mərasimi - FOTOLAR
14:21 11-ci turun oyun cədvəli açıqlandı
14:00 Həvəskarlar Liqası ləğv olunur - ÖZƏL!
13:40 “Araz”ın əsas izləyicisi xal fərqini minimuma endirdi
13:23 Kasilyas "Portu"dan gedir
12:49 Dino Ndlovu: "Bu sualı komandanın rəhbərliyinə də vermək lazımdır" - MÜSAHİBƏ
12:22 "Borussiya" liderini satmır
12:00 "Neftçi"dən ayrılacaq futbolçu "Kəpəz"ə keçə bilər
11:46 "Fənərbağça" 1/8 finalda
11:22 "Milan" və "Fiorentina" 1/4 finalda
11:00 "Neftçi" "Zirə"ni keçə bilməsə...
10:30 DÇ-nin ikinci finalçısı da müəyyənləşdi - VİDEO
09:29 Hücumçumuz Çempionlar Liqasında qələbə qazandı
13 Dekabr 2017
21:00 “Sumqayıt”ın baş məşqçisi Kosta və Qodinlə birgə - FOTO
20:00 “Kəpəz” kubok matçının hazırlığını başa vurdu
19:41 Vüqar Məmməd: “Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik”
19:22 Zaur Həşimov: “Mənə məsuliyyətli iş tapşırılıb”
19:00 Ramin Quliyev: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
18:50 Region Liqasının püşkü atıldı
18:41 Region Liqası ilə bağlı qeydiyyat statistikası açıqlandı
18:21 Klublar Komitəsindən bəyanat
18:00 “Sumqayıt” Makedoniya və Serbiya klubları ilə qarşılaşacaq
17:42 Bakıda keçiriləcək DÇ-nin Təşkilat Komitəsinin ilk iclası baş tutdu
17:22 "İmarət" 2017-ci ilə yekun vurdu : Maraqlı görüntülər - VİDEO
17:00 “Keşlə” Elşad Nəsirovun nəzarətinə keçir?
16:45 "Biz siyasətçilərin 20 ilə edə bilmədiyini Qurban Qurbanov və komandası etdi" - VİDEO
16:30 Rəşad Sadıqov: “Yığmaya milli formaya dəyər verən futbolçular dəvət alacaq”
16:22 Aqil Abbas Aqolliyə qılınc hədiyyə etdi - VİDEO
15:45 "İmarət" Jezniçakı belə mükafatlandırdı - VİDEO
15:41 Kütləvi davada iştirak edən futbolçulara 5 oyunluq cəza
15:21 Klublar Komitəsində yeni sədr - FOTOLAR
15:00 Gürcüstanda iş tapa bilməyən Svanadze Azərbaycanda çalışmaq istəyir: 3 kluba göz dikib
14:40 İcraiyyə Komitəsinin iclası olacaq
14:21 Ölkə kubokunda 1/4 finalın cavab oyunlarının hakimləri bəlli oldu
14:10 İlin qalibləri müəyyənləşdi
14:00 Musa Qurbanov “Zaqatala”dan istefa verir
13:40 Divizion klublarına ilin son cəzaları açıqlandı
13:22 “Zirə” və “Keşlə”yə cərimə, Fərhad Vəliyevə 1 oyunluq cəza
13:00 AFFA "Region Liqası"nda oynayacaq komandalara 50 manatlıq toplar bağışladı, forma üçün icra başçılarına ağız açdı
13:00 AFFA bu komandanı Premyer Liqaya gətirmək istəyir
12:45 “Neftçi” - “Zirə” matçının biletləri satışda
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.