Ucuz təyyarə biletləri

“Qarabağ”la “Qəbələ” arasında gizli anlaşma?!

Tarix:  26.05.17 13:05           Yazar:  Amal Abuşov           Oxunub: 1189 dəfə

Hər ilin bu vaxtında azərbaycanlı futbolsevərlərin qulaqları səsdə, gözləri yolda olur. Başqa dərdləri yoxdu, səviyyəli əcnəbi futbolçu transferinin sorağındadılar. Arzulayırlar ki, bizi avrokuboklarda təmsil edənlər faydalı transfer etsinlər, heyətlərini gücləndirsinlər. Ümid əsasən iki klubumuzadı. Bilirik ki, “İnter”i klub büdcəsini UEFA-dan gələcək ödəmələr hesabına doldurulması üçün avrokuboklara qədər dartmağa çalışırlar. “Zirə”nin qarşısında isə o qədər də böyük hədəflər yoxdu. 3 yaşını iyulda tamamlayacaq qəsəbə klubu üçün bu gün gəldiyi yerlər belə böyük uğurdu. Elvin Məmmədovu heyətində saxlaya bilməyən klubun xaricdən yaxşı futbolçu gətirəcəyinə ümidimiz yoxdu. Deməli, son 2-3 ildə olduğu kimi, ümidimizi “Qarabağ”la “Qəbələ”yə bağlamalıyıq. Elə bağlamışıq da.

 

Bəs onlar bizim ümidlərimizi doğrultmaq üçün nə edirlər? “Qarabağ” ardıcıl 3 dəfə Çempionlar Liqasının qrup mərhələsinin astanasından dönüb. Reynaldonun, Almeydanın yaxşı günlərində, Hollandiya çempionatında adında söz etdirən Armenterosun heyətdə olduğu vaxtlarda belə dünyanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksələ bilməyib. UEFA-nın məlum reqlament dəyişikliyindən sonra isə vəziyyət daha da qəlizləşib. Çoxları haqlı olaraq belə hesab edir ki, Azərbaycan çempionu üçün bu mövsüm son şansdı. Ya qrup mərhələsinə yüksəlməkdən ötrü dişimizlə-dırnağımızla mübarizə aparıb, bu mövsüm istəyimizə çatacağıq, ya da ki... heç nə!

 

“Qəbələ” üçün də bu ilki avrokubok sınağı çox vacibdi. Düzdü, ardıcıl iki il təsnifat mərhələsindən yarışlara qatılan və avroliqanın qrupuna qədər gedib çıxmağı bacaran klubu qınamaq üçün ciddi əsaslarımız yoxdu. Amma nəzərə almalıyıq ki, Qriqorçuk və onun yetirmələri qrup mərhələsində öz varlıqlarını göstərə bilmirlər. Ötən mövsüm qrupu xalsız başa vurmaqla azarkeşlərin ümidlərini sarsıdıb, öz imiclərini də zədələyiblər. Bu mövsüm “böyümək”, qrup mərhələsində heç olmasa ilk qələbəni qazanmaq lazımdı. Di gəl ki, kiminlə?

 

Qazaxıstanın idman mətbuatı iki gündü  Nika Kvekveskirinin “Tobol”a gəlişindən danışırlar. Kostanaylı azarkeşlər üçün Avropa Liqasının qrup mərhələsində oynamış, Gürcüstan millisinə müntəzəm dəvət alan futbolçunun transfer xəbəri əsl bayramdı. İşin maraqlı tərəfi odu ki, Nika “Tobol”da hələ gələn ayın ortalarından sonra çıxış edə biləcək. Çünki Qazaxıstanda “transfer pəncərəsi” bağlıdı. Buna baxmayaraq, “Tobol”un rəhbərliyi belə vacib futbolçunu əldən buraxmamaq üçün bir ay əvvəldən rəsmi sözləşməyə imza atıblar. Qorxublar ki, onlar gec tərpənər, gürcü əldən çıxar.

 

Son ayların “trendi”nə çevrilmiş qəzəlxanın sözü olmasın, bizim klublarımız Nikanı, İlqar Qurbanovu itirib kimi tapırlar? Onların əvəzinə daha yaxşısını transfer edirlərmi? Bu suala birmənalı cavab vermək çətindi. Düzdü, klublarımız hələ vaxtı var. Amma görünən odu ki, Azərbaycan yeni Nikanın, Reynaldonun, Armenterosun gələcəyi o qədər də inandırıcı deyil. Sanki “Qarabağ”la “Qəbələ” öz aralarında sövdələşiblər. 8 komandalı çempionatda daha az güc (oxu: pul) sərf etməklə də məqsədlərinə çatacaqlarına əmindilər. Avrokuboklarda isə Allah kərimdi...

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
"Xəzər Lənkəran" qayıtsa...
Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
"Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
"Zirə" bu stadionda oynayacaq - FOTOLAR
"Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də!
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq

Xəbər Lenti
26 İyun 2017
01:30 "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi
00:30 Formula-1 Azərbaycan Qran-Prisi başa çatdı
25 İyun 2017
23:00 Eratın komandası yeni mövsümün hazırlığına darmadağınla başladı
22:00 Alim Nəbiyevdən növbəti qələbə
20:57 Almaniya Kamerunu məğlub etdi, Çili Avstraliya ilə bərabərə qaldı
20:17 Azad Rəhimov: "Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik"
20:00 Dəniz Yılmaz "Göztəpə" ilə anlaşdı
19:00 Dabo Hollandiya klubu ilə müqavilə imzaladı
18:38 Yığmamız Avropa Liqasını bir xalla başa vurdu
17:41 "Zirə" - "Differdanj" matçına doğru - VİDEO
17:22 DÇ-nin ikinci günündə də uğur qazana bilmədik
17:00 "Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
16:40 Oliç də karyerasını başa vurdu
16:21 Ramil Şeydayev oynadı, komandası 6 qol vurdu
15:41 La Liqaya son vəsiqə də sahibini tapdı
15:20 AÇ-nin yarımfinalçıları bəlli oldu
15:00 Emil Balayev: "O hadisə mənə çox böyük zərbə oldu" - MÜSAHİBƏ
14:41 "Real"ın sabiq qapıçısı "Udineze"də
14:20 "İnter" yeni yarımmüdafiəçi aldı
14:00 Futbol klublarımız niyə futzala diqqət ayırmır?
13:40 Stanislav Çerçesov Rusiya yığmasından "bərk yapışıb"
13:22 Marsel "Olimpik"i yeni hücumçu aldı
13:00 I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
12:40 Portuqaliya - Yeni Zelandiya - 4:0 - VİDEO
12:26 Son oyunumuz yunana tapşırıldı
12:20 Yığmamızın heç bir əhəmiyyət daşımayan son sınağı
12:00 "Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
11:42 Hücumçumuzun 10 xalı yetərli olması
11:21 Rusiya - Meksika - 1:2 - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 "Qarabağ" - ÇSKA 2:5 - VİDEO
00:20 “Zirə” Qabriel Mateylə müqavilə imzaladı
24 İyun 2017
23:00 Kamran AÇ-ni gümüş medalla başa vurdu
22:34 Makedoniya bu dəfə də millimizə şans vermədi
22:00 "Qarabağ" Bolqarıstan klubuna böyük hesabla uduzdu
21:30 "Qəbələ"nin daha üç rəqibi bəlli oldu
21:00 Portuqaliya və Meksika növbəti mərhələdə!
20:00 "Skenderbeu" çempionluq titulundan məhrum edildi
19:00 "Zirə"nin rumıniyalısı gəldi çıxdı
18:30 "Qəbələ"nin yeni transferini yaxından tanıyaq - VİDEO
18:00 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
17:43 Bakıda Formula 1 pilotunun maşını yandı - FOTOLAR
17:23 Rusiyanın Konfederasiyalar Kubokunda son şansı
17:00 Svanadze ilə yeni müqavilə bağlanacaq: Zaur Axundov söz verdi
16:45 Mendi rəsmən "Bordo"da
16:22 DÇ yığmamız üçün uğursuz başladı
16:00 "Portu"dan Premyer Liqa klubuna
15:30 Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
15:00 "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
14:40 "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.