Ucuz təyyarə biletləri

Ermənilər üzərindəki tarixi qələbənin memarı: “Deyirdilər uduzsanız, sizi vətən xaini kimi qarşılıyacaqlar” – YAZI + FOTOLAR (I HİSSƏ)

Tarix:  05.06.17 18:06           Yazar:  Rekord.az           Oxunub: 810 dəfə

Azərbaycanlılarla ermənilər tarixən düşmən olublar. Səbəbkarın da qarşı tərəf olduğunu hamı bilir. Zaman-zaman bizə yaxınlıq ediblər, çörəyimizi yeyiblər və imkan düşən kimi arxadan zərbə vurublar. Bunun nəticəsidir ki, bu gün də torpaqlarımız onların işğalı altındadır.

 

Aradakı düşmənçilik futboldan da kənarda qalmayıb. İdmanın siyasətdən ayrı olduğunu desələr də, etiraf etmək lazımdır ki, idman özü elə ən böyük siyasətdir. Yaşlı və orta nəsil hələ SSRİ dövründəki “Neftçi” - “Ararat” oyunlarını yaxşı xatırlayır. Turnir cədvəlində tutduqları mövqedən asılı olmayaraq, bu iki komandanın oyunları hər zaman gərgin və qalmaqallı keçib. Bəzən dava-dalaşsız da keçinmək olmurdu. Hansısa komanda məğlub olanda, xüsusilə də evdə, həmin komandanın futbolçuları azarkeşlərin qorxusundan bir müddət evdən bayıra çıxa bilmirdi. Bu proses ötən əsrin 90-cı illərində pik nöqtəyə çatdı. Dağlıq Qarabağda başlayan müharibə və onun acı nəticələri birbaşa futbola da təsir etdi. Hazırda müharibə şəraitində yaşayan iki ölkənin futbol milliləri əksər turnirlərdə üz-üzə gəlmir. Daha doğrusu, UEFA və FİFA bu iki ölkəni eyni qrupa salmır. Düzdür, AÇ-2008-in seçmə qrupunda ermənilər bizə rəqib çıxmışdı. Həmin vaxt bu oyunların baş tutub-tutmaması uzun müddət müzakirə olundu. Öncə bir variant ortaya qoyuldu ki,hər milli bir ölkəni seçib rəqibini orda qəbul eləsin. Sonra hər iki oyunun neytral ölkədə keçirilməsi tklif edildi. Ancaq yekunda UEFA,ümumiyyətlə bu oyunların keçirilməməsinə qərar verdi. O gündən bu günə də ermənilərlə eyni qrupda yer almırıq. Bununla belə, istər klub, istərsə də aşağı yaş qruplarından ibarət milliilər səviyyəsində düşmənlərlə üz-üzə gəlmişik. Təbii ki, neytral meydançalarda.

 

2005-ci ildə “Neftçi”nin Moskvada keçirilən “Birlik kuboku”nda “Pünik”i 2:0 hesabı ilə məğlub etməsi hər kəsin yadındadır. 2008-də “İnter” də Sankt-Petreburqda “Mika”ya futbol dərsi keçmişdi – 4:0. Şükürlər olsun ki, milli səviyyəsində də mənfur qonşularımıza uduzmamışıq. 2005-də Nadir Qasımovun rəhbərlik etdiyi U-19 millimiz Avropa çempionatının seçmə qrup oyununda ermənilərlə 1:1 oynadı. Bir il sonra isə yenidən U-19 millimiz ermənilərə əsl zərbəni vurdu. Bu dəfə Arif Əsədovun rəhbərlik etdiyi komandamız Cənubi Kiprdə keçirilən Avropa çempionatının seçmə qrup matçında düşmənlərimizi 2:1 hesabı ilə məğlub etməyi bacardı. Özü də komandamız qələbəni hesabda geri ola-ola qazandı ki, bu da xüsusi vurğulanmalıdır. Həmin matçda gərginlik o həddə çatmışdı ki, millimizin ikinci qolundan sonra meydançaya daxil olan erməni azarkeşlər futbolçularımıza hücum çəkmiş və nəticədə dava-dalaş yaranmış, oyun bir müddət dayandırılmışdı. Futbol tariximizə düşmüş oyunlar çərçivəsində olan layihəmizin budəfəki yazını məhz həmin qarşılaşmaya həsr edəcəyik. Həmsöhbət kimi isə komandanın baş məşqçisi olmuş Arif Əsədovu seçdik. Çünki o cür ağır oyuna komanda hazırlamaq, çıxıb oyunu udmaq baş məşqçidən xüsusi bacarıq tələb edir. Oyun planından əlavə məşqçinin futbolçuları psixoloji cəhətdən hazırlamasından da çox şey asılıdır. Lakin bunlar haqda bir qədər sonra. Öncə gəlin, Əsədovun həmin dövr U-19-a təyinatından və ermənilərlə eyni qrupda yer almalarına olan reaksiyasından başlayaq.

 

 

 

“Erməniyə uduzan məşqçini hansı aqibətin gözlədiyini gözəl bilirsiniz”

 

“Peşəkar futbolu 2005-də “Gəncə”də bitirdim. 2006-cı ilin əvvəlində o vaxt komandanın baş məşqçisi olan Şahin Diniyev məni özünə köməkçi götürdü. 6-7 ay onun köməkçisi kimi çalışdım. Sonra elə oldu ki, Şahin müəllimi əsas milliyə baş məşqçi təyin etdilər. Həmin ərəfədə U-19 millisinin də baş məqçi postu boş idi. Şahin müəllim həmin posta məni məsləhət gördü. Beləliklə, 2006-cı ildə U-19 komandasının baş məşqçisi kimi təsdiq olundum. Bir müddət sonra püşkatma oldu və Avropa çempionatının seçmə qrupundakı rəqiblərimiz bilindi. Onların arasında Ermənistan millisi də var idi. İş elə gətirmişdi ki, həmin il əsas millimiz də ermənilərlə eyni qrupa düşmüşdü. Reaksiyam necə oldu? Təbii ki, məsuliyyət ikiqat artdı. İkiqat yox e, beşqat. Təsəvvür edin ki, futbolu yenicə qurtarmış adam, cəmi 7 aydır məşqçiliyə başlamışam, o da köməkçi-məşqçi kimi. Üstəlik, təzyiqlər də çox idi. Ermənilərə qarşı komanda çıxarmaq böyük hünər tələb edirdi. Çünki medalın digər üzü də var idi. Erməniyə uduzan məşqçini hansı aqibətin gözlədiyini gözəl bilirsiniz. Məndən qabaq bir dəfə də belə hal olmuşdu onda da U-19 millimiz ermənilərlə eyni qrupa düşmüşdü. Həmin vaxt heç kim U-19-u götürmək istəmirdi. Axırda Nadir Qasımov bu yükün altına girib baş məşqçi olmağa razı olmuşdu. Hətta eşitdiyimə görə, o vaxt bunun üçün Qasımova ev də vermişdilər. Nə dərəcədə doğru olub-olmadığını bilmirəm, amma elə şey eşitmişdim. Həmin vaxt da U-19 ermənilərlə 1:1 oynamışdı. Başa düşürdüm ki, mənim də işim xeyli çətin olacaq. Burada məsələnin psixoloji tərəfi də var idi. Çünki həm mətbuat yazırdı, həm də hər kəs deyirdi ki, uduzsanız, sizi vətən xaini kimi qarşılayacaqlar. Amma mən bacardığım qədər bu fikirləri yaxına buraxmamağa çalışırdım. Bütün fikrimi məsələnin futbol tərəfinə yönəltmişdim. Baş məşqçi kimi yeni olsam da, özümə güvənim var idi. Çünki futbolçu kimi SSRİ-nin həm yeniyetmələr, həm də gənclər millisində oynamışdım. Odur ki, bu yaşda olan futbolçuların psixologiyasını gözəl bilirdim. Bu mənada futbolçu kimi SSRİ yığmasında qazandığım təcrübə köməyimə gəldi. Ancaq onu da deyim ki, püşkdən oyuna qədər olan 7 aylıq dövr çox ağır və çətin dövr oldu”.

 

 

 

“Həvəskarlar liqasına da gedib baxırdım ki, gözümdən qaçan olmasın”


Təbii ki, püşkdən sonra əsas məsələ komandanın bu çətin sınağa hazırlanması idi. Qeyd edək ki, Ermənistandan başqa qrupumuzda Macarıstan və Cənubi Kipr də var idi. Yeri gəlmişkən oyunlar da Cənubi Kiprdə keçiriləcəkdi. Bu ölkə isə türklərlə düşmən, ermənilərlə dost münasibətində olan ölkə idi. Odur ki, ermənilərlə məhz Cənubi Kiprdə qarşılaşmaq gərginliyi, məsuliyyəti Əsədovun dediyi kimi, beşqat artırırdı. Bu oyuna xüsusi hazırlıq lazım idi. Həmsöhbətimiz püşkdən sonrakı hazırlıq mərhələsini bu cür xatırlayır: “Hazırlığın ilk mərhələsi düzgün seleksiyadan başlayırdı. Yaxşı nəticə qazanmaq üçün ilk növbədə futbolçuları düzgün seçməli, heyəti düzgün qurmalıydın. Çalışırdım ki, U-19-a yaşı düşən və bacarığı olan heç bir futbolçunu diqqətdən kənarda qoymayım. Hətta gedib Həvəskarlar Liqasını da izləyirdim ki, gözümdən qaçan olmasın. Düşünürəm ki, yekun heyəti ədalətli qurdum və diqqətdən kənarda qalan olmadı. Həmin dövr üçün ölkənin ən perspektivli futbolçularını milliyə cəlb etdim – Rahid Əmirquliyev, Cavid Hüseynov, Elvin Məmmədov, Nizami Hacıyev və s. Seleksiya işini başa vurandan sonra hazırlıq planını tərtib edib məşqlərə başlamaq lazım idi. Bu mərhələdə də işləri maksimum nöqsansız qurmaq lazım idi. İlk gündən qarşıma hədəf qoydum ki, yoxlama görüşlərini yaşca özümüzdən böyüklərlə oynamalıyıq. Onu da deyim ki, o vaxt AFFA-nın indiki kimi imkanı yox idi ki, komandaları Avropaya təlim-məşq toplanışlarına göndərsin, orda daha güclü rəqiblərlə gücümüzü sınayaq. Ona görə üstünlüyü daha çox daxili toplanışlara verirdik. Bununla bərabər, AFFA rəhbərliyindən xahiş edirdim ki, heç olmasa iki aydan bir hansısa beynəlxalq turnirdə oynayaq. Bəzən olurdu ki, peşəkar klublarla oynayırdıq. Məsələn, “Qarabağ”la yoxlama görüşü keçirdiyimiz yadıma gəlir. Həmin oyunlarda hesab mənim üçün önəmli deyildi. Əsas məqsədim o idi ki, uşaqlar özlərindən böyüklərlə qarşılaşıb loru dildə desək, "kişiləşsinlər”.

 


“Deyirdim ki, tək erməniləri yox, növbəti mərhələni düşünün”

 

Məlum məsələdir ki, bu cür oyunlarda tək idman mübarizəsi baxımından hazırlıq yox,psixoloji hazırlıq da mühüm əhəmiyyət daşıyır. Hətta psixoloji hazırlıq daha önəmli olur. Bəs görəsən Əsədov bu maneəni necə dəf etdi, futbolçularını ermənilərlə bu vacib oyuna psixoloji cəhətdən necə hazırladı. Söhbət zamanı belə məlum oldu ki, Arif bəy bu məsələdə əməlli-başlı psixoloqluq edib: “Hər kəsdən öncə hazırlığa özümdən başladım. Çünki özümü hazlrlaya bilməsəydim, uşaqları heç hazırlaya bilməzdim. Az öncə qeyd etdiyim kimi, SSRİ yığmasında oynadığım dönəmdə qazandığım təcrübə köməyimə çatdı. Bilirdim ki, bu tip durumlarda futbolçuda xarakterin olması vacib idi. Çünki mən özüm də futbolçu kimi nə qazanmışamsa, ilk növbədə xarakerimə görə qazanmışam. Oyunçu kimi çatışmayan cəhətlərimi xarakterin hesabına ört-basdır etmişəm. Yetimələrimi də bu yöndə hazırlamağa başladım. Gərginliyi onların üzərindən atmaq üçün çalışırdım fikirlərini digər oyunlara da yönəldim. Deyirdim ki, tək erməniləri yox, növbəti mərhələni düşünün. Çünki ermənilərlə oyundan sonra bizi Macarıstan və Cənibi Kiprlə də çətin oyunlar gözləyirdi. Halbuki hər kəs gözəl bilirdi ki, bizim üçün mərhələni keçməkdən daha vacib olan erməniləri məğlub etmək idi. Həmin oyunu uduzsaq, bizi vətəndə hansı münasibətin gözlədiyini bütün uşaqlar da gözəl başa düşürdü. Mən də məhz bu təzyiqi onların üzərindən atmaq üçün digər oyunları və mərhələni önə çəklməyə məcbur idim. Beləliklə, 7 aylıq hazırlıq sona gəldi və Cənubi Kiprə səfər anı yetişdi”.

Ardı var...

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
Sumqayıtın uğurlu “Uğur”u!
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
"Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
"Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
"Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!
Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO

Xəbər Lenti
23 Avqust 2017
19:00 Qadın güləşçilərimizin DÇ-yə startı uğursuz oldu
18:40 Runi milli karyerasını başa vurdu
18:21 "Kəpəz"in legionerlərinin son durumuna aydınlıq gəldi
18:00 Şuşa və Laçın futbolu haqda yeni faktlar
17:30 Almaniya klubundan İngiltərə təmsilçisinə
17:00 Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
16:21 Taekvondoçumuz Taypeydə qızıl medal qazandı
15:40 Portuqaliya millisinin üzvü Moskva "Lokomotiv"ində
15:29 Yığmamızın vəsiqə qazandığı mundialın təsnifatında pley-off mərhələsinə start verilib
15:21 Əvəzedicilərin çempionatı: 3-cü turun oyun cədvəli bəlli oldu
15:00 Millimizin Norveç və San Marino ilə oyunlarına 25 futbolçu çağırıldı
14:42 “Qarabağ” “Kopenhagen”lə duelə hazırdı - VİDEO
14:21 Premyer Liqada 3-cü turun oyun cədvəli
14:00 Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
13:41 UEFA klub reytinqində bir pillə gerilədik
13:21 Millimiz Belarusa məğlub oldu
13:00 "Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
12:40 "Latsio"dan Premyer Liqa klubuna
12:21 "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia
12:00 Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
11:40 "Traktorsazi"dən növbəti qələbə
11:21 "Valensiya"nın oyunçusu rəsmən "İnter"də
11:00 Orxan Hüseynzadə SOCAR-ın "qara siyahısı"nda? - ÖZƏL!
10:30 Arazın "Anortosis"in heyətində ilk oyunu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:00 "Başakşəhər" Çempionlar Liqası ilə vidalaşdı
22 Avqust 2017
23:00 Elvin Mürsəliyev DÇ-də bürünc medal qazandı
22:40 "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı
22:30 Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"
22:20 Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"
22:00 Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"
21:30 "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
20:30 Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"
20:12 Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq
19:21 Super Liqa klubunun prezidenti istefa verdi
19:00 “Kəpəz” tarixi derbinin hazırlığına başladı
18:40 Kapitan hələ də fərdi məşq edir
18:25 Sumqayıtın uğurlu “Uğur”u!
18:21 Bundesliqa klubundan daha bir transfer
17:41 Ayxan Universiadada gümüş medalla kifayətləndi
17:21 "Milan" yeni "Şevçenko"suna qovuşdu
17:00 Oyun Tovuzda keçirilsəydi...
16:40 Azərbaycan idmançısı dünya reytinqində 14-cü pillədə
16:23 Nəriman Abdullayev: “Komandamız yaxşı formadadı”
15:40 "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi
15:21 Rusiya klubunu Bundesliqa təmsilçisinə dəyişdi
15:00 Lənkəran stadionunun sabiq direktoru dondurma satır?
14:40 Norveç yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
14:22 "Qarabağ" "Kopenhagen"lə oyuna hazırlığı bu gün tamamlayacaq
14:00 "Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.